Tələbə: Qasımov Hüseynağa
Fakültə: Regionşünaslıq və İqtisadiyyat
İxtisas:Sosial iş
Qrup: B18Sos21/01
Kurs: I
Müəllim: b/m. Sevda Həsənova
Fənn: “Azərbaycan Respublikasının Konstitusiyası və hüququnun əsasları”
Mövzu: Şəxsiyyətin hüquqi statusu
Baku-2022 Vahid hüquqi statusa mənsub olan hər bir insanın hüquqlarının həcmi müəyyən dərəcədə, bu fərdin insan yoxsa, vətəndaş kimi çıxış etməsindən asılıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyası əsas hüquq və azadlıqları «insanın» və «vətəndaşın» hüquq və azadlıqlarına bölməklə fərqləndirir.
Belə sual yarana bilər ki, bu cür fərqləndirmənin, insanın ikiləşdirilməsinin mənası nədir? Bu hər şeydən əvvəl vətəndaş cəmiyyətində şəxsiyyətin özünümüəyyən etməsini, özünürealizəsini, onun hər hansı qanunsuz müdaxilədən muxtariyyətini və müstəqilliyini təmin etməkdən ibarətdir.
Vətəndaş hüquqları fərdin dövlətlə münasibətlər sferasını əhatə edir. Burada o, yəni fərd, təkcə öz hüquqlarının qanunsuz müdaxilədən müdafiə olunmasına deyil, həmçinin də dövlət tərəfindən onların həyata keçirilməsinə aktiv dəstək olunmasına ümid edir. Vətəndaşın statusu onun dövlətlə xüsusi hüquqi əlaqəsindən - vətəndaşlıq institutundan irəli gəlir (Azərbaycan Respublikasının Konstitusiyasının 52-ci maddəsi)
Vətəndaş hüquqlarından fərqli olaraq, insan hüquqları həmişə hüquqi kateqoriya kimi çıxış etmir, yalnız mənəvi və sosial kateqoriya kimi çıxış edir. İnsan hüquqlarına aşağıdakı əlamətlər xarakterikdir:
Onlar insanın təbii və sosial məzmunu əsasında meydana gəlir və inkişaf edir;
Obyektiv mövcud olur və dövlət tərəfindən tanınmasından asılı deyil;
İnsana doğulduğu andan məxsusdur;
Toxunulmazlıq, pozulmazlıq xarakterinə malikdir, təbii kimi qəbul edilir (hava, torpaq və su kimi);
İnsan və dövlət arasında qarşılıqlı münasibətlərin prinsip və normalarını özündə əks etdirir;
Onların tanınması, riayət edilməsi və müdafiəsi dövlətin başlıca vəzifəsi hesab olunur.
Azərbaycan Respublikasının Konstitusiyasının «Əsas insan və vətəndaş hüquqları və azadlıqları» adlanan III fəslinin bütün maddələri ardıcıl şəkildə yuxarıda göstərilən prinsiplər üzrə hüquq və azadlıqları fərqləndirir. Bu öz əksini ayrı-ayrı maddələrdə müxtəlif ifadələrin təsbitində tapır. İnsan hüquqları haqda söhbət gedən yerlərdə Konstitusiya «hər kəsin... hüququ vardır», «hər kəsə... təminat verilir», «hər kəs... bilər» və s. ifadələrdən istifadə edir. Bu cür ifadələrdən istifadə onu göstərir ki, göstərilən hüquq və azadlıqlar Azərbaycan Respublikası ərazisində olan, Azərbaycan Respublikası vətəndaşı, əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olmasından asılı olmayaraq hər kəs üçün tanınır. Burada belə bir formula diqqət yetirmək yerinə düşərdi: «hər bir vətəndaş insandır, hər bir insan hələ vətəndaş deyil». Odur ki, vətəndaşlar insan hüquqlarından tam həcmdə istifadə etdikləri halda, dövlətin vətəndaşı olmayan, lakin dövlət ərazisində müvəqqəti olan və ya daimi yaşayan şəxslər, yəni əcnəbilər və vətəndaşlığı olmayan şəxslər yalnız qanunla nəzərdə tutulan hallarda vətəndaş hüquqlarından olmayan şəxslər yalnız qanunla nəzərdə tutulan hallarda vətəndaş hüquqlarından istifadə edə bilərlər.
Bununla yanaşı, 52-57-ci maddələrdə göstərilmiş hüquqlar yalnız Azərbaycan Respublikası vətəndaşlarına məxsusdur. Bunlar, əsasən siyasi hüquqlardır - vətəndaşlıq hüququ, cəmiyyətin və dövlətin siyasi həyatında iştirak hüququ, dövlətin idarə olunmasında iştirak etmək hüququ, müraciət etmək hüququ və sairədir.
Konstitusiyada yalnız Azərbaycan Respublikası vətəndaşlarının daşıdığı vəzifələr də göstərilib - Vətənə sədaqət (maddə 74), Vətəni müdafiə (maddə 76), Dövlət rəmzlərinə hörmət (maddə 75). Azərbaycan Respublikasından qovulmanın və ya xarici dövlətə verilmənin (ekstradisiya) qadağan edilməsi yalnız Azərbaycan Respublikası vətəndaşlarına şamil edilir (maddə 53)
İnsan hüquqlarının təmini üzrə vəzifəni öz üzərinə götürən dövlət, ondan, hüquq normalarında öz əksini tapmış etalonlara uyğun davranışı tələb etmək hüququna malikdi