Fd generasia edilməsi (yaradılması) və onun müvafiq səviyyəyə qədər gücləndirilməsi. Ötürülməsi lazım gələn informasiya siqnalına uyğun olaraq daşıyıcı tezliyin f



Yüklə 69,47 Kb.
tarix02.01.2022
ölçüsü69,47 Kb.
#47956
Sual 26


Sual 26

Radioverici qurğuların əsas vəzifələri aşağıdakılardır:



  1. Daşıyıcı radiotezliyin fd generasia edilməsi (yaradılması) və onun müvafiq səviyyəyə qədər gücləndirilməsi.

2. Ötürülməsi lazım gələn informasiya siqnalına uyğun olaraq daşıyıcı tezliyin fd modulyasiyasını həyata keçirmək, AM rəqsləri üçün modulyasiya dərinliyini, TMFM üçün isə tezlik deviasiyasının tələb olunan qiymətlərini təmin etmək.

3. Yol verilən zolaqdan kənar tezliklərdə siqnal şüalandırılmasının minimum qiymətini təmin etmək (əks halda başqa radiotexniki qurğular üçün maneə siqnalı yaradılmış olar).



Kvars generatoru daşıyıcı tezlikli rəqslərin fd yaradılması üçün istifadə edilir, ona bəzən oyadıcı generator da deyirlər.

Bu məqsəd üçün tezlik sintezatoru adlanan qurğu da tətbiq edilə bilər. Oyadıcı generator ya birbaşa işçi tezliyini generasiya edir, ya da onun subharmonikalarından birini ( 2-ci, 3-cü və ya 6-cı subharmonikalar daha çox seçilirlər) generasiya edir.



Generatorun çıxış siqnalı nümunəvi çıxış gücünə qədər gücləndirilir və əgər generator subharmonikalarda işləyirsə, onda verici qurğunun tərkibinə tezlik vurucu kaskadları da əlavə olunur.

Antena dövrəsindəki rezonans süzgəci, vericinin işçi tezliyinə köklənmiş olurəlavə tezliklərin şülandırılmasının qarşısı alınmış olur, yalnız vericinin işçi tezliyindəki rəqslər bu süzgəclə ayrılır və antena vasitəsilə elektromaqnit dalğaları şəklində ətraf fəzaya şüalandırılır.



Antenanın maksimal güc şüalandırmasını təmin etmək məqsədilə süzgəcin sxeminin impedansını razılaşdırıcı korreksiya dövrəsi ilə razılaşdırmaq lazım gəlir.

Səs tezlikli dövrələrdə mikrofondan olan nitq girişi tezlik diapazonunu amplitudun məhdudlaşdırılmasını idarə edir. Bunun sayəsində təkrari modulyasiya və zolaqdan kənar şüalanma ehtimalı aradan qaldırıla bilir.

Səs tezlikli siqnallar emal olunduqdan sonra gücləndiriliryüksəktezlikli güc gücləndiricisinə daxil olur. Burada modulyasiya prosesi yerinə yetirilir, yəni danışığa uyğun elektrik rəqslərinə uyğun olaraq daşıyıcı tezlikli rəqslərin amplitudu dəyişdirilərək AM rəqsləri alınır və yuxarıda qeyd edildiyi kimi, rezonans süzgəcindən keçərək antena vasitəsilə şüalandırılır.

AM vericiləri energetik cəhətdən effektiv deyildir. Yüksəktezlikli güc gücləndiricisi o dərəcədə xətti olmalıdır ki, səs siqnallarını təhrif etməsin. Xəttilik çox olanda isə yüksək energetik göstəricilərin əldə edilməsi çətinləşir
Yüklə 69,47 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin