Fənn: Azərbaycan Tarixi Qrup: 1239a Tələbə



Yüklə 156,96 Kb.
səhifə1/6
tarix21.12.2023
ölçüsü156,96 Kb.
#188053
  1   2   3   4   5   6
Aviasiya-Tarix-1




SƏRBƏST İŞ № 1

Fakültə: Nəqliyyat Texnologiyaları
İxtisas: Hava Nəqliyyatında Texnoloji Proseslərin və İstehsalatın Təhlükəsizliyi Mühəndisliyi
Fənn: Azərbaycan Tarixi
Qrup: 1239a
Tələbə: Şahbudaqova Rəvanə
Müəllim: Kərimova Ellada


B A K I – 2 0 2 0
Atropatena dövləti

AtropatenaAdurbadaqanAtropat Midiyası (yun. Ατροπατήνη, suriya: Aδorbāyγān, ər: آذربایجان) — Tarixi Azərbaycan torpaqlarının bir hissəsində mövcüd olmuş qədim dövlət. Atropatenanın ərazisi indiki Güney Azərbaycan vilayətlərini, Azərbaycan Respublikasının bəzi ərazilərini və İranın bir hissəsini əhatə edirdi.
Keçmiş Əhəməni satrapı, əslən, çox güman ki, midyalı olan Atropat e.ə. IV əsrin 20-ci illərinin sonunda yeni dövlətin müstəqil hökmdarı olur; bu dövlət rəsmən Mada, sonralar isə özünün ilk hökmdarının adı ilə tez-tez antik qaynaqlarda Atropatena adlandırılır. Beləliklə, Makedoniya dövlətinin parçalanmasından sonra Azərbaycan ərazisində yenidən müstəqil dövlət meydana gəlir.
Adlandırılması
Atropatenanın adı müxtəlif dilli mənbələrdə fərqli şəkildə qeyd edilmişdir. Bir çox müəlliflərə görə, Azərbaycan öz adını Atropatenadan almışdır.
Antik yunan və latın dilli mənbələr adı bir qayda olaraq "Atropatena" şəklində yazırlar. Pəhləvi dilli mənbələrdə isə ad "Ātur-patkān" şəklində qeyd edilir. Bu adın mənası "Aturpatın torpaqları" deməkdir və bu ad Atropatın ("Āturpāt", "Atərəpāta" — Atəş qoruyan) hökmranlığı dövründə yaranmışdır[6]. Erkən orta əsrlər latın və yunandilli mənbələrdə ölkə eyni zamanda Atropat Midiyası və Kiçik Midiya da adlandırılır. Antik müəlliflərdən Plutarx, Ammian Marselin bu ölkəni Atropat Midiyası adlandırmışlar. Strabon isə Atropatena ərazisini Kiçik Midiya adlandırmış, Atropatın başçılığı ilə Kiçik Midiya ərazisində Atropatena dövlətinin təşkil edildiyini göstərmişdir. Sasani hakimiyyəti dövründə ölkə Adərbadaqan, ərəbdilli mənbələrdə isə Adərbican kimi qeyd olunur.
Atropatena ərazisi ərəblər tərəfindən fəth edildikdən sonra isə Atropatenanın adı erkən ərəbdilli mənbələrdə "Adabarqan", "Azərbaycan" ("آذربایجان") kimi işlənməyə başlamışdır. Daha sonrakı dövr ərəb tarixçilərin əsərlərində isə həmin ad ancaq "Azərbaycan" kimi göstərilmişdir.

Yüklə 156,96 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin