Fondların (kapitalların) və məqsədli maliyyələşmə və daxilolmaların uçotu



Yüklə 160 Kb.
səhifə1/14
tarix23.11.2022
ölçüsü160 Kb.
#70013
  1   2   3   4   5   6   7   8   9   ...   14
14-Öhdəl. uçotu


Mövzu:14 Öhdəliklərin uçotu



  1. Öhdəliklərin mahiyyəti və təsnifatı

  1. Öhdəliklərin tanınması meyarlar

  1. Uçot və hesabatda öhdəliklərin qiymətləndirilməsi

  2. Uzunmüddətli faiz xərci yaradan öhdəliklərin uçotu

  3. Uzunmüddətli qiymətləndirilmiş öhdəliklərin uçotu

  4. Təxirə salınmış vergi öhdəliklərin uçotu

  5. Uzunmüddətli kreditor borclarının uçotu

  6. Sair uzunmüddətli öhdəliklərin uçotu

  7. Qısamüddətli faiz xərci yaradan öhdəliklərin uçotu

  8. Qısamüddətli qiymətləndirilmiş öhdəliklərin uçotu

  9. Vergi və digər məcburi ödəmələr üzrə öhdəliklərin uçotu

  10. Sosial sığorta və təminat üzrə öhdəliklərin uçotu



1. Kommersiya təşkilatları üçün Milli muhasiat Uçotu Standartlarının Konseptual əsaslarında öhdəliklər müəssisənin keçmiş hadisələrindən yaranan və nizamlanması iqtisadi səmərəni əmələ gətirən ehtiyaların müəssisədən axını ilə nəticələnən cari borcları kimi göstərilir.
Konseptual əsaslarda öhdəliklər belə xarakterizə edilir:
Öhdəlik - müəssisənin keçmiş hadisələrindən yaranmış və iqtisadi səmərəni əmələ gətirən ehtiyaların müəssisədən axını ilə nəticələnən mövcud borcudur. Öhdəliklər mühasibat balansının elementidir. Qoyulmuş vəzifələrin həllindən asılı olaraq öhdəliklər müxtəlif əlamətlər üzrə qruplaşdırılır. Hüquqi əsassa malik olmasına görə öhdəliklər iki yerə bölünür:

  1. hüquqi;

  2. qeri-hüquqi (konstruktiv) .

Hüquqi öhdəliklər bir qayda olaraq mövcud qanunlar əsasında yaranır. Məsələn, alınmış malların, xammal və materialların, istifadə edilən xidmətlərin ödənilməsi üzrə öhdəlik, bank kreditləri üzrə digər hüquqi və fiziki şəxslərə olan borclar, büdcəyə ödəmələr, sosial sığorta və təminat üzrə ayırmalara görə Dövlət Sosial müdafiyə Fonduna olan borclar və s. hüquqi öhdəliklərə aid edilir.
Qeyri-hüquqi öhdəliklər müəssisənin nüfuzunu saxlamaq məqsədi ilə onun adi fəaliyyəti zamanı yaranır. Məsələn, ödənulmək üçün elan edilmiş dividendlər, müəssisə tərəfindən könüllü olaraq satılmış malların zəmanət müddətinin müqavilədə nəzərdə tutulan müddətdən artıq uzadılması üzrə öhdəliklər və s. qeyri-hüquqi öhdəliklərə aid edilir.
Ödənilmə üsuluna görə öhdəliklər belə təsnifləşdirilir:

  • pul vəsaitləri vasitəsi ilə ödənilən öhdəliklər;

  • qeyri-pul aktivlərinin verilməsi , işlərin yerinə yetirilməsi, xidmətlərin göstərilməsi və s. vasitəsi ilə ilə ödənilən öhdəliklər;

  • digər öhdəliklərlə əvəz edilən öhdəliklər;

Ödənilmə müddətimnə görə öhdəliklər belə təsnifləşdirilir:

  • qısamüddətli öhdəliklər( ödənmə müddəti 1 ilə qədər olan);

  • uzunmüddətli öhdəliklər (ödənmə müddəti 1 ildən artıq olan);

Qısamüddətli öhdəliklər cari aktivlərdən istifadə edilməklə və ya digər qısamüddətli öhdəliklər hesabına ödənilir.
Bütün öhdəliklər müəyyən edilmə dərəcəsinə görə iki qrupa bölünür:

  • detallaşdırılmış və ya dəqiq müəyyən edilmiş öhdəliklər;

  • mümkün və ya görünməyən, şərti potensial öhdəliklər.

Dəqiq müəyyən edilmiş öhdəliklərə aşağıdakılar aid edilir:

  • mal-material dəyərliləri, göstərilmiş xidmətlər, ödəniləsi veksellər və s. üzrə malsatan və podratçılara kreditor borcları;

  • dividendlər və əməyin ödənişi üzrə olan kreditor borcları;

  • faiz xərcləri yaradan öhdəliklər (bank kreditləri və borclar, gerim alınmış imtiyazlı səhmlər və s. üzrə);

  • vergi öhdəlikləri və digər məcburi ödənişlər üzrə öhdəliklər.

Mümkün şərti və ya qiymətləndirilmiş öhdəliklərə aşağıdakılar aid edilir:

  • işdən çıxma ilə bağlı müavinat və öhdəliklər;

  • zəmanət öhdəlikləri;

  • məhkəmə prosesi nəticəsində, iddia və tələblər əsasında yaranan öhdəliklər.


2. Öhdəliklər aşağıdakı tanınma meyarlarına malikdir:
- müəssisə keçmiş hadisələrin nəticəsi olan cari öhdəliyə malik olduqda (hüquqi
və ya konstruktiv);
- öhdəliyin ödənilməsi üçün iqtisadi səmərəni təcəssüm etdirən resursların xaric
olmasının tələb olunacağı ehtimal olunduqda ; və
- öhdəliyin məbləği etibarlı qiymətləndirilə bildikdə.
Bu tanınma meyarları yerinə yetirilmədikdə, qiymətləndirilmiş öhdəliklər nə Mənfəət və zərər haqqında hesabatda, nə də Balans hesabatında tanınmır.
Əgər qeyd edilən bütün meyarlara əməl olunduqda, onda öhdəlik Balans hesabatında kreditor borcu kimi tanınır. Əgər qeyd edilən üçüncü meyara əməl olunmadıqda, onda öhdəlik balans hesabatında ehtiyat kimi tanınır.
Əgər qeyd edilən bütün meyarlara əməl olunmadıqda, onda informasiya maliyyə hesabatına əlavədə əks etdirilir.
Qiymətləndirilmiş öhdəliklər bütün tanınma meyarlarına cavab verən öhdəliklərə aid edilir.
Mümkün, potensial və ya qiymətləndirilmiş öhdəliklərə o öhdəliklər aid edilir ki, onların məbləği etibarlı qiymətləndirilə bilmir. Belə öhdəliklərə zəmanət öhdəlikləri, nməhkəmə və iddialar üzrə öhdəliklər və s. aid edilir.
3. Öhdəliklər maliyyə hesabatının elementi kimi o vaxt tanınır ki, onlar dəyər ifadəsində müəyyən edilmiş olsun, yəni dəyər ifadəsində qiymətləndirilmiş olsun.
Öhdəliklərin ilkin tanınması zamanı ilkin (tarixi) dəyəri ilə qiymətləndirilir. Öhdəliklərin ilkin dəyər əsasında qiymətləndirilməsi müəssisənin adi iş şəraitində bu öhdəliyin yerinə yetirilməsi məqsədi ilə ödənilməsi gözlənilən pul vəsaitlərinin və ya onların ekvivalentlərinin məbləği və yaxud borc öhdəliyi əvəzinə alınmış pul vəsaitlərinin və ya onların ekvivalentlərinin məbləği, yaxud alınmış digər vəsaitlərin ədalətli dəyəri ilə qiymətləndirilir. Məsələn, daxil olmuş materiallar üzrə əldə edilmiş materialların dəyəri məbləğində qiymətləndirilir. Bəzi hallarda (məsələn mənfəət vergisi üzrə) öhdəliyin məbləği normal şəraitdə ödənilməsi gözlənilən pul vəaitlərinin məbləği ilə müəyyən edilir.
Öhdəliklərin cari dəyər əsasında qiymətləndirilməsi öhdəliyin hal-hazırda ödənilməsi məqsədi ilə tələb olunan pul vəsaitlərinin və ya onların ekvivalentlərinin diskontlaşdırılmamış məbləği ilə qiymətləndirilməsini nəzərdə tutur.
Öhdəliyin mümkün ödəniş dəyəri əsasında qiymətləndirilməsi müəssisənin adi iş şəraitində bu öhdəliyin ödənilməsi məqsədi ilə tələb olunan pul vəsaitlərinin və ya onların ekvivalentlərinin ödənilməli olan nominal (diskontlaşdırılmamış) məbləği ilə qiymətləndirilməsini nəzərdə tutur.
Öhdəliyin diskonlaşdırılmış dəyəri əsasında qiymətləndirilməsi müəssisənin adi iş şəraitində bu öhdəliyin yerinə yetirilməsi məqsədi ilə gələcəkdə xaric olacaq pul vəsaitlərinin və ya onların ekvivalentlərinin cari diskontlaşdırılmış məbləği ilə qiymətləndirilməsini nəzərdə tutur.
Öhdəliyin ədalətli dəyər əsasında qiymətləndirilməsi müstəqil, yaxşı məlumatlandırılmış və bu cür əməliyyatı həyata keçirməkdə maraqlı tərəflər arasında əməliyyatın icrası zamanı bu öhdəliyin yerinə yetirilməsi üçün tələb olunan məbləğlə qiymətləndirilməsini nəzərdə tutur.



Yüklə 160 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin