Fonetik hadis ə və qanunlar. Azərbaycan dilinin orfoepiyası, orfoqrayfiyası



Yüklə 328,08 Kb.
Pdf görüntüsü
tarix10.10.2019
ölçüsü328,08 Kb.
#29326
muhazire 2


Mövzu  №  2  Azərbaycan  ədəbi  dilinin  fonetikası.  Müasir  Azərbaycan  dilində 

fonetik  hadis

ə  və  qanunlar.  Azərbaycan  dilinin  orfoepiyası,  orfoqrayfiyası. 

Abreviaturalar. Nitqin ifad

əliliyi. İntonasiya. Vurğu. 

Fonetika   

danışıq    səslərini  öyrənir.  danışıq    səsləri    insanların    ünsiyyət  

prosesind

ə  işlətdiyi səslərdir  ki,  onlar  sözlərin  yaranmasında  iştirak  edir. Səsi 

deyir v

ə eşidirik, hərfi isə yazır və görürük. Azərbaycan dilində 32 hərf, 34 səs var 



: 32+ [k'], [x'] 

Fonetikanın__növləri:  

1.  T

əsviri  fonetika.  Dilimizin  müasir  vəziyyətindəki  səs  sistemini  öyrənir.  

2.  Tarixi  fonetika.  Dilimizin  keçirdiyi  tarixi  prosesl

əri  əks  etdirir.  Dilin  səs 

t

ərkibində gedəm inkişaf və dəuişikliyi öyrənir. Bu fonetikanın obyekti tarixi yazılı 



abid

ələrdir.  



3.  Müqayis

əli  fonetika.  Bəzən  dildə  müəyyən  səs  dəyişmələri  aşkar  edilir. 

Müqayis


əli fonetikada həm dilimizdəki dialektlər müqayisə olunur, həm də qohum 

dill


ərin  fonetik  tərkibi  müqayisə  edilir.    Məsələn:  b-m  (bən,  mən),  k-b  (kimi,m 

kibi), d-t (

daş, taş) və s. 

4.  Fizioloji  fonetika.  Bu  fonetikada  s

əslərin  yaranmasında,  tələffüzüündə  iştirak 

ed

ən  bədən  üzvlərini  (ağ  ciyər,  bronxlar,  dil,  dilçək,  dodaqlar,  dişlər,  burun 



boşluğu və s.) öyrənir.  

5.  T

əcrübi-eksperimental  fonetika.  Bu  fonetikada  səsin  akustik  keyfiyyətləri 

(tembri, tezliyi, dalğanın uzunluğu və s.) 



Müasir Az

ərbaycan dilində fonetik hadisə və qanunlar. 

Dilin başqa cəhətlərində olduğu kimi, fonetik quruluşunda da bir  sıra  hadisə  və  

qanunlar    mövcud    ola    bilir.    Bunlardan   

ədəbi dildə sabitləşənləri qanun hesab 

edilir. Danışıq dilində işlənərək ədəbi dildə qanuniləşməyənləri isə hadisə adlanır. 

Hadis


ə və qanunların dildə rolu çox  böyükdür.  Xüsusən  başqa dillərdən  alınan  

sözl


ərin    ümumxalq  dilinə  uyğunlaşdırılmasında  fonetik  hadisə  və  qanunlar 

mühüm  


əhəmiyyət  kəsb  edir. Belə  ki,  bəzi  alınma  söz  dilin  tələblərinə uyğun 

g

əlmədikdə ona yeni səs artırılır, yaxud əksinə, bu və ya başqa səs ixtisar edilir, 

yaxud d

əyişdirilir və s.  



Müasir  Az

ərbaycan  dilindəki  fonetik  hadis



ə  və  qanunlar bunlardır: 

1)    assimilyasiya,    2)    dissimilyasiya,    3)    s

əsartımı,4)səsdüşümü,    5)  

yerd

əyişmə,  6)  ahəng  qanunu,  7)  cingiltiləşmə qanunu. 

Assimilyasiya.  S

əslərin    məxrəc    və    akustik    cəhətdən    bir-birinə    yaxınlaşıb 

uyğunlaşmasına  deyilir.  Məsələn,  mən  sözünü  götürək.  Bu  sözə    -dən    şəkilçisi 

artırıldıqda  sözün  sonundakı  n  səsinin  təsiri  ilə şəkilçinin əvvəlindəki  d  səsi  n  

s

əsinə keçir. Məs.: məndən [mənnən] və s. 



Assimilyasiyanın istiqaməti. Assimilyasiya  istiqamətin  görə  iki  cür  olur:  irəli  

assimilyasiya v

ə geri assimiliyasiya. 

a)  İrəli assimilyasiya. Birinci səsin ikinci səsə təsiri nəticəsində yaranır:  

S

əndən (n → d)  sənnən 



S

ərinlik (n → l ) sərinniy 



b)  Geri  assimilyasiya.  İkinci    səsin    birinci    səsə    olan    təsiri    nəticəsində  

yar


anır: dinməz (n←m) dimməz ; Yavaşca (ş←c ) yavacca 

Assimilyasiyanın keyfiyyəti: tam və natamam. 

a  )  tam  assimilyasiya.  T

əsirə    düşən    səsin    təsiredən    səslə    tamamilə  

h

əmcinsləşməsinə tam assimilyasiya deyilir.Məsələn: 



onlar (nl

) →(nn)  onnar; şorlu (rl) → (rr) şorru  və s. 



b ) Natamam assimilyasiya. T

əsirə  düşən  səsin  təsir edən  səsi  özünə yaxın 

s

əsə çevrilməsinə  natamam,  yaxud  yarımçıq assimilyasiya deyilir. Məs.: 



atl

ar (tl) →(td) atdar; gözlük (zl) →(zd)  gözdük 



Dissimilyasiya.  Sözd

əki  eynicinsli  səslərin  birinin  digərinə  təsir  edərək  onu 

başqa səsə çevirməsinə dissimilyasiya  deyilir. Məsələn, sararmaq və qararmaq 

sözl


ərinə nəzər yetirək. 

Ç

əmənlər, bağçalar, bağlar sararsa,  

F

əzalar dönərək sular qararsa,  



H

ər şeyi bir ölüm qorxusu sarsa 

Əyilməm bir daha.... bir həvəs məni.... 

S

əsartımı.  Azərbaycan  dilində  görə  sözdə  iki  sait,  yaxud  eyni  hecada  iki  və 

daha artıq samit yanaşı işlənmir.Buna görə də sonu saitlə  bitən  sözlərə  saitlə  

başlayan  şəkilçi  qoşulduqda  iki  sait arasına müəyyən bir samit artırılır ki, 

buna  da  s

əsartımı  deyilir.  Azərbaycan  ədəbi  dilində  sözlərə  artırılan  samitlər 

bunlardır: n, y, s 

[Y] s

əsinə aid: su + (y)u, işlə + (y)ən, gözlə + (y)ən və s. 



[S] s

əsinə aid: başçı + (s)ı, əmi +(s)i, nənə +(s)i və s. 

[N]s

əsinə aid: Əli +(n)i, Vəli + (n)i və s. 



D

anışıq  dilində  sözlərə  saitlərin  də  artırılması  geniş yayılmışdır: 1)  R səsi 

il

ə başlanan sözlərdə. Məsələn: Rza əvəzinə İrza, rayon əvəzinə İrayon və s. 



2)  Qoşa kar samitlə başlanan sözlərdə. Məsələn: 

Şkaf əvəzinə İşkaf, stul əvəzinə ustul və s. 



S

əsdüşümü. Sözdən bu və ya digər səsin düşməsinə  səs düşümü (eliziya) 

deyilir.  S

əsdüşümü    hadisəsi    iki    vəziyyətdə    özünü  göstərir:  1)  sözlə 

şəkilçilərin birləşməsi,  2) sözlərin yanaşmasında. 

Sözl

ə  şəkilçilərin birləşməsi  zamanı: fikir – fik(i)r + in – fikrin, sinif – sin(i)f 

+  in 


– sinfin,  əmir  –  əm(i)r + in –  əmrin və s.; iki – iki(i)nci  –  ikinci, alti – 

altı(ı)ncı – altıncı və s.; yazma – yazm(a) + (y)ır – yazmır, bilmə – bilm(ə) + 

(y)ir 

–  bilmir,  gəlmə  –  gəlm(ə)  +  (y)ir  –  gəlmir  və  s.;  Fənn  –  fən(n)  + lər  – 



f

ənlər, xətt – xət(t) + lər – xətlər, sirr – sir(r) + lər – sirlər və s. 



Sözl

ərin yanaşması zamanı: Mirzə Əli – Mirzəli, Ağa Əli – Ağəli, Əli Əsgər – 

Ələsgər, Əli İsa – Əlisa və s.; gəlmiş + idi – gəlmişdi, gəlib + imiş – gəlibmiş, 

görmüş + isə – görmüşsə və s. 

Yerd

əyişmə  hadisəsi  (metoteza).  Sözün    tərkibində    səslərin    bir-biri    ilə  

yerini  d

əyişməsiş Məs.: 

Layih


ə – lahiyə – (yh – hy), torpaq – topraq – (rp – pr), Fərhad – Fəhrad – (rh – 

hr), m


əşhur – məhşur – (şh – hş) və s.  

Ah

əng  qanunu.  Sözdə  eynicinsli  səslərin  bir-birini  izləməsinə  ahəng  qanunu  

deyilir. 

quş  

+lar, gün + l



ər, üzüm+çü+lük, arı+çı+lıq və s. 

Ah

əng  qanununun  üç  növü  olduğu  müəyyənləş-dirilmişdir: 



1.Saitl

ərin ahəngi. 2.Samitlərin ahəngi. 3.Saitlərdə samitlərin ahəngi.  

Saitl

ərin ahəngi. Sözdə dilin və dodaqların vəziyyətinə görə saitlərin bir-birini  

izl


əməsinə  saitlərin  ahəngi  deyilir.  Məs.:  dilin  vəziyyətinə  görə.  Dilönü-incə 

saitl


ərin ahəngi:  iş + çi + lər, dilarxası-qalın saitlərin ahəngi: arı +çə +lıq + dan 

v

ə  s.  ;  Dodaqların  vəziyyətinə  görə.  Dodaqlanan  saitlərin  ahəngi  :  üzüm  +çü 



+lük, dodaqlanmayan saitl

ərin ahıngi: ipək +çi + lik və s.  



Cingiltil

əşmə qanunu. 

Müasir 


Az

ərbaycan  ədəbi  dilindəki  fonetik  qanunlardan  biri  də  

cingiltil

əşmədir.    Başqa    fonetik  hadisələrdən    fərqli    olaraq,  ahəng    qanunu  

kimi,    cingiltil

əşmə    də    dildə    sabitləşdiyi    üçün  qanun  şəklinə  düşmüşdür. 

Sözd

ə  kar  samitin  öz  yerini  cingiltili  samitə  güzəşt  etməsinə  cingiltiləşmə 



qanunu  deyilir.    Cingiltil

əşmə  sonu  kar  samitlə  bitən  bəzi    sözlərə    saitlə  

başlanan  şəkilçi  qoşulduqda  baş  verir.  Məs.: K → y –inək → inəyi, kəpənək 

– kəpənəyi, qəpik – qəpiyi və s. T → d – get –ged +im – ged + ək,  yarat – 

yarad

ım – yaradaq və s. 



Az

ərbaycan dilinin orfoepiyası. 

H

ər  bir  ədəbi  dil  danışıq  dilindən  fərqli  olaraq  normalaşmış  dildir.  Müxtəlif 



normalara malik olmaq bu dili xarakteriz

ə edən başlıca  əlamətlərdəndir.  Ədəbi  

dilin    b

əzi  normaları  həm  şifahi, həm də yazılı ədəbi dil üçün ümumi, bəzi 

normalar ancaq yazılı dil üçün, bəzi normalar isə ədəbi dilin şifahi forması üçün 

s

əciyyəvi olur. Şifahi ədəbi dil ücün səciyyəvi olan qaydalara orfoepik qaydalar 



deyilir. 

Bu  qaydaların  məcmusu  isə  orfoepiya  adlanır.  Orfoepiyanın    obyekti 

aşagıdakılardır: 

1)  ayrı-ayrı səs və səs tərkiblərinin tələffüzü; 

2)  söz v

ə ifadələrin tələffüzü; 

3)  qrammatik formaların (şəkilçilərin) tələffüzü. 

Orfoepiya  qaydaları  sabit  deyildir.  O,  zaman  kecdikcə  dəyişir  və  təkmilləşir. 

Orfoepik  qaydaların  dəyişilməsi  canlı  bir  prosesdir.  Belə    ki,    hər    bir    qayda  

c

əmiyyətin    inkişafı    ilə    əlaqədar    olaraq  təkmilləşir    və    qismən    dəyişir. 



Orfoepiyanin böyük ictimai 

əhəmiyyəti vardır. O, eyni sözün müxtəlif  formalarda  

t

ələffüz    olunmasına    yol    vermir.    Ümumiyyətlə,  düzgün  tələffüz  olunan  dil 



vasit

ələri  hər  zaman  fikrin  asan  və    tez    anlaşılmasına    imkan    yaradır.    Bunun  

əsasında    da    insanlar  bir-birini  düzgün  başa  düşürlər.  Eyni  zamanda,  orfoepik 

qaydalar  poeziya  üçün  d

ə  əhəmiyyətə  malikdir. Bunların vasitəsi ilə  bədii  nitqin 

estetik  effekti,  yaxud  mahiyy

əti  daha  da  artır.  Orfoepik    qaydaların    heç    kəs  

t

ərəfindən    pozulmasına    yol  verilmir.    Bu    qaydalar    hamı    üçün    vahid    və  



m

əcburidir.    Lakin  bəzən  danışıq  zamanı  orfoepik  qaydaların  pozulması  halları 

olur. 

Danışıq  zamanı  orfoepik  normaların  pozulması  dinləyicinin  



fikrini   

əsas    məsələdən    uzaqlaşdıra    bilir.    Belə    ki,    adətən    biz    danışanı 

dinl

ərkən, onun nitqinin səs cəhətinə bir o qədər də diqqət etmirik;  əsasən  mənaya  



fikir    veririk

.    Lakin    danışan    adam    vahid  tələffüz    qaydalarını    pozduqda,  

dinl

əyici  sözün  xarici  cəhətinə, yəni  səs  cəhətinə  də  diqqət  yetirməyə  məcbur  



olur.  Bunun n

əticəsində isə onun diqqəti yayınır. 



 

Müasir    Az

ərbaycan    dili  bir  sıra  vahid  tələffüz  qaydalarına  malikdir:  1. 

Saitl

ərin tələffüzünə aid qaydalar. 2.  Samitlərin tələffüzünə aid qaydalar. 3.  Bəzi 

qrammatik formaların tələffüzünə aid qaydalar 

1. Saitl

ərin tələffüzübədii     —     bəd[i:], təbii     —     təb[i:],  Nəsimi     —     [ 

N

əs[i:]mi, vəsiqə     —     vəs[i:]qə, mətbəə    —   mətb[ə:], təəssüf     —   t[ə:]ssüf, 



kişi     —     k[i:]şi, pişik     —     p[i:]şik, tüfəng     —     t[ü]fəng, süpürgə     —     

s[ü]pürg


ə və s. 

2.  Samitl

ərin tələffüzüürəkli     —     ürə[x’]li, bilikli     —     bili[x’]li, kabinet     

—     [k’]abinet, kadr     —     [k’]adr, içdi     —     i[ş]di, seçki     —     seç[g]i, 

k

əskin     —     kəs[g]in, dərd     —     dər[t ], dörd     —     dör[t ], avtomat     —     

a[f]tomat,  avtobus         

—          a[f]tobus, zənbil          —          zə[m]bil, sünbül          —     

sü[m]bül  ],  otaq         

—          ota[x  ],  dodaq          —          doda[x  ],  nöqsan          —     

nö[k

’]san, məqsəd        —        mə[k’]səd, toqqa         —        to[k’]qa, saqqal        —     

sa[k

’]qal və s. 

3.  B

əzi qrammatik formaların tələffüzü. atamdan    —     atam[nan ], maşından   

—     maşın[nan ], gəlmişsiniz   —     [ gəlmisiniz ], baxacağam   —     [baxacam], 

dey

əcəyəm   —     [deyəcəm] və s. 

Abreviaturalar.  

Baş  hərfərdən  ibarət  mürəkkəb  qısaltmalar  aşağıdakı  şə-kildə yazılır və tələffüz 

olunur: 

1.  s

əslərin  adı  ilə:  YAP–Yeni  Azərbaycan  Partiyası,  ABŞ–Amerika  Birləşmiş 

Ştatları,  ATƏT–Avropada  Təhlükəsizlik  və  Əməkdaşlıq  Təşkilatı,  AŞPA–Avropa 

Şurası Parlament Assambleyası və s.  

2.    h

ərflərin    adları    ilə:    MSK    (emseka)–Mərkəzi    Seçki  Komissiyası,  MDB  

(emdebe)

–Müstəqil  Dövlətlər  Birliyi,    BMT  (beemte)–Birləşmiş    Millətlər  

T

əşkilatı,  BDU-(bedeu)–Bakı Dövlət Universiteti və s. 

3.   

bütöv    şəkildə,    tərkibindəki    sözlərlə    oxunanlar:    DYP–Dövlət  Yol  Polisi, 

KİV–Kütləvi  İnformasiya  Vasitələri,  AMEA–Azərbaycan    Milli    Elmlər  

Akademiyası,    ADBTİA–Azərbaycan  Dövlət  Bədən  Tərbiyəsi  və  İdman 

Akademiyası və s. 

4.  İxtisarla    yazılan    ad    və    ata    adları    (N.Ə.Abdullayev,    Z.T.Məmmədov, 

T.İ.Tahirov və b.) bütöv oxunur. 

Nitqin ifad

əliliyi. İntonasiya. 

Nitqin  intonasiyası.  Natiq  fikrini  düzgün,  aydın,  məqsədəuyğun  ifadə etməklə  

yanaşı, onu cazibəli, təsirli, emosional bir formada verməyi, dinləyicinin qəlbinə, 

zehnin


ə    nüfuz  edə    biləcək  inandırıcı  dil  vasitələrindən    istifadə    etməyi  də 

bacarmalıdır. Nitqdə  ifadəlilik,  emosionallıq  müxtəlif  vasitələrin  köməyi  ilə  

yaranır. Bura daxildir: intonasiya(melodiya, temp, tembr, vurğu, pauza, ritm, s əsin 

gücü,  s


əsin    diapazonu),    leksik    vahidlər:    sinonim    və    antonimlər,    frazeoloji 

birl


əşmələr,  atalar    sözü,    zərbi-məsəllər,    məcazi    mənalı    sözlər,    birləşmələr, 

t

əkrarlar,  ritorik fiqurlar, emosional nidalar və  s. intonasiya çalarından məhrum 



olan  nitq,  monotonluq,  süstlük,  h

əddindən  artıq  sürətlə    və    ya  yavaş  danışıq, 

diksiyanın  pozulması  və    s.    dinləyicini    yorur.  Dilimiz    intonasiya    cəhətdən  

olduqca    z

əngindir. İntonasiya çalarları vasitəsilə müxtəlif emosional vəziyyətlər:  

qorxu,  qayğı,  qərəz,  qəm,  məğrurluq,  əsəbilik,  dəhşət,  etinasızlıq, məftunluq,  

m

əyusluq,  nigarançılıq,  nəşə,  həyəcan,  təlaş,  təşviş,  təskinlik,  təntənə,  pərtlik, 



lovğalıq, laqeydlik,  coşqunluq, həya,  sevinc, acıq, şübhə, təkəbbür  və  s. ifadə  

olunur. 


İntonasiya  vasitəsilə  insanlar  eyni  bir  sözü  müxtəlif  məqamlarda, 

m

ənalarda  işlədə  bilər.  Məs.:  bəli,  yox,  salam  və  s.  kimi  sözləri  müxtəlif  cür 



intonasiya etmık olar.  

İntonasiya  ilə    bağlı  qüsurun  başqa  bir  forması  oxu  və   danışıq   sürətinin  

normadan  bir  q

ədər  yavaş  olmasıdır.  Belə  nitqdə  dinamika  zəif,  sözlər,  nitq  

taktları,  cümlələr  arasındakı  pauzaların  müddət  ölçüləri  normadan  artıq  olur.  

Yavaş  oxu  danışıq  və  qiraətdə  monotonluğa  gətirib  çıxarır,  dinləyici  yorulur,  

eşitdiyini  tam  şəkildə  mənimsəyə  bilmir.  Natiqlərin,  mühazirəçilərin  içərisində  


yüks

ək templə  danışan və  oxuyanlara  da  rast  gəlinir.  Yüksək  templə  danışmaq  

v

ə    oxumaq    öz-özlüyündə    müsbət  haldır.    Lakin    müəyyən    hüduda    qədər,    



hüduddank

ənar    danışıq    və    oxu    səs-küy  kimi  qarşılanır,  belə  oxu  dinləyicini 

yorur, çox vaxt 

ətrafdakılara da mane olur.  

Natiqlik  t

əcrübəsində  aşağı  tonla  danışan  və  oxuyanlara  da  təsadüf  olunur.  Belə  

nitq  ünsiyy

ətə    istənilən  səviyyədə    xidmət  edə    bilmir.  O,  dinləyiciyə    çatmır. 

Aşağı    tonla    danışıq    və    oxu    dinləyənin    eşitmə    orqanını    daima    gərgin  

v

əziyyətdə  saxlayır.  Bu  cür  oxu,  danışıq  natiqlik  praktikasında  məqbul  hesab 



olunmur. 

Danışıq  və    xüsusən  oxuda  özünü  göstərən  ümumi  bir  qüsur  intonasiyaca 

kasıblıqdır. Bu o deməkdir ki, danışıq, xüsusən oxuda müəyyən məzmun, müxtəlif 

emosional  v

əziyyətlər  (alicənablıq,  ağrı,  abır,  bədbəxtlik,  əsəbilik,  əzab,  ələm, 

q

əzəb, qeyz, qeyrət, qayğı, qüssə, zövq, etinasızlıq, inam, iftixar, iztirab, yəqinlik, 



q

əhərlənmək,    dəhşət,    vahimə,    diksinmə,    öyünmə,    fəxretmə,    qərarsızlıq,  

acizlik, 

vüqar, iddia, yaxşılıq, yamanlıq və  s.)  uyğun informasiya çaları ilə  verilə  

bilmir.  

İntonasiya  tələffüzün  dörd elementi  –  fasilə, vurğu, melodiya və  tempi özündə  

birl

əşdirir. Nitqin gücü, zərbəsi, dinamikası, vurğusu, surəti onun tempi, istiqaməti 

onun melodiyası, dayanacağı isə fasilədir. Vurğu,  fasilə,  temp,  melodiya  nitqin  

xarici  komponentl 

əridir. 


Vurğu.    Vurğu  intonasiyanın  əsas  ünsürlərindəndir.  Dilçilik  ədəbiyyatında  onun  

üç    növünd

ən  –  söz  vurğusu,  məntiqi  vurğu  və  həyəcanlı  vurğudan  bəhs 

olunur. 

Söz vurğusu.    Söz vurğusu nitqdə,    əsasən,    iki  vəzifəni    yerinə    yetirir:  

a)  sözl


ərdə  forma  gözəlliyi  yaradır;  b)  yeni  məna  əmələ  gətirir.  Bunlardan  

birincisi fonetik, ikincisi fonosemantik v

əzifədir. 


Şifahi    nitq    üzərində    müşahidələr    göstərir    ki,    vurğu    səhv    vurulanda    həm 

sözl


ərin, həm də  bütövlükdə  cümlələrin mənası dolaşır. Məsələn: də`ymə  düşər  

–dəymədüşə`r, di`mdik –dimdi`k, gö`rməmiş – görməmi`ş, bağla` - ba`ğla, yağsa` 

-

ya`ğsa, qı`zdır – qızdı`r, gülü`n –gü`lün, sa`bah – saba`h və s. kimi omonimləşmiş 



sözl

ər  yalnız  vurğu  vasitəsi  ilə  fərqlənir.  Sözlərdə  vurğunun  qüsurlu  tələffüzü 

nitqin  göz

əlliyinə  xələl  gətirir.  

Az

ərbaycan dilinə məxsus sözlərdə vurğu (iltisaqiliyin bir  əlaməti  kimi)  əsasən  



son  heca  üz

ərin  düşür. 

Vurğunun düzgün tələffüzü alınma sözlərin deyilişində  xüsusi  əhəmiyyət  

k

əsb edir. İşlətdiyimiz alınmalar vurğunun yerinə görə üç qrupa bölünür: 



a)    vurğusu  birinci  hecada  olan  sözlər:  di`ksiya,    di`ktor,    do`llar,    e`pos,    e`ra,  

fa`brik, pa`sta, pa`uza, po`vest, pri`nsip v

ə s. 

b)    vurğusu  orta  hecada  olan  sözlər:  Ame`rika,    anali`tik,    balla`da,  batare`ya,  



dia`metr,  dikta`tor,  ekzo`tika,  kalkulya`tor,  kata`loq v

ə s. 


c)    vurğusu  son  hecada  olan  sözlər:  delfi`n,    def`is,    Litva`,    bomba`,  mane`vr, 

pedaqo`q, benzi`n v

ə s.  

M

əntiqi    vurğu.  Cümlədə  sözlərdən  birinin  digərlərinə  nisbətən  daha  qüvvətli 

deyilm


əsi. Məntiqi  vurğu  cümlədə  hər  dəfə  yeni  söz üzərində düşəndə xüsusi 

m

əna çaları əmələ gəlir.  



M

əntiqi  vurğunun  müəyyənləşdirilməsi  üçün  bir  sıra  qaydalar  (ölçülər) vardır: 

1.  Müqayisə edilən sözlər vurğulu olur:

 

Taxıl zəmiləri dəniz kimi dalğalanırdı; 



2.  Qarşılaşdırılan zidd mənalı sözlər: Nifrət məhəbbətlə, kədər sevinclə baş-

başa uyuyur mənim sinəmdə. 

3.  Həmcins  üzvlü  cümlələrdə  həmcins  üzvlərin  hər  biri  ayrıca  vurğu  qəbul 



edir.  Bel

ə    cümlələrə    xas  olan sadalayıcı intonasiya sona doğru tədricən 

gücl

ənir  və    axırıncı    həmcins    üzv    digərlərinə    nisbətən    daha    qüvvətli  



vurğu  ilə  tələffüz olunur. 

4.  Ümumiləşdirici    sözlər  həmcins    üzvlərə    nisbətən    qüvvətli    vurğu    ilə 

deyilir:        M

ənim  arzum  budur:  -  kolxoz  bağında,  Xaçbulaq üstündə,  Kür 

qırağında 

 

Bu doğma yurdumun h



ər bir yerində Versin gül bağçalar adından soraq. 

5.  Müəyyən sözün şüurlu olaraq təkrar edilməsi: Könlümün sevgili məhbubi 

m

ənimVətənimdir, vətənimdir, vətənim... 



6.  Kəskin  etiraz    məqamında    məntiqi  vurğu    etiraz  bildirən  sözün  üzərinə 

düşür:  “Yox,    o,    diribaş    və    bacarıqlı    qızdır.    Yox,    ola    bilməz    ki,  

Anjelika....

” (“Uzaq sahillərdə”). 



V

ə sair 

H

əyəcanlı    vurğu.    Məntiqi    vurğu    ilə    danışan    şəxsin    əvvəlcədən  

xüsusil


əşmiş    halda    nəzərdə    tutduğu    məna    ifadə    olunur.    Həyəcanlı  

vurğu    ilə    isə  daha    çox    danışıq    prosesində    yaranan    duyğular,    hiss-

h

əyəcan  ifadə  olunur. Bu zaman sözün bir səsi  –  saiti, yaxud samiti daha 



g

ərgin,  daha  güclü  və    uzadılaraq  tələffüz    edilir.    Dilçilikdə    həyəcanlı  

vurğunun  iki  şəklindən   bəhs  olunur:  a) samitin həyəcanlı tələffüzü; b) 

saitin h

əyəcanlı deyilməsi. 

Samitl

ər    qoşalaşdırıldıqda,    üçləşdirildikdə    əmələ    gələn,   dərk    edilən    məna  

artıq  


sad

əcə    nida    deyil,  həyəcanlı  vurğunun  oyatdığı  təəssüratdır.  Samit    –    sait    –  

samit  strukturlu  sözl

ərin son samitinin həyəcanlı vurğu ilə tələffüzü geniş şəkildə  

işlənir. Məsələn; sus (suss), vur (vurr) və  s. “Vur (vurr) ki, görüm vuran əlin var 

olsun; Vay (vayy), vay (vayy) n

ə yaman müşkülə düşdü işim, allah! (Sabir). 

Müşahidələr göstərir ki, Azərbaycan dilində,  əsasən, c, r, s, ş, y, z, v kimi 

samitl

ər daha çox belə  effekt yaradır. Hətta ikihecalı sözlərdə  də  tələffüz zamanı 



h

əmin  sözlər  qoşalaşaraq  həyəcanlı  vurğunu  əmələ  gətirir.  Məsələn;  yavaş  

(yavvaş), qısa (qıssa), azar (azzar), gözəl (gözzəl), hamı (hammı), dərin (dərrin), 

q

əşəng (qəşşəng).  Çox qəşəng (qəşşəng),  dedim, lap ürəyimdən tikan çıxdı.  



Hiss v

ə  həyəcan sait səsin uzadılaraq güclü deyilməsi ilə  də  ifadə  olunur.  

Saitin   güclü,   uzun   t

ələffüzü  danışanın  hiss  və  duyğularını  aşkarlayır,  

onun  münasib

ətini ortaya çıxarır. Məsələn; ba-baa, de-dee, da-daa, can-caan, Əli-

Əlii, belə-beləə, bax-baax və s.  

1.  Ba (baa) oğlan, nəmənə? (Ə.S.) 

2.  Tfu (tfuu), s

ənun taxtına, ey çərxi-fələk,  

Daşdan yaranmamış, ətdəndir ürək (S.V.) 

3.  Qasım, vay sənin halına can (caan) – can (caan). 

4.  Dem

əli  beləə...  Qeysərli  əsəbi-əsəbi  fısıldayıb  növbətçi  müəllimə 



müraci

ət etdi (V.Babanlı). 



5.  A 

– aa – az, bu virananın uşaqları hələ durmayıblarmı? (İ.Ş). 



Yüklə 328,08 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin