“Gənc Psixoloqlar” İctimai Birliyi
“Psixoloji tədqiqatlar” işçi qrupu
İllik hesabat
Bakı-2016
Buraxılış № 1
Psixoloji tədqiqatlar işçi qrupu
Gənc Psixoloqlar” İctimai Birliyi Psixoloji tədqiqatlar
işçi qrupunun əsas məqsədi cəmiyyətdə mövcud olan
psixoloji vəziyyətin təhlili,bu istiqamətdə praktik elmi
materialların toplanılması əsasında mövzunun araşdırıl-
ması, elmi tədqiqatın aparılması və problemin həlli
istiqamətində layihələrin həyata keçirilməsidir. O
cümlədən daha mötəbər və etibarlı statistik nəticələrin
əldə olunması üçün psixologiyada təhsil alan və bu sahə
ilə yaxından əlaqəsi olan könüllü gənclərin eləcə də elmi
praktik aspektdə artıq öz sözünü demiş mütəxəssislərin
elmi tədqiqat işinə cəlb olunması və birgə işinin təşkili
işçi qrupun aparıcı vəzifələrindəndir. Həmçinin, geniş
elmi və praktik bazanın formalaşdırılması, eləcə də
təcrübəli mütəxəsislərlə birlikdə işləmək imkanı və
tədqiqatın
keçirilməsinin
təməl
prinsiplərinin
mənimsənilməsi, daha sonra fəaliyyətindən asılı olaraq
beynəlxalq əhəmiyyətli sertifikatlarla mükafatlandırıl-
ması işçi qrupun könüllülərə qazandıracağı perspek-
tivlərdəndir.
Siz də “Psixoloji tədqiqatlar” işçi qrupuna qoşula bilərsiniz.
C.Cabbarlı küçəsi 44, Caspian Plaza 1, 14-cü mərtəbə, Bakı, Azərbaycan
+994124081619
+994557402189
info@gpb.az
www.gpb.az
Foto müəllif: Elbrus Musayev
Buraxılış №1
“Psixoloji tədqiqatlar” işçi
qrupunun rəhbəri
Səyyarə Yusubova
GƏNC PSİXOLOQLARIN TƏDQİQAT PROSESİNƏ CƏLB
OLUNMASI VƏ MÖVCUD PROBLEMLƏRİN TƏHLİLİ.
Heç şübhəsiz ki, müasir dövrümüzdə psixologiya sürətlə inkişaf etməkdə
olan elmi-praktik sahələrdən biridir. Həm nəzəri, həm də tətbiqi bilikləri zəngin
olan istedadlı və səriştəli gənc kadrların yetişməsi cəmiyyət üçün olduqca
əhəmiyyətli məsələdir. Gənc psixoloqların təhsili və peşəkar təkmilləşməsi
prosesində ən vacib fəaliyyət sferalarından biri olan empirik tədqiqatların
keçirilməsinin aktual məsələləri barədə fikirlərimi bölüşmək istərdim.
Psixologiya ixtisası üzrə təhsil alan tələbələrdən təhsil prosesində fərdi
işlər, referatlar, kurs işləri, habelə buraxılış işlərini yerinə yetirərkən nəzəri və
empirik tədqiqatlar aparmaq tələb olunur. Psixoloji tədqiqatların keçirilməsi
özündə bir sıra mərhələləri ehtiva edir. İlkin addım əlbəttə ki, mövzunun seçilməsi
və öyrənilən məsələyə dair elmi hipotezin müəyyənləşdirilməsidir. Tədqiq edilən
mövzu tədqiqatın aparıldığı zaman və şəraitdə cəmiyyət üçün aktual olan problemi
əks etdirməlidir. Bu məsələyə psixoloqun yeni bir baxışı olmalı və özünəməxsus
həlli yolları təklif etməlidir. Müşahidələr göstərir ki, tələbələr əksərən cəmiyyət
üçün aktual olan mövzuları araşdırmaq istəyir və belə mövzuları seçdikdə daha
yüksək motivasiya ilə fəaliyyətə qoşulurlar. Elmi fərziyyənin təyin edilməsi isə
çox hallarda onlar üçün çətinlik doğurur. Bu çətinlik hər hansı aktual məsələni
dərindən öyrənmək tələbatı yaradır.
Tədqiqatın keçirilməsinin ayrılmaz hissəsi olaraq tələbələrdən elmi
ədəbiyyatla işləmək, ən müasir və mötəbər mənbələri seçmək və ümumiləşdirmək
bacarıqları tələb olunur. Müasir elmi ədəbiyyata çıxışda gənc psixoloqlar bir sıra
çətinliklər yaşayırlar. Bu, birinci növbədə obyektiv çətinliklərdir. Sürətlə inkişaf
edən psixologiya elmində ən yeni tədqiqatlar əksər hallarda xarici (rus, ingilis)
dillərdə nəşr edilir. Ümumiyyətlə, psixoloqun bütün fəaliyyəti boyunca xarici dil
biliklərinin zəruriliyi öz aktuallığını qoruyur. Fundamental nəzəri-konseptual
məlumatların da bəzilərini günümüzün psixologiya tələbəsi Azərbaycan dilində
tapa bilmir. Bir çox hallarda tələbələrin elmi kitabları harada əldə edəcəyi barədə
təcrübəsi olmur. İnternetdə düzgün axtarış aparmağı, kitabxanalardan istifadə
etməyi
də
öyrənmək
vacib
problemlərdən
biri olur.
.
Psixoloji tədqiqatın keçirilməsində növbəti mərhələ ilkin araşdırmadan
sonra eksperimental fərziyyənin (hipotezin) yoxlanılması məqsədilə tədqiqatın
təşkilati metodunun müəyyənləşdirilməsidir. Dəyişənlərə nəzarət edə bilmək,
tədqiqata uyğun metod və seçməni müəyyənləşdirmək də tədqiqat prosesinin
həssas məqamlarındandır. Bir digər vacib məsələ psixoloji araşdırmaya müvafiq
elmi metod və metodikaların tətbiq edilməsi məsələsidir. Təssüf ki, bəzi hallarda
psixologiya tələbələrinin mötəbərliyi yüksək olan psixoloji metodikalardan
istifadə təcrübələri olmur. Bu isə tədqiqat prosesinə adaptasiya imkanlarını azaldır
və işdə ləngimələrə səbəb olur.
Psixoloji tədqiqatın başlandığı andan tədqiq olunan və ya xidmət
istifadəçiləri ilə rəftar qaydaları vacib etik problem kimi gənc psixoloqların
qarşısına çıxır. Psixoloji tədqiqatların keçirilməsinə dair etik qaydalara nəzarət
sahəsində boşluqlar yarandıqda isə elmin inkişafı üçün ən təhlükəli hallardan biri;
insan faktorunun diqqətdən kənar qalması təhlükəsi yaranır. Belə ki, tədqiqatın
keçirilməsinə dair məlumatlı razılığın alınması, nəticələrin gizliliyinin
(konfidensiallığının) qorunması və şəxsi həyatın toxunulmazlığı prinsipləri
psixoloji tədqiqatın keçərliliyi üçün ən vacib şərt olmalıdır. Psixoloq daim
xatırlamalıdır ki, o, insanın mənəvi firavanlığına xidmət edən elmin
nümayəndəsidir və bu elmin araşdırdığı hər bir məsələ insan hüquqlarının
qorunmasına xidmət edir.
Günümüzdə gənc psixoloqların ən vacib problemi tədqiqat nəticələrini
kompyuterləşdirmə və statistik (kəmiyyət) təhlili ilə bağlı yaranır. Müşahidələrə
əsasən demək olar ki, bu problem yalnız empirik məlumatları topladıqdan sonra
tədqiqat nəticələrinin təhlili barədə düşünən zaman meydana çıxır. Ümumiyyətlə,
tədqiqat prosesinin planlaşdırılması və dəqiq mərhələlərdə icra edilməsi gənc
tədqiqatçıları belə problemlərdən azad edə bilər. Eləcə də, psixologiya sahəsində
tətbiq edilən riyazi-statistik metodlar barədə biliklərin səthi olması tələbələrə
kəmiyyət təhlili aparmaqda mane olur. Maraqlı hallardan biri psixologiya
tələbələrində riyazi statistikaya qarşı neqativ yönəliş ilə bağlı olur. Yəqin ki,
kompyuterləşdirilmiş spesifik proqramlardan istifadə təcrübəsinin əlçatan olması,
bu sahənin tətbiqinin genişləndirilməsi humanitar təhsil alan gənc psixoloqların
çətinliklərini azalda bilər. Ümumiyyətlə, aparılmış tədqiqatın dürüstlüyü,
nəticələrin etibarlılığının yoxlanılması üçün riyazi-statistik metodlara bələdləşmə
vacib şərtdir.
Magistratura və doktorantura pillələrində gənc psixoloqlardan elmi-
empirik araşdırmaların aprobasiyası tələb olunur. Bu isə aparılmış tədqiqatın tezis,
məqalə, dissertasiya, avtoreferat, elmi hesabat və s. formalarda təhlili və təsvirini
nəzərdə tutur. Bu mərhələdə isə gənc psixoloqların bir çoxu elmi məqalələrin
yazılması qaydaları barədə qınlıqlar yaşayırlar.
Buraxılış №1
Qeyd etdiyimiz aktual məsələləri nəzərə alaraq “Gənc Psixoloqlar”
İctimai Birliyi olaraq 2016-cı ilin yanvar-fevral aylarından “Psixoloji Tədqiqatlar”
işçi qrupu yaratdıq. “Psixoloji tədqiqatlar” işçi qrupunda Bakı Dövlət Universiteti,
Azərbaycan Dövlət Pedaqoji Universiteti, Xəzər Universiteti və Sumqayıt Dövlət
Universiteti bakalavr və magistratura pilləsində təhsil alan tələbələri iştirak
edirlər.
İşçi qrupun fəaliyyəti ərzində “Psixoloji tədqiqat mövzusuna verilən
tələblər və elmi fərziyyənin seçilməsi”, “Psixoloji tədqiqatların kəmiyyət və
keyfiyyət təhlili “, “Tədqiqatın aparılması zamanı vacib etik qaydalar”
mövzularında mühazirələr keçirilmişdir. Üzvlərlə interaktiv görüşlər təşkil
etməklə bu sahədəki biliklərini möhkəmləndirmək məqsədilə paralel olaraq tətbiqi
çalışmalar icra olunmuşdur. “Yeniyetməlik və erkən gənclik dövründə siqaret
asılılğına təsir edən psixoloji amillər” mövzusunda pilotaj sorğu keçirilmişdir.
Sorğu işçi qrupu tərəfindən hazırlanmış və tətbiq olunmuşdur. Fürsətdən istifadə
edərək Bakı Dövlət Universiteti Gender və tətbiqi psixologiya kafedrasının
əməkdaşı İradə xanım Məmmədovaya işçi qrupunun fəaliyyətində elmi məsləhətçi
kimi göstərdiyi yardıma görə təşəkkürlərimizi bildirik.
Eləcə də, ilk hesabatımızda işçi qrupumuzun bir neçə üzvünün sərbəst
şəkildə apardığı bəzi araşdırmaların qısa icmalı təsvir edilmişdir. Qeyd etmək
istərdim ki, ilkin mərhələdə işçi qrupumuzun hədəflərinə sərbəst şəkildə düzgün
tədqiqat sualı qoymaq, fərziyyəni müəyyənləşdirmək, elmi ədəbiyyatdan istifadə
etmək, araşdırılmış məzmunu təsvir etmək bacarıqlarını formalaşdırmaq
olmuşdur. Bu hesabatda elmi və praktik yeniliyi çox da yüksək olmayan, lakin
müasir dövrdə aktual olan mövzular təsvir edilmişdir.
İşçi qrupu olaraq qarşımızda bir sıra məqsədlər qoymuşuq. Üzvlərimizə
psixoloji tədqiqatları təşkil etmək, etik prinsiplərə əməl etmək, nəticələri kəmiyyət
və keyfiyyət təhlili yolları ilə işləmək, eləcə də elmi məqalələrin yazılması
bacarıqlarını aşılamaq ən vacib hədəflərimizdəndir. Düşünürük ki, gənc
psixoloqlar elmi araşdırma fəaliyyətində koordinasiya olunmuş komandalar
şəklində işlədikdə tədqiqatların etibarlılığı da, təcrübənin bölüşməsi də daha
səmərəli nəticələr verəcəkdir.
“Psixoloji tədqiqatlar” işçi qrupunun rəhbəri
Səyyarə Yusubova
Buraxılış №1
Buraxılış №1
“Psixoloji tədqiqatlar” işçi qrupunun üzvü
Həcəmova Zeynəb
CƏMİYYƏTİN ÖZƏYİ OLAN AİLƏYƏ EDİLƏN KƏNAR
MÜDAXİLƏLƏR BOŞANMA SƏBƏBİ KİMİ;
ŞƏXSLƏRARASI MÜNASİBƏTLƏR.
Mövzunun aktualığı. Ailə çoxaspektli qurumdur. O, özündə
sosial təşkilatın, sosial strukturun, institutun və kiçik qrupun xassələrini
təcəssüm etdirir. Müasir dövrdə cəmiyyətdə qurulan ailələrdə
boşanmaların sayı getdikcə artır. Boşanmanın səbəbləri barədə məsələ hələ
də kifayət qədər dolğun öyrənilməmişdir. Boşanmanın səviyyəsini
müəyyən edən mühüm amillərdən biri ailə-nigah qanunvericiliyidir.
Boşanma amilləri arasında əsas yerlərdən birini demoqrafik və sosial-
iqtisadi determinantlar tutur. Belə ki, ər-arvadın yaşı mühüm rol oynayır.
Bu demoqrafik dəyişən üç müxtəlif modifikasiyada irəli çıxır: nigah
bağlama yaşı, boşanma dövründəki yaş, ər-arvadın yaşları arasındakı fərq.
Bu gün ailə bağlarının qopmasının əsas səbəbləri kimi sevgi və qarşılıqlı
anlaşmanın olmaması, insnaların fərqli maraqlara və düşüncələrə malik
olması, xəyanət, maddi problemlər, müdaxilələr və s. amillər
səciyyələndirilir. Tamamilə konkret səbəb (ər-arvaddan birinin sonsuz
olması, sübuta yetirilmiş xəyanət və s.) olduqda boşanmanın yol verilən
olmasının qəbul edilməsi ilə yanaşı boşanma ehtimalı daha da artır.
Tədqiqatlar göstərir ki, gənclərin 60-65%-i dini nigah bağlayana qədər bir-
birini sevərək evləndiklərini etiraf etmişlər. Məhz buna görə də bəzi
nigahların müddəti 4-7 aya və yaxud bir ilə qədər davam edir.
BMT Baş Məclisinin 1993-cü il 20 sentyabr tarixli qətnaməsinə
əsasən, hər il mayın 15-i bütün dünyada “Beynəlxalq Ailə Günü” kimi
qeyd olunur. Ölkəmizdə ailə məsələləri bu gün öz önəmini xüsusi olaraq
daşımaqdadır.
Nigah - kişi ilə qadın arasında cəmiyyət tərəfindən təsdiqlənən və
onların uşaqlarına nəzərən hüquq və vəzifələrini tənzimləyən münasibətlər
formasıdır. Hüquqi baxımdan nigah – kişi ilə qadının ailə qurmaq
məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü,
bərabərhüquqlu ittifaqıdır. Ölkəmizdə yalnız vətəndaşlıq aktlarının dövlət
qeydiyyatı (VADQ) orqanlarında bağlanmış nigah etibarlı hesab olunur.
Nigahın bağlanması nigah davranışının, yəni məqsədi nigaha ehtiyacın
ödənməsi olan davranışın, nigah tərəfdaşının seçilməsi ilə bağlı davranışın
son mərhələsidir.
Məlumdur ki, möhkəm ailənin təməlinin qoyulmasının başlıca
mənbələrindən biri gənclərin bir-birini yaxından tanıması, gələcəkdə nə
cür ailə modelinə sahib olmalarını dərk etmələrindədir. Təəssüflər olsun
ki, hal-hazırda bir çox ailələr demək olar ki, kortəbii şəkildə qurulur.
Nigah seçimi prosesi tarixən konkret prosesdir. O, cəmiyyətdə mövcud
olan iqtisadi, sosial, sosial-mədəni şəraitdən və digər şərtlərdən asılıdır.
Nigah seçimi prosesinin əsas xüsusiyyətləri onunla bağlıdır ki, müxtəlif
mədəniyyətlərdə və tarixi inkişafın mərhələlərində istər mümkün seçim
imkanı, istərsə də fərdi seçim azadlığının dərəcəsi müxtəlifdir.
Ailədaxili konfliktlərdən yayınmaq üçün ilk olaraq hər iki tərəfin
bir-birinin xarakterini, nələrdən xoşlanıb-xoşlanmadığını öyrənmələri
üçün zaman gərəkdir. Hesab edilir ki, ailədə tərəflər güzəşt etməyi
bacardıqca, mübahisəyə meyilli olmadıqda, qarşı tərəfi sərt şəkildə ittiham
etmədikdə və qərar verərkən qarşı tərəfin də fikirləri ilə hesablaşdıqda
ailədə qarşılıqlı anlaşma və hörmət hissləri olar, bir o qədər də möhkəm və
perspektivli ailə təməli qoyular. Tədqiqatlar zamanı məlum olmuşdur ki,
kürəkən və ya gəlin daimi olaraq həyat yoldaşının valideynləri tərəfindən
məzəmmət
edildikdə
müəyyən
müddətdən sonra bu artıq
dözülməz hal alır.
İstifadə olunmuş ədəbiyyat:
1. F.Q. Vahidov, T.B. Ağayev.
Sosiologiya (Ali məktəblər üçün dərs
vəsaiti, XVI FƏSİL). Bakı – 2008. Səh.
112-115.
2. Nevzat Tarhan. Son sığınak aile.
Günümüzde aile.Timaş yayınları. 2010.
Buraxılış №1
Ailədə cərəyan edən münasibətlərdə ən böyük çatışmazlıq
gənclərin nəinki qarşı tərəfi, hətta özlərini belə yaxşı tanımaması, öz
xarakterlərinə dərindən bələd olmayan insan qarşısındakı insanı da
tanımaq iqtidarında deyildir. Təbii ki, bu tip insan ailə qurarkən də
seçimində yanılacaqdır. Bu da gələcəkdə ailədə çox ciddi problemlərin
yaranmasına və münasibətlərdə bir natamamlıq hissi yaşanmasına səbəb
olacaqdır. Vəziyyətin belə kritik olması ilə bərabər kənar amillərin təsiri
ailə üçün ən böyük dağıdıcı səbəbdir. Ailə qurulursa, gənclər digər
qohumlardan daha çox bir-birinə uyğunlaşmalıdır. Gənc ailəyə bir-
birlərinə uyğunlaşmaları üçün şərait yaratmaq lazımdır. Yersiz
müdaxilələr problemi həll etmək əvəzinə onu daha da çıxılmaz və
mürəkkəb vəziyyətə gətirib çıxara bilər.
Aparılmış tədqiqat mövzusu, məqsədi və obyekti haqqında
məlumatlar.
Ailə müqəddəsdir. Ailə adlı qurumda bütövlük və səmimi
münasibətin qorunub saxlanması olduqca vacib məsələdir. Ailədə
bütövlük dedikdə, bu qurumda şəxsiyyətlərarası münasibətlərin necə
xarakterizə edilməsi, cəmiyyətdə möhkəm ailə modeli haqqında
təsəvvürlərin formalaşdırılması, ailədə qarşılıqlı etibar, problemli situasiya
baş qaldırdıqda bir-birinə dəstəyin olub olmaması və münasibətlərdə
şəffaflığın tənzimlənməsi aspektləri nəzərdə tutula bilər.
Ailə qurarkən çox zaman gənclərin gözləmələri ilə yaşadıqları
həyat tərzi arasında real uçurumlar olur. Bu baxımdan tərəflər öncədən
qarşılıqlı istəkləri barədə ətraflı danışmalı, bir-birlərinin istəklərinə uyğun
olaraq davranışlarını qurmağı öyrənməlidirlər. Tədqiqatın aparılmasının
praktik yeniliyi də münasibətlərdə problemli situasiyanın qarşısının
alınması məqsədilə ailədə bərabərliyin və bütövlüyün yaradılması,
möhkəm ailə modelinin tədqiqi və prinsiplərinin cəmiyyətə
çatdırılmasındadır.
Tədqiqat müxtəlif yaş qruplarına və sosial statusa malik insanlar
üzərində aparılmışdır. İlkin fərziyyə kimi ailədaxili problemlərin və
anlaşılmazlıqların
başlıca
səbəbi
ictimai
qınaq
qorxusu
və
məlumatsızlıqdır. Yaş göstəriciləri 22-62 yaş arasında dəyişən, milliyətcə
azərbaycanlı olan ailə üzvlərinin əksəriyyəti ali təhsillidir. Ailəli olanlar
üstünlük təşkil edir. Aralarında həm qadın, həm də kişilər vardır.
Tədqiqat zamanı ailədaxili konfliktlərin özəyi, münasibətlərdə
gərginliyin, anlaşılmazlıqların yaranma səbəbləri, eyni zamanda
boşanmaya gətirib çıxaran amillər, ailəyə
edilən
müdaxilələrin
təkanverici qüvvələri tədqiq edilmişdir.
Buraxılış №1
Tədqiqatın məqsədi.
Ailəyə dağıdıcı təsir göstərən səbəblərin araşdırılması; kənar
müdaxilələrin korreksiya edilməsi yollarının aşkar edilməsi; sağlam ailə
mühiti və problemli ailələrin müqayisə edilməsi; ailədə şəxsiyyətlərarası
münasibətlərdəki gərginliyin aradan qaldırılması və sağlam ailə mühitinin
yaradılması.
Tədqiqatın vəzifələri.
1. Tədqiq olunan ailələrə psixoloji dəstək verilməsi məqsədilə
onlarla ayrı-ayrılıqda söhbətlərin aparılması, ailənin möhkəmliyinə
arzuolunmaz təsir göstərən psixoloji amillərin mənfi tərəflərinin
müəyyənləşdirilməsi;
2. “Möhkəm ailə modeli” yaratmaq üçün tövsiyyələrin
hazırlanması.
Tədqiqatın fərziyyələri.
Ehtimal edilir ki, valideynlərin ailəyə etdiyi müdaxilələrinin əsas
mənbəyi onlarda tərkedilmək qorxusu, qısqanclıq və lazımsızlıq hissinin
baş qaldırmasıdır. Əsasən problemli ailələr üzərində aparılan tədqiqat
zamanı söhbət əsnasında məlum olmuşdur ki, ailədaxili problemlərin və
anlaşılmazlıqların başlıca səbəbini ictimai qınaq qorxusu və məlumatsızlıq
təşkil edir.
Tədqiqat zamanı tətbiq edilmiş metodika.
Problemli ailələrlə tədqiqat aparılan zaman işin effektivliyini
artırmaq üçün biz müsahibə, müşahidə və eyni zamanda bioqrafik və həyat
yolu təhlili metodlarına da müraciət etdik.
Buraxılış №1
Tədqiqat nəticələrinin təhlili.
Aparılan araşdırmalara görə iqtisadi, sosial vəziyyətin, mənzil
şəraitinin qənaətbəxş olmaması, narkomanlıq, sərxoşluq, cinayətkarlıq və
deviant davranışın digər növləri müasir Azərbaycan cəmiyyətində nigahın
pozulmasını şərtləndirən əsas səbəblər kimi çıxış edir. Yaşayış
səviyyəsinin aşağı olması bəzi gənclərin ailə qurmamasına, müəyyən bir
qisminin isə boşanmasına səbəb olur. Lakin güman etmək olar ki,
Azərbaycan dövlətinin apardığı siyasi, iqtisadi, sosial islahatlar, insanların
sosial vəziyyətinin yaxşılaşdırılması üçün görülən tədbirlər, ünvanlı sosial
yardım proqramının icra olunması, o cümlədən gənclərin mənzil və sosial
şəraitinin yaxşılaşdırılması üçün görülən işlər sözügedən problemlərin
aradan
qaldırılmasına
köməklik
göstərəcəkdir.
Tədqiq
olunan
Yaşı
Cinsi
Milliyəti
Təhsili
Sosial
status
Ailə
vəziyy
əti
Yaxın
qohum
(bacı)
34
qadın
azərbaycanlı
Ali
(Orta
məktəb)
müəllim
evli
Həyat
yoldaşı (ər)
31
kişi
azərbaycanlı
Ali
Kursda
repetitor
evli
Həyat
yoldaşı
(arvad)
25
qadın
azərbaycanlı
Ali
Bank
işçisi
evli
Yaxın
qohum
(ana)
62
qadın
azərbaycanlı
Orta
texniki
Evdar
qadın
evli
Həyat
yoldaşı (ər)
26
kişi
azərbaycanlı
Ali
Mühənd
is
evli
Həyat
yoldaşı
(arvad)
22
qadın
azərbaycanlı
Orta
texniki
Evdar
qadın
evli
Buraxılış №1
Dostları ilə paylaş: |