Sərbəst iş N1
Tələbə-
Fakültə:
İxtisas:
Qrup:
Kurs:
Fənn:
Müəllim:
Sərbəst işin adı:
GİRİŞ
PLAN:
1.Qida gigiyenasının inkişaf tarixi
2.Qida gigiyenasının predmeti və vəzifələri
3.Ölkədə sanitar xidməti, onun məqsədi və vəzifələri
NƏTİCƏ
ƏDƏBİYYAT SİYAHISI
GİRİŞ
Gigiyena – əhalinin həyat şəraiti üçün elmi surətdə əsaslandırılmış optimal şəraitin yaradılması haqqında elmdir. O, ətraf mühit amillərinin qeyri-əlverişli təsirinin xəbərdar edilməsi və aradan qaldırılması, həmçinin onları insan sağlamlığına əlverişli təsirindən istifadə etmək üçün tədbirlər hazırlayır.«Gigiyena» sözü yunanca «hygieinos» sözündən götürülmüş və mənası
sağlamlıq gətirən deməkdir. Gigiyena sözünün yaranması qədim yunan
ilahəsi Gigiyeyanın adı ilə əlaqədardır. Qədim yunana mifoloqiyasına görə sağlamlıq allahı Asklipiyanın iki qızı olub ki, bunlardanda ən məşhurları
xəstəlik barədə xəbər verən Gigiyeya və xəstəliyi dərmalarla müalicə edən Panaseya olublar. Bu elm həyat şəraitinin sağlamlığa təsirini öyrənir, xəstəliklərin qarşısını almaq, insanın və insan cəmiyyətinin sağlamlığını qorumaq və mühafizə etmək üçün tədbirlər işləyib hazırlayır. İnsanı əhatə edən xarici mühit daim hərəkət və inkişaf edir, dəyişir. Buna görə də insan orqanizmi mütəmadi olaraq arasıkəsilmədən dəyişən çoxlu amillərin
(qıcıqlandırıcıların) təsirinə məruz qalır. Lakin xarici mühitin adi dəyişiklikləri insanlarda patoloji dəyişikliklər törətmir. Çünki insan orqanizmi bunlara uyğunlaşır. Hər bir müəyyən anda orqanizmlə xarici mühit arasında mütəhərrik, dinamik tarazlıq yaranır (İ.P.Pavlov). Orqanizmlə xarici mühit arasındakı bu tarazlıq pozulduqda isə xəstəlik baş verir. Xəstəliyin baş verməsində isə xarici mühit amillərinin qeyriadi gücdə və keyfiyyətdə olan təsiri əsas rol oynayır. Orqanizmə təsir edən xarici mühit amillərini bir neçə qrupa bölmək olar.
Dostları ilə paylaş: |