3.Ölkədə sanitar xidməti, onun məqsədi və vəzifələri
Gigiyenanın işləyib hazırladığı normativlər və elmi cəhətdən əsaslandırılmış müddəalar sanitariya qanunvericiliyi vasitəsilə təcrübəyə tətbiq olunur və sanitariya təşkilatlarının işi bunlara əsaslanır. Sanitariya orqanlarının çoxcəhətli işinə əsasən aşağıdakılar aiddir: dövlət sərhədlərinin sanitariya mühafizəsi, əhalinin və məişət şəraitinin sanitariya mühafizəsi; atmosfer havasının, su hövzələri və torpağın sanitariya mühafizəsi; yaşayış yerlərinin, sənaye müəssisələrinin, mənzillərin, mədəni-məişət və müalicə-profilaktika müəssisələrinin abadlaşdırılmasında və tikilməsində sanitariya normaları və qaydalarını təmin etmək, yeyinti məhsullarının sanitariya mühafizəsi və ictimai iaşənin sanitariya vəziyyətini təmin etmək, infeksion və kütləvi xəstəlikləri və başqa xəstəlikləri aradan qaldırmaq və qarşısını almaq üçün tədbirlər keçirmək.
Qida sahəsində Dövlət sanitar nəzarəti xəbərdaredici və cari sanitar nəzarəti formasında həyata keçirilir.
Xəbərdaredici sanitar nəzarətinə sahənin perspektiv inkişaf planı hazırlanarkən gigiyenik tələblərin yerinə yetirilməsi, yeyinti müəssisələrinin layihələndirilməsi normaları, tikintidə texnoloji layihələrin və iş çertyojlarının uyğunluğu, fəaliyyətdəki idarələrin iş profilinin dəyişilməsi və yenidən qurulması, yeni texnoloji avadanlıqların konstruksiyası, yeni növ qida məhsullarının buraxılması, qab-qacaqlar, inventar, tara, məmulatların reseptlərinin dəyişilməsi, məhsulun çeşidləri və s. daxildir.
Cari sanitar nəzarəti qüvvədə olan sanitar-gigiyenik və sanitarepidemiologiya əleyhinə normalara, yeyinti müəssisələrinin tikinti norma və qaydalarına uyğun olaraq məhsul hazırlanma proseslərinə onların buraxılmasına, qida müəssisələrinə daşınması və saxlanmasına, avadanlıqlara, taralara nəzarəti nəzərdə tutur.
İctimai nəzarət qida sənayesi, ticarət və iaşə müəssisələrində cari sanitar nəzarətin effektivliyini artırmaq üçün təşkil olunur. Onun həyata keçirilməsinə sanitar təşkilatlarının ən yaxşı mütəxəssis işçiləri cəlb olunur. Hər bir sexdə, oradakı işçilərdən sanitar qaydalarının yerinə yetirilməsinə daimi nəzarət etmək üçün sanitar gözətçisi təyin olunur. Sanitar xidmətinin ictimai köməkçisi həmçinin müəssisənin ictimai təşkilatlarının (həmkarlar ittifaqı, Qırmızı Aypara Cəmiyyəti, xalq nəzarəti) nümayəndələri də ola bilər.
NƏTİCƏ
Orqanizmlə xarici mühitin vəhdəti – hər şeydən əvvəl, orqanizmlə mühitin kimyəvi tərkibinin, bunlar arasında maddələr və enerji mübadiləsinin oxşarlığı deməkdir. Bir çox kimyəvi elementlər və birləşmələr orqanizmə plastik və energetik prosesləri həyata keçirmək üçün lazımdır.
İstehsal fəaliyyəti ilə əlaqədar olaraq insanın yaşadığı mühitə zəhərli kimyəvi maddələr düşə bilər. Xarici mühitdə – havada, suda, quruda toksik təsirli kimyəvi maddələrin olması həm funksional, həm də üzvi xarakterli patoloji dəyişikliklərə səbəb ola bilər.
Fiziki amillər. Havanın temperaturu, rütubəti, hərəkəti, atmosfer təzyiqi, günəş radiasiyası, səs-küy, vibrasiya, radioaktiv şüalanma və s. bu cür amillərdir. Bunların bəziləri orqanizmin yaşaması üçün zəruridir, lakin bütün bunların hamısı müəyyən intensivlik dərəcəsində orqanizmə zərərli təsir göstərə bilər.
Bioloji amillər. Bunlara patoloji mikroorqanizmlər, viruslar, helmintlər, göbələklər və sairə aiddir.
İnsan üçün xarici mühit, dəyişkən amilləri ilə birlikdə yalnız təbiət demək deyildir. İstehsal vasitələri də istehsal münasibətləri ilə birlikdə cəmiyyətdə xarici mühitə aiddir, çünki insanın yaşadığı icti-mai mühit şəraiti orqanizmin vəziyyətinə və sağlamlığına təsir edir.
İnsan orqanizminə nəinki xarici mühitin obyektləri, həm də söz, danışıq, insanlar arasındakı münasibət, başqa sözlə, ikinci siqnal sisteminə aid olan qıcıqlandırıcılar da təsir edir.
ƏDƏBİYYAT SİYAHISI
1. Qurbanov N.H., Xəlilova Ü.İ., Qurbanova A.A., Qida fiziologiyası, Bakı2003.
2. Qurbanov N.H., Omarova E.M., Qida məhsulları texnologiyasının nəzəri əsasları /Qurbanov N.H., Omarova E.M.// Bakı, ”İqtisad Universiteti” nəşriyyatı, 2010, 550 s.
3. Məhərrəmov M. Ə. Qida mehsulları istehsalının nəzəri əsasları. Iqtisad Universiteti, 2015.
4. Mövsümov E. M., Yusifov N. M. Qida kimyası. Bakı: “MBM” MMC, 2010.
Dostları ilə paylaş: |