Havanın mikroflorası və sanitar göstərici mikroorqanizmləri



Yüklə 15,62 Kb.
tarix02.01.2022
ölçüsü15,62 Kb.
#47636
referat 2367 (2)


Havanın mikroflorası və sanitar göstərici mikroorqanizmləri

Havada olan mikroorqanizmlərin öyrənilməsi ilə aeromikrobiologiya məşğul olur.Torpaq və sudan fərqli olaraq hava mikroorqanizmlərin həyat fəaliyyəti və yaşaması üçün əlverişli mühit deyil.Ona görə də əksər mikroorqanizmlər havada yalnız müvəqqəti mövcud olur.Lakin onların bəziləri,xüsusən vərəm mikrobakteriyaları,bakteriya və göbələk sporaları havada uzun müddət saxlanıla bilər.

Havadakı mikroorqanizmlərin sayı və onların növ tərkibi xeyli müxtəlifdir.Burada əsasən müxtəlif kokklar,spora əmələ gətirən bakteriyalar,aktinomisetlər,kif göbələkləri və s. rast gəlinir.Onların miqdarı meteoroloji şəraitdən də asılı olaraq dəyişilir.Küləkli havada açıq yerlərin havasının mikrob tərkibi torpağın mikroflorasına yaxın olur ki,bu da külək vasitəsilə torpaqdakı mikroorqanizmlərin toz hissəciklərilə birlikdə havanın tərkibinə keçməsi ilə əlaqədardır.Külək vasitəsilə havaya yayılan toz hissəciklərinin tərkibi mikroorqanizmlərlə xüsusilə zəngindir.Yağışla havada mikrob tərkibinin xeyli azalması müşahidə edilir.Beləliklə,açıq yerlərdə havanın mikroorqanizmlərlə çirklənmə mənbəyi əsasən torpaqdır.

Qapalı yerlərin havasının mikroflorası onun günəş şüası ilə işıqlanma dərəcəsindən,təmizliyindən,burada olan insanların sayından və s. şəraitlərdən asılı olaraq dəyişilir.Belə yerlərin havasında həm də insanların yuxarı tənəffüs yollarının mikroorqanizmlərinə rast gəlinir.Bu mikroblar havada əsasən aerozolların tərkibində olur.Günəş şüası düşməyən ,qaranlıq,rütubətli mənzillərin,otaqların,zirzəmilərin havasında mikroorqanizmlər daha uzun müddət mövcud olmaqla insan sağlamlığı üçün təhlükə törədə bilər.



Əvvəllər havanın sanitar göstərici mikroorqanizmləri kimi hemolitik streptokoklar və staphylococcus aureus-un aşkar edilməsi mühüm əhəmiyyət kəsb edirdi.Hazırda havada patogen və şərti-patogen mikroorqanizmlərin birbaşa aşkar edilməsinə daha çox diqqət verilir.Havanın sanitar mikrobioloji müayinəsi əsasən müalicə və uşaq müəssisələrində aparılır.Bu zaman

  1. 1 m3 havada olan bakteriyaların ümumi sayı

  2. 1 m3 havada alfa- və beta-hemolitik streptokokların və S.aureus sayı

  3. 1 m3 havada patogen və şərti patogen mikroorqanizmlər təyin edilir.

Havanın mikrobioloji müayinəsi üçün əsasən iki üsuldan istifadə edilir.

  1. Sedimentasiya,yaxud çökdürmə üsulu-havadakı mikroorqanizmlərin qidalı mühitlərin səthinə mexaniki çökdürülməsi prinsipinə əsaslanır.Bu üsul əsasən mikrofloranın tərkibini öyrənmək üçün tətbiq edilir.

  2. Aspirasiya üsulu-müxtəlif cihazlar vasitəsilə havanın qidalı mühitlərdən keçmək şərtilə sorulması prinsipinə əsaslanır.Bu zaman mikrofloranın həm sayını,həm də tərkibini müəyyənləşdirmək mümkün olur.

Yüklə 15,62 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin