... etiraz edib. Yəni İngiltərədə kralı mühakimə edəcək məhkəmə heç vaxt yaradılmamışdı. Yaradılması mümkün deyildi. Və o zaman İngiltərənin məşhur hüquqşünası
Həm də terminalın sədri Breşouomun* məşhur bir sözü vardı
Hakimlər qanuna əsaslanır onlar üçün qanun kraldan daha üstündür. Xalqın adından çıxış edən parlament qanun yaratdığı üçün Parlament də qanundan üstündür. Kral isə ayrıca hər hansı bir şəxsdən üstün ola bilər. Amma heç vaxt xalqdan üstün ola bilməz. Xalqdan kiçikdir ona görə də özünü qanundan üstün qoya bilməz. Çox məntiqi ifadədir amma o ifadə ona aid deyil 13cü əsrdə İngiltərə hüquqşünası vardı Brakson. Braksonun belə bir traktatına əsaslanırdı. Tanrı qanun və məhkəmə studiyası* kraldan üstündür. Bu fikrə əsaslanırdı. Nəticədə parlament kralı ittiham etdi, ona ölüm cəzası verdi. Kralın son arzusu palatayla görüşməsi idi. Palatanı inandırmağa çalışır ki onun istəyi ancaq xalqa xidmət etmək olmuşdu və s. Lakin onun bu görüşü rədd edildi. Və 1649cu il yanvarın ortasında kral Londonda Uashold* sarayının ortasında edam olundu. Bu İngiltərədə görülməmiş bir hadisə idi. Kralın xalq tərəfindən edam edilməsi. Bu çox şaşırdıcı bir hadisə idi və yəqin ki başa düşürsüz qonşu ölkələrdə Avropada bu hansı təəssürat yaratdı. Eyni zamanda Şotlandiyada hansı etiraza səbəb oldu. İngiltərə əhalisi bütövlükdə götürdükdə Kralın hakim olduğunu qəbul edirdi. Kralın müəyyən günahı var idi? bəli, bunu bəlkə də hakimiyyətdən devirib yerinə oğlu gətirilə bilərdi və yaxudda hansısa bir qəyyumluq gətirilə bilərdi. Amma Kralın edam olunması bütün ölkə üçün şok bir hadisə idi. Bu hadisə eyni zamanda İngiltərədə növbəti bir hadisəni ortalığa çıxardı. İngiltərənin növbəti dövlət quruluşu nədir? Kralın edamı sülalənin süqutu demək deyil. Sülalə qalır hakimiyyətdə başqası da əyləşə bilər. ona görə də fevralın 6sında parlament lordlar palatasının və daha sonra kral hakimiyyətinin ləğv edilməsi haqqında qanun qəbul edir. Həmin qanunlar müvafiq olaraq martın 17si və 19zunda qüvvəyə mindi. 1649cu ilin əvvəllərindən həyata keçirilən o cümlədən (yadımıza salır ki bir daha) yanvarın 4ündə icmalar palatası özünü İngiltərənin ali hakimiyyət orqanı elan etmişdi. Bütün bunların hamısı xalq sazişinin yəni levellerlərin proqramının müddəalarına uyğun idi. Yəni hakimiyyətin mənbəyi xalqdır. Hakimiyyəti xalq yaratmalıdır. Və bunun ardınca icmalar palatası martın 21ində xüsusi bir bəyannamə qəbul edərək insanlara baş verən hadisələri izah etməyə çalışır. Kral hakimiyyəti İngiltərəyə lazım deyil. Yəni orda izahlar var. Həmin izahlardan biri də odurki, qonşu ölkə Hollandiya Respublikası ona görə belə inkişaf etmişdi ki orda kral hakimiyyəti yoxdur. Kral hakimiyyətinin olması İngiltərənin firavanlığı yolunda böyük bir maneədir. Yeni pul vahidləri qəbul edilməyə başlandı, yeni dövlət möhürləri qəbul oldu, kral hakimiyyəti adından çıxarıldı. Allah bizimlədir sözü yazıldı. Mayın 19unda İngiltərədə Respublika elan edildi. Bu respublika əsl xalq hakimiyyəti deyildi. Bu ordunun yalnız yuxarı dairələrinin bayaq dediyi kimi drampların* hakimiyyəti idi. Və onların hakimiyyəti yalnız orduya və bir də onların ətrafında olan işgüzar dairələrə əsaslanırdı. Əlbəttə ki bu hakimiyyəti yaradan qüvvələrin əsas düşüncəsi o idi ki artıq inqilab prosesləri dayandırılmalıdır. Yəni hər hansı bir radikal addımlardan çəkinilməlidir. Bu İngiltərə inqilabının mühafizəkar mərhələsinin başlanması demək idi. Nə qədər qəribə görünsə də adətən Respublika quruluşunun elan olunması inqilabın zirvəsi sayılır. Amma bu əksinə inqilabın mühafizəkar yəni inqilabın yüksəlmə mərhələsidir. Çünki Kromvel başda olmaqla İndependent ... bir daha qeyd etdiyim kimi onlar inqilabın dayandırılmasına çalışırdılar. Hər hansı bir konstitusiya yoxdur, yalnız parlamentin qəbul etdiyi qərarlar, həmin qərarlara uyğun olaraq qanunverici hakimiyyət parlamenti icmalar palatasına salmışdı, icmalar palatası 75 deputat idi xalqı təmsil edən orqan deyildi, hərə özündə saxtakarlıqdır. Deputatlardan davamlı olaraq yalnız 56 nəfəri iştirak edirdi. Düzdür parlament iclasında müzakirələr gedirdi Amma bu əsl qanuni xalqa hakimiyyəti deyildi. Hökumətin funksiyasını yerinə yetirən Dövlət şurası idi. Breşuanın başçılıq etdiyi hakimiyyət idi. Və bu hakimiyyət (ortada olan şəhzadə Rupertdi, sağda kromvel, yuxarıda qraf maniçessi, aşağıda isə tomas şefasdı yəni vətəndaş müharibəsinin generalları , Po qril döyüşü cəbhənin yaxınlığında baş verən döyüşdü . Edheili döyüşünün xəritəsidir. Bu da maraqlı bir şəkildi. eshegili döyüşü ərəfəsində kral və parlament ordusunun vəziyyətini göstərir.