HÜQUQ VƏ İQTİSADİ TƏRBİYƏ
Hüquq tərbiyəsi tərbiyənin tərkib hissələrindən biridir. Hüquq tərbiyəsi vasitəsilə insanlar hüquqi biliklərə yiyələnir cəmiyyətdə mövcud olan hüquq normaları, onların mahiyyəti, hüquqi pozuntularının konkret nəticəsini öyrənirlər. İnsanlar cəmiyyətdə vətəndaşın hüquqları haqqında zəruri biliklərə yiyələnirlər. Hüquq tərbiyəsi vasitəsilə tərbiyə olunanlarda cəmiyyətdə mövcud hüquq normalarına münasibət formalaşdırılır.
Hüquq tərbiyəsi tərbiyə olunanlarda hüquqi biliklər yaratmaq və bu məlumatlara uyğun zəruri münasibətlər formalaşdırılması prosesidir.
Hüquq tərbiyəsinin məzmununa:
- zəruri hüquqi biliklər aşılamaq;
- yüksək vətəndaşlıq hissi formalaşdırmaq;
- mövcud qanunları və sosial birgə yaşayış qaydalarına hörmət hissi tərbiyə etmək;
- dövlət qanunçuluğunun hər hansı pozuntularına qarşı barışmazlıq;
- hüquq qaydalarının mühafizəsində fəal iştirak etməyə hazır olmaq və s. daxildir.
Bu yuxarıda qeyd edilən məsələlər hüquq tərbiyəsinin əsas istiqamətini təşkil etməli, tərbiyə ilə məşğul olan bütün müəssisələrdə hüquq tərbiyəsi həmin istiqamətdə aparılmalıdır. İndi isə hüquq tərbiyəsinə tərif verək.
Hüquq tərbiyəsi tərbiyəçinin rəhbərliyi və müxtəlif vasitələrin tətbiqi ilə insanlarda cəmiyyətdə mövcud olan hüquq normaları və qaydalarına müvafiq bilik, bacarıq, vərdişlər və bu qanunlara münasibət formalaşdırmaqdan ibarət pedaqoji prosesdir.
Hüquq tərbiyəsi şəxsiyyətin ahəngdar inkişafına yönələn ideya-tərbiyə işləri kompleksinin mühüm bir istiqamətini təşkil edir. Hazırda, hüquqi dövlət quruculuğunun həyata keçirildiyi bir dövrdə gənc nəslin hüquq tərbiyəsi böyük əhəmiyyət kəsb edir
Dostları ilə paylaş: |