İ. A. Axundov



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə1/17
tarix25.12.2016
ölçüsü1,1 Mb.
#3148
  1   2   3   4   5   6   7   8   9   ...   17


 

 

İ. A. AXUNDOV 

 

 

 

 

 

 

TİBBİN 

TARİX VƏ FƏLSƏFƏ 

İLƏ ƏLAQƏSİ 

 

 

 

 

 

 

 

 

 

 

 

Bakı – Mütərcim – 2014


 



 



 

Elmi redaktorlar:   



B. X. Abasov, 

əməkdar  elm  xadimi, professor 

   

 

 

 

C. T. Əhmədli 

əməkdar  elm  xadimi, professor  

 

 

 

 

Axundov İ. A.  Tibbin tarix və fəlsəfə ilə əlaqəsi. Monoqrafiya. 

 – Bakı: Mütərcim, 2014. –  100 səh. 

 

 



Monoqrafiyada  eramızdan  əvvəl  ki,  dövrdən  XXI  əsrə  qədər 

olan bir zaman müddətində fəaliyyət göstərmiş Azərbaycan alimlə-

rinin  əsərləri tədqiqata cəlb  olunur.  Bu  əsərlərdə  ki,  tibbi,  tarixi  və 

fəlsəfi baxışlar araşdırılır və qarşılıqlı əlaqədə təhlil olunur. 



 

 

 

 

 

 

 

A

4101010000



026

 165-14 

 

 

 



© İ.Axundov, 2014 


 



 



GİRİŞ 

 

 

Elmin inkişaf tarixinə nəzər saldıqda görürük ki, bəzi dövrlə-



rin həqiqətən böyük rolu olub. Qərbdə yüksək inkişaf etməkdə olan 

elm  tənəzzül  dövrünü  başlayarkən,  Şərqdə  tərəqqi  etməyə  başladı. 

IV  əsrdə  Qərbdə  formalaşan  elmi  təcrübə  V  əsrdən  başlayaraq 

Şərqdə davam etdi. 

Şərq də İslam dini yarandıqda Qədim Avropanın elmi də ayrı-

ayrı  dillərə  tərcümə  olunmuşdur.  Və  ərəbdilli  mədəniyyətin  mey-

dana gəlməsinə hər cür imkan var idi. Avropada elm süsləşdiyi za-

manda  Şərq  də  nəinki  yaşadı,  geniş  vüsət  tapdı.  Bu  işin  əsas  təəs-

sübkeşlərindən  biri  də  Abdulla  ibn  əl-Mükəffadır  (724-760).  Onun 

elmdə  ən  böyük  xidməti  qədim  yunan  alimlərinin  əsərlərini  ərəb-

cəyə tərcümə etmək idi. O, həm də qədim İran, Pəhləvi və Hind dil-

lərini  mükəmməl  bildiyi  üçün  qədim  yunan  yazılarını  ərəb  dilinə 

asanlıqla tərcümə edirdi. Əslən İrandan olan bu şəxs dini əqidəsinə 

görə zərdüştçü idi.  Lakin sonralar  əl-Mükəffa islamı  qəbul  etməyə 

məcbur olsa da, bu onun xilasına səbəb ola bilmədi. O, kafir adlan-

dırıldı və Mənsur (754-776) xəlifə olduğu zamanlarda öldürüldü. 

IX-X əsrdə iki elmi sahə fəlsəfə və tibb  Yaxın Şərq ölkələrin-

də, əsasən də Bağdad da yaxşı inkişaf edirdi. Burada iki böyük ali-

mi xüsusi qeyd etmək lazımdır; Əbu Nəsr Məhəmməd ibn Məhəm-

məd ibn Tərxan ibn Uzlaq əl-Fərabi (870/873-950/951) və Əbu Bə-

kir  Məhəmməd  ibn-Zəkəriyya  Ər-Razi  (854/26.08.865-15.10.925). 

Əl-Fərabi fəlsəfəni, Ər-Razi isə tibbi inkişaf etdirirdi. Ər-Razi hətta 

tibbin patoloji məsələlərini də öyrənirdi. Şərq də nəzəri anatomiya-

nın problemləri ilə ilk dəfə Fərabi məşğul olmuşdur. 

XIII  əsrdən  başlayaraq  Şərq  alimlərinin  adları  Avropada  da 

çəkilirdi. Avropa əsasən əl-Fərabinin, Ər-Razinin, Əbu Əli Hüseyn 

ibn  Abdullah  ibn  Sinanın  (980-1037)  və  b.  adlarını  xüsusi  qeyd 

edirdi. 



 

XIV  əsrdə  Şərqin  tamamilə  susmasına  səbəb  Avropanın 



Renessans  (İntibah)  mərhələsinə  qədəm  qoyması  idi.    Lakin  buna 

baxmayaraq  XIV  əsrin  ortalarında  bəzi  şərq  alimləri  tarixdə  qaldı. 

Onlardan  1345-ci  ildə  qətlə  yetirilən  Əbu  Həyyan  əl-Əndəlusini 

qeyd  etmək  lazımdır.  Əbu  Həyyan  hüquqşünas  idi,  İbn  ən-Nafisin 

(1210/1213-17.06.1288) həyatı və fəaliyyəti ilə maraqlandı, yazdığı 

əsərlərdə  onun  adını  qeyd  edirdi.  Peşəsi  həkim  olan  İbn  ən-Nafis 

hüquq elmi ilə də məşğul olurdu. 

Avropa İbn ən-Nafislə, xüsusən onun yazdığı əsərlərlə maraq-

lanırdı. XIV əsrdə Avropanın tibb elminə marağı artdı və çox çətin-

liklədə olsa meyidlərin təşrih (meyidyarma) edilməsinə icazə verildi. 

XVII  əsrdən  sonra  Qərbdə  elmə  və  alimlərə  münasibət  də-

yişdi.  Onlar  elm  üçün  faydalı  olan,  elmə  yenilik  gətirən  insanları 

qiymətləndirməyə başladılar və bu münasibət qanuna çevrildi. 

Dünyada  ən  böyük  kəşfin  (kiçik  qan  dövranının)  sahibi  olan 

İbn  ən-Nafisin  adını  Avropa  XX  əsrdə  bərpa  etdi.  Bu  cür  hərəkəti 

ancaq  mədəni  xalqlar  edə  bilərlər.  Müsəlman  dünyasındakı  hərci-

mərcilik  isə  bu  gündə  davam  edir.  Budur  ürək  göynədən  məsələ. 

Bəlkə elmlə bağlı müsəlman dünyasında elə böyük işlər görülür ki, 

onların  adları  yenə  çəkilmir.  Bəlkə  də  Yaxın  Şərqdə  yaranan  hər 

hansı bir elmi yenilik Avropaya keçir, orda inkişaf edir və kiminsə 

adına yazılır, bilmək çətindir. 

 


Kataloq: books 200

Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə