İnformatikanın tədrisi metodikası aşağıdakı vəzifələri yerinə yetirir



Yüklə 12,75 Kb.
tarix07.09.2022
ölçüsü12,75 Kb.
#63459
növüTədris planı
sual 2


İnformatikanın tədrisi metodikası aşağıdakı vəzifələri yerinə yetirir:
informatikanın tədrisinin konkret məqsədlərini və məktəb tədris planında bu fənnin rolunu müəyyən etmək, ·
məktəb müəlliminə informatika dərslərinin təşkili üçün ən əlverişli tədris formalarını seçmək imkanını yaratmaq,
· müəllimlərin praktik fəaliyyəti üçün tövsiyyə və məsləhətlər hazırlamaq.
informatika tədrisinin əsas məqsədləri bunlardır: -
İnformasiya, informasiya prosesləri və sistemləri, texnologiyaları və modelləri haqqında elmi təsəvvürlərin əsasını təşkil edən biliklərin mənim sədilməsi;
Kompüterdən istifadə etməklə müxtəlif növ informasiya ilə (mətn, səs, qrafik və s.) iş vərdişlərinin yaradılması;
- İKT vasitələri ilə şagirdlərin idraki marağının, yaradıcı və intellektual qabiliyyətlərinin inkişaf etdirilməsi;
- Şagirdlərdə informasiya anlayışına hüquqi və etik cəhətdən ciddi yanaşma tərbiyə etmək, informasiyadan istifadəyə seçici yanaşmaq;
- Gündəlik həyatdan alınan informasiyanı tətbiq etmək, fərdi və kollektiv proyektlər hazırlamaq.
Ümumtəhsil məktəblərində informatika fənni təliminin əsas məqsədi şagirdlərdə məntiqi və alqoritmik təfəkkür tərzini, məsələlərin səmərəli həlli üsullarının seçilməsinə yönəlmiş yaradıcı və əməli düşünmə qabiliyyətlərini formalaşdırmaq, həmçinin onların gündəlik qarşılaşdıqları problemlərin həlli üçün tələb olunan zəruri informasiyaları kompüter vasitəsilə ala bilmələri sahəsində texniki bacarıq və vərdişlərin öyrədilməsidir. İnformatika fənni təliminin əsas vəzifəsi informasiyaların qəbulu, toplanması, təhlili, ötürülməsi, emalı və onlardan istifadə qaydaları haqqında şagirdlərin tam və dolğun biliklər qazanması, bu biliklər vasitəsilə dünyada baş verən informasiya proseslərinin əhəmiyyətini, müasir cəmiyyətin inkişafında informatika və informasiya texnologiyalarının rolunu başa düşməsi, İKT-ni ümumbəşəri dəyərlərin tərkib hissəsi və informasiya cəmiyyəti inkişafının hərəkətverici qüvvəsi kimi qiymətləndirməyi, praktik fəaliyyətdə və digər fənlərin də öyrənilməsində tətbiq məqsədilə zəruri bilik, bacarıq və vərdişlərə yiyələnmək üçün real əsas yaratmaqdır.
Yüklə 12,75 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin