"İqtisadiyyat" qəzeti yarandığı



Yüklə 9,68 Mb.
Pdf görüntüsü
səhifə1/3
tarix31.01.2017
ölçüsü9,68 Mb.
#7171
  1   2   3

1

“İqtisadiyyat” qəzeti yarandığı 

gündən bu günə qədər keçdiyi 15 illik 

dövr ərzində təkcə iqtisadi məsələləri 

işıqlandırmaqla kifayətlənməmiş, 

dünyanın ictimai-siyasi və sosial-

mədəni həyatı ilə bağlı müxtəlif 

mövzularda yazılar dərc etmişdir. Bu 

da təbiidir. İqtisadiyyat təcrid edilmiş 

bir sahə deyil, bütünlükdə cəmiyyət 

həyatının ayrılmaz bir hissəsi olub, 

digər sahələrlə, eləcə də ədəbiyyat və 

incəsənətlə bilavasitə bağlıdır. 

Azərbaycanda mədəniyyətin inkişafı 

hər zaman diqqət mərkəzində olub 

və biz də ölkəmizin tanınmış elm 

və ictimai xadimlərinin, xalqımızın 

formalaşması və inkişafında əvəzsiz 

xidmətləri olmuş, xalqa örnək olan 

insanların həyatı və yaradıcılığını  

yüksək ehtiramla dəfələrlə yad 

edir, gələcək nəsillərə tanıtmağa 

çalışır və unutmağa qoymuruq.  

Məhz buna görə də Bakının 

qocaman təhsil ocaqlarından biri 

olan Osman Mirzəyev adına 190 

saylı tam orta məktəbin kollektivi 

tərəfindən 20-ci əsr Azərbaycan 

ədəbiyyatının görkəmli simalarından  

biri olan yazıçı – dramaturq İlyas 

Əfəndiyevin 100 illik yubileyi 

münasibətilə məktəbdə keçiriləcək 

görüşlə bağlı xüsusi buraxılışın 

hazırlanması təklifi ürəyimizcə oldu. 

Azərbaycan Prezidenti İlham 

Əliyevin xalq yazıçısı İlyas 



Əfəndiyevin 100 illik yubileyinin  

yüksək səviyyədə qeyd edilməsi 

haqqında  imzaladığı sərəncam bir 

daha sübut etdi ki, dövlət siyasətinin 

mühüm istiqamətlərindən biri də 

incəsənətimizin, ədəbiyyatımızın 

inkişafına xidmət edən insanları hər 

zaman hörmətlə yad etmək, gələcək 

nəsillərə ehtiram və məhəbbətlə 

tanıtmaqdır. Ümummilli liderimiz 

Heydər Əliyev respublikaya rəhbərlik 

etdiyi bütün dövrlərdə Azərbaycan  

mədəniyyətinin inkişafını tərəqqinin 

böyük amili hesab etmiş, zəngin 

mədəni irsimizin qorunması və 

təbliğinə həssaslıqla yanaşmış, xüsusi 

diqqət və qayğı göstərmişdir. Tarixin 

ən çətin anlarında mədəniyyətimizi 

yaşatmağı, dilimizi qorumağı, milli-

mənəvi dəyərlərimizə sahib çıxmağı 

təbliğ etmişdir.

Bu gün də bu ənənələr davam 

edir. Böyük ədibin yubileyi məhz  

elə bir məqamda qeyd edilir ki, 

indi ölkəmizin uğurlarının sədası 

dünyanın hər yerindən gəlir. İlyas 



Əfəndiyev bugünkü həyatımızın 

daha yaxşı, firavan olmasını ar zu-

layırdı, xoş duyğuları, ülvi məhəb-

bəti, paklıq, mənəvi saflıq kimi 

gö  zəl insani keyfiyyətləri tərənnüm 

edir di. Onun əsərlərində elə bir ca-

zi bə, elə bir qüvvə var idi ki, hər 

bi ri miz onun qəhrəmanlarından bi-

rinə oxşamaq, onlardan biri olmaq 

istəyirdik. Onun qələmə aldığı tarixi 

əsərlər xalqımızın zəngin tarixi 

keç mişini unutmamaq baxımından 

bu gün də çox mühüm əhəmiyyət 

kəsb edir. Oxuculara təqdim etdi-

yimiz bu xüsusi buraxılışda bir 

da ha böyük yazıçını xatırlamaq, 

onun mənalı həyat yolunu, parlaq 

ya ra dıcılıq uğurlarını yada salmaq, 

Azərbaycan teatr mədəniyyəti qar-

şısındakı xidmətlərindən söz acmaq, 

gənc nəsillərə təbliğ etmək və yad­

daşlarına əbədi yazmaq istədik.

Baş redaktordan

Ümummİllİ lİder HeYdƏr ƏlİYeV  

İlyas Əfəndiyevin əsərləri həm səlis, gözəl bədii dilinə, həm dərin məzmununa görə, həm də 

yüksək sənətkarlığına görə fərqlənir, oxucuya böyük estetik təsir bağışlayır. Onun kitablarında 

həm körpüsalanların çətin işi, həm neftçilərin qəhrəman əməyi, həm müasir kəndin həyatı, həm 

də Azərbaycan ziyalıları arasında mənəvi-psixoloji proseslər inandırıcı şəkildə və dərindən 

əks  edilmişdir.  Öz  yaradıcılığında  yazıçı  cəmiyyətimizin  mənəvi  təşəkkülünü  və  inkişafını 

diqqətlə izləyir, onun mənasını açıb göstərir, bugünkü həyatımız üçün də, gələcək həyat üçün 

də nümunə olan adamların parlaq obrazlarını yaradır. O öz sənətkarlığı ilə zəhmətkeşlərin 

mənəvi tərbiyəsində fəal iştirak edir.

Azərbaycanın bir qrup mədəniyyət xadimlərinə 

DövIət mükafatlarının verilməsi zamanı etdiyi çıxışından,

Bakı şəhəri, 23 may 1980-ci il

İlYas ƏfƏndİYeVİn 100 İllİk 

YubİleYİnİn keçİrİlmƏsİ 

Haqqında azƏrbaYcan 

respublİkası prezİdentİnİn 

sƏrƏncamı

2014-cü  ilin  may  ayında  Azərbaycanın 

xalq yazıçısı, respublika Dövlət mükafatı lau-

reatı,  görkəmli  dramaturq  İlyas  Məhəm məd 

oğlu Əfəndiyevin anadan olmasının 100 illiyi 

tamam olur.

İlyas  Əfəndiyev  klassik  ədəbi  fikrin  bö yük 

ənənələri  zəminində  öz  üslubunu  yara  dan  sə-

nətkar  kimi  xalqımızın  söz  sənə ti  xəzinəsinə 

dəyərli  töhfələr  ver mişdir. Yazı çının  bədii  nai-

liy yətlərlə  zəngin  irsi  ədəbiy yatımızda  ye ni 

mər   hə lənin  təşəkkülünə  sə mə rəli  təsir  gös tər-

miş  dir. Azərbaycan  teatr  səh nəsinin  müa sir  si -

masının formalaşmasında İlyas Əfən diyev dra -

maturgiyası özünəməxsus əhə miy yətli yer tu tur.

Azərbaycan  Respublikası  Konstitusi ya-

sının 109-cu maddəsinin 32-ci bəndini rəhbər 

tutaraq, milli ədəbiyyatın inkişafında mühüm 

xidmətləri olan İlyas Əfəndiyevin 100 illik yu-

bileyinin  keçirilməsini  təmin  etmək  məqsədi 

ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniy-

yət və Turizm Nazirliyi Azərbaycan Res  pub-

likasının Təhsil Nazirliyi və Azər bay can Milli 

Elmlər Akademiyası ilə bir likdə, Azərbaycan 

Yazıçılar Birliyinin tək  liflərini nəzərə almaq-

la,  xalq  yazıçısı  İlyas  Əfəndiyevin  100  illik  

yubileyinə həsr olun muş tədbirlər planını ha-

zır layıb həya ta keçirsin.

2. Azərbaycan  Respublikasının  Nazir lər 

Kabineti bu Sərəncamdan irəli gələn məsə lə-

ləri həll etsin.



İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti, 

Bakı şəhəri, 16 yanvar 2014-cü il

2

İlyas Məhəmməd oğlu Əfəndiyev 1914-

cü il may ayının 28-də Qaryagində (indi-

ki Füzuli şəhəri) tanınmış və hörmətli 

tacir ailəsində anadan olmuşdur. 

1920-ci ilin aprel-may aylarında bu 

ailənin xoş günləri, İlyas Əfəndiyevin 

uşaqlıq illərinin sevincli anları sona 

yetmişdir. Yazıçının atası Məhəmməd 

Əfəndiyevə «kulak» damğası vurula raq 

evi, böyük mülkü, bağı zəbt edil miş, 

«səs hüququndan» məhrum olun muşdur. 



Sehrli nağıl dünyası 

İl yasın bir gənc kimi formalaşmasında, 

kitaba, ədəbiyyata, ümumiyyətlə 

mütaliəyə ma raq oyanmasında anası 

Bilqeyis xa nımın əvəzsiz xidmətləri 

olmuşdur. O, İlyasa yalnız analıq yox, 

Məhəmməd ki şi vəfat etdikdən sonra, 

müəllimlik, yoldaşlıq, həm də atalıq 

etmişdir. Anasının danışdığı maraqlı  

əhvalatlar, nağıl və əfsanələr İlyasın 

incə qəlbi nə təsir etmiş, onun sonralar 

bir yazıçı kimi yetişməsində mühüm 

rol oynamışdır. Onlar yazıçının qələmə 

aldığı «Sağsa ğan», «Qarı dağı» hekayəsi 

üçün əsas olmuşdur. Yazıçının 1991-ci 

ildə qələmə aldığı «Vəzir Allahverdi 

xan və Bəhlul Danəndə» hekayəsindəki 

əhvalat da ana sının danışdığı rəvayət-

lərdən götürül müşdür.

Elmə, biliyə aparan yol 

Yazıçı hələ uşaq yaşlarından zəhmətə 

alışmış, mü taliəyə böyük maraq gös-

tərmiş, məktəbə getməzdən əvvəl 

yazıb-oxumağı öy rən miş, çoxlu kitablar 

oxumuşdur. 1921-ci ildə birinci sinifə 

gedən İlyas 1930-cu ildə pedaqoji 

təmayüllü iki dərəcəli orta məktəbi əla 

qiymətlərlə bitirmişdir. 

İ.Əfəndiyevin bir gənc kimi yetişməsin-

də, ədəbiyyata, elmə böyük maraq gös-

tərməsində, hər şeydən əvvəl, ailə tərbi-

yəsinin, ata-ana ocağının çox mühüm 

tə sirindən başqa, oxuduğu və dərs dediyi 

məktəbin kollektivi, boya-başa çatdığı 

bölgənin ictimai-mədəni mühiti, gənclik 

illərində böyük həvəslə izlədiyi və ma-

raqla mütaliə etdiyi «Qızıl Araz» adlı 

rayon qəzeti, Füzulidə fəaliyyət göstərən 

xalq teatrı, ali təhsil aldığı institut həyatı, 

işlədiyi «Yeni yol», «Kommunist» və 

«Ədəbiyyat qəzeti» redaksiyaları və ən 

nəhayət Bakı ədəbi mühiti, Yazıçılar İt-

tifaqı çox böyük təsir göstərmişdir. 

Orta məktəbi bitirdikdən sonra bir 

müddət Böyük Bəhmənli kəndində dil 

və ədəbiyyatdan dərs deyən İ.Əfəndiyev 

1935-1938-ci illərdə Qaryagin şəhər 

orta məktəbində coğrafiya müəllimi 

iş ləmiş, eyni zamanda, gənclərin təlim-

tərbiyəsində, savadsızlığın aradan 

qal dırılmasında, məktəbyaşlı uşaqların 

təh silə cəlb olunmasında fəallıq göstər-

mişdir. Gələcəkdə görkəmli dramaturq 

olacaq İ.Əfəndiyev «teatr» adlı sehrli 

bir aləmlə ilk dəfə məhz Qaryagində 

ta nış olmuşdur. O, qeyd edir ki, «mən 

də ora tez­tez gedir və böyük maraqla 

aktyorların oyunlarına tamaşa edir­

dim». 

1934-cü ildə APİ-nin Ədəbiyyat şöbə-

sinə daxil olur, lakin onun ali məktəbdə 

təhsil alması çox uzun sürmür, elə həmin 

il institutu tərk edib rayona qayıtmağa 

məcbur olur. O, 1938-ci ildə APİ-nin 

Coğrafiya fakültəsinin qiyabi şöbəsini 

qurtarıb sağ-salamat rayona qayıdaraq 

müəllimliyini davam etdirir.

Ən tanınmış alimlərin və müəllimlərin 

dərs dediyi həmin ali məktəbdə 

İ.Əfəndiyev Bəkir Çobanzadə, Əli 

Sultanlı və s. bu kimi müəllimlərdən 

dərs almışdır. 



İlk yaradıcılıq üfüqləri

İ.Əfəndiyevin  ədəbiyyata gəlişi 1938-

ci ilin son ay larına təsadüf edir. Bu 

dövrdən etiba rən onun bir sıra məqalə, 

oçerk və he kayələri respublikanın 

müx təlif qə zet lərində dərc olunurdu. 

Yalnız 1938-ci ilin sonlarında, 1939-

cu ilin ilk iki ayında yazıçının «Yeni 

yol» qə zetində «buruqlar arasında» 

adlı ilk oçerki, «bataqlıq saldatları» 

kinofilminə yazdığı ilk resenziyası, 

«aşağı mət buata rəhbərliyi 

canlandırmalı» adlı ilk mə qa ləsi, «na­

muslu fəhlələrin sırasını ço xaltmalı», 

«Şərəf və iftixar işi» adlı yazıları işıq 

üzü görmüşdü. Bu illərdə «Kommunist» 

və «Ədəbiyyat qəzeti» də İ.Əfəndiyevin 

ilk yazılarına yer ve rirdi. Yazıçının ilk 

mətbu hekayəsi olan «berlində bir 

gecə» əsəri də bu aylarda oxuculara 

çatdırılmışdır. İlk mətbu hekayəsi hesab 

etdiyi «Gözlənil məyən sevgi» əsərindən 

xeyli əvvəl, yazıçının bir sıra hekayə, 

oçerk və mə qalələri artıq respublika 

mətbua tın da dərc olunmuşdur. Kənddə 

coğra fi ya müəllimi işləyərkən yazdığı 

he ka yələ rini götürüb Bakıya gələn 

İ.Əfəndi yev onları Yazıçılar İtti fa qında 

nəsr üzrə məs ləhətçi işləyən yazıçı 

Əbül həsənə göstərir. Hekayələri oxuyan 

Əbülhəsən onları bəyənir və çapını 

məs ləhət gö rür. Beləliklə də yazıçının 

«kənd dən məktublar» adlı ilk kitabı 

işıq üzü görür. İ.Əfəndiyev 1938-ci 

ilin axır larında Bakıya gəlir və onun 

yara dıcı lığında mühüm rol oynamış 

Ba kı ədəbi mühitinə qovuşur. Bakıda 

heç kimi tanımayan kimsəsiz gənc 

yazı çı İ.Əfəndiyev o vaxtlar Yazıçılar 

İttifaqında partkom işləyən görkəmli 

yazıçı Əli Vəliyevlə tanış olur və onun 

köməyilə «Yeni yol» qəzetində mə də-

niyyət və ədəbiyyat şöbəsində ədəbi işçi 

vəzifəsinə işə düzəlir.

Yazıçı «Yeni yol» qəzeti redaksiyasında 

bir qədər işlədikdən sonra qəzetin nəşri 

dayandırılır. Bundan sonra İ.Əfəndiyev 

əmək fəaliyyətini əvvəlcə «Kommunist» 

(1939 -1940), sonra isə «Ədəbiyyat 

qəzeti»ndə nəsr şöbəsinin müdiri kimi 

davam etdirmişdir.

Böyük yazıçının əsərləri Milli Teatrda

İ.Əfəndiyev 1940-cı ilin yanvar ayında 

Azərbaycan Yazıçılar İttifaqına üzv qə-

bul olunmuşdur. 

Böyük Vətən müharibəsinin başlanması 

bütün başqa sənətkarlar kimi İ.Əfəndi-

yevi də səfərbər etdi, o da «müsəlləh 

əs gərə» çevrilib, qələmini silahla əvəz 

etdi. Yazıçı oxucularda düşmənə qarşı 

də rin nifrət, vətənə məhəbbət hissləri 

aşılamaq vəzifəsini öhdəsinə götürdü. 

Ta rixi keçmişimizə, el qəhrəmanlarına, 

folklor nümunələrinə müraciət edərək 

bir sıra hekayələr yazdı, əsgərlərlə gö-

rüş lər, söhbətlər keçirmək üçün yazıçı 

briqadaları ilə bərabər Azərbaycan divi-

ziyalarında oldu, digər tərəfdən, əsasən 

bir nasir kimi tanınmış ədib, ədəbiyyatın 

başqa bir sahəsində – dramaturgiyada 

qələmini sınadı. 1943­cü ildə o, yazıçı 



m.Hüseynlə birlikdə, mövzusu böyük 

Vətən müharibəsindən götürülmüş 

«İntizar» pyesini qələmə aldı. Əsər 

1944-cü ildə M.Əzizbəyov adına 

Azər baycan Dövlət Dram Teatrının 

səh nəsində göstərilmiş və dramaturq 

İ.Əfən diyevin Azərbaycan Milli Teatrı 

ilə 50 ildən çox bir müddətdə davam 

et miş sıx yaradıcılıq əməkdaşlığının 

əsa sı belə qoyulmuşdu. Bundan sonra 

yazıçı Milli Teatrımız üçün «İşıqlı yol­

lar» (1946) və «bahar suları» (1947) 

pyeslərini qələmə aldı. 40-cı illərin 



3

axırlarında yazıçının yaradıcılığı, çap 

etdirdiyi hər bir yeni əsəri tənqidçilərin 

diqqətindən yayınmırdı. Məhz bu illər də 

dövri mətbuat səhifələrində onun ya-

ra dıcılığı haqqında ilk məqalələr dərc 

olunmağa başladı. Əkbər Ağayevin 

«Kənddən məktublar», Hüseyn Şəri-

fo vun «Ümid verən yazıçı», Meh di 

Hüseynin «Bir nasir haqqında», H.Oruc-

əlinin «Həyata doğru», O.Sarı vəllinin 

«İntizar», M.Arifin «İntizar», M.Cəfərin 

«İntizar» tamaşası haqqında» və s. 

mə qa lələr İ.Əfəndiyevi geniş oxu cu 

kütləsinə tanıtmaqda mühüm rol oy-

na mışdır. Bundan əlavə, Azər bay can 

Yazıçılar İttifaqının xüsu si ic lasların dan 

birində yazıçı İ.Əfən diyevin ya ra dıcılıq 

hesabatının dinlənilməsi və burada 

S.Vurğunun, M.Hüseynin, Ə.Məm məd-

xanlının, Ə.Ağayevin, H.Orucəlinin və 

başqa sənətkarların çıxış edib xoş sözlər 

söyləmələri İ.Əfəndiyevin yaradıcılığına 

olan maraqdan irəli gəlirdi. Yaradıcılıq 

yollarında inamla addımlayayn gənc 

ya zıçı 1941-45-ci illərdə Azərbaycan 

Radio komitəsində Ədəbi verilişlər 

şö bəsinin müdiri, 1945-ci ildən Bakı 

kinostudiyasında Ssenari şöbəsinin 

rəisi, daha sonra isə Azərnəşrdə Bədii 

ədəbiyyat şöbəsinin müdiri vəzifəsində 

çalışarkən ədəbi ictimaiyyətlə bilavasitə 

təmasda və əlaqədə işləmiş, həyatı 

dərindən öyrənmiş, dünyagörüşünü 

daima artırmışdır. 1945­ci ildə İ.Əfən-

diyevin «aydınlıq gecələr» adlı ikinci 



kitabı nəşr olunur ki, burada əsasən 

mü haribə illərində yazılmış əsərlər 

top lanmışdır. Əsərlərin mövzuları mü-

haribədən götürülsə də, əsas məsələ 

bu idi ki, həmin hekayələrdə döyüş və 

sınaq illərində müasirlərimizin mənəvi 

sifətləri və dəyanətləri qələmə alınmışdı. 

«Aydınlıq gecələr» kitabı İ.Əfəndiyevi 

oxuculara öz səsi, öz yazı üslubu olan 

orijinal bir yazıçı kimi təsdiq etdi. 1947-

ci ildə M.Əzizbəyov adına Azərbaycan 

Dövlət Dram Teatrı İ.Əfəndiyevin 



«İşıq lı yollar» pyesini tamaşaya qoydu. 

Əsər Teatrın 1948-ci ildə Moskvaya 

qastrolu zamanı paytaxt sənətsevərlərinə 

göstərilmişdir. Həmin pyes yazıçının ilk 

müstəqil səhnə əsəri idi. 

1949­cu ildə Azərbaycanın ədəbi-mə də-

ni ictimaiyyəti və bütün sənətsevərləri 



azərbaycan dövlət dram teatrının 75 

illiyini təntənə ilə qeyd edərkən, səhnə 

sənətinin inkişafındakı xidmətləri nəzərə 

alınaraq İ.Əfəndiyev «Şərəf nişanı» 

ordeni ilə təltif edilmişdi. 1954-cü ildə 

tamaşaya qoyulmuş «atayevlər ailəsi» 

dramaturq İ.Əfəndiyevin yaradıcılığında 

irəli atılmış uğurlu bir addım idi. 

O, 1954-cü ildən etibarən Yazıçılar İt-

tifaqı Rəyasət heyətinin üzvü olmuş, 

1958-ci ilin axırlarında Yazıçılar İttifaqı 

idarə heyətinin məsul katibi seçilmişdir. 

1960-cı ildə Respublikanın Əməkdar 

İncəsənət xadimi fəxri adını almış 

İ.Əfəndiyevin yaradıcılığında 60-80-ci 

illər ən məhsuldar dövr hesab olunur. 

Bu illərdə «körpüsalanlar» (1960), 

«dağlar arxasında üç dost» (1963), 

«sarıköynəklə Valehin nağılı» (1976­

78), «Geriyə baxma, qoca» (1980), 

«Üçatılan» (1981) kimi povest və 

ro manlarını dərc etdirir, eyni zamanda, 

ma raqlı dram əsərlərini qələmə alır, pub-

lisist və ədəbiyyatşünas kimi məhsuldar 

yaradıcılıq yolu keçir. Bu illərin məhsulu 

olan «sən həmişə mənimləsən» (1964) 

pyesi ilə Azərbaycan səhnəsində lirik-

psixoloji dramanın əsasını qoyur. Bu 

yolu uğurla davam etdirən drama turq 

«mənim günahım» (1967), «unu­

da bilmirəm» (1968), «məhv ol muş 

gündəliklər» (1969), «qəribə oğ lan» 

(1973), «bağlardan gələn səs» (1976) 

və s. pyeslərini yazır. Öl məz sənət 

nümunələri kimi Azər bay can drama-

tur giyası xə zinəsini zən gin ləş di rən

yüksək vətəndaşlıq pafosu, incə lirizm 

və dərin psixoloji tapıntılarla aşı lanan 

bu pyes lər teatr 

sənətimizdə 

yeni bir mərhələ 

açdı, «İlyas 

Əfəndiyev 

teatrı» ya-

ratdı. «İlyas 

Əfəndiyev 

teatrı»nın uğur-

larından söhbət 

açarkən, təkcə 

onu göstərmək 

kifayətdir ki, 

ilk tamaşası 



1968­ci ildə 

olmuş «unuda 

bilmirəm» py­

esi 1981­ci ilə 

qədər, yalnız 

azərbaycan 

milli teatrı 

səh nəsində 

350 dəfə oy­

nanılmışdır. 

İlyas Əfən di­

yev 1971­ci 

ildə qırmızı əmək bayrağı ordeni ilə 

təltif edilmişdir.

1971­ci ildə mövzusu tarixi keç mişi­

mizdən götürülmüş «mahnı dağlarda 

qaldı» pyesini yazır. Yeni yaradıcılıq 

uğuru kimi qarşılanmış bu pyesə görə 



İ.Əfəndiyev 1972­ci ildə respublika 

dövlət mükafatına layiq görülür.

1974-cü ildə respublikamızın ədəbi ic-

timaiyyəti yazıçının anadan olmasının 

60 illiyini təntənə ilə qeyd edir. Yu bi-

leylə əlaqədar olaraq ədib Okt yabr 

İnqilabı ordeni ilə təltif olunur. 

Azər  nəşr onun dörd cildlik «Seçilmiş 

əsərləri»ni nəşr edir.

Görkəmli ədəbiyyat xadimi, geniş şöhrət 

qazanmış İ.Əfəndiyev azərbaycan 

res publikası ali soveti rəyasət 

he  yətinin 30 iyul 1979­cu il tarixli 

fər manı ilə xalq yazıçısı fəxri adına 

layiq görülmüşdür. Yazıçının anadan 

olmasının 70 illiyi respublikamızda 

qeyd olunarkən «Yazıçı» nəşriyyatı 

1984-1985-ci illərdə oxucularına gözəl 

bir hədiyyə hazırlamış, ədibin 6 cildlik 

«Seçilmiş əsərləri»ni nəfis şəkildə 40 

min nüsxə tirajla çap etmişdir. Ədəbiy-

yat sahəsindəki xidmətləri nəzərə 

alı  nan ədib həmin il lenin ordeni 

ilə mükafatlandırılmışdır. 1990-cı 

ildə Azərbaycanın Milli Teatrı öz ta-

rixində ilk dəfə olaraq xarici ölkəyə 

– Türkiyəyə qastrol səfərinə çıxmışdır. 

Bu səfər zamanı Teatr İstanbul və An-

kara şəhərlərində teatr həvəskarlarına 

İ.Əfəndiyevin «Bizim qəribə taleyimiz» 

və «Sevgililərin cəhənnəmdə vüsalı» 

əsərlərinin tamaşasını göstərmişdir. 

İ.Əfəndiyev 90-cı illərdə də məhsuldar 

bir yazıçı kimi yazıb-yaradır, hər il yeni-

yeni əsərlər nəşr etdirir, təzə pyeslərini 

tamaşaya qoyurdu. O, «Hacı axundun 

cənnət bağı necə oldu» hekayəsini, 

«Xan qızı Gülsənubərlə tarzən sadıq­

canın nağılı» povestini dərc etdirir, 

«Şeyx Xiyabani» (1986), «bizim qə­

ri bə taleyimiz» (1988), «sevgililərin 

cəhənnəmdə vüsalı» (1989), «tənha 

iydə ağacı» (1991), «dəlilər və ağıl lı­

lar» (1992), «Hökmdar və qızı» (1994) 

və s. pyeslərini tamaşaya qoydurmuş, bir 

sıra yeni kitablarını nəşr etdirmişdi.

azərbaycanın ədəbi ictimaiyyəti 

1994­cü ilin may­iyun aylarında xalq 

yazıçısı İ.Əfəndiyevin anadan olma­

sı nın 80 illiyini təntənəli surətdə 

qeyd etdi. Ədəbiyyatın inkişafında 

xid mətlərini nəzərə alan Azərbaycan 

Res publikasının Prezidenti yazıçını 

«Şöhrət» ordeni ilə təltif etdi. Heydər 

Əliyev yazıçıya göndərdiyi təbrik 

mək tubunda ədibin yaradıcılığına 

yük sək qiymət verərək yazmışdı: sizi 



­ azər baycanın görkəmli drama­

turq və nasirini 80 illik yubileyiniz 

münasibətilə ürəkdən təbrik edirəm. 

dünya mədəniyyətinə ölməz dahilər 

bəxş etmiş qədim Odlar yurdunda 

xalqın məhəbbətini qazanmaq, sənət 

zirvəsinə ucalmaq olduqca çətin və 

şə rəflidir. siz fədakar əməyiniz sayə­

sin də bu şərəfə nail olmuşsunuz. 

Oxucuların sevə­sevə mütaliə etdiyi 

nəsr əsərləriniz, milli teatrımızın 

səh nəsində tamaşaya qoyulan pyeslə­

riniz bunu parlaq şəkildə sübut 

edir... sizin yaratdığınız obrazlar 

xal qımızın övladlarına mənəvi saf­

lıq və vətənpərvərlik aşılanması 

işi nə xidmət etmişdir. Əminəm ki, 

müs təqil azərbaycanımızın hələ 

neçə­neçə nəsli bu zəngin mənbədən 

faydalanacaqdır». Zəngin yaradıcılıq 

yolu keçmiş, həyatın acılı-şirinli gün-

lərini yaşamış sənətkarımız İlyas Əfən-

diyev 1996-cı il oktyabr ayının 3-də 

Bakı şəhərində dünyasını dəyişmiş və 

Fəxri Xiyabanda dəfn olunmuşdur. 

Ya zıçının iki övladı vardır. Xalq yazı-

çısı, filologiya elmləri doktoru elçin 



Yüklə 9,68 Mb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin