Müsahibə - müsahibə alanla respondentin qarşılıqlı sosial-psixoloji təsirinin müəyyən formasıdır. Bu forma şəxslərarası qarşılıqlı təsirin özünəməxsusluğu, fərdlərin adi ünsiyyətindən fərqli olaraq, müsahibə alanla respondent arasında rolların dəqiq bölüşdürülməsindən ibarətdir. Müsahibə alan söhbətin təşkili və keçirilməsində təşəbbüskar kimi aparıcı, əsas rol ayrıldığı halda, respondent idarə olunan, məlumat mənbəyi rolunda çıxış edir. Tədqiqatçı soruşur, respondent cavab verir, tədqiqatçı suallar vasitəsilə söhbətə istiqamət verir, respondent cavabları ilə onun arxası ilə gedir. Onların münasibətlərində bir növ dönməzlik vardır. Məhz bütün bunlar konkret sosioloji tədqiqat metodu kimi müsahibənin özünə xas xüsusiyyətlərini müəyyənləşdirir. Müsahibə aparmaq prosesi aşağıdakı mərhələlərdən ibarətdir: