İxtisas: Biologiya Fənn: Biologiyada informasiya texnologiyalarının tətbiqi Kurs: 2 Qrup: 338



Yüklə 152,29 Kb.
səhifə1/24
tarix31.12.2021
ölçüsü152,29 Kb.
#50144
  1   2   3   4   5   6   7   8   9   ...   24
M.Fidan Biotex sərbəst iş


Azərbaycan Respublikası Təhsil Nazirliyi

Sumqayıt Dövlət Universiteti

Sərbəst İş



Fakültə: Kimya və Biologiya
Kafedra: Biologiya və Onun Tədrisi Metodikası
İxtisas: Biologiya
Fənn: Biologiyada informasiya texnologiyalarının tətbiqi

Kurs: 2
Qrup: 338
Müəllim: Baş müəllim A.Q.Əliyeva
Tələbə: Məlikova Fidan

SDU 2021
1. İnformasiya əldə etməyin xüsusiyyətləri

Bu proseslərin əsas xüsusiyyətləri informasiya əldə etmək haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir. Bu sahədə mühüm əhəmiyyətə malik olan “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasinin qanunun (30 sentyabr 2005-ci il) məqsədi vətəndaşların məlumat əldə etmək hüququnun sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə, açıq cəmiyyətin və demokratik hüquqi dövlətin prinsipləri əsasında təmin edilməsinin hüquqi əsaslarını müəyyənləşdirməkdən, həmçinin, ictimai vəzifələrin yerinə yetirilməsinə vətəndaşlar tərəfindən nəzarət olunmasına şərait yaratmaqdan ibarətdir.

Hər kəs informasiya sahibinə müraciət etmək, informasiyanın növünü və əldə etmə formasını seçmək hüququna malikdir.

Hər bir kəsin düşündüyünü açıq şəkildə ifadə etmək, məlumat almaq, vermək hüququ var. Sözügedən insan haqqının, imkanının hüquqi yolla tənzimləməsi qaydaları qanunvericilikdə izahını tapır. «İnformasiya əldə etmək haqqında» Azərbaycan Respublikasının qanununda vətəndaşların fikir, söz və məlumat azadlığının qorunması, inkişaf etdirilməsi ilə bağlı məsələlər əksini tapır. Qanunda bildirilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsi ilə təsbit olunmuş məlumat əldə etmək hüququnun sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə, açıq cəmiyyətin və demokratik hüquqi dövlətin prinsipləri əsasında təmin edilməsinin hüquqi əsaslarını müəyyənləşdirməkdən, həmçinin ictimai vəzifələrin yerinə yetirilməsinə vətəndaşlar tərəfindən nəzarət olunmasına şərait yaratmaqdan ibarətdir.

İnformasiya əldə etmək azadlığı çağımızda hər bir insan üçün qaçılmaz və vacib məsələdir. Qanunda göstərilir ki, Azərbaycanda informasiyanın əldə olunması azaddır: «Hər kəs özü birbaşa və ya nümayəndəsi vasitəsilə informasiya sahibinə müraciət etmək, informasiyanın növünü və əldə etmə formasını seçmək hüququna malikdir. İnformasiya sahibinə müraciət edən hər kəs sorğu edilən informasiyanın informasiya sahibində olub-olmadığını öyrənmək, bu informasiya olmadıqda onu əldə etmək üçün yardımçı məlumatlar almaq; informasiya sahibi sorğu edilən informasiyaya malik olduqda onu sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə əldə etmək hüququna malikdir».

Fiziki şəxslərə gəlincə, onlar özləri barəsindəki sənədləşdirilmiş informasiya ilə maneəsiz tanış olmaq, onu əldə etmək, bu informasiyada dəqiqləşdirmələr aparılmasını tələb etmək, informasiyadan kimlərin və hansı məqsədlə istifadə etdiyini öyrənmək hüququ vardır.

Qanunda informasiya əldə olunmasının əsas prinsipləri aşağıdakı kimi göstərilir:



  • informasiya sorğusunun sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə təmin edilməsi;

  • informasiyanın əldə olunmasının qanuniliyi; dövlət orqanlarının və bələdiyyələrin informasiyanı açıqlamaq vəzifəsi;

  • informasiyanın maksimum açıqlığı; informasiya sorğusunun ən qısa zamanda və ən münasib üsulla təmin edilməsi;

  • informasiya təqdim olunarkən insanların, cəmiyyətin və dövlətin təhlükəsizliyinin qorunması;

  • informasiya əldə etmək hüququnun dövlət tərəfindən qorunması, o cümlədən məhkəmə yolu ilə müdafiəsi;

  • bu qanunla müəyyənləşdirilmiş hallar istisna olmaqla informasiyanın əldə edilməsinin ödənişsiz həyata keçirilməsi;

  • informasiya əldə etmək hüququnun pozulmasına görə informasiya sahiblərinin məsuliyyət daşıması;

  • informasiya əldə edilməsinə qoyulan məhdudiyyətin bu məhdudiyyəti doğuran əsaslardan daha artıq müəyyənləşdirilməməsi;

  • ictimaiyyətdə maraq doğuran hüquq pozuntuları barədə məlumatı açıqlamağa görə vəzifəli şəxslərin təqib olunmaması.

Aşağıdakı məqam insan həyatının toxunulmazlığını təsbit edir: «Əməliyyat-axtarış tədbirləri keçirilən hallar istisna olmaqla, şəxsin onun xəbəri olmadan və ya etirazına baxmayaraq kütləvi informasiya vasitələrinin nümayəndələri və başqa şəxslər tərəfindən izlənilməsi, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qalması qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə səbəb olur».

Qanunda ayrıca olaraq «Sənədləşdirilmiş informasiya (sənəd)» haqqında danışılır. Yəni maddi daşıyıcıda mətn, səs və ya təsvir formasında qeydə alınan və identikləşdirməyə imkan verən istənilən rekvizitli informasiya mənbəyindən, saxlanma yerindən, rəsmi statusundan, mülkiyyət növündən, mənsub olduğu təşkilat tərəfindən yaradılıb-yaradılmadığından asılı olmayaraq sənədləşdirilmiş informasiya (bundan sonra — sənəd) hesab olunur. İnformasiya sahibi sənədə malikdir, əgər informasiya sahibində mövcud olan sənəd digər informasiya sahibinə məxsus deyilsə; digər informasiya sahibində mövcud olan sənəd informasiya sahibinə məxsusdursa.

Maddə 8-də «Sənədin saxlanması, komplektləşdirilməsi və mühafizəsi» haqqında danışılır. Qanunda göstərilir ki, müvafiq icra hakimiyyəti orqanı sənədlərin saxlanmasına, komplektləşdirilməsinə və mühafizəsinə dair qaydalar müəyyənləşdirir. Eləcə də informasiya sahibi malik olduğu sənədlərin bu qanunun 8.1-ci maddəsində göstərilən qaydalara uyğun saxlanmasının, komplektləşdirilməsinin və mühafizəsinin təşkilinə görə məsuliyyət daşıyır.

İnformasiya sahibi fiziki şəxsin özü haqqında fərdi məlumatlarla tanış olması və lazım gələrsə, onlarda dəqiqləşdirmələr aparılması üçün bu qanunun və «Fərdi məlumatlar haqqında» qanunun tələblərinə uyğun qaydalar müəyyənləşdirir və bu qaydaların icrasını təmin edir.

Maraqlıdır, qanunda göstərilən «İnformasiya sahibləri» hansı ünvanlardır? Dövlət orqanları və bələdiyyələr; ictimai funksiyaları yerinə yetirən hüquqi şəxslər, həmçinin normativ hüquqi aktlarla və ya müqavilə əsasında təhsil, səhiyyə, mədəniyyət və sosial sahələrdə xidmət göstərən özəl hüquqi şəxslər və fiziki şəxslər. Hüquqi və fiziki şəxslərə informasiya sahiblərinin bu qanunla müəyyənləşdirilmiş vəzifələri yalnız ictimai funksiyaların yerinə yetirilməsi, yaxud normativ hüquqi aktlarla və ya müqavilə əsasında təhsil, səhiyyə, mədəniyyət və sosial sahələrdə göstərilən xidmət nəticəsində yaranan və ya əldə edilən informasiyalar üzrə şamil olunur.

Qanunda bildirilir ki, aşağıdakılar informasiya sahiblərinə bərabər tutulur:



  • əmtəə bazarında hökmran mövqe tutan, xüsusi və ya müstəsna hüquqa, yaxud təbii inhisara malik olan hüquqi şəxslər — malların və xidmətlərin təklif edilməsi şərtlərinə və onların qiymətlərinə, həmin şərtlərdə və qiymətlərdə dəyişikliklərə aid informasiyalar üzrə;

  • tamamilə və ya qismən dövlət mülkiyyətində, yaxud asılılığında olan qeyri-kommersiya təşkilatları, büdcədənkənar fondlar, həmçinin dövlətin üzvü olduğu və ya iştirak etdiyi kommersiya birlikləri — dövlət büdcəsindən verilmiş vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə aid informasiyalar üzrə.

İnformasiya əldə olunmasının təşkili ilə bağlı qanunda ayrıca danışılır, informasiya sahibinin vəzifələri göstərilir. Bildirilir ki, informasiya sahibi öz informasiya ehtiyatlarından hər kəsin sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə informasiya əldə etmək hüququnu bu qanunla müəyyənləşdirilmiş qaydada təmin etməyə borcludur.

İnformasiya sahibi bu məqsədlə informasiya məsələləri üzrə vəzifəli şəxs təyin edir, yaxud struktur bölmə yaradır, informasiya xidmətləri göstərir. İnformasiya məsələləri üzrə vəzifəli şəxsin təyin olunmaması və ya struktur bölmənin yaradılmaması informasiya xidmətləri göstərməkdən imtina üçün əsas ola bilməz.

Bəs informasiya sahibinin vəzifələri nədən ibarətdir?

İnformasiya sorğusunu ən qısa zamanda və sorğuçu üçün ən münasib üsulla təmin etməlidir; sənədlərin reyestrini aparmalıdır; ictimai vəzifələrin yerinə yetirilməsi haqqında ictimaiyyətə müntəzəm məlumat verməlidir; açıqlamalı olduğu ictimai informasiyanı bu qanunla müəyyənləşdirilmiş qaydada və müddətdə açıqlamalıdır; sorğuçuya kömək göstərməlidir; informasiyanın əldə olunmasına qoyulan məhdudiyyətlər barədə sorğuçuya məlumat verməlidir; əldə olunması qanunla məhdudlaşdırılan informasiyaları qorumalıdır; həqiqətə uyğun olmayan, natamam və ya qeyri-dəqiq informasiya verməməli, şübhə yarandığı hallarda informasiyanın düzgünlüyünü və mötəbərliyini yoxlamalıdır.

İnformasiya məsələləri üzrə vəzifəli şəxs və ya struktur bölmənin funksiyalarına gəlincə, qanunda göstərilir ki, o sorğuları diqqətlə araşdırıb qərarlar qəbul edir. Habelə sorğuları bu qanunla nəzərdə tutulmuş qaydada təmin edir; informasiya xidmətlərinin göstərilməsinə nəzarət edir; informasiya əldə edilməsi ilə bağlı informasiya sahibinə göndərilən şikayətləri araşdırıb qərar qəbul edir; informasiya xidmətləri göstərilməsi ilə bağlı digər vəzifələri yerinə yetirir; informasiya sahibləri informasiyanın əldə olunmasının təşkilinə görə qanunvericiliklə müəyyənləşdirilmiş qaydada məsuliyyət daşıyır.

Sənədlərin reyestri informasiya sahibinə daxil olan, ictimai vəzifələrin yerinə yetirilməsi nəticəsində yaradılan və ya əldə edilən informasiyaların qeydə alındığı və hər kəsin istifadə edə biləcəyi elektron məlumat toplusudur. Qanunda göstərilir ki, reyestrin yaradılması, saxlanması və vaxtaşırı yeniləşdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. İnformasiya sahibi reyestrdə aşağıda göstərilən sənədləri bu maddədə göstərilən müddətdə qeydə almalıdır: daxil olan, göndərilən və ya idarə daxilində hazırlanan sənədlər — daxil olduğu, göndərildiyi və ya idarə daxilində hazırlandığı gün; hüquqi aktlar — imzalandığı gün; müqavilələr — qüvvəyə mindiyi gün.

Mühasibat sənədləri, təbrik məktubları, bildirişlər, memorandumlar, zəmanətlər, habelə iclaslar, müşavirələr, konfranslar və digər kütləvi tədbirlərin proqramları və ya belə tədbirlər haqqında məlumatlar, müxtəlif statistik hesabatlar sənədlərin reyestrində qeydə alınmır.

İnformasiyanın əldə olunmasının sorğu əsasında təmin edilməsi ilə bağlı qanunda ayrıca fəsil mövcuddur. Maddə 13-də «İnformasiya sorğusunun təqdim edilmə üsulu» ilə bağlı aşağıdakı hüquqi prosedur göstərilir: informasiya sahibinin vəzifəli şəxsinə bilavasitə və ya telefonla müraciət etmək yolu ilə şifahi; sorğunu şəxsən təqdim etmək və ya informasiya sahibinə poçt, telefaks, yaxud elektron poçtla göndərmək yolu ilə yazılı.

İnformasiya əldə etmənin formaları isə bunlardır: sorğuçu yazılı sorğunun aşağıdakı formalardan birində və ya mövcud olan digər formalarda təmin edilməsini tələb edə bilər: sənədlə tanış olmaq üçün ayrılmış yerə daxil olma; sənədin üzünün köçürülməsi; informasiya sahibinin texniki imkanlarından istifadə etməklə sənədin surətinin çıxarılması və ya sənədin təsdiqlənmiş surətinin verilməsi; sorğuçunun öz texniki imkanlarından istifadə etməklə sənədin surətinin çıxarılması; stenoqramların və ya digər formada kodlaşdırılmış sənədlərin oxunmaq üçün yararlı vəziyyətdə təqdim edilməsi; sənədin tərcümə olunması; sənədin surətinin elektron daşıyıcılara köçürülməsi və s. İnformasiyanın əldə edilməsinə o şərtlə icazə verilir ki, bu, Azərbaycan Respublikasının siyasi, iqtisadi, hərbi, maliyyə-kredit və valyuta siyasəti sahələrində maraqlarının qorunması, ictimai qaydanın, sağlamlığın və mənəviyyatın mühafizəsi, digər şəxslərin hüquq və azadlıqlarının, kommersiya və digər iqtisadi maraqlarının qorunması, məhkəmənin nüfuzunun və qərəzsizliyinin təmin edilməsi məqsədlərinə zidd olmasın.

İnformasiya əldə etmək Qanunun məqsədləri üçün istifadə olunan və informatika elmində də tez-tez rast gəlinən əsas anlayışlar bu qanun çərçivəsində aşağıdakı mənaları ifadə edir:



  • informasiya - yaranma tarixindən, təqdimat formasından və təsnifatından asılı olmayaraq istənilən fəaliyyət nəticəsində yaradılan, yaxud əldə olunan faktlar, rəylər, bilgilər, xəbərlər və ya digər xarakterli məlumatlar;

  • şəxsi və ailə həyatına dair məlumat (fərdi məlumat) - şəxsiyyəti birbaşa və ya dolayısı ilə identikləşdirməyə imkan verən hadisələr, fəaliyyətlər, vəziyyətlər barədə faktlar, rəylər, bilgilər;

  • ictimai informasiya - qanunlarla və ya digər normativ hüquqi aktlarla müəyyənləşdirilən ictimai vəzifələrin yerinə yetirilməsi prosesində yaradılan və ya əldə edilən faktlar, rəylər, bilgilər;

  • informasiya xidmətləri - sorğu ilə müraciət edən hər kəsi informasiya ilə təmin etmək üçün göstərilən fəaliyyət;

  • informasiya sahibi - informasiya əldə etmək hüququnu təmin etmək üçün dövlət orqanları, bələdiyyələr, mülkiyyət növündən asılı olmayaraq yaradılmış hüquqi şəxslər və fiziki şəxslər;

  • informasiya sorğusu - informasiya əldə etmək üçün yazılı və ya şifahi müraciət;

  • informasiya sorğusu verən (sorğucu) informasiya əldə etmək üçün yazılı və ya şifahi şəkildə müraciət edən hüquqi və ya fiziki şəxs;

  • informasiyanın açıqlanması - informasiyanın sorğu verilmədən kütləvi informasiya vasitələrində, rəsmi nəşrlərdə, sorğu və ya məlumat kitabçalarında yayılması, İnternet informasiya ehtiyatlarında yerləşdirilməsi, brifinqlərdə, mətbuat relizlərində və ya konfranslarında elan edilməsi, rəsmi və ya kütləvi tədbirlərdə bildirilməsi.


Yüklə 152,29 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin