Əkin sahələrində daim müşahidələr apararaq zərərvericilər, xəstəliklər və alaq otları ilə sirayətlənmiş sahələrin yerlərini, onların yayılma dərəcələrini öyrənilməsi;
Müxtəlif bölgələr üzrə təyin olunmuş sahə rəhbərləri ilə mütəmadi əlaqə yaradılması, onların işinə nəzarət edilməsi;
Kənd təsərrüfatı, texnologiya və digər vacib məlumatların toplanması və fermerlərə çatdırılması;
Fermerlərə və eləcə də, fermer təsərrüfatı yaratmaq istəyənlərə məsləhət və dəstək xidmətlərinin göstərilməsi;
Fermerlər üçün təlimlərin və məlumatlandırma sessiyalarının təşkil edilməsinə dəstəyin göstərilməsi;
Layihə tərəfindən keçiriləcək təlimlərdə iştirak etmək və əldə edilən təcrübə və bilikləri sahələrdə fermerlərə ötürmək;
Şəbəkə görüşlərin və layihə çərçivəsində təşkil ediləcək festivalların təşkilində aktiv iştirak etmək;
Görülmüş işlərlə bağlı aylıq və rüblük hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.
Təcrübə və bacarıqlar:
• Kənd təsərrüfatı sahəsində ali təhsil (aqronom, bitkiçilik, üzümçülük, meyvəçilik, tərəvəzçilik, şərabçılıq, aqrar texnologiya);
• Kənd təsərrüfatı sahəsində yenilikləri izləmək və müxtəlif yeni təcrübələri bilmək;
• Araşdırma və məlumat bazası ilə işləmək bacarığı;
• Azərbaycan dilini əla səviyyədə bilməli, ingilis və rus dillərini bilməsi arzu olunandır;
• MS Office (Word, Excel, PowerPoint) proqramlarından sərbəst istifadə etmək bacarığı;
• Dürüst, dəqiq və işinə məsuliyyətlə yanaşmalı;
• İş ilə bağlı ölkə daxilində səfərə gedə bilməlidir.