AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
BAKI BİZNES UNİVERSİTETİ
Fakultə: Biznes və menecment
İxtisas: Biznesin idarəedilməsi
Qrup: 420sb
Kurs: 3
Kafedra: Sənayenin təşkili və bələdiyyə idarəetməsi
Fənn: Insan resurslarinin idarə edilməsi
Mövzu: Əhalinin miqrasiyası
Referat
Elmi rəhbər: Atakişiyeva Nuranə
Tələbə: Məmmədova Aysel
BAKI-2022
Plan
Giriş
Miqrasiya anlayışı
Miqrasiyanı əmələ gətirən səbəblər
Miqrasiyanın tipləri: növləri və formaları
Əhalinin miqrasiyası
Nəticə
Ədəbiyyat
Giriş
Miqrasiya - dini, iqtisadi, siyasi, sosial ve digər səbəblərə görə insan qruplarınındaimi və ya müvəqqəti yaşamaq məqsədi ilə bir yaşayış məkanından, bir başqasına yerləşməsi ilə əlaqədar olan coğrafi yer dəyişdirmə hərəkətidir. Miqrasiya termini latın mənşəlidir, Migratio sözündən olub – Köçmək deməkdir. İnsanların müxtəlif səbəblərə görə yaşayış yerlərini daimi və ya müvəqqəti olaraq dəyişməklə bağlı bir yerdən başqa yerə hərəkətini əks etdirir.
Miqrasiya anlayışı
Miqrasiya bir fenomen kimi bəşər tarixinin bütün dövrlərində mövcud olan ictimai reallıq və mühüm prosesdir. İnsanların həyatında əhəmiyyətli yer tutan miqrasiya prosesinin öyrənilməsi hər zaman diqqəti cəlb etmiş və bu gün də aktuallığını saxlayır. Miqrasiya tələbat xarakterli çoxmotivli ictimai hadisə olub, həm də virtual məkanda mobillik vasitəsilə reallaşır.
Miqrasiya və onu doğuran səbəblərin araşdırılması, dünya dövlətləri tərəfindən miqrasiya proseslərinin tənzimlənməsi sahəsində ümumi qaydaların müəyyənləşdirilməsi müasir qloballaşma əsrində həlli vacib, aktual məsələlərdən birinə çevrilmişdir.
Miqrasiya proseslərinə nəzarət edilməsi dünya ölkələrinin ictimai-siyasi sabitliyinin qorunmasında böyük rol oynayır. Əks halda miqrasiya siyasətinin tənzimlənməsi və bu proseslərlə bağlı qəbul olunan qanunlar səmərəsiz ola bilər. Miqrant axınlarının cəmiyyətin sosial infrastrukturuna və vəziyyətinə təzyiqi nəticəsində yaranan təhlükələr müasir Avropanın ən mürəkkəb problemləri sırasındadır.
Miqrasiya - dini, iqtisadi, siyasi, sosial ve digər səbəblərə görə insan qruplarınındaimi və ya müvəqqəti yaşamaq məqsədi ilə bir yaşayış məkanından, bir başqasına yerləşməsi ilə əlaqədar olan coğrafi yer dəyişdirmə hərəkətidir (1, 21).
Miqrasiya termini latın mənşəlidir, Migratio sözündən olub – Köçmək deməkdir. İnsanların müxtəlif səbəblərə görə yaşayış yerlərini daimi və ya müvəqqəti olaraq dəyişməklə bağlı bir yerdən başqa yerə hərəkətini əks etdirir(2, 132).
Miqrasiya prosesi aşağıdakı mərhələlərdən ibarətdir: potensial miqrasiya, lazımi qaydada miqrasiya, yeni həyat şəraitinə uyğunlaşma, identifikasiya.
Təbii ki, əhalinin yerdəyişməsinin baş verməsi üçün müəyyən təsiredici səbəblər olmalıdır. Bu səbəbləri iqtisadi – sosial və qeyri – iqtisadi sosial amillər olmaqla 2 qrupa bölmək olar.
İqtisadi sosial amillərə yaşayış səviyyəsinin aşağı olması, işsizlik, əmək haqqının azlığı, yaşayış tərzləri arasındakı fərqlər və s. daxildir.
Qeyri-iqtisadi amillər sırasına isə müharibələri, zəlzələləri, xəstəlikləri, dini və irqi ayrı seçkiliklər zəminində münaqişələri, siyasi baxışların müxtəlifliyi, aclığı, iqlim əlverişsizliyini, köçəri həyat tərzini və s. daxil etmək olar.
Miqrasiya axınlarının iqtisadi konteksti nisbətən daha universal yanaşma hesab olunur. Təsadüfi deyil ki, miqrasiya uzun illər məhz iqtisadi-sosial mahiyyətli fenomen kimi təhlil edilmişdir. İqtisadi yöndən təhlil edilərkən miqrasiya dövlətin insan ehtiyatlarının, əmək bazarlarının, insan qüvvəsinin sağlam rəqabəti və təbii inkişaf qanunauyğunluqlarını təmin edən obyektiv nizamlayıcı amil hesab olunur.Odur ki, nəticədə miqrantların böyük əksəriyyəti inkişaf etmiş sənaye ölkələrinə getməyə üstünlük verirlər.
Fərdin öz yaşayış yerini dəyişmək və yeni yerdə məskunlaşmaq məqsədi miqrasiyanın başlıca əlamətidir. Onun mahiyyətinin dərk edilməsində yaşayış sahəsi olan “doğma ev” anlayışı, bu evdə yaşayan şəxsin fərdiliyini büruzə verməklə, mühüm əhəmiyyətə malikdir. Odur ki, ezamiyyə, növbəli iş üsulu (yataqxanada yaşamaq) mobilliyin təzahürü olsa da, miqrasiyaya aid deyil. Miqrasiya anlayışı üçün yaşayış yerinin qəti şəkildə birdəfəlik dəyişdirilməsi, əvvəlki yaşayış yerinə bir daha qayıtmamaq məramının olması vacib məqamlardır. Miqrasiya fenomeninin meyarları: fərd tərəfindən olma yerinin koordinatlarının dəyişdirilməsi (mobillik faktoru); fərdin öz maddi vəziyyətini yaxşılaşdırmaq məramı (tələbat faktoru) və fərdin yeni yaşayış yerində məskunlaşmaq, onu özünün “ikinci vətəni” hesab etmək əzmi (stabillik faktoru) ilə ifadə oluna bilər
Miqrasiyanın bu amilləri həmin prosesin axınına, həcminə və intensivliyinə təsir göstərən sosial şərtlər məcmusu kimi çıxış edir. Miqrasiyanın mahiyyətini onun etnik, iqtisadi, siyasi-coğrafi problemlərlə əlaqəli olması müəyyənləşdirir. Bu baxımdan miqrasiya insanın tələbatının tam və təminatlı ödənilməsinə yönələn, öz mövcudluğunun yaxşılaşdırılması əzmi ilə fərqlənən mobilliyin təbii təzahürüdür.
Miqrasiyanın tələbat motivləri qismində çıxış edən amilləri:
öz potensialını daha dolğun reallaşdırmaq istəyindən irəli gələn miqrasiya: burada özünütəsdiq, daha təminatlı həyat qurmaq, özünə daha mənalı həyat tərzi təmin edən yerin axtarışı cəhdləri başlıca motiv kimi çıxış edir;
özünü qüsurlu və uğursuz hesab etməkdən irəli gələn miqrasiya: cəmiyyətlərdə elə qrup insanlar mövcuddur ki, gündəlik həyatda özünü tapmaq qabiliyyətinə malik olmadıqlarından miqrasiyanı vəziyyətdən çıxış yolu və ruhun rahatlıq mənbəyi kimi seçirlər;
obyektiv olaraq əhalinin müəyyən hissəsinin yaşayış səviyyəsi aşağı olan ərazilərdən müvəffəqiyyətli həyat arzusu ilə köçməsi;
əhalinin yaşayış səviyyəsinin yüksək olduğu yerlərin, həmin yerlərin sakinlərinə qibtə olunması səbəbindən seçilməsi nəticəsində irəli gələn miqrasiya;
siyasi motivli miqrasiya. Belə miqrasiya fərdin öz doğma ölkəsində perspektivsizliklə üzləşməsi nəticəsində meydana gəlir.
Bəzi hallarda yeni yerlərdə miqrantların ağlasığmaz müvəffəqiyyətlər qazanmaq imkanları əldə olunur. Bütün miqrasiya proseslərinin ümumi cəhəti kimi fərd üçün əvvəlki yerdə yaşamağın qeyri-məqbulluğu, o cümlədən əvvəlki yerdə qalmanın davam etdirilməsinin inkar edilməsinə çatdırılmış qeyri-qənaətbəxşlik çıxış edir. Miqrasiya məhz yerdəyişməyə çevrilmiş, ödənilməmiş tələbatlar enerjisidir. Həmin enerji miqrasiya faktına bu ardıcıllıqla çevrilir:
həyat tərzi və şəraitilə razılaşmamaq;
dəyişiklik etmə ideyasının meydana gəlməsi;
yeni yaşayış yerinin obrazı barədə təsəvvürlər yaranması;
miqrasiya məramının formalaşması;
yerdəyişməyə başlamakimi qruplaşdırmaq mümkündür
Mobillik təzahürü olaraq, miqrasiya çoxşaxəlidir:dövlətdaxili və dövlətlərarası miqrasiya; siyasi və iqtisadi miqrasiya; leqal və qeyri-leqal miqrasiya; fərdi və kütləvi miqrasiya; daimi və müvəqqəti miqrasiya;birdəfəlik və çoxdəfəlik miqrasiya; hazırlıqlı və gözlənilməz miqrasiya; şəxsi və təhlükəsizlik baxımından miqrasiya və s.
Dostları ilə paylaş: |