Fakultə: Kimya-biologiya
İxtisas:Ekologiya mühəndisliyi
Qrup: 366/1
Fənn: İnformasiyanın idarə olunması
Müəllim: Arzu Əliyeva
Mövzu: Təqdimatların hazırlanması
Tələbə: Reyhan Nağızadə
Bakı-2023 Təqdimatların hazırlanması İKT-nin cəmiyyət həyatının bütün sahələrinə sürətlə tətbiqi hər hansı bir məsələ və ya mövzu ilə bağlı fikirlərin auditoriyaya çatdırılması formasına da yeniliklər gətirib. İndi bu məqsədlə təkcə ənənəvi məruzə və ya mühazirələrdən istifadə etmirlər. Müvafiq görüntülərlə (şəkil, qrafik, videoçarxlar) müşayiət olunan təqdimatlar onları üstələyib.
İndi onlardan hər yerdə - adi məktəb tədbirindən tutmuş böyük seminarlara, konfranslaradək, demək olar ki, bütün tədbirlərdə istifadə olunur. Təqdimatlar məktəblərə, tədris prosesinə də çoxdan ayaq açıb-fəal, interaktiv dərsin mühüm elementinə çevrilib. Hazırda müəllimlərin əksəriyyəti təqdimatdan dərsin “tədqiqatın aparılması”, “şagirdlərin müstəqil işi” və digər mərhələlərində metodik üsul kimi geniş istifadə edirlər. Çünki təqdimatlar şagirdlərdə axtarma, araşdırma aparma, ümumiləşdirmə, sistemləşdirmə, yerinə yetirilmiş tapşırığı daha maraqlı formada çatdırma kimi bacarıq və qabiliyyətlərini inkişaf etdirir. O, həm də şagirdlərin bir natiq kimi formalaşmasına, ədəbi dilin normalarına uyğun nitqə yiyələnmələrinə kömək edir. Lakin müşahidələr göstərir ki, məktəblilərin bir çoxu təqdimatların hazırlanması qaydasını, bu zaman nələrə xüsusu diqqət yetirməli olduqlarını bilmirlər. Bunları nəzərə alıb təqdimat hazırlanarkən nəzərə alınması bəzi məsələləri diqqətə çatdırmağı lazım bilirik.
Təqdimat hazırlayarkən nələrə diqqət yetirməli - Təqdimatın əvvəlində öncə dinləyiciləri salamlamaq, özünü təqdim etmək və təqdimatın mövzusunu diqqətə çatdırmaq lazımdır.
- Təqdimatın mətnində daha çox sadə cümlələrdən istifadə etmək məsləhətdir. Cümlələrin anlaşıqlı, yığcam və təsirli olmasına xüsusi fikir verilməlidir.
- Əlbəttə, təqdimatın dizaynı xüsusilə əhəmiyyətlidir.
Təqdimatda müxtəlif tipli informasiyalara yer verilir. Bu informasiyalara mətn, şəkillər, qrafik təsvirlər, animasiyalar, videoçarxlar, videoffaqmentlər və s. daxildir. Bu informasiyaların da hər birinin özünəməxsus xüsusiyyəti var. Hər bir informasiyanın xüsusiyyəti nəzərə alınmalıdır. Məsələn, dinləyiciləri çoxrəngliliklə yormamalı (adətən 2-3 rəngdən artıq olmamalıdır), təqdimatın açıq rəngdə, mətndəki yazılı informasiyanın isə tünd rəngdə verilməsinə diqqət yetirilməlidir. Bir sözlə, əlavə edilən bütün vasitələr təqdimatın mövzusuna uyğun olmalıdır.
- Təqdimat zamanı istifadə edilən mənbələri sonda qeyd etmək gərəkdir.
- Təqdimatın mətninin strukturuna əhəmiyyət vermək lazımdır. Başlıqlar mətnin digər hissələrindən fərqləndirilməli, mətn giriş, əsas və nəticə olmaqla üç hissədən ibarət təqdim edilməlidir. Məhz bu ardıcıllıqla mövzunun məzmununun təqdim edilməsi dinləyicilərdə ona qarşı diqqət və maraq yaradır.
- Təqdimat vaxtı, əsasən, üç məqama xüsusi fikir verilməlidir:
1. Auditoriyanın diqqətini cəlb etmək;
2. Təqdim edilən mövzunun məqsəd və məramını, predmetini açıqlamaq;
3. Mövzunun məzmununu mətnin strukturuna uyğun olaraq diqqətə çatdırmaq.