«Йеня дя» гязялляр



Yüklə 242,72 Kb.
tarix16.02.2017
ölçüsü242,72 Kb.
#9063
Azərbaycan Respublikası

Mədəniyyət və Turizm Nazirliyi

« 525 КИТАБ » серийасы

Илгар фящми


«Йеня дя» гязялляр


(1999-2003)

Bakı – Mütərcim – 2010


Azərbaycan Respublikası

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə
«525-ъи гязет»ин «525 Китаб» серийасы

«Дцнйа ядябиййаты» дярэисинин техники иштиракы иля


Серийанын рящбяри: Ряшад Мяъид,

«525-ъи гязет»ин баш редактору,

Азярбайъан Йазычылар Бирлийинин катиби

Серийанын тяртибчиси

вя редактору: Сялим Бабуллаоьлу

«Дцнйа ядябиййаты» дярэисинин

баш редактору
Няшрин редактору: Ялиш Мирзаллы
Дизайнер: Мятанят Гараханлы

Вяфа Ящмядова

Илгар Фящми. «Йеня дя» гязялляр (1999-2003).

/ «525 Kитаб» серийасы. – Бакы: Мцтяръим, 2010. – 52 с.


© “525-ci qəzet”, 2010

İlqar Fəhmi ( Paşayev İlqar Əli-Abbas oğlu)

1975-ci ildə anadan olub. Bakının Zirə kəndindəndir. 1994-cü ildən ədəbi yaradıcılıqla məşğul olur. 2002-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.


«Sənli sözüm gəldi sənə» (2001), «Ölüm gözəldi, yoxsa sən»(2002) adlı şeir toplularının və «Aktrisa» (2005), «Akvarium» (2006), «Bakı tarixindən kollaj» (2007), «Qarğa yuvası» (2008), «Kölgədə əqrəb» (2010) adlı nəsr kitablarının müəllifidir.
Bir neçə pyesi («Axırıncı qatar», «Fırıldaqçıların əsri») ölkə teatrlarında səhnələşdirilib, «Ölüm növbəsi», «Aktrisa» ssenariləri Dövlət sifarişiylə ekranlaşdırılıb, «Sirat körpüsü», «Məcnunlar», «50 000 azn», «Qaydasız döyüş» ssenarilərinə isə ölkə telekanallarında bədii televiziya filmləri çəkilib.
Gənclər və İdman nazirliyinin «2003-cü ilin ən yaxşı gənc şairi»mükafatına, 2007-ci ilin «Rəsul Rza» ədəbi mükafatına layiq görülüb. 2008-ci ildə Moskvada MDB ölkələri gənc şairləri arasında keçirilən «Debütlər birliyi» şeir müsabiqəsinin diplomantı olub.
Əsərləri Rusiya, Türkiyə, Polşa, Almaniya, Avstriya, Ukrayna, İran, Özbəkistan və sair ölkələrdə dərc olunub.

Hal-hazırda Azərbaycan Yazıçılar Birliyinin Tərcümə bölməsinin rəhbəri, «Ulduz» jurnalının «Nəsr və poeziya şöbəsi»nin redaktorudur.

Budaqlardan yerə gəlmiş qonaqlar, sarı yarpaqlar,

Qonaq? Yox, yox yetim qalmış uşaqlar, - sarı yarpaqlar.


Küləklə dost olub çox gəzdilər birlikdə dünyanı,

Yəqin mən tək o cananı soraqlar sarı yarpaqlar.


Ayağın dəydiyi hər bir yerə üz sürtmək istərlər,

Odur şövq ilə torpağı qucaqlar sarı yarpaqlar.


Yenə sənsiz göz ağlar, cism üryan, çöhrə sapsarı,

Payızdır, gur yağış, çılpaq budaqlar, sarı yarpaqlar.


Deyirlər hər ağac bir aşiqin qəm dəftəri olmuş.

Bu dəftərdən qopan solğun varaqlar - sarı yarpaqlar.


Elə bil tapdalanmış haqqıdır məzlumların yerdə,

Bu az ömründə çox görmüş ayaqlar, sarı yarpaqlar.


Eşitsən bağçada yüngül xışıltı, anla ki Fəhmi,

Bilib talelərin sakitcə ağlar sarı yarpaqlar.


Ağ duman tək yuxuna kaş ki, gələydim gecələr,

Qəmli ruhun haralar gəzdi, biləydim gecələr.


Hər səhər sübh nəsimiylə doğulmaqçün kaş,

Baş qoyub sinənə sakitcə öləydim gecələr.


Bölünüb min yerə, hər zərrəmi bir ulduz edib,

Başın üstündə səmaya düzüləydim gecələr.


Ağlayıb gündüzü biçarə bulud tək sənsiz,

Baxaraq göz yaşıma sənlə, güləydim gecələr.


Sən qaranlıqda ayı seyr elədikcə, mən də,

Ruhuna ay işığıyla süzüləydim gecələr.


Baş daşım üstə dodaq izlərini öpmək üçün,

Allahımdan da xəbərsiz diriləydim gecələr.


Fəhminin qəlbində son arzusu qalmış yalnız,

Ağ duman tək yuxuna kaş ki, gələydim gecələr.

İnsan deyiləm, indi bunu anlamışam mən,

Eşq adlı buluddan süzülən bir yağışam mən,

şıltaq yağışam mən.
Yağdırsa da çirkabə məni qarə buludlar,

Qəlbimdəki şəffaflığımı saxlamışam mən,

çünki yağışam mən.
Hər gün döyürəm pəncərəsin sevgili yarın,

Yox ayrı yolum ki, ona dərdim danışam mən,

dilsiz yağışam mən.
İsbat eləyə bilməyirəm eşqimi heç cür,

Mümkün ki deyil eşqin oduna alışam mən,

çünki yağışam mən.
Yarın evinin dövrünü dəryayə çevirdim,

Çox şükr, rəqibin yolunu bağlamışam mən,

qısqanc yağışam mən.
Yağsam da yerə, göylərə qaytar məni, ya rəbb,

Torpaqlara biryolluğa qoyma qarışam mən,

çünki yağışam mən.
Fəhmi, mənim eşqim ola bilməz ki, tükənsin,

Eşq aldı buluddan süzülən bir yağışam mən,

bitməz yağışam mən.
Bu güzgüdəki sənsən, gülmə, mələyim, gülmə,

Əksin niyə daşlaşdı, bilmə, mələyim, bilmə.


Biz zirvəsinə eşqin ayrılmaq ilə çatdıq,

Gecdir, yanıma artıq gəlmə, mələyim, gəlmə.


Göz yaşı o günlərdən çöhrəndə qalan izdi,

Gör bir necə acizdi, silmə, mələyim, silmə.


Son saniyəsi ömrün qopmaqdadı əqrəbdən,

Ölmək də düşüb dəbdən, ölmə, mələyim, ölmə.


Təkcə sənin olsun qoy, ruhunda onu bəslə,

Sən Fəhmini heç kəslə bölmə, mələyim, bölmə.

Nə vaxtsa qəmli olsam, nağıl danış mənimçün,

Nəfəs kimi daralsam, nağıl danış mənimçün.


Yalan şirin zəhərmiş, məni həmişə aldat,

Həqiqəti cırıb at, nağıl danış mənimçün.


Bu günləri bir anlıq silib çıxart yadından,

Unutduğum qadından nağıl danış mənimçün.


Dəniz-dəniz günahdan xilas bəhanəsiylə,

Mələklərin səsiylə nağıl danış mənimçün.


Həyat duman kimiydi, itib-batıb dağıldı

Ölüm də bir nağıldı, nağıl danış mənimçün.


Əcəl yuxusu gəldi, bu yaşı sil gözümdən

Yavaşca öp üzümdən, nağıl danış mənimçün.


Bəlayə düşsə Fəhmi, xilas üçün gəlib sən

Otur yanımda hərdən nağıl danış mənimçün.


Dincəl bir az, ey hər gün özündən qaçan oğlan

Ahıyla içindən çölünə yol açan oğlan.

Düşsən yağışa, tez dəyəcəksən yerə, vallah

Kağız qanad ilə göy üzündə uçan oğlan.
Yanma bu qədər boş yerə, səndən günəş olmaz

Ey şölələnib hər tərəfə nur saçan oğlan.

Çox başqasının qanın içən görmüşəm, ancaq

Heç görmədim öz qanını sən tək içən oğlan.


Vaxtın çatıb artıq, daha bir gözdə məkan tut

Dünya kimi gözdən-gözə daim köçən oğlan.

Sən ki, ölüsən, dəfn eyləyiblər öz içində

Yorma özün, ey qəbri üçün yer seçən oğlan.


Kim Fəhmini gördü dedi - Əhsən hələ sağmış

Dünyada cəhənnəm alovundan keçən oğlan.


Gedən gəlib, fəqət mənim gedənlərim qayıtmadı

Dumanda batdı yelkənim, gedənlərim qayıtmadı.


Nəfəs də çəkmədən durub min ildi gözlərəm, fəqət

Rahat yatan bu yolları ayaq səsi ayıltmadı,

Gedənlərim qayıtmadı.
Ümid dolu üfüqlərə nə vaxtdı zillənən gözüm

Yanağıma sığal çəkən sevinc yaşın axıtmadı,

Gedənlərim qayıtmadı.
İçimdə ta zaman-zaman dolaşsa da xəfif külək

Ürəyimə dolan qara fikirləri dağıtmadı,

Gedənlərim qayıtmadı.
Bu kimsəsizliyim görüb, ölüm yetişdi dadıma,

Dilimdə söndü son sözüm, - Gedənlərim qayıtmadı,

Gedənlərim qayıtmadı.
Qəmli şahım, haradasan, imdadə gəlmək vaxtıdır,

Al dodağınla gözümdən yaşı silmək vaxtıdır.


Çox böyütdüm mən səni, qəlbə sığışmırsan daha,

Parçalarsan qəlbimi, az-maz kiçilmək vaxtıdır.


Başın üstündə bulud tək çox dolaşdım, indisə

Ağ ayağın altda kölgən tək əzilmək vaxtıdır.


Ey ürək, çox güldülər əhvalına, sən incidin,

İncimə, bax güzgüyə, gül sən də, gülmək vaxtıdır.


Damcı-damcı qəm suyu səndən keçərdi, ey gözüm,

İndi gur seldir gələn, yoldan çəkilmək vaxtıdır.


Azmışam ruhumdakı zülmət şəhərdə, qorxuram,

Birtəhər imkan tapıb burdan əkilmək vaxtıdır.


Bəsdi yatdıq bu qaranlıq, dar məzar içrə, yetər,

Dur çağır gəlsin ölüm, Fəhmi, dirilmək vaxtıdır.

Gecə ruhumda yanan şam ki, sönər sakitcə,

İsti göz yaşı donub daşa dönər sakitcə.


Tək buraxmam səni, ölsəm də əgər kölgən olub

Daim ardınca xəyalım sürünər sakitcə.


Sərsəri duyğularım diqqəti cəlb etmək üçün,

Yenə şer adlı libasın geyinər sakitcə.

Gecə göylərdə soyuqdurmu ki, mən yandıqca,

Atəşim üstə mələklər isinər sakitcə.

Bu qədər qəm yükünü çəksə də biçarə ürək,

Səsi çıxmaz, gecə-gündüz döyünər sakitcə.

Nakam aşiqlərinin ruhudu, qar şəklin alıb

Saçına qonmaq üçün göydən enər sakitcə.

Kimsəsizlik soyuğundan büzüşəndə Fəhmi,

Yenə eşq oduna yarım, bürünər sakitcə.

Güclə vaxt tapmış idim bircə nəfəs gülmək üçün

Tez bəla gəldi dodaqdan gülüşü silmək üçün.

Sənə dönmək nə səadətdi, burax əllərimi,

Qoy gedim, itməyə yox-bir də sənə gəlmək üçün.

Bütün ömrüm boyu dil tapmadım öz könlüm ilə,

Can verərdim bu çətinlikdə dili bilmək üçün,

Qələmimdən süzülür duyğularım ağ varağa,

Dəftərim içrə beş-on günlüyə dincəlmək üçün.

Cismi at, ruhunu azad elə artıq yükdən,

Bir çinar yarpağı üstə göyə yüksəlmək üçün.

Taleyin fırçasın almış dişinə çərxi-fələk,

Ömrümü rənglərə göy qurşağı tək bölmək üçün.

Mən sürünmək dolu bu ömrü verərdim, Fəhmi,

Bir saatlıq kəpənək tək yaşayıb-ölmək üçün.


Yad et məni könlündə diləklər görüşəndə

Ovcunda al-əlvan kəpənəklər görüşəndə.

Bir sevgi düşər qu quşunun ağ qanadından,

Ruhumda o ağ, incə lələklər görüşəndə.
Şimşəkmi bu, yainki qığılcım çıxır, allah,

Göylərdə qılınc əldə, küləklər görüşəndə.

Don vurmuş ümidlər ayılar qış yuxusundan

Yaz yağmuru altında ürəklər görüşəndə.


Qönçə açılıb zülməti qovdu öz içindən,

İlk sübh şüasıyla ləçəklər görüşəndə.


Tənha çıgırın rəngi bir azca açılardı

Baş daşımın üstündə çiçəklər görüşəndə.


Fəhmi, o zaman mən sənə şair deyərəm ki

Şerinlə dinə göydə mələklər görüşəndə.

Göyərçin boynu yumşaqdı, sığalla, amma sındırma

Göyərçin qəlbi dustaqdı, burax uçsun, yubandırma.


Göyərçin ömrü matəmli, göyərçin gözləri nəmli

Qoy axsın inci göz yaşı, əlin vurma, bulandırma.


Göyərçin sevgisi gizlin, soruşma, söyləməz sirrin

Göyərçin ruhu ismətli, danışdırma, utandırma.


Göyərçin tellərində şeh, aman vermə dağıtsın meh

Göyərçin köynəyi dümağ, tozun içrə uzandırma.


Göyərçin dimdiyi həssas, gecə ulduz yığar dən-dən

Göyərçin fikri göylərdə, yolun kəsmə, dayandırma.


Göyərçin könlü kövrəkdi, nolur, çox xətrinə dəymə

Göyərçin bağrı çox incə, cızıb qana boyandırma.


Göyərçin ki günahsızdı, sıxıb gizlətmə qoynunda

Özün Fəhmi yanırsansa, onu, rəhm eylə, yandırma.

Vəsfinə mən söyləyəndə sözlərin tənhasını,

Kaş ki kölgən qızdıraydı üzlərin tənhasını.


Bir ovuc torpaq olaydım sən keçən yollarda kaş

Saxlayardım sinəm üstə izlərin tənhasını.


Bir ümidsiz ay gəzər göylərdə tənha hər gecə,

Sübhü gözlər ki görə gündüzlərin tənhasını.


Dünyadan köçdüm, məni göylərdə axtar hər gecə,

İndi məskən seçmişəm ulduzların tənhasını.


Fəhmi, ətrafa baxıb tənha ölümdən qorxma çox

Əllərin tənhası örtər üzlərin tənhasını.

Ümid qeyb oldu, ruhumda qaranquşlar ölən gündən

Mən eşqimdən qaçaq düşdüm sən insafa gələn gündən.


Daha hifz eyləyən yoxdur bəladan ruhumu, yəqin

Mələklər də küsüb məndən, səni tanrım bilən gündən.


Uçub getsəm də yanından, elə bilmə ki tənhasan,

Başın üstündəyəm hər gün, səmaya yüksələn gündən.


Saralan çöhrəmin rəngi mənimçün yadigar qalmış

Payız yarpaqlarıyla sən gözüm yaşın silən gündən.


Cəhənnəm quşları açmış mənə öz odlu ağuşun

Səni tapmaq yəqin ikən gümana çevrilən gündən.


Yuxum üz döndərib məndən, gözüm bağlanmayır bir dəm

O məsum çöhrəvin əksi gözümdə dincələn gündən.


Atıbdır Fəhmini hiddətlə dərdin qoynuna tanrım

Sevinclə dərd arasında bu dünyanı bölən gündən.


Bir mən kimi yalqız bulud ağlar göy üzündə,

Öz sevgisin həsrətlə soraqlar göy üzündə.

Qalxdı göyə eşq odu sinəmdən gecə düşcək,

Ordan od alıb yandı çıraqlar göy üzündə.
Yəqin ki, günəş çöhrəvə bənzər, onun üçün,

Allah onu çırpmaz yerə, saxlar göy üzündə.

Meh aldı daraqdan saçıvı, çəkdi səmayə,

Rahatca onu indi qucaqlar göy üzündə.


Göy gurladımı? Ya ki sinəmdən çıxan ahı

Zalım fələk hiddətlə ayaqlar göy üzündə.

Hər məktubumu yüz yol öpərdin, niyə indi

Ağ quşlara döndü o varaqlar göy üzündə.


Fəhmi, bu qədər şövq ilə yanma, görən olsa,

Biçarə günəş tək asacaqlar göy üzündə.

Durmuşam sahildə tənha, bir dənizdir, bir də mən

Gözdən itmiş sanki dünya, bir dənizdir, bir də mən


Vaxt var idi birgə idik, sevgilim, mən və dəniz,

İndi yox heyf ol dilara, bir dənizdir, bir də mən


Cümlə aşiqlər səni görmək ümidin üzdülər,

Göz dikən yoluna bica bir dənizdir, bir də mən


Axşam oldu, hamı yatdı, həsrətindən yatmayan

Görməyən heç vaxtı rö’ya bir dənizdir, bir də mən


Çoxları görcək səni öz eşqin e’lan eyləyib

Çağlayan eşqinlə amma bir dənizdir, bir də mən


Bir zaman Məcnun idi divanə, səhra məskəni

İndi yox Məcnun, nə səhra, bir dənizdir, bir də mən


Fəhmi, həsrət üçbucağı çəkdi tale ruhuma

Yaxşı bax - bir qəmli xülya, bir dənizdir, bir də mən


Sinəm dar bir qəfəsdir, orda sevdalı ürək dustaq,

Qalıb biçarə bu zülmətdə müddətdir ki tək dustaq.

Gözüm yaşın töküb ah eylərəm hicran otağında

Nədir bu? Dörd divar içrə yağış məhbus, külək dustaq.

İlahi, hər duanın dövrəsin min-min günah tutmuş,

Nə qanundur, tikan içrə ola hər bir çiçək dustaq?

Dayanma cismdə, sındır, dağıt bu məhbəsi, könlüm,

Azad olmaq ümidin gəsməsin heç vaxt gərək dustaq.

Mən iblisin əcəl zindanıyam ki tanrıdan gizlin

İçimdə ahü-fəryad içrə minlərlə mələk dustaq.

Fələk zülmü kəsilməzsə, bezib ruhlar qiyam eylər

Bu aciz ruhlara bir gün olar çərxi-fələk dustaq.

Göyə baş vurmaq istərsən, buna Fəhmi, gücün çatmaz

Yerin tərkində əvvəl olmasan fəvvarə tək dustaq

Ver sərvətini, şöhrəti-şanı yel aparsın

Qoyma fəqət əhd ilə vəfanı yel aparsın.


Dilbər, elə məst etdi məni saçların ətri

Az qaldı gözümdə bu cahanı yel aparsın.


Saf eşqimizi məhv edə bilməz dəli hicran

Harda görünübdür ki, şüanı yel aparsın.


Tutmuş yenə ətrafımızı hicr dumanı

Ey sinə, bir ah çək bu dumanı yel aparsın.


Cismim elə incəldi bəla-dərd yükündən,

Az qaldı ki, mən bəxtiqəranı yel aparsın.


Aç ruhumuzun pəncərəsin, ey ulu tanrım,

Qoy fitnə-fəsad, hiylə-riyanı yel aparsın.


Yetmir duam allahıma, Fəhmi, xahiş eylə

O yerlərə bəlkə bu duanı yel aparsın.

Nədəndir sakit olmaz, hər gün aramsız əsər xəzri,

Yə’qin ki, axtarır hər yerdə ol güldən əsər xəzri.

Rəva görməz özündən başqa bir kəs o gülə baxsın

Onunçün gözlərimə gündə toz-torpaq ələr xəzri.


Necə gör bir sınıbdır qol-budağım, öylə bil ki, mən

Açıqlıqda bitən tənha çinarəm, qəm-kədər xəzri.

Səbanın istirahət vaxtı çatmışsa, zərər yoxdur,

Saçın ətrin bu gündən ver gətirsin hər səhər xəzri.


Ayağın dəydiyi hər zərrə torpağı öpərdim mən

Götürüb qaçmasaydı məndən əvvəlcə əgər xəzri.

Bir an da istəmir ki, səndən ayrılsın, onunçün də

Bu yerlərdən kənara etməz heç bir vaxt səfər xəzri.


Bu yanda Fəhmi tək aşiqlərin qalmış sənə həsrət

O yanda çəkmiş ağuşa səni o bəxtəvər xəzri.


Gecələr göydə səni çox gəzib axtardı yuxum

Zülmətin baqrını ağ eşqi ilə yardı yuxum.

Gəlməyirsən yuxuma xeyli zamandır, bəlkə

Hüsnünün hədsiz olan nuru üçün dardı yuxum.

Gah buludlu göy olur, gah dəli, tufanlı dəniz

Gah da qəm ətri verən laləli gülzardı yuxum.

Ağlayıb yalvarıram hər gecə ki, rəhm eləyib

Səni bir anlığa bəlkə mənə qaytardı yuxum.

Gözümə xeyli zamandır ki, görünmür, utanır

Tapa bilmir səni, qarşımda günahkardı yuxum.

Sən ki, getdin, o zamandan da yuxum qeyb olmuş

Ayrılıq sanki günəşdi, əriyən qardı yuxum.

Vardı günlər ki, görərdi yuxuda Fəhmi səni

Necə xoşbəxt zamanlardı, hələ vardı yuxum.

Mən ki öz şerimə bükdüm qəmi misra-misra,

Qəm də şerimlə gəzir aləmi misra-misra.

Dərdimi bildi təbibim, mənə bir şer oxudu

Sanki çəkdi yarama məlhəmi misra-misra.
Qələmimlə yığıram düzmək üçün ağ kağıza

Gül yanaqlarda donan şəbnəmi misra-misra.


En səmadən, mələyim, ki səni vəsf etmək ilə

Dağıdım qəlbə dolan matəmi misra-misra.


Yazılır dəftəri-eşqə ürəyim qanı ilə

Ömrümün sənsiz ötən hər dəmi misra-misra.


Sevmişəm bir gülü ki varlığa bir incə qəzəl,

Nazı beyt-beyt eliyir, çəm-xəmi misra-misra.


Bəlkə Həvva da o vaxt Fəhmi kimi şair olub,

Yəni yoldan çıxarıb Adəmi misra-misra.


Məgər heyran olubdur hüsnünə, ey məhliqa kölgə

Ki ardınca sürünməkdən yorulmur binəva kölgə.

Bir aşiqdir ki cismində təmamən dağsız yer yox,

Görənlər zənn edər düşmüş dalınca bir qara kölgə.

Həsəddən lalə tək qan oldu bağrım görcəyin, ey şux,

Tutub daim ayağından öpür hey bihayə kölgə.

Nə qədri var idi dost-aşina, qeyb oldu dar gündə

Yanımda qaldı yalnız bir həqiqi aşina – kölgə.

Nə qədri dərdü-qəm vardırsa cismimdə, çıxar ol dəm

Bir anlıq başıma salsa əgər ol dilrüba kölgə.

Nədən rəngin dəyişmir, çıxmayır matəm libasından

Yəqin ki bir şəhidi-eşq üçün saxlar əza kölgə.

O qədri incəlibdir dərdü-qəmdən Fəhminin cismi

Görənlər bilməyir ki, canlı məxluqdur bu, ya kölgə.

Yatmışdı həqiqətdə o kəs ki hələ sağdır,

Gözlərini dünyayə yuman gündən oyaqdır.

Bir zirvəsi qarlı uca dağdır ki qəmi-eşq

Şair təbi ordan su alan xırda bulaqdır.

Allah əbədiyyət sarayın bizlərə vermiş

Dünyamız o zinyətli sarayda bir otaqdır.

Dağlarca əzab verdiyi üçün mənə dövran

Dağdan da böyük yarəli sinəmdəki dağdır.

Var-dövləti tutmaqçün ayaqlar da əl olmuş,

İmanı atıb qaçmağa əllər də ayaqdır.

Dünyaya qonaqdır dedilər hər gələn insan

Hər halda qonaqdırsa da çox üzlü qonaqdır.

Məcnuna həyat yoldaşı qəm, Fəhmiyə möhnət,

Aləm dedi - Məcnun ilə Fəhmi bacanaqdır.

Yollarda qalıbdır ala gözlər, səni gözlər.

Yaş töksə də hər gün yenə gözlər səni, gözlər.
Ey qəmli könül yelkəni, durma daha, üz get,

Həsrətli ürəklərdə dənizlər səni gözlər.

Gül çöhrəni seyr etmək üçün növbə çəkirlər,

Ay gecə, günəş isə gündüzlər səni gözlər.

Sanma ki, çəməndə bu qədər lalədi, şahım

Al qırmızı örpəkli kənizlər səni gözlər,

Görcək səni diz çökməmək olmur, mələyim, gəl

Qatlanmağa hazırdır bu dizlər, səni gözlər.

Ey ruhuma həmdəm qələmim, bəsdi dayandın

Qəlbdən süzülən qüssəli sözlər, səni gözlər.

Sən gəldiyin o yolları bu Fəhmi həvəslə

Göz yaşı ilə gündə təmizlər, səni gözlər.

Suda qərq etsə də ey dil, məni-naçarı yağış,

Söndürə bilmədi qəlbimdəki odları yağış.

Göydə səyyarələr ağlar mənə, bir bax, bu su da,

Yarı səyyarələrin göz yaşıdır, yarı yağış.

Soyuq ahım ki buludlu göyə getdi, çatdı,

Ol zamandandı tutub çölləri, gülzarı yağış.

Necə ar eyləməyib busə o güldən dilədim,

Yuyub üzdən aparıb yoxsa həya, arı yağış?

Əhli-eşqəm mənə, ey dil, nə gərək sərvətü-var

Könlümün sərvəti atəş, gözümün varı yağış.

Necə gör möcüzəli bir sədəf imiş yanağın

Ona dəydikcə səpər hər yana mirvari yağış.

Göz yaşım görsə bilər sirrimi xəlq, əhsən ki

Qoymadı faş ola qəlbimdəki əsrarı yağış.

İstəmir zərrə qədər toz da qala gül üzdə

Ol səbəbdəndi yuyur çöhreyi-dildarı yağış.

Kəbeyi-kuyinə üz tutmuş ikən eşq əhli

Yağdı ki, pak eləsin bir belə zəvvarı yağış.

Dinlə, gör bir nə həzindir yağışın zümzüməsi

Yoxsa ki istəyir ötsün kamanı, tarı yağış.


Bircə an, ey pəri, cəlb etmək üçün diqqətivi

Gündə kuyində təmizlər dərü-divarı yağış.

Fəhminin kimsəsi yoxdur bu biyabanda, gülüm,

Dostu, sirdaşı külək, həmdəmi qəmxarı yağış.

Eşqə düşmüş, həm inildər, həm fəğan eylər saat

Çün fəğan etməklə əhvalın əyan eylər saat.

Hər qədər ki sənsizəm gün uzadır hər anı,

Sənlə olsam bir günü neyçün bir an eylər saat.

Ömrümüzdən anları kəsdikcə toplar bir yerə,

Xatirə adlı işıqlı bir cahan eylər saat.

Bilmirəm Fərhad olub çapmaqla ömrüm dağını

Hansı Şirinə qəmi-eşqin bəyan eylər saat.

Bir belə qüdrət ki var hökmündə, hardandır ona?

Bətndə yoxsa fələk çərxin nihan eylər saat.

Söyləyin canında heç bir zərrə yoxmu qorxusu?

Cismini əqrəblər üçün aşiyan eylər saat.

Fəhmi, vaxt adlı ədalətli şahın məmurudur

Hər yana öz şahının hökmün rəvan eylər saat.


Zülmət içrə görünən şöləyə döndüm - yandım

Can verən, məhv olan ulduz kimi söndüm - yandım.


Yandırır bircə baxışla, dedilər, ol dilbər,

Gözünə bircə dəfə mən də göründüm - yandım.


Çünki qanundu bu, sürtünmədən atəş yaranar

Mən də şamü-səhər ardınca süründüm - yandım.


Qəlbimi eşq odudur hifz eləyən dünyada

Ondan ötrü alova böylə büründüm - yandım.


Fəhmiyə tale bütöv yanmağı da çox gördü

Şüşə tək min bir əziyyətlə bölündüm - yandım.


Şeri yazdım ki biləm sənli sözüm kəldi sənə

Bəlkə mənsizliyə bir azca dözüm gəldi sənə.

Sənə baxdım o qədər ki, məni gözsüz buraxıb

Gizlənib qəmli baxışlarda gözüm gəldi sənə.

Mən alışdım bu soyuqda isidim azca səni,

Yüyürüncə alovum söndü, közüm gəldi sənə.

Bədənim öylə zəif ki, ayağımdan yapışıb

Düşmədi bir daha torpağa, izim gəldi sənə.

Sən ki məndən su umurdun bir ovuc, əfv eylə,

Yox bu səhradə su, ovcumda üzüm gəldi sənə.

O qədər ki sənin ardınca süründü Fəhmi

Parçalanmış ayağım, qanlı dizim gəldi sənə.
Eşqdən ki ürəyimdə bu qədər yarə qalıb,

Kimsə dərman edə bilməz, ümidim yarə qalıb.

Həm vüsal istəyirəm, həm də ki hicran qəmini,

İki xülya arasında könül avarə qalıb.

Səni görcək özünü öylə itirmiş könlüm

Neçə vaxtdır ki özün axtara-axtarə qalıb.

Çəkcəyin qəm bıçağın üstümə hicran, gördüm

Ürəyim yoxdu, yerində neçə yüz parə qalıb.

Qalmadı kimsəyə borcum bu cahanda, ey dil,

Bircə can borcu qalıb ki o da dildarə qalıb.

Paylananda hamıya bəxt, mənim bəxtimdən

Çatdı növbəm, dedilər - ağ qutarıb, qarə qalıb.

Fəhminin fikrü-xəyalı yenə göylərdə gəzir

Ev-eşik dərdini çəkmək isə İlqarə qalıb.

Ürəyimdən başıma gündə ilanlar sürünür,

Nə qədər öldürürəm, yerdə qalanlar sürünür.

Can verən doğruları dəfn edərək qəlbimdə,

Dilimə sarı yenə səylə yalanlar sürünür.

Elə ağır yük imiş insan üçün böylə ömür,

Ki verənlər yatır asudə, alanlar sürünür.

Bu nə dünyadı, ilanlar uçuşur göylərdə

Qara torpaqdasa qartal doğulanlar sürünür.

Fəhmiyə çərxi-fələk gör necə məclis qurmuş,

Oxuyan öndə qaçır, dalda çalanlar sürünür.

Bu həyat yolları ilə yeriyirsən, böyüyürsən

Büdrəyirsən, yıxılıb daşa dəyirsən, böyüyürsən.


Eşq odunda ərisəm də, yox olub getmərəm əsla

Elə oddur bu yanırsan, əriyirsən, böyüyürsən.


Belə getsə mənə yerləşməyəcəksən, dəli könlüm

Neçə qəm köynəyin üst-ütsə geyirsən, böyüyürsən.


Həqq qabağında əyildikcə, güman etmə kiçildin

Elə ki dildə dualar baş əyirsən - böyüyürsən.


Bu həyatda hərə bir cür böyüyür, Fəhmi, sən isə

Körpəlikdən elə qəm-qüssə yeyirsən, böyüyürsən.


Çatıbdı vaxtı, gedir son baharı gəncliyimin

Yubanmağa daha yox ixtiyarı gəncliyimin.
Nə vaxtsa gözləmə ki bir daha yaşıllaşacaq

Susuz qalıb, quruyubdur çinarı gəncliyimin.


Yanımda sən yox idin, ondan ötrü böylə dolub

Kağız çiçəklər ilə laləzarı gəncliyimin.


Əgər kədərli, həzin nəğmə tək düşürsə yada

Sənin xəyalın idi bəstəkarı gəncliyimin.


Sənə yetişmək üçün ki özün fəda elədi

Gərək qapında qazılsın məzarı gəncliyimin.


Xəzəl kimi səpələnmişsə yerdə duyğularım

Demək küləkli keçib ruzigarı gəncliyimin.


Neçin bu Fəhmini tək qoydun intizar içrə

Sənə yetişmədimi ahü-zarı gəncliyimin.

Gördüm səni bir qış gecəsi şam işığında,

Sardı məni sevmək həvəsi şam işığında.


Bu qış gecəsində əbədi qalmaq üçün, gəl

Birlikdə verək son nəfəsi şam işığında.


Bir sərsəri sevdanın ölüm rəqsinə bənzər,

Lal kölgələrin titrəməsi şam işığında.


Atəşlərə baş vurmağa səslər bizi sanki,

Pərvanələrin qəhqəhəsi şam işığında.


Yoxsan, sənin üçün darıxıbdır otağım da,

Sənsiz saralır pəncərəsi şam işığında.


Qopduqca ömürdən yol alır yoxluğa doğru

Sənsizliyin hər saniyəsi şam işığında.


Fəhmi, yenə şəmin gözünün yaşı axırsa

Gəlmir niyə hönkürtü səsi şam işığında?


Ömür yolu bir varaq, yarı qara, yarı ağ

Tanrı çəkib yüz zolaq, yarı qara, yarı ağ.


Sinədə həm ayrılıq, həm də ümid atəşi,

Tüstü verər bu ocaq, yarı qara yarı ağ.


Körpə nəfəs şöləsin örtdü əcəl kölgəsi

Kimsə ölür, kimsə sağ, yarı qara, yarı ağ.


Oxşa dumana-çənə, ruhunu birrəng elə

Olma buludlar sayaq, yarı qara, yarı ağ.


Gözlərimlə yarımın əksi düşübdür yenə

Qönçə dodaq, al yanaq, yarı qara yarı ağ.


Fəhmi, ürəkdən doğan arzularım, hisslərim

Şaxələnir min budaq, yarı qara yarı ağ.


Elə dünyaya düşdük ki qaralar ağ yeyir - doymur,

Bacarsa öldürür, öldürməsə sağ-sağ yeyir - doymur.


Düşübsə iblisin zindanına ruhun, əl üz ondan,

Elə zindandı bu hər gündə yüz dustaq yeyir - doymur.


Kiminə bir içim su, bir udumluq duz-çörək bəsdi

Kim isə gündə bir bərya içir, bir dağ yeyir - doymur.


Nə qədri məzlumun ahın udur göylər, udur-bezmir

Nə qədri canfəda mərdlər yeyir torpaq, yeyir - doymur.


Bu yandan bir vəfasız yar, o yandan rəhmsiz dövran

Bu qansızlardı, Fəhmi, ömrümü ortaq yeyir - doymur.



Səslər
Alim Qasımova həsr olunur
Mənə səndən əlamətdir bu dünya içrə hər bir səs,

Sənin şəklin çəkir qəlbə gecə bir səs, səhər bir səs.


Tamam yandırdı cismi eşq, eşq odu məndən qalıb ancaq

Göyə qalxıb sənə doğru yol almış bəxtəvər bir səs.


Məni meyxanədə yalnız qədəh cingiltisindən sor

Mənəm bu bəzmdə sərməst, özündən bixəbər bir səs.


Məni tənha görürkən kimsəsiz zənn etmə, ey qafil

Başım üstündə hər gün ağlayar bir səs, gülər bir səs.


Elə ki, sirli cahan içrə göründüm,

Gecə gündüz o səs ardınca süründüm,

Bədən artıq yük imiş burda, nəhayət

Mən də sıyırdım özümdən, səsə döndüm.

Səslərin ətri olur, rəngi olur, dadı olur

Səslərin söz kimi övladı olur.

Səslərin ərşə çıxan qəhqəhə

Səslərin qəmli muğamlar kimi fəryadı olur.

Göydən enmiş bir sədasan şübhəsiz

Xəstə könlümçün dəvasan, şübhəsiz

Sirli səs dünyası içrə,

Son səsə ilk aşinasan, şübhəsiz.


Qüssə qəm şaxtası dondursa əgər

Ömr bağında ümid güllərini,

Ruhunu sıxsa əzab, qüssə, kədər-

Gözünü yum, o səsə sarı kəs uzat əllərini

o səsə sarı kəs, at əllərini,

O səsin istisi vurduqca səni

Asta-asta əriyər əllərinin buz kəfəni,

Əridikcə su damar torpağa sakit-sakit

O solub getmiş ümid gülləri də

Başlayar qalxmağa sakit-sakit.


Atəşi çək ruhuva hər dəm, hər aldıqca nəfəs

Yox elə varın ki səndən qalsın ancaq sirli səs.


Səslərin səhrasıdır son mənzilin, son məskənin

Susma, bu sonsuz səmada sakin olmaqçün tələs.

Sən də bu səhrada yalqız bir sədasan mən kimi

Yox imiş yalqızlara səsdən-sədadən qeyri kəs.


Sən ki səslər sahibindən bir nişansan, çarə qıl

Qoyma olsun son məkanım səs səmirsiz bir qəfəs.

Səsdən yaranıb çünki bu dünya

Səslərdi bizə cilvəli röya,

Axırda bizi ruzi-qiyamət

Səs eyləyəcəkdir yenə ehya,

Səs eyləyəcəkdir yenə ehya.
Qünut
Mənə zülm etdi fələk, atdı bu dünya içinə,

Baxmadı kimsə bu miskin ürəyin naləsinə,

Əlim hər yandan üzüldü, ümidim qaldı yenə

Sənə doğru açılan əllərimin kölgəsinə.

Eşqinin şimşəyi ki, ömrümün üstə çaxdı,

Qəlbdə yatmış olan sevgi oyandı, qalxdı,

Qorxa-qorxa çölə boylandı, yavaşca axdı

Sənə doğru açılan əllərimin kölgəsinə.


Qanad açmışdı ümidim, göy üzündə süzərək

Birdən oxlarını yağdırdı onun üstə fələk,

Düşdü biçarə səmadan yaralı qu quşu tək

Sənə doğru açılan əllərimin kölgəsinə.

Göyə qalxdıqca əlim zülmətə batdı hər yan

Bircə anlıq elə bildim ki, günəşdir tutulan,

Sonra gördüm, demə Allah, sığışıb cümlə cahan

Sənə doğru açılan əllərimin kölgəsinə.



Yenə də
Yenə xatırlayacaqsan bu evi

Yenə də zəng edəcəksən: Gəlirəm

Yenə də yalvaracaqsan: Gözlə,

Heç yerə getmə, bu günlük səninəm.


Yenə kölgən cızacaq pəncərəmi

Girəcəksən elə bil öz yuvana,

Yenə palton düşəcək qollarıma

Yenə çantan uçacaq boş divana.


Yenə sakitcə yumub gözlərini

Kürəyin söykədəcəksən sinəmə

Yenə guya unudub sözlərini

Deyəcəksən ki, demə, heç nə demə.


Yenə dinməz dayanıb bir müddət

Arxadan boynuna ahlar səpəcəm

Saçını sonra səliqəylə yığıb

Çiyninin ağ dərisindən öpəcəm.


Ağ belindən götürüb əllərimi

Yenə bərk-bərk sıxacaqsan döşünə

Yenə də tuş gələcək lal baxışım,

Al dodaqlarını sıxmış dişinə.


Sinən aramsız enib qalxınca

Mən gedib bağlayacam çöl qapını.

Söndürülmüş siqaretlərlə yenə

Birbəbir dolduracam külqabını.


Yenə də seyr edəcəm dinməzcə

Çiyinindən sürüşən köynəyini,

Yenə də gözləyəcəm tez soyunub

Tələsik lampanı söndürməyini.
Yenə qoynumda bu çılpaq bədənin

Sübhəcən çırpınacaq, ağlayacaq

Yenə dırnaqların ac qırğı kimi

Sinəmi, boynumu cırmaqlayacaq.


Yenə qışqırtın, iniltin qopacaq,

Sıxacam ağzını ovcumla yenə

Qonşuda xeyli qulaq şəklənəcək

Ehtirasın bu həyasız səsinə.


Yenə həzzin çatacaq son həddə

Bədənin od tutacaq, allanacaq……

Sonda halsız düşəcəksən yatağa,

Ayağın çarpayıdan sallanacaq.


Yenə titrək həyəcanlı səslə

Açacaqsan mənə öz hisslərini,

Yenə də axtaracaq süst baxışım

Bədənində yad öpüş izlərini.


Yenə də inciyəcəksən məndən

Deyəcəksən: Soyuyub ehtirasın.

Yenə xatırlayacaqsan bir vaxt

Bizi uydurmuş o şəhvət havasın.

Yenə laqeydliyimdən usanıb

Əsəbi yellədəcəksən əlini,

Sanki qəsdən məni cırnatmaq üçün

Yenə tərifləyəcəksən ərini.


Bezib axır susacaqsan, birdən

Yenə də yastığa çırpıb üzünü,

Dözməyib gəldiyin üçün bu evə

Yenə lənətləyəcəksən özünü.


Yenə də hönkürəcəksən xeyli

Nəmli yastıq udacaq göz yaşını,

Sonra sakitləşəcəksən azacıq,

Ah çəkib qaldıracaqsan başını,


Yenə qalxıb yığacaqsan yerdən

Səpələnmiş təzə pal-paltarını,

Geyəcəksən yenə tənbəl-tənbəl

Əyninə köynəyini, şalvarını.


Qapıda bir də yumub gözlərini

Kürəyin söykədəcəksən sinəmə,

- Sənə mən ömrümü bəxş eylərdim

Bircə yol barı desəydin - ELƏMƏ….



Gecə kəpənəyi
Zahirdə - təbəssüm satan asudə dodaqlar,

Batində - ölən arzuların gizli məzarı.

Zahirdə - soyuq, şəbnəmi buz lalə yanaqlar,

Batində - axan göz yaşının isti buxarı.


Gözdə oxunan niyyəti çılpaq, sözü çılpaq,

Ruhunda-hər an zorladığı ismətin ahı.

Bir incə mələk, taleyi çılpaq, özü çılpaq,

Şəhvətdə batıb, anbaan artmaqda günahı.


Gündüz dolanar boynuna ağ körpə biləklər,

Axşam qara əllər gəzər halsız bədənində.

Gündüz bala eşqiylə sönük ruhu çiçəklər

Axşamsa tikanlar bitər əlvan çəmənində.


Zalım fələyin qanlı dəmir məngənəsində

Hər gün sıxılırdı, əzilirdi, kiçilirdi,

Qansızların işrətli səfa təntənəsində

Əllərdə gəzir, dadlı şərab tək içilirdi.


İncitmə onu, göz yaşı görsən yanağında

Bəlkə də bu su ruhunu bir azca təmizlər.

Məlum deyil əsla ki hələ həqq qabağında

Kimdir üzü qarə, o çiçək, yoxsa ki, bizlər?




Илгар Фящми щаггында йазыланлардан
İlqar Fəhminin ilk qəzəllər kitabı məni həm sevindirdi, həm də heyrətləndirdi. Sevincimin səbəbi aydındır, ədəbiyya­tı­mı­­za yeni və çox istedadlı bir müəllifin gəlməyinə sevinməmək ol­maz. Heyrətimin səbəbi isə odur ki, bu gün şerdə yeniliyi yal­nız vəzndə və şəkildə görənlərdən fərqli olaraq, İlqar Fəhmi qə­zəl kimi ənənəvi bir formaya tamamilə yeni bir ruh verə bil­miş­di. İlqarın yazdığı qəzəldir, lakin ənənəvi qəzəl deyil. Əliağa Va­­hidin və Süleyman Rüstəmin qəzəllərindən sonra, mən çağ­daş ədəbiyyatımızda bu qədər mükəmməl qəzəllər oxumamışam.
Anar. Xalq yazıçısı

Azərbaycan Yazıçılar Birliyinin sədri. 2003
İlqar Fəhmi mənim böyük ümid bəslədiyim istedadlı gənc şairlərimizdəndir. Ömür enişli-yoxuşlu olduğu kimi yaradı­cı­lı­ğın da, sevinci-kədəri, uçuşu-enişi olur. Əsas şərt gəncin iste­dad­lı olması, qəlbində allahın verdiyi istedad adlı bir işığı gəz­dir­məsidir. Biz onun gələcəkdə yazacağı əsərlər naminə ona in­di­dən qayğı göstərməli, kömək etməliyik. Bunu da bacarmasaq, heç olmasa mane olmayaq.

İlqar indi qəzəllər yazır. Sonra nə yazacaq, necə yazacaq-onun öz işi­dir. Vacib olanı odur ki, İlqar istedadlıdır, yaz­dıq­ları da daim istedad­lı adamın əsərləri kimi o birilərindən seçilə­cək.


Fikrət Qoca. Xalq şairi

Azərbaycan Yazıçılar Birliyinin Birinci katibi. 2003
Abşeron Bakı kəndlərindən Azər, Səməd Mənsur, Əliağa Vahid, Baba Pünhan və onlarca belə istedadlı şair çıxmışdır. İn­di bu adlara daha bir ad da qoşuldu - Zirəli İlqar Fəhmi. Qə­zəl­lərindən və başqa formalı şerlərindən görünür ki, o həm klas­sik şeir, həm də müasir şeir formalarını çox gözəl bilir. Onun qəzəlləri şer üçün vacib olan təşbeh, mübaliğə, istiarə­lər­lə zəngindir.
Fikrət Sadıq. Xalq şairi

2004

İlqar Fəhminin tarixi detektivlərini oxuyanda, hiss olunur ki, yazıçı müasir postmodernistlərin yaradıcılığıyla birgə, XX əsr kəskin­sü­jetli ədəbi əsərləriylə də, yaxından tanışdır. Ələl­xü­sus, tarixi-detek­tiv janrını bütün dünyada populyarlaş­dı­ran və bu­nunla da, müasir ədə­bi prossesdə yeni cığır açan Umberto Eko­nun təsiri daha çox hiss olu­nur.

«Çənlibel tülküsü» povesti gənc, istedadlı yazıçı İlqar Fəh­­minin tarixi detektiv janrında olan ilk əsəridir və mən ümid edirəm ki sonuncu olmayacaq.

Fikrimcə, İlqar Fəhmi yeni əsərləriylə sübut etdi ki yeni əsr­də Azər­baycan ədəbiyyatı hələ də maraqlı paradokslar yarat­ma­ğa qadirdir. Və bu inama görə İlqar Fəhmiyə təşəkkür edi­rəm.


Çingiz Abdulayev. Xalq yazıçısı

2005
Detektiv əsərlərə o qədər həvəs göstərməsəm də, İlqarın «Aktr­isa» romanını böyük maraqla oxudum və məndə şübhə ye­ri qalmadı ki, qəzəl şairi kimi təqdim olunan İlqar Fəhmi, həm də, peşəkar na­sir­dir. Onun «Qarğa yuvası» romanı mənim bu qənaətimi növbəti dəfə, və daha əsaslı formada təsdiqlədi. Bu əsər İlqarın ciddi bir nasir oldu­ğu­nu tam aydınlığı ilə göstərdi.
Rəşad Məcid. Yazıçı-publisist. «525-ci qəzet»in baş redaktoru

2005
Mən istərdim ki, ədəbi tənqid də, ixtisaslı tənqidçilərimiz də, İlqar Fəhminin «Qarğa yuvası» romanı haqqında öz mötə­bər sözlərini de­sinlər. Əsərin kitab halında çapına yardım edil­sin, onu ölkəmizdə olan ədəbi mükafatlardan birinə təqdim et­sin­lər. Əsərin müəllifinə rəğ­bətim həm də, ondan irəli gəlir ki, mənim «Nəsimi» poemam da, bir növ, yarımtarixi əsərdir. Mən öz Nəsimimi elə təsəvvür edib yaz­mı­şam, İlqar Fəhmi öz Ko­roğ­lusunu belə təsəvvür edib, yazıb. Çox ra­hat, asanlıqla oxu­nan bu əsər yəqin ki, çox çətinliklə yazılıb. Məncə, əslin­də yax­şı əsər çətin yazılmalı, asan oxunmalıdır.
Qabil. Xalq şairi

2006

Китабын ичиндякиляр








“Budaqlardan yerə gəlmiş qonaqlar, sarı yarpaqlar...”................

4

“Ağ duman tək yuxuna kaş ki, gələydim gecələr...”...................

5

“İnsan deyiləm, indi bunu anlamışam mən...” ............................

6

“Bu güzgüdəki sənsən, gülmə, mələyim, gülmə...” ....................

7

“Nə vaxtsa qəmli olsam, nağıl danış mənimçün...” ....................

8

“Dincəl bir az, ey hər gün özündən qaçan oğlan...” ...................

9

“Gedən gəlib, fəqət mənim gedənlərim qayıtmadı...” ................

10

“Qəmli şahım, haradasan, imdadə gəlmək vaxtıdır...” ...............

11

“Gecə ruhumda yanan şam ki, sönər sakitcə...” .........................

12

“Güclə vaxt tapmış idim bircə nəfəs gülmək üçün...” ................

13

“Yad et məni könlündə diləklər görüşəndə...” ...........................

14

“Göyərçin boynu yumşaqdı, sığalla, amma sındırma...” ...........

15

“Vəsfinə mən söyləyəndə sözlərin tənhasını...” .........................

16

“Ümid qeyb oldu, ruhumda qaranquşlar ölən gündən...” ...........

17

“Bir mən kimi yalqız bulud ağlar göy üzündə...” .......................

18

“Durmuşam sahildə tənha, bir dənizdir, bir də mən...” ..............

19

“Sinəm dar bir qəfəsdir, orda sevdalı ürək dustaq...” .................

20

“Ver sərvətini, şöhrəti-şanı yel aparsın...”...................................

21

“Nədəndir sakit olmaz, hər gün aramsız əsər xəzri...”................

22

“Gecələr göydə səni çox gəzib axtardı yuxum...”.......................

23

“Mən ki öz şerimə bükdüm qəmi misra-misra...”......................

24

“Məgər heyran olubdur hüsnünə, ey məhliqa kölgə...”...............

25

“Yatmışdı həqiqətdə o kəs ki hələ sağdır...”...............................

26

“Yollarda qalıbdır ala gözlər, səni gözlər...”...............................

27

“Suda qərq etsə də ey dil, məni-naçarı yağış...”..........................

28

“Eşqə düşmüş, həm inildər, həm fəğan eylər saat...” .................

30

“Zülmət içrə görünən şöləyə döndüm –yandım...”....................

31

“Şeri yazdım ki biləm sənli sözüm kəldi sənə...”.......................

32

“Eşqdən ki ürəyimdə bu qədər yarə qalıb...”...............................

33

“Ürəyimdən başıma gündə ilanlar sürünür...”.............................

34

“Bu həyat yolları ilə yeriyirsən, böyüyürsən...”..........................

35

“Çatıbdı vaxtı, gedir son baharı gəncliyimin...”..........................

36

“Gördüm səni bir qış gecəsi şam işığında...”...............................

37

“Ömür yolu bir varaq, yarı qara, yarı ağ...”.................................

38

“Elə dünyaya düşdük ki qaralar ağ yeyir - doymur...”...............

39

Səslər...........................................................................................

40

Qünut..........................................................................................

42

Yenə də........................................................................................

43

Gecə kəpənəyi.............................................................................

46

**************


Çapa imzalanıb: 17.03.2010.

Format: 70x100 1/32. Qarnitur: Times.

Ofset kağızı: əla növ. Həcmi: 3,25 s.ç.v. Tiraj: 1000.

Sifariş №28. Qiyməti müqavilə ilə.


Mütərcim” Nəşriyyat-Poliqrafiya Mərkəzi

Bakı, Rəsul Rza küç., 125

Tel./faks 596 21 44

e-mail: mutarjim@mail.ru

525 Kitab” seriyasından



2009-cu ildə əsərləri nəşr olunan müəlliflər:

Dünya ədəbiyyatından
İosif Brodski

Orxan Pamuk

Şota İataşvili

Azərbaycan ədəbiyyatından

Anar


Elçin

Ramiz Rövşən

Əjdər Ol

Ədalət Əsgəroğlu






Yüklə 242,72 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin