“KÖNÜLLÜ TİBBİ siğorta” qaydalari



Yüklə 182,15 Kb.
Pdf görüntüsü
tarix01.05.2017
ölçüsü182,15 Kb.
#16413

Creation Date: 

17/03/2009 

“KÖNÜLLÜ TİBBİ SIĞORTA” QAYDALARI 

 

Print Date: 



17/03/2009 

AJ0037-EA01CX 

Page 1 of 15 

 

 

 



 

KÖNÜLLÜ TİBBİ SIĞORTA QAYDALARI 

 

 



Bundan  sonra  mətndə  “Qaydalar”  adlanacaq  “A-Qroup”  Sığorta  Şirkətinin  Könüllü  Tibbi 

Sığorta  Qaydaları  Azərbaycan  Respublikası  qanunvericiliyinə  və  digər  normativ  aktlarına 

müvafiq  olaraq  işlənmiş  və  bundan  sonra  mətndə  “Müqavilə  adlanacaq  “A-Qroup”  Sığorta 

Şirkətinin  bağladığı bütün könüllü tibbi sığorta müqavilələrin ayrılmaz tərkib hissəsidir.   

 

  

ANLAYIŞLAR 



 

Sığorta  müqaviləsi  -  sığortalının  müvafiq  sığorta  haqqı  ödəməsi  müqabilində  sığorta 

obyektinin  məruz  qala  biləcəyi  risklərlə  bağlı  itkilərin,  dəyən  zərərin  əvəzinin  və  ya 

razılaşdırılan  pul  məbləğinin  müəyyən  bir  hadisənin  baş  verməsi  əsasında  ödənilməsinin 

sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşma; 

 

Sığortaçı – “A-Qroup” Sığorta Şirkəti.    

 

Müştərilərə  xidmət  departamenti  (Asistans  xidməti)  –Sığorta  proqramı  üzrə  Tibbi 

Xidmətlərinin təşkilini həyata keçirən sığortaçının şöbəsi.  

 

Sığortalı - sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta marağı olan 

sığorta müqaviləsinin tərəfi; 



 

Sığorta olunan – sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan şəxs. 

 

Sığorta  obyekti  -  sığortalının,  yaxud  sığorta  olunanın  qanunazidd  olmayan  hər  hansı  əmlak 

mənafeyi; 

 

Sığorta  şəhadətnaməsi  -  sığorta  müqaviləsinin  bağlanması  faktını  təsdiq  edən,  sığortaçı 

tərəfindən sığortalıya və (və ya) sığorta olunana verilən, Sığorta olunanın Adı, Soyadı, sığorta 

proqramı,  sığorta  şəhadətnaməsinin  nömrəsi,  sığorta  müqaviləsinin  qüvvədə  olma  müddəti, 

Sığortaçının  əlaqə  telefonları  barədə  məlumatları  və  sığortalının  sığorta  nəzarəti  orqanına 

şikayətlə müraciət etməsi üçün həmin orqanın adı və telefon nömrəsini əks etdirən sənəd

 

Sığorta müddəti – Sığorta müqaviləsinin qüvvədə olduğu müddət. 

 

Sığorta  ərazisi  –  Sığorta  müqaviləsində  göstərilən  və  sığorta  obyektinin  sığortalı  hesab 

olunduğu ərazi. 

 

Sığorta  haqqı  –  risklərin  qəbul  edilməsi  və  ya  bölüşdürülməsi  müqabilində  sığorta 

qanunvericiliyinə  uyğun  olaraq,  sığorta  müqaviləsində  nəzərdə  tutulan  qaydada  sığortalının 

sığortaçıya ödəməli olduğu pul məbləği; 

 

Sığorta  məbləği  –  sığortalanmış  risklər  üzrə  sığortaçının  öhdəliyinin  qanunvericilik,  yaxud 

müqavilə ilə müəyyənləşdirilmiş məbləğlə ifadə olunan son həddi; 

 


Creation Date: 

17/03/2009 

“KÖNÜLLÜ TİBBİ SIĞORTA” QAYDALARI 

 

Print Date: 



17/03/2009 

AJ0037-EA01CX 

Page 2 of 15 

 

 

Sığorta riski və ya risk – sığorta obyekti ilə bağlı itkilərin və ya zərərlərin yaranmasına səbəb 



olan  hadisənin  baş  verməsi  və  ya  halın  yaranması  ehtimalı,  həmçinin  bu  ehtimala  qarşı 

sığortaçının üzərinə götürdüyü öhdəlik; 



 

Sığorta  hadisəsi  –  qanunvericiliyə  və  ya  sığorta  müqaviləsinə  görə  sığorta  ödənişinin 

sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta 

müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan hal; 

 

Sığorta  ödənişi  –  sığorta  hadisəsi  baş  verdikdə,  qanunvericiliyə,  həmçinin  sığorta 

müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyası; belə maliyyə 

kompensasiyası Sığortaçı tərəfindən tibb müəssisəsinə, belə xidmətlərin əvəzi  Sığorta olunan 

tərəfindən ödənildiyi halda isə Sığorta olunana ödənilir.  

 

Tibb müəssisəsi – Sığorta hadisəsi baş verdikdə Sığorta olunana tibbi xidmətlər göstərən  və 

göstərdiyi xidmətlərə görə haqq alan müvafiq xüsusi icazəsi olan hüquqi şəxslər, o cümlədən  

müalicə-profilaktik və elmi-tədqiqat müəssisələri, həmçinin qanunvericiliklə nəzərdə tutulmuş 

qaydada  özəl fəaliyyət göstərən fiziki şəxslər və Podratçı klinikalar

 

Podratçı klinikalar – Sığortaçı ilə bağladığı müqaviləyə əsasən Sığorta hadisəsi baş verdikdə 

Sığorta  olunana  tibbi  xidmətlər  göstərən  və  göstərdiyi  xidmətlərə  görə  haqq  alan  müvafiq 

xüsusi  icazəsi  olan  hüquqi  şəxslər,  o  cümlədən    müalicə-profilaktik  və  elmi-tədqiqat 

müəssisələri,  həmçinin  qanunvericiliklə  nəzərdə  tutulmuş  qaydada    özəl  fəaliyyət  göstərən 

fiziki şəxslər. 

 

Şərtsiz azadolma məbləği - sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin 

sığorta təminatı ilə əhatə olunmayan, miqdarı sığorta müqaviləsi ilə müəyyən edilən və hər bir 

halda zərər məbləğindən çıxılan məbləğdir. 

 

Sığorta  proqramı  –  verilən  və  istisna  edilən  təminatların  siyahısını,  sığorta  hadisəsi  zamanı 

sığortaçıya,  tibb  müəssisələrinə,  podratçı  klinikalara  müraciət  etmə  qaydasını,  sığorta 

ödənişinin alınması qaydasını müəyyən edir.  

 

Şərti  gözləmə  müddəti  -  Şərtli  gözləmə  müddəti  müəyyən  edildikdə,  sığorta  hadisəsinin 

nəticələrinin həmin müddətə bərabər və ya ondan artıq müddətdə davam etməsi şərti ilə sığorta 

tələbi  və  ya  sığorta  ödənişi  sığorta  hadisəsinin  baş  verməsindən  keçən  həmin  müddət  qədər 

vaxt ərzində yaranan itkilərə də şamil edilir.  

 

Şərtsiz    gözləmə  müddəti  -  Sığorta  müqaviləsində  şərtsiz  gözləmə  müddəti  müəyyən 

edildikdə, sığorta tələbi və ya sığorta ödənişi sığorta hadisəsinin baş verməsindən keçən həmin 

müddət qədər vaxt ərzində yaranan itkilərə şamil edilmir.  

 

 


Creation Date: 

17/03/2009 

“KÖNÜLLÜ TİBBİ SIĞORTA” QAYDALARI 

 

Print Date: 



17/03/2009 

AJ0037-EA01CX 

Page 3 of 15 

 

 

FƏSİL 1. ÜMUMİ MÜDDƏALAR 



 

Maddə 1. Sığortanın subyektləri     

 

1.1.  Bu  Qaydalara  uyğun  olaraq  sığortanın  subyektləri  dedikdə  Sığortaçı,  Sığorta 

müqaviləsində Sığortalı və Sığorta olunan adlandırılan şəxslər, həmçinin tibb müəssisələri başa 

düşülür. 

 

1.2.    Əgər  Sığorta  müqaviləsində  digər  şərtlər    nəzərdə  tutulmayıbsa  və  Sığortalı  hüquqi 



şəxsdirsə,  onun  işçilərinin,  vəzifəli  şəxslərinin  və  qanunvericiliyə,  müqaviləyə,  vəzifə 

təlimatlarına,  etibarnaməyə  və  yaxud  mövcud  işgüzar  adətlərə  müvafiq  olaraq  onun  adından  

çıxış etməyə səlahiyyətləndirilmiş digər nümayəndələrinin  hərəkələri Sığortalının hərəkətləri 

hesab edilir. 

 

1.3. Sığorta müqaviləsinin başqa şəxsin xeyrinə bağlanması Sığortalının həmin müqavilə üzrə 



öhdəliklərinin yerinə yetirməkdən azad etmir. 

 

1.4.  Əgər  sığorta  müqaviləsində  digər  Sığorta  olunan  göstərilməmişdirsə  və  ya  Sığortalı  həm 



də Sığorta olunandırsa, bu halda Sığortalı Sığorta olunan hesab edilir. 

 

Maddə 2. Sığorta müqaviləsinin predmeti

 

Bu Qaydalara əsasında bağlanan sığorta müqaviləsinə əsasən,  Sığortalı sığorta haqqını sığorta 



müqaviləsində  nəzərdə  tutulmuş  qaydada  ödəməyi,    Sığortaçı  isə  sığorta  hadisəsi nəticəsində 

Sığorta  olunana  müqavilədə  razılaşdırılmış  qaydada  və  sığorta  məbləği  həcmində  tibbi 

yardımın və digər xidmətlərin təşkil edilməsini və əvəzinin ödənilməsini öz öhdəsinə götürür. 

 

FƏSİL 2. SIĞORTA TƏMİNATI 



   

Maddə 3. Sığorta hadisəsi 

 

3.1.  Bu  Qaydalara  uyğun  olaraq  sığorta  müddəti  ərzində  Sığorta  olunanın  sağlamlığının 

pozulması,  kəskin  xəstəliklər,  xroniki  xəstəliklərin  kəskinləşməsi  və  bədbəxt  hadisələr  ilə 

əlaqədar  tibbi  yardım  almaq  məqsədi  ilə  Sığorta  olunanın  sığorta  müqaviləsində  nəzərdə 

tutulmuş tibb müəssisələrinə müraciəti sığorta hadisəsi hesab olunur. 

 

3.2. Sığorta müqaviləsində başqa hallar da nəzərdə tutula bilər. 



 

Maddə 4. İstisnalar 

 

4.1. Sığorta müqaviləsində digər hal nəzərdə tutulmayıbsa, aşağıda göstərilənlər və ya onların 

bilavasitə nəticəsi olaraq meydana gələn xəstəlik, fəsadlaşma və digər hallarla əlaqədar Sığorta 

olunana  göstərilən  tibbi  yardım  və  digər  xidmətlərlə  bağlı  xərclər  sığorta  təminatına  daxil 

edilmir:  

 

4.1.1.



 

Alkoqolizm,  narkomaniya,  toksikomaniya,  narkotik  maddələrə,  psixotrop 

preparatlara və s. asıllıq; 

4.1.2.


 

Spirtli  ickilərin,  narkotik  və  toksik  (zəhərləyici)  maddələrin  qəbulu,  həmçinin 

onların  təsiri  altında  Sığorta  olunanın  nəqliyyat  vasitəsinin  idarə  edilməsi  və  ya 

onun belə vəziyyətdə olan bir şəxsin idarəsinə verilməsi; 



Creation Date: 

17/03/2009 

“KÖNÜLLÜ TİBBİ SIĞORTA” QAYDALARI 

 

Print Date: 



17/03/2009 

AJ0037-EA01CX 

Page 4 of 15 

 

 

4.1.3.



 

Müharibə  (elan  edilib-edilməməsindən  aslı  olmayaraq),  hərbi  əməliyyatlar, 

vətəndaş  müharibəsi,  xalq  hərəkatləri,  ixtişaşlar,  üsyan  və  qiyamlar,  tətillər 

nəticəsində yaranmış zədələnmələr; 

4.1.4.

 

Təbii  fəlakətlər,  o  cümlədən  zəlzələ,  vulkan,  sunami  və  s.  bu  kimi  təbii  xarakterli 



fəlakətlər; 

4.1.5.


 

Nüvə partlayışı, radiasiya və radioaktiv şualanma; 

4.1.6.

 

Sığorta olunanın cinayət törətməsi, kriminal fəaliyyətdə istirakı; 



4.1.7.

 

Sığorta olunanın özünə qəsdən bədən xəsarəti yetirməsi, intimara cəhd etməsi; 



4.1.8.

 

Ov,  alpinizm,  planerizm,  speleologiya  (mağaraları  öyrənməklə  əlaqədar  elm), 



paraşutla  tullanma,  sualtı  idman  növləri,  gış  idman  növləri,  reqbi,  polo,  döyüş 

sənətləri, motosiklet, və at yarışları, su xizək yarışları, hər hansı idman yarışlarında 

və  ya belə  yarışlara hazırlıq məşqlərində, həyat və sağlamlıq ücün yüksək təhlükə 

yaradan  hər  hansı  digər  fəaliyyətdə  iştirak  etməsi ilə  düz  və  ya  dolayı  yolla  bağlı 

olan bədən xəsarətləri; 

4.1.9.


 

Təsdiq edilmiş bədxassəli şişlər, yenitörəmələr və qan xərçəngi; 

4.1.10.

 

Zöhrəvi xəstəliklər, cinsi yolla yoluxan xəstəliklər; 



4.1.11.

 

QİÇS və ya İİV yaratdığı digər patoloji hallar;  



4.1.12.

 

Psixiki  xəstəliklər  və  ya  ağır  əsəb  pozuntuları,  epilepsiya,  onların  ağırlaşmaları, 



onların zəminində yaranmış müxtəlif zədələr və somatik xəstəliklər; 

4.1.13.


 

Peşə xəstəlikləri; 

4.1.14.

 

Vərəm, sarkoidoz, mukovissidoz



4.1.15.

 

Şəkərli diabet, Piylənmə, Hepatitin qeyri A növləri; 



4.1.16.

 

Sonsuzluq, impotensiya; 



4.1.17.

 

Xroniki böyrək çatışmamazlığı; 



4.1.18.

 

Kəskin və xroniki şua xəstəliyi; 



4.1.19.

 

Ortodontik  və  kosmetik  qüsurlar,  kosmetik  stomatologiya,  dişlərin  ftorlakla 



örtülməsi; 

4.1.20.


 

Anadangəlmə və irsi patologiyalar ; 

4.1.21.

 

Aşağı ətraf damarlarının varikoz genəlməsi; 



4.1.22.

 

Psixoterapevtin və ya psixoanalitikin xidmətləri; 



4.1.23.

 

Orqan və toxumaların transplantasiyasi



4.1.24.

 

Kosmetik və ya plastik müalicə və cərrahiyə;  



4.1.25.

 

Ametropiya və astiqmatizmin cərrahi (o cümlədən lazer üsulu ilə) müalicəsi; 



4.1.26.

 

Eynəklər, kontakt linzaları, eşitmə cihazları, bütün növ protezler, ortopedik və digər 



yardımcı vasitələr ; 

4.1.27.


 

Protezləşdirmə  (həmçinin  endoprotezləşdirmə  və  stomatoloji  protezləşdirmə, 

protezləşdirmə ilə əlaqədar xidmətlər) ; 

4.1.28.


 

Təxirəsalınmaz vaksinasiya istisna olmaqla digər növ vaksinasiyalar;  



Creation Date: 

17/03/2009 

“KÖNÜLLÜ TİBBİ SIĞORTA” QAYDALARI 

 

Print Date: 



17/03/2009 

AJ0037-EA01CX 

Page 5 of 15 

 

 

4.1.29.



 

Kontrasepsiya  üsulları  (o  cümlədən  UDV-in  daxil  edilməsi  və  çıxarılması), 

hamiləliyin  tibbi  göstəriş  olduqda  süni  dayandırılması  istisna  olmaqla  digər 

səbəblərə görə süni dayandırılması ; 

4.1.30.

 

Xüsusi  arayışlar  almaq  məqsədi  ilə  aparılan  müayinələr  (hüquq  müəssisələrinə 



təqdim  etmək,  silah  gəzdirmək,  xarici  səfərlər  etmək,  təhsil  müəssisələrinə  daxil 

olarkən təqdim etmək üçün lazım olan); 

4.1.31.

 

Qeyri  ənənəvi  müalicə  və  müayinə  üsulları,  proqramda  qeyd  olunanlardan  başqa 



reabilitasiya tədbirləri ; 

4.1.32.


 

Müalicəvi massaj  və hər növü 10 prosedurdan artıq fizioterapiya; 

4.1.33.

 

AR  Səhiyyə  Nazirliyi  tərəfindən  lisenziyalaşdırılmamış  dərman  preparatları, 



müayinə  və  müalicə  üsulları,  bioaktiv  qida  əlavələri,  homeopatik  preparatlar, 

şampun  və  kosmetik  vasitələr,  sığortaçının  Azərbaycanda  mövcud  olan  təcrübəyə 

əsaslanaraq eksperemental və ya təsdiq edilməmiş hesab etdiyi müalicə; 

4.1.34.


 

Podratçı  klinikalar  siyahısına  daxil  olmayan  digər  tibb  müəssisələrində  yerinə 

yetirilən xidmətlər və onların nəticəsi və digər istənilən xidmətlər

4.1.35.


 

Sığortaçı ilə razılaşdırılmamış planlı tibbi xidmətlərin alınması;  

4.1.36.

 

Terrorizm və terror aktları. 



 

Maddə 5. Sığortanın ərazisi.  

 

5.1.  Sığorta  müqaviləsində  konkret  ərazi  göstərilmədiyi  halda,  müqavilə  Azərbaycan 

Respublikası ərazisində qüvvədədir.  

5.2.  Sığorta  müqaviləsində  sığorta  təminatının  Azərbaycan  Respublikasının  hüdudlarından 

kənarda verilməsi nəzərdə tutula bilər. 

 

FƏSİL 3. SIĞORTA MÜQAVİLƏSİ 

 

Maddə 6. Sığorta müqaviləsinin bağlanılması 

 

6.1 Tibbi sığorta müqavilə əsasında həyata keçirilir. 

 

6.2    Sığorta  müqaviləsi  qüvvəyə  mindiyi  andan  Sığortaçı  Sığortalıya  sığorta  müqaviləsinin 



bağlanması faktını təsdiq edən sənəd - sığorta şəhadətnaməsi verməlidir. 

 

Maddə 7. Sığorta müqaviləsi bağlanarkən Sığortalı tərəfindən təqdim edilən məlumat 



 

7.1


 

Sığorta  müqaviləsi  bağlanarkən  Sığortalı  aşağıdakı  məlumatlı  Sığortaçıya  təqdim 

etməlidir; 

 

7.1.1 Ünvan və əlaqə telefon nömrəsi; 



 

7.1.2


 

Sığortalının adı, fiziki şəxsdirsə, soyadı, adı, atasının adı; 

 

7.1.3


 

Sığorta olunanın soyadı, adı, atasının adı; 

 

7.1.4


 

Sığorta olunanın yaşadığı ünvan və əlaqə telefon nömrəsi; 

 


Creation Date: 

17/03/2009 

“KÖNÜLLÜ TİBBİ SIĞORTA” QAYDALARI 

 

Print Date: 



17/03/2009 

AJ0037-EA01CX 

Page 6 of 15 

 

 

7.1.5



 

Sığorta olunanın doğum ili və şəxsiyyətini təsdiq edən sənədinin göstəriciləri; 

 

7.1.6


 

Sığortaçı  tərəfindən  tələb  edildikdə  Sığorta  olunanın  sağlamlığı  barəsində  Sığortalıya 

məlum olan informasiya; 

7.1.7


 

Sığorta  haqqının  hesablanmasında  əhəmiyyət  kəsb  edə  biləcək  və  Sığortalıya  məlum 

olan riskin dərəcəsini təyin edən fakt və hallar.  

7.2


 

Sığortalı  Sığortaçı  tərəfindən  təqdim  edilən  standart  ərizə  formasında  göstərilən  bütün 

suallara  cavab  verməlidir.  Bundan  əlavə  sığorta  müqaviləsi  sənədləşdirilməzdən  əvvəl 

Sığortaçı  Sığorta  olunanın  Sığortaçının  etibar  etdiyi  tibbi  müəssisələrdən  birində 

qabaqcadan  tibbi  müayinədən  keçməsini  tələb  edə  bilər.  Bu  müayinə    Sığortalının,  ya 

Sığorta olunanın özünün  və ya üçüncü tərəfin hesabına aparılır. 



Maddə 8. Sığorta müqaviləsinin Qaydalar üzərində üstünlüyü 

 

Sığorta  müqaviləsinin  tərəfləri  müqavilədə  bu  Qaydaların    müəyyən  müddəalarının  istisna 

edilməsini, həmçinin ona müəyyən əlavələr edilməsini nəzərdə tuta bilərlər. Bu halda konkret 

müqavilələrdə müəyyən edilmiş müddəalar tətbiq edilir. 



 

Maddə 9. Sığorta müqaviləsinin müddəti 

 

9.1



 

Əgər  Sığorta  müqaviləsində  başqa  şərtlər  nəzərdə  tutulmayıbsa,  Sığorta  müqaviləsi 

göstərilən tarixdən etibarən saat 24:00 də qüvvəyə minir və müqavilədə göstərilən son 

gün saat  24:00 də qüvvədən düşür. 



Maddə 10. Sığorta riskinin artması 

 

10.1



 

Sığorta  müqaviləsinin  qüvvədə  olduğu  müddət  ərzində  Sığortalı  sığorta  riskinə 

əhəmiyyətli  dərəcədə  təsir  edə  biləcək  dəyişikliklər  haqqında  Sığortaçıya  məlumat 

verməlidir. 

 

10.2


 

Riskin  dərəcəsinin  artmasına  təsir  edən  hallar  barəsində  məlumatı  aldıqdan  sonra 

Sığortaçı sığorta müqaviləsinin şərtlərinə dəyişiklik etmək və ya artan riskə mütənasib 

olaraq əlavə sığorta haqqının ödənilməsini tələb etmək hüququna malikdir. 



 

10.3


 

Əgər  Sığortalı  sığorta  müqaviləsinə  edilən  dəyişiklərlə  razılaşmırsa  və  yaxud  əlavə 

sığorta  haqqı  ödəməkdən  imtina  edirsə,  otuz  günlük  müddəti  gözləməklə  sığorta 

müqaviləsinə Sığortaçı tərəfindən xitam verilə bilər.     

 

Maddə 11.  Sığorta müqaviləsinə xitam verilməsi 

 

11.1


 

Sığortalı  müqavilənin  vaxtının  uzadılması  haqqında  əvvəlcədən  Sığortaçıya  yazılı 

məlumat verməmişdirsə, müddətinin bitməsi ilə Sığorta müqaviləsi qüvvədən düşür. 

11.2


 

Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilməsi aşağıdakı hallarda mümkündür: 

 

11.2.1


 

Sığortalının (Sığorta olunanın) ölümü; 

 

11.2.2


 

müqavilənin etibarsız olması haqqında məhkəmənin qərar qəbul etməsi; 

 

11.2.3


 

qüvvədə  olan  qanunvericiliklə  müəyyən  olunmuş  qaydada  Sığortaçının  ləğv 

edilməsi; 

 


Creation Date: 

17/03/2009 

“KÖNÜLLÜ TİBBİ SIĞORTA” QAYDALARI 

 

Print Date: 



17/03/2009 

AJ0037-EA01CX 

Page 7 of 15 

 

 

11.2.4



 

Sığortalı - hüquqi şəxs ləğv edildikdə; 

 

11.2.5


 

Sığortalının Sığorta haqqının ödəmək öhdəliyinin yerinə yetirmədiyi halda;  

 

11.2.6


 

Sığorta  obyekti  ilə  əlaqədar  riskin  dərəcəsinin  artması  ilə  bağlı  Sığortaçının  

sığorta müqaviləsinin şərtlərinə dəyişiklik edilməsi  və ya artan riskə mütənasib olaraq 

əlavə sığorta haqqının ödənilməsi tələbləri qəbul  edilmədikdə Sığortaçının tələbi ilə; 

 

11.2.7


 

Sığortaçının  və  ya  Sığortalının  tələbi  ilə.  Bu  halda  tərəflər  müqaviləni  ləğv 

etmək  haqqında  niyyətini  bir-birinə    ən  azı  30  gün  ərzində  yazılı  şəkildə 

bildirməlidirlər;   

 

11.2.8


 

Sığortaçı Sığortalı qarşısında öz öhdəliklərini tam yerinə yetirdikdə; 

 

11.2.9


 

qanunvericilikdə nəzərdə tutulan digər hallarda. 

 

11.2.10    Sığorta  müqaviləsində  nəzərdə  tutulmuş  və  qanunvericiliyə  zidd  olmayan  digər 



hallarda. 

 

Maddə 12 - Sığorta müqaviləsinə əlavə və dəyişikliklər edilməsi qaydaları:  

12.1.  Sığorta  müqaviləsi  tərəflərin  müvafiq  sığorta  qaydaları  əsasında  sığorta  müqaviləsi 

adlanan  sənədi  tərtib  edərək  qarşılıqlı  imzalaması  yolu  ilə  bağlanır.    Sığorta 

müqaviləsinin    bağlanması  qanunvericiliyə  zidd  olmayan  digər  formada  da  həyata 

keçirilə bilər. 

Müqaviləyə əlavə və dəyişikliklərin edilməsi (dəyişiklik edilməsi) tərəflərin razılığı ilə 

edilə bilər. 

 

FƏSİL 4. SIĞORTA MƏBLƏĞİ VƏ SIĞORTA HAQQI 

 

Maddə 13. Sığorta məbləği 



 

13.1


 

Sığorta  məbləği  Sığorta  müqaviləsinə  əsasən  Sığortaçının  həyata  keçirməli  olduğu 

sığorta ödənişinin və məsuliyyətinin maksimal həddini ifadə edir. 

 

13.2



 

Sığorta məbləği sığorta müqaviləsi bağlanarkən müəyyənləşdirilir. 



 

Maddə 14. Sığorta haqqı 

 

Sığorta  haqqı  Sığorta  müqaviləsinin  qüvvədə  olma  müddəti,  tibbi  sorğunun  nəticəsi,  Sığorta 



olunanın  cinsi  və  yaşı,  Sığortalı  tərəfindən  seçilmiş  sığorta  proqramı  və  müqavilədə  nəzərdə 

tutulmuş digər hallar nəzərə alınmaqla müəyyən edilir. 

 

Maddə 15. Sığorta haqqının ödənilməsi 

 

15.1


 

Sığorta haqqının ödənildiyi gün  aşağıdakılar hesab olunur: 

 

a)

 



nağd ödəniş halında – sığorta haqqının Sığortaçının kassasına və ya sığorta agentinə və 

ya brokerinə ödənildiyi gün; 



Creation Date: 

17/03/2009 

“KÖNÜLLÜ TİBBİ SIĞORTA” QAYDALARI 

 

Print Date: 



17/03/2009 

AJ0037-EA01CX 

Page 8 of 15 

 

 

b)



 

qeyri  nağd  ödəniş  (köçürmə)  halında  –  pul  vəsaitinin  Sığortaçının  və  ya  sığorta 

agentinin yaxud brokerin bank hesabına ödənildiyi gün; 

15.2


 

Sığorta  haqqının  ödənilməsi  qaydası  və  ardıcıllığı  sığorta  müqaviləsində  nəzərdə 

tutulur. Əgər sığorta haqqının ödənilməmiş hissəsi müqavilədə müəyyən olunmuş vaxt 

ərzində ödənilməzsə, Sığortaçının  sığorta müqaviləsini ləğv etmək hüququ var.  

 

Maddə 16 – Sığorta haqqının qaytarılması  

 

Sığorta müqaviləsinin (qrup halında sığorta zamanı, həm də müqavilənin hər hansı bir Sığorta 



olunana  münasibətdə)  Sığortalının  təşəbbüsü  ilə  xitam  olunması  halında,  Sığortaçı  həmin 

müqavilə üzrə  işlərin aparılması  xərclərini, həmçinin Sığortalı ilə baş vermiş sığorta hadisəsi 

nəticəsində çəkilən tibbi xərclərin məbləğini çıxmaqla müqavilənin istifadə olunmamış müddət 

üzrə gün hesabı prorata əsasında müəyyən olunmuş sığorta haqqını Sığortalıya qaytarır. 

 

Maddə 17 – Məlumat vermək vəzifəsi 

 

17.1.  Sığorta  hadisəsi  baş  verdikdə  Sığortalı  (Sığorta  olunan)  sığorta  şəhadətnaməsində 



göstərilən  telefon  nömrələri  vasitəsilə  dərhal  Sığortaçının  Müştərilərə  xidmət 

departamentinə    müraciət  etməlidir  və  müvafiq  müayinə/müalicə  almaq  üçün  onun 

razılığını və göndərişini almalıdır. 

Təxirəsalınmaz  tibbi  yardıma  ehtiyac  yarandığı  hallarda  isə  olunan  yaxınlıqda  yerləşən 

istənilən  tibb  müəssisəsinə  müraciət  edə  bilər.  Belə  olan  halda,  ilk  fürsətdən  istifadə 

edərək bu barədə Sığortaçıya məlumat verilməlidir. 

17.2. Sığorta müqaviləsinə müvafiq olaraq Sığorta olunana göstərilən tibbi xidmətlərin haqqını 

Sığortaçı Podratçı klinikalarına ödəyir (Sığorta müqaviləsində şərtsiz azadolma məbləği 

nəzərdə tutulduğu halda şərtsiz azadolma məbləği çıxılmaq şərti ilə). 

 

Maddə 18 - Sığorta geriödənişinin alınma qaydası 

18.1.  Əgər  Sığorta  olunan  podratçı  klinikalar  siyahısına  daxil  olmayan  tibb  müəssisəsinə 

müraciət  etmişdirsə  (Sığortaçının  razılığı  ilə  və  ya  təxirəsalınmaz  hallarda),  o  zaman 

geriödəniş almaq üçün o, Sığortaçıya aşağıdakı sənədləri təqdim etməlidir:   

 



 

Qeriödəniş haqqında ərizə forması 

 

Tibbi yardım üçün müraciət etməyə səbəb olan sığorta hadisəsi zamanı Sığorta 



olunanın sağlamlıq vəziyyəti, diaqnoz, yerinə yetirilmiş tibbi manipulyasiyalar 

haqqında məlumat olan sənəd, reseptlərin əsli

 

Tibbi müəssisənin verdiyi hesabların, dərman preparatları üçün verilmiş 



qəbzlərin əsli; 

 



Sığorta kartı; 

 



Sığorta olunanın  şəxsiyyətini təsdiqləyən sənəd; 

 



Sığortaçının tələb etdiyi digər sənədlər. 

 

18.2. Sığortaçının təyin olunmuş dərman maddələrini generik maddələrlə, alternativ və ya 



əvəzedici  preparatlarla  əvəz  etmək,  həmçinin  məqsədəuyğun  qiymətlərlə 

olan tibbi xidmətləri tövsiyə etmək hüququ vardır.  

  

Sığorta  olunanlar  qiyməti daha yüksək  olan  dərman  maddələrini  və  ya  tibbi 



xidmətləri  seçmək və  seçdikləri  yüksək  qiymətli  dərman  maddələrinin,  tibbi 

Creation Date: 

17/03/2009 

“KÖNÜLLÜ TİBBİ SIĞORTA” QAYDALARI 

 

Print Date: 



17/03/2009 

AJ0037-EA01CX 

Page 9 of 15 

 

 

xidmətlərin referent  (tibbi  bazarda  dərman  maddələri  və  tibbi  xidmətlər  üçün 



ümumi  qəbul  edilmiş)  qiyməti  ilə  real  qiymət  arasında  olan  fərqi  ödəmək 

hüququna  malikdirlər.  Sığortacı  Sığortalıların  dərman  maddələr  və/və  ya  tibbi 

xidmətlər üçün etdikləri xərcləri referent  qiymətlərə əsaslanaraq ödəmək hüququ 

var.  


 

 

18.3.  Hazırkı  Qaydaların  18.1.  maddədə  sadalanan  sənədlərlə  birlikdə  Sığorta  olunanın 



ərizəsi  tibbi  xidmətlərin  göstərildiyi  vaxtdan  45  (qırx  beş)  təqvim  günü 

müddətində  Sığortaçıya  təqdim  edilir.  Əgər  müqavilədə  başqa  şərt  nəzərdə 

tutulmayıbsa, geriödəniş Sığorta olunan tərəfindən bütün zəruri sənədlərin təqdim 

edilməsindən sonra 15 (on beş) iş günü ərzində həyata keçirilir.  

18.4. Sığortaçı təqdim edilmiş sənədləri yoxlamaq və müvafiq mütəxəssislərlə müzakirə 

etmək hüququnu özündə saxlayır.  



 

Maddə 19. Müqavilənin qüvvədə olduğu müddətdə tərəflərin hüquq və vəzifələri 

 

19.1. Sığortalının hüquqları: 



 

19.1.1


 

Sığortaçının  Sığorta  müqaviləsinin  şərtlərinə  əməl  etməsini  yoxlamaq,  o 

cümlədən  Sığortaçıdan  maliyyə  sabitliyi  barədə,  kommersiya  sirri  olmayan 

məlumatı əldə etmək; 

19.1.2

 

Tibbi  proqrama  uyğun  olaraq  və  Sığorta  müqaviləsi  şərtləri  ilə    razılaşdırılmış 



qaydada  Podratçı  klinikalarında  Sığorta  olunana  tibbi  xidmətlərin  göstərilməsini 

tələb etmək; 

19.1.3

 

Sığorta  müqaviləsində  qanunvericiliyə  zidd  olmayan  digər  hüquqlar  nəzərdə 



tutula bilər. 

19.2. Sığortalının vəzifələri: 

19.2.1.  Sığorta  haqqını  Sığorta  müqaviləsi  ilə  müəyyən  edilmiş  məbləğdə  və  müddətdə 

ödəmək; 


19.2.2.  Sığorta  müqaviləsinin  bağlanması  üçün  zəruri  olan,  eyni  zamanda  Sığorta 

müqaviləsi ilə bağlı digər məlumatları Sığortaçıya təqdim etmək; 

19.2.3. Sığorta müqaviləsinə aid olan sənədlərin qorunub saxlanılmasını təmin etmək; 

 

19.2.4.  Sığorta  olunanları  Tibbi  sığorta  proqramının  şərtləri,  ona  edilmiş  bütün 



dəyişikliklər və onun həyata keçirilməsi daxil olmaqla, tanış etmək; 

 

19.2.5.  Sığorta  müqaviləsinin  qüvvədə  olduğu  müddətdə  sığorta  olunanların  siyahısında 



edilən dəyişikliklər barədə Sığortaçıya dərhal məlumat vermək; 

 

19.2.6.    Sığorta  müqaviləsi  bitdikdə  və  ya  bu  və  ya  digər  Sığortalanmış  şəxs 



sığortalanmış 

şəxslərin 

siyahısından 

çıxarıldıqda, 

müvafiq 

sığorta 


şəhadətnaməsini  (və  ya  şəhadətnamələri)  sığorta  təminatının  bitmə  tarixdən 

etibarən 7 (yeddi) təqvim günü ərzində Sığortaçıya qaytarmaq; 

 

19.2.7.  Sığorta  müqaviləsində  qanunvericiliyə  zidd  olmayan  digər  vəzifələr  nəzərdə  



tutula bilər. 

 

19.3. Sığorta olunanın hüquqları: 



 

Creation Date: 

17/03/2009 

“KÖNÜLLÜ TİBBİ SIĞORTA” QAYDALARI 

 

Print Date: 



17/03/2009 

AJ0037-EA01CX 

Page 10 of 15 

 

 

19.3.1.  Tibbi  xidmət  almaq  üçün  Sığorta  müqaviləsində    və  ya  ona  edilən  əlavədə 



göstərilən tibb müəssisələrindən hər hansı birini seçmək; 

 

 



19.3.2. Tibbi sığorta proqramının həyata keçirilməsi üçün cəlb edilmiş həkimlər arasında 

müalicə edən həkimi seçmək

19.3.3.  Tibbi  təminatın  xüsusiyyətləri  barədə  izahatlar  və  tibbi-təşkilati  yardım  almaq 

üçün  sığorta  şəhadətnaməsində  telefon  nömrələri  göstərilən  Sığortaçının 

Müştərilərə xidmət departamentinə müraciət etmək; 

19.3.4.  Tibbi  müəssisələrin  rəsmi  iş  saatlarında  ambulator-poliklinik  xidmətlərə  görə 

müraciət etmək; 

19.3.5.  Tibbi  yardımın  göstərilməsi  ilə  bağlı  mübahisəli  halların  yarandığı  halda 

Sığortaçıya müraciət etmək; 

19.3.6.


 

Sığorta  müqaviləsində  qanunvericiliyə  zidd  olmayan  digər  hüquqlar  nəzərdə 

tutula bilər. 

 

19.4. Sığorta olunanın vəzifələri: 



19.4.1.  Tibbi  yardımın  göstərilməsi  zamanı  müalicə  edən  həkimin  göstərişlərinə  əməl 

etmək, Podratçı klinikalarının qaydalarına riayət etmək; 

19.4.2. Sığorta sənədlərinə qayğı ilə yanaşmaq və tibbi xidmətlərin alınması məqsədi ilə 

həmin  sənədlərin  digər  şəxslərə  verilməsinə  yol  verməmək.  Sığorta  müqaviləsi 

üzrə  tibbi  xidmətlərin  alınması  məqsədi  ilə  sığorta  şəhadətnaməsini  digər  şəxsə 

verilmə  faktı  təsdiqlənərsə,  Sığorta  müqaviləsinin  qüvvəsi  Sığorta  olunana 

münasibətdə həmin andan dayandırılır; 

19.4.3. Sığorta müqaviləsinin şərtlərində nəzərdə tutulduğu halda, ilkin tibbi müayinədən 

keçmək; 

19.4.4. Həkim-dispetçer üçün zəruri olan bütün mə`lumatları bildirmək; 

 

19.4.5.  Sığorta  müqaviləsi  ilə  (şərtsiz)  azadolma  məbləği  nəzərdə  tutulduğu  halda, 



azadolma məbləğini ona xidmət göstərdiyi tibbi müəssisəyə ödəmək; 

19.4.6.  Sığorta  müqaviləsində  qanunvericiliyə  zidd  olmayan  digər  vəzifələr  nəzərdə 

tutula bilər. 

 

19.5.



 

Sığortaçının vəzifələri: 

19.5.1.

 

Müəyyən  edilmiş  müddətdə  tibbi  sığorta  proqramı  və  sığortanın  qaydaları  əlavə  



edilməklə sığorta şəhadətnaməsini Sığortalıya vermək; 

19.5.2.


 

Sığortaçı  və  Podratçı  klinika  arasında  bağlanmış  xidmət  göstərilməsi  haqqında 

müqaviləyə uyğun olaraq sığorta hadisəsi baş verdiyi halda tibbi xidmətlərə görə 

ödənişi    həyata  keçirmək  (Sığorta  müqaviləsi  ilə  azadolma  məbləği  nəzərdə 

tutulduğu halda, azadolma məbləğinin çıxılması şərti ilə); 

19.5.3.


 

Qanunvericiliyə  zidd  olmayan  hallarda  Sığortalı  ilə  münasibətlərdə  məxfiliyi 

təmin etmək; 

19.5.4.


 

Sığorta müqaviləsinin vaxtından əvvəl xitam edilməsi halında, bu Qaydalarla  və 

müqavilədə müəyyən edilmiş qaydada hesablanmış məbləği 30 (otuz) bank günü 

ərzində Sığortalıya qaytarmaq; 



Creation Date: 

17/03/2009 

“KÖNÜLLÜ TİBBİ SIĞORTA” QAYDALARI 

 

Print Date: 



17/03/2009 

AJ0037-EA01CX 

Page 11 of 15 

 

 

19.5.5.



 

 Sığorta  müqaviləsi  çərçivəsində  Podratçı  klinikaları  ilə  münasibətdə  Sığorta 

olunanın hüquqlarını müdafiə etmək; 

19.5.6.


 

Sığorta  hadisəsinin  baş  verməsi  səbəblərini  və  faktını,  həmçinin  sığorta  ödəniş 

məbləğini  müəyyən  edilməsi  üçün  zəruri  olan  bütün  sənədləri  aldıqdan  sonra 

sığorta ödənişinin verilməsi, yaxud sığorta ödənişini verməkdən imtina olunması 

haqqında qərarını 15 iş  günü müddətində qəbul etmək; 

19.5.7.


 

Sığorta  müqaviləsində  qanunvericiliyə  zidd  olmayan  digər  vəzifələr  nəzərdə 

tutula bilər. 

19.6.


 

Sığortaçının hüquqları: 

19.6.1.

 

Sığortalı  tərəfindən  verilən  məlumatları  və  həmçinin  Sığortalı  və  Sığorta  olunan 



tərəfindən Sığorta müqaviləsinin qaydalarına riayət edilməsini yoxlamaq; 

19.6.2.


 

Bu  Qaydalarda  və  müqavilədə  nəzərdə  tutulmuş  hallarda,  o  cümlədən  Sığorta 

olunan  tərəfindən  sığorta  şəhadətnaməsi  tibbi  xidmət  almaq  üçün  üçüncü  şəxsə 

verildikdə,  sığorta  ödənişini  həyata  keçirməkdən  imtina  etmək  və  ya  belə 

ödənişlərin həyata keçirildiyi halda Sığorta olunan və ya Sığortalı tərəfindən geri 

qaytarılmasını tələb etmək; 

19.6.3.

 

Sığorta  olunana  dəymiş  travmatik  zədə  və  ya  onun  səhhətinin  başqa  cür 



pozulmasına  gətirib  çıxaran  hadisə  və  faktlar  üzrə  Sığorta  olunana  qarşı  cinayət 

işi  qaldırıldığı  halda  səlahiyyətli  orqanların  müvafiq  qərarının  qəbul  olunmasına 

qədər tibbi xidmətlərə görə ödənişləri təxirə salmaq; 

19.6.4.


 

Bu  Qaydalarda  və  ya  müqavilədə  nəzərdə  tutulmuş  şərtlərlə  və  qaydada  Sığorta 

müqaviləsinə xitam vermək və ya onu ləğv etmək; 

19.6.5.


 

Sığorta  haqqının  ödənilməmiş  hissəsi  Sığorta  müqaviləsində  müəyyən  olunmuş 

vaxt  ərzində  ödənilmədikdə,  Sığorta  olunanlara  xidmətlərin  göstərilməsini 

dayandırmaq  və  yaxud  Sığorta  müqaviləsinin  müddətini  azaltmaq  və  ya  bu 

Qaydaların 15.2. bəndinə əsasən sığorta müqaviləsini ləğv edə bilər; 

19.6.6.


 

Sığorta  olunanın  zədə  alması  ilə  bağlı  tibbi  xidmət  üçün  müraciət  etdiyi  halda 

onun  alkoqol,  narkotik  və  ya  toksik  maddələrin  təsiri  altında  olmamasının 

yoxlanılmasını tələb etmək; 

19.6.7.

 

Sığorta  olunan  alkoqol,  narkotik  və  ya  toksik  maddələrin  təsiri  altında  olub 



olmamasının  yoxlanılmasına  etiraz  etdiyi  halda,  Sığortaçı  dəymiş  zədə  ilə  bağlı 

tibbi xidmətlərin haqqının ödənilməsindən imtina edə bilər. 

19.6.8.

 

Sığorta  müqaviləsində  qanunvericiliyə  zidd  olmayan  digər  hüquqlar  nəzərdə 



tutula bilər. 

Maddə 20 – Sığorta ödənişinin verilməsindən imtinanın əsasları: 

   


20.1 Sığortaçı sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edir:  

20.1.1.


 

Azərbaycan  Respublikası  Mülki  Məcəlləsinin  923.1-ci  maddəsinin  tələblərinə  əməl 

edilməməsi  nəticəsində  sığortaçının  hadisənin  səbəblərini  və  (və  ya)  dəyən  zərərin 

həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması ilə əlaqədar 

olaraq onun mənafeləri əhəmiyyətli dərəcədə pozulduqda; 

20.1.2.


 

Qanunvericilikdə  nəzərdə  tutulmuş  məsuliyyəti  istisna  edən  hallardan  başqa, 

sığortalının,  müvafiq  hallarda  zərərçəkənin  sığorta  hadisəsinin  baş  verməsinə  yönələn 

qəsdən  etdiyi  hərəkəti  və  ya  hərəkətsizliyi,  habelə  sığorta  hadisəsi  ilə  birbaşa  səbəb 

əlaqəsində olan qəsdən cinayət törətməsi;  


Creation Date: 

17/03/2009 

“KÖNÜLLÜ TİBBİ SIĞORTA” QAYDALARI 

 

Print Date: 



17/03/2009 

AJ0037-EA01CX 

Page 12 of 15 

 

 

20.1.3.



 

müqavilə və ya qanunla hərbi risklərin sığortalanması nəzərdə tutulmadıqda, hadisənin 

baş verməsinin hərbi əməliyyatlar və ya hərbi xarakterli tədbirlər hesab edilən halların 

nəticəsi olması;  

20.1.4.

 

Sığortalının  dəyən  zərərin  qarşısını  almaq  və  ya  həcmini  azaltmaq  üçün  lazımi  və 



mümkün  tədbirləri  görmək  iqtidarında  olduğu  halda,  həmin  tədbirləri  qəsdən 

görməməsi;  bu  zaman  sığorta  ödənişindən  o  həcmdə  imtina  edilə  bilər  ki,  sığortalı 

mümkün tədbirləri görmüş olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı;  

20.1.5.


 

sığortaçının  sığorta  hadisəsinin  baş  verməsi  səbəblərini  araşdırmasına  sığortalı 

tərəfindən  maneçilik  törədilməsi,  sığortaçını  hadisənin  səbəblərini  və  ya  zərərin 

həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum etməsi;  

20.1.6.

 

Mülki  Məcəllənin  935.2-ci  maddəsi  nəzərə  alınmaqla,  sığorta  predmeti,  həmçinin 



sığorta olunan şəxs və (və ya) sığorta hadisəsi barəsində sığortalının sığortaçıya qəsdən 

yanlış  məlumat  verməsi  nəticəsində  sığortaçının  sığorta  riskini  qiymətləndirmək, 

həmçinin  sığorta  hadisəsinin  səbəblərini  və  (və  ya)  dəyən  zərərin  həcmini 

müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması; 

20.1.7.

 

baş vermiş hadisənin qanunvericiliyə  və  ya sığorta müqaviləsinə görə sığorta hadisəsi 



hesab edilməməsi;  

20.1.8.


 

sığorta hadisəsinin sığorta haqqı və ya onun hər hansı bir hissəsinin qanunvericilikdə və 

ya  müqavilədə  nəzərdə  tutulmuş  ödənilməsi  müddəti  başa  çatdıqdan  15  gün  sonra, 

Mülki    Məcəllənin  903.5-ci  maddəsində  nəzərdə  tutulmuş  halda  isə  sığortaçının 

müəyyən  etdiyi  müddətin  başa  çatmasından  3  gün  sonra  baş  verməsi  halında  sığorta 

haqqı və ya onun müvafiq hissəsi ödənilməmiş olduqda

20.1.9.

 

 Sığorta  hadisəsinin  yaranma  səbəbini,  əsasını  müəyyən  etmək  üçün  sənəd  və 



məlumatları  müəyyən edilmiş müddətlərdə  təqdim etmədikdə və ya bilərəkdən yanlış 

məlumat verdikdə; 

20.1.10.

 

Sığorta müqaviləsində qanunvericiliyə zidd olmayan ödəniş verilməsindən digər imtina 



əsasları nəzərdə tutula bilər.  

 

Maddə 21. Sığorta müqaviləsinin həyata keçirilməsinə nəzarət.  

  

 



Sığorta  müqaviləsinin  şərtlərinə  uyğun  olaraq  Sığortaçının  və    Sığortalının    Sığorta  olunana 

göstərilən tibbi xidmətlərin həcminə, müddətinə və keyfiyyətinə nəzarət etmək hüquqları var. 

 

Maddə 22. Sığorta müqaviləsinin şərtlərinin yerinə yetirilməməsinə və ya lazımi qaydada 

yerinə yetirilməməsinə görə tərəflərin məsuliyyəti. 

Sığortaçı  Sığorta  proqramının  şərtləri  və  müddəalarından  Sığorta  olunan  tərəfindən  düzgün 

istifadə  etmədikdə  (məsələn,  lazımsız  yerə  təcili  yardım  çağırılması),  belə  şəxslərə  qarşı 

aşağıdakı tədbirlər görüləcək: 

 

Birinci dəfə – yazılı xəbərdarlıq; 



 

İkinci dəfə – Sığorta olunan çəkilmiş xərclərin 50 %-ni özü ödəyəcək 



 

Təkrari hallarda – Sığorta olunan xərcləri 100% olaraq özü ödəyəcək 



Bu  maddənin  birinci  hissəsində  tətbiq  edilən  tədbirlərin  görülməsi,  Sığortaçının 

qanunvericiliklə  və  /  və  ya  müqavilə  ilə  nəzərdə  tutulmuş  digər    hüquqlarının    həyata 

keçirilməsini məhdudlaşdırmır.  

 

FƏSİL 5.  SIĞORTA HADİSƏSİ BAŞ VERDİKDƏ TƏRƏFLƏR ARASINDA ƏLAQƏ 



Creation Date: 

17/03/2009 

“KÖNÜLLÜ TİBBİ SIĞORTA” QAYDALARI 

 

Print Date: 



17/03/2009 

AJ0037-EA01CX 

Page 13 of 15 

 

 

 



Maddə 23. Tibbi xidmətlər almaq üçün müraciət qaydası 

 

Xəstəlik  və  ya  bədbəxt  hadisə  zamanı  tibbi  yardım  almaq  üçün  sığorta  olunan  Sığortaçının 



Müştərilərə  xidmət  departamenti  (Asistans  xidməti)  ilə  əlaqə  yaratmalı  və  müvafiq 

müayinə/müalicə almaq üçün onun razılığını və göndərişini almalıdır.  

 

Sığorta olunan podratçı klinikalara müraciət edərkən aşağıdakı sənədləri təqdim etməlidir: 



 

a)

 



tibbi sığorta şəhadətnaməsi 

b)

 



şəxsiyyət vəsiqəsi 

c)

 



müayinə/müalicə göndəriş vərəqəsi (ehtiyac olan hallarda) 

 

Müqavilədə göstərilmiş həcmdə müayinə və müalicəni davam etdirmək üçün xəstə digər tibbi 



müəssisəyə köçürülə bilər.  

 

Sığorta  olunan  şəxs  Sığortaçının  göndərişi  ilə  podratçı  olmayan  klinikaya  müraciət  etdikdə, 



Sığorta  olunan  aldığı  tibbi  xidmətinin  tam  dəyərini  nağd  olaraq  ödəyir.  Sonra  Sığortaçı  bu 

qaydaların 18-ci maddəsində göstərilən qaydada Sığorta olunanın təqdim etdiyi lazımi sənədlər 

əsasında xərclədiyi məbləği ona nağd olaraq geri ödəyir.  

 

Təxirəsalınmaz tibbi yardıma ehtiyac olan hallarda Sığorta olunan yaxınlıqda yerləşən istənilən 



tibb müəssisəsinə müraciət edə bilər. Belə olan halda, ilk fürsətdən istifadə edərək bu barədə 

Sığortaçıya məlumat verilməlidir. 



 

FƏSİL 6. SIĞORTA ÖDƏNİŞİ 

 

Maddə 24. Sığorta ödənişi və onun həyata keçirilməsi qaydası 

 

24.1.


 

Sığortaçı  bu  Qaydalar  əsasında  bağlanmış  Sığorta  müqaviləsinə  əsasən  Sığorta  olunana 

göstərilən  tibbi  xidmətlərin  qiymətini  Podratçı  klinikaya  ödəyir  (Sığorta  müqaviləsi  ilə 

azadolma məbləği nəzərdə tutulduğu halda, azadolma məbləğinin çıxılmaq şərti ilə); 

24.2.

 

Sığorta  müqaviləsinin  qüvvədə  olduğu  müddət  ərzində  Sığortaçının  həyata  keçirdiyi 



bütün ödənişlərin cəmi Sığorta Müqaviləsində göstərilən sığorta məbləğini aşa bilməz. 

24.3.


 

Sığorta  olunana  göstərilən  tibbi  xidmətlərin  əvəzinin  ödənilməsi  qaydaları  Sığortaçı  ilə 

Podradçı  klinika,  yaxud  özəl  tibbi  fəaliyyətlə  məşğul  olan  şəxs  arasında  müvafiq 

müqavilə ilə təyin edilir. 

24.4.

 

Sığortaçının yazılı razılığı olmadan Sığorta olunanlar tərəfindən özbaşına tibbi yardımın 



təşkil  edilməsi  halında  Sığortaçı  göstərilmiş  tibbi  xidmətlərin  keyfiyyətinə  və  Sığorta 

olunanın çəkdiyi xərclərə görə heç bir məsuliyyət daşımır. 

24.5.

 

Sığortaçının  razılığı  olmadan  Sığorta  olunana,  təxirə  salınmaz  hallar  istisna  olmaqla,  



tibbi  xidmətlərin  Podratçı  klinikaların  siyahısına  daxil  olmayan  tibb  müəssisələrində 

göstərilməsinə görə Sığortaçı çəkilən xərclərin əvəzini ödəmək öhdəliyi daşımır.  

24.6.

 

Əgər  Sığorta  olunan  tibbi  təyinatlara,  tibbi  personalın  məsləhətlərinə  və  tibbi 



müəssisəsində  müəyyən  edilmiş  daxili  intizam  qaydalarına  riayət  etməzsə,  tibb 

müəssisəsi  Sığortaçını  məlumatlandıraraq  ambulator  xidmətlərin  göstərilməsini,  yaxud 

stasionar  yardımı  dayandırdıqda,  Sığortaçı  artıq  bu  vaxta  qədər  göstərilmiş  tibbi 

xidmətlərə  görə  xərclərin  və  həmçinin  bunun  nəticəsində  baş  vermiş  başqa  əlavə 



Creation Date: 

17/03/2009 

“KÖNÜLLÜ TİBBİ SIĞORTA” QAYDALARI 

 

Print Date: 



17/03/2009 

AJ0037-EA01CX 

Page 14 of 15 

 

 

xərclərin  ödənilməsindən  imtina  edə  bilər.  Belə  halda  artıq  bu  vaxta  qədər  göstərilmiş 



tibbi xidmətlərin əvəzinin ödənilməsi öhdəliyi Sığortalının üzərinə düşür. 

24.7.


 

Əgər  Sığorta  olunan  həkim  təyinatına  əsasən  xəstəxanada  yerləşdirilməkdən  imtina 

edərsə,  Sığortaçı    Sığorta  olunanın  müalicəsinə  yönəldilən  tibbi  xidmətlərə  təminat 

verməkdən imtina edə bilər.  

24.8.

 

Əgər  Sığorta  olunan  xəstəxanada  yerləşdirildikdən  və  ya  ambulator  xidməti  üçün 



müraciət  etdikdən  sonra  baş  vermiş  hadisənin  Sığorta  müqaviləsinə  əsasən  sığorta 

hadisəsi  olmaması  məlum  olursa,  tibb  müəssisəsində  göstərilən  xidmətlərin  ödənilməsi 

Sığorta olunanın öhdəliyidir. 

24.9.


 

Əgər  sığorta  müqaviləsində  digər  şərtlər  nəzərdə  tutulmayıbsa,  hər  hansı  diaqnostik, 

profilaktik  və  ya  müalicəvi  tədbirlər  yalnız  Sığortaçı  tərəfindən  təyin  olunmuş  həkimin 

təyinatı ilə həyata keçirilə bilər. 

24.10.  Əgər  sığorta  müqaviləsində  nəzərdə  tutulubsa,  Sığorta  müqaviləsi  qüvvədə  olduğu 

müddətdə  baş  vermiş  sığorta  hadisəsinin  nəticələrinə  görə  tibbi  yardım  göstərilməsi 

zərurəti  Sığorta  müqaviləsi  qüvvədən  düşdükdən  sonra  da  mövcud  olduqda,  tibbi 

xidmətlərə görə sığorta ödənişləri aşağıdakı qaydada həyata keçirilir, lakin həmin Sığorta 

olunan  üçün  müqavilədə  nəzərdə  tutulan  sığorta  məbləğinin  istifadə  edilməmiş 

hissəsindən artıq olmamaq şərti ilə: 

24.10.1.  ambulator  müalicə  zamanı  xəstəliyin  kəskin  dövründə  -  Sığorta  müqaviləsinin 

bitməsindən  sonra  3  (üç)  təqvim  günündən  artıq  olmamaq  şərti  ilə,  xəstəlik 

vərəqinin bağlanmasına qədər; 

24.10.2.  xəstəxanaya  təxirəsalınmaz  yerləşdirilmə  zamanı  -  Sığorta  müqaviləsinin 

bitməsindən  sonra  5  (beş)  təqvim  günündən  artıq  olmamaq  şərti  ilə  xəstənin 

xəstəxanadan çıxmasına qədər; 

24.10.3.  xəstəxanaya  planlı  yerləşdirilmə  zamanı  -  Sığorta  müqaviləsinin  qüvvədən 

düşməsinə qədər.  

24.11.  Sığortalı  bilavasitə  onun  (və  ya  Sığorta  olunanın)  təqsiri  üzündən  sığorta 

şəhadətnaməsindən  qanunsuz  istifadə  edən  şəxsə  göstərilən  xidmətlər  üçün  xərclənmiş 

məbləği Sığortaçıya qaytarmalıdır. 

24.12.  Əgər  sığorta  müqaviləsində  digər  şərtlər  nəzərdə  tutulmayıbsa,  Sığorta  olunan  həkim 

qəbuluna  təyin  edilən  vaxtda  gəlmədikdə,  təcili  və  təxirəsalınmaz  tibbi  yardım 

briqadasının  və  yaxud  mütəxəssislərin  evə  çağırılması  zamanı  göstərilən  ünvanda 

olmadıqda, Sığortalı (Sığorta olunan) Sığortaçının tibb müəssisəsinə ödədiyi xərcləri ona 

qaytarmalıdır. 

 

Maddə 25. Subroqasiya hüququ 

 

25.1.


 

Sığorta ödənişinin həyata keçirilməsindən sonra, bu sığorta ilə əvəzi  ödənilən Sığorta 

olunanın  səhhətinə  vurulduğu  zərər  üçün  məsuliyyət  daşıyan  şəxsə  qarşı  subroqasiya 

qaydasında  tələb  irəli  sürmək  hüququ,  həmin  ödəniş  məbləği  həddində  Sığortaçıya 

keçir. 

 

25.2.



 

Sığortalı (Sığorta olunan) Sığortaçının subroqasiya hüququnun təmin edilməsi üçün öz 

imkanları  çərçivəsində ona hər cür kömək göstərməli və Sığortaçını tələb irəli sürmək 

üçün zəruri olan bütün sənədlər, sübut  və məlumatlarla təmin etməlidir. 

 


Creation Date: 

17/03/2009 

“KÖNÜLLÜ TİBBİ SIĞORTA” QAYDALARI 

 

Print Date: 



17/03/2009 

AJ0037-EA01CX 

Page 15 of 15 

 

 

25.3.



 

Sığortalının  hər  hansı  məhkəmədən  kənar  razılaşma  və  ya  məhkəmə  qərarı  əsasında 

zərərə  görə  məsuliyyət  daşıyan  şəxslərdən  aldığı  təminat  məbləğləri  ilk  növbədə 

Sığortaçının  Sığorta  müqaviləsi  üzrə  həyata  keçirdiyi  sığorta  ödənişlərinin  əvəzinin 

ödənilməsinə  xərclənməlidir.  Sığortalı,  ona  vurulmuş  zərərə  görə  məsuliyyət  daşıyan 

şəxslərlə    məhkəmədən  kənar  razılaşma  imzaladıqda,  bu  razılaşmanın  məbləği 

Sığortaçının həmin zərərə görə ödədiyi məbləğdən az ola bilməz, əks təqdirdə Sığortaçı 

subroqasiya  tələbinin  çatışmayan  hissəsini    Sığortalıdan,  yaxud  zərər  vuran  şəxsdən 

tələb edə bilər. 

 

25.4.



 

Sığortaçı  ilə  Sığortalı  arasında  başqa  cür  razılaşdırıldığı  və  belə  razılaşmanın  Sığorta 

müqaviləsində  təsbit  olduğu  hallar  istisna  olmaqla,  Sığortalının  (Sığorta  olunanın) 

dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı tələb hüququndan imtina etməsi və 

ya  Sığortalının  (Sığorta  olunanın)  günahı  üzündən  bu  hüquqdan  istifadənin  mümkün 

olmaması  halında,  Sığortaçı  sığorta  ödənişini  bütövlüklə  və  ya  qismən  ödəmək 

öhdəliyindən azad olunur və ödənilmiş sığorta ödənişinin tam və ya müvafiq hissəsinin 

qaytarılması hüququnu əldə edir. 

 

Maddə 26. Valyuta haqqında qeyd-şərt 

26.1      Sığorta  məbləğlərinin,  haqlarının  və  azadolma  məbləğlərinin  xarici  valyuta  ilə  ifadə 

olunduğu hallarda, bütün  ödənişlər  Azərbaycan Respublikası Milli Bankının ödənişin 

həyata  keçirdiyi  tarixə  və  ya  ödənişə  əsas  verən  sənədin  tərtib  edilməsi  tarixinə  olan 

rəsmi məzənnəsi əsasında Azərbaycan manatı ilə və  ya   Azərbaycan Respublikasının 

valyuta  qanunvericiliyinə  müvafiq   olduğu  hallarda  hər  hansı  xarici  valyuta  ilə  həyata 

keçirilə bilər. 

 

26.2    Əgər  sığorta  ödənişinin  verilməsi  üçün  əsas  olan  sənədlər  Azərbaycan  manatı    və  ya 



şəhadətnamənin  valyutasından  fərqli  valyutada  ifadə  olunmuşdursa,  sığorta 

müqaviləsinin  ifadə  olunduğu  valyutaya  çevirmə  Azərbaycan  Respublikası  Milli 

Bankının  həmin  sənədin  buraxıldığı  tarixə  uyğun  rəsmi  məzənnəsi  əsasında  həyata 

keçirilir. 

  

Maddə 27. Ödənilməmiş sığorta haqqının nəzərə alınması 

 

Əgər  sığorta  ödənişi  verilənə  qədər  nəzərdə  tutulan  sığorta  haqqının  qalan  hissəsi  

odənilməmişdirsə,  Sığortaçı  sığorta  ödənişinin  həyata  keçirməsi  zamanı  ödənilməyən  sığorta 

haqqını sığorta ödənişinin məbləğindən çıxmağa haqlıdır. 

 

Maddə 28. Mübahisələrin həlli qaydası 

 

Bu  Qaydalar  əsasında  bağlanmış  sığorta  müqaviləsindən  irəli  gələn  mübahisələr  ilkin  olaraq 

danışıqlar  yolu  ilə,  pretenziya  qaydasında,  tərəflər  arasında  razılığa  gəlinmədiyi  təqdirdə  isə 

qüvvədə  olan  Azərbaycan  Respublikası  qanunvericiliyi  tətbiq  edilməklə  Azərbaycan 



Respublikasının müvafiq məhkəmələrində  həll edilir. 

Yüklə 182,15 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin