Kurs işinin planı Giriş



Yüklə 233,47 Kb.
səhifə1/13
tarix12.05.2022
ölçüsü233,47 Kb.
#57625
  1   2   3   4   5   6   7   8   9   ...   13
referat 3670


Kurs işinin planı



Giriş.

Azərbaycan Respublikasının müstəqillik əldə etməsi, öl­­kədə bazar müna­sıbət­lərinin yaranması və təşəkkül tapması müxtəlif növ məsələlərin həllini, təşkilati və iqtisadi islahatların həyata keçirilməsini zəruri etmişdir. Bu isla­hat­ların içərisində ən mühümü, bazar iqtisadiyyatının ayrılmaz atribut­la­rın­dan biri olan sahibkarlıq subyektlərinin inkişaf etdirilməsidir. Son illər ölkə­nin ümu­mi iqtisadi inkişafında sahibkarlığın əhəmiyyətinə və mahiyyətinə olan mü­na­si­bət müsbətə doğru dəyişməkdədir.

Əsası Hey­dər Əliyev tərəfindən qoyulan və ölkə prezidenti İl­ham Əliyev tərəfindən davam etdirilən iqtisadi inki­şaf strategiyasının tələblərinə və ümumi iqtisadi siyasətin məqsədinə uy­ğun olaraq, artıq özəl sektor bütün sahələrdə aparıcı mövqeyə çıxmışdır. Öl­kə­də müxtəlif təyi­natlı və fərqli fəaliyyət istiqamətlərinə malik güclü sa­hib­karlar ordusu forma­laş­mış­dır. Məhz, həyata keçirilən uğurlu iqtisadi isla­hat­ların nəticəsidir ki, ayrı-ayrı sahi­b­karlıq subyektlərinin, müəssisələrin kapi­ta­lı artır, müəssisələr inkişaf edir, iri sahib­karlıq sürətlə inkişaf edir, holdinqlər yaranır ki, bu da ümumilikdə kiçik və orta sahibkarlığın da inkişafını təmin edir. Nəticədə, bütün bunlar ümumi iqtisadi inkişaf üçün vacib olduğu kimi, həm də bir sıra məsələlərin operativ həllini tələb edir.

İlk növbədə, aydındır ki, müəssisələrin maliyyə imkanları sürətlə ge­niş­­l­ə­nir və onun fəaliyyəti maliyyə resurslarından necə istifadə olun­ma­sın­dan çox asılıdır. Bu resursların lazımi istiqamətlərə yönəldilməsi, maliyyə ehti­yat­la­rından müəssisənin strategiyasına və strateji məqsədlərinə uyğun istifadə olun­ması müəssisənin uzunmüddətli, fasiləsiz və rentabelli fəaliyyətinin iqti­sa­di əsasını təşkil edir.

Digər tərəfdən, istənilən halda lazımi məqsədlərin əldə olunması müvafiq ma­­liyyə təminatını tələb edir. Maliyyə təminatının ödənilməsi isə yeni-yeni ma­liy­yələşmə mənbələrinin tapılması ilə yanaşı, həm də mövcud ehtiyatlar­dan səmərəli və qənaətlə istifadə edilməsindən asılıdır. Müəssisələr fəaliy­yətlə­rini artan sürətlə davam etdirmək üçün əlavə maliyyə mənbələrinə də ehtiyac yaranır. Bu baxımdan da, ümumilikdə, maliyyələşmənin daha yaxşı təşkili üçün müəssisələr maliyyə idarə etməsinin predmentinə daxil olan bir necə məsələni diqqətlə təhlil etməli və həyata kecirməlidir. İstər qısamüddətli, ortamüddətli və uzunmüddətli kreditlərin cəlb olunması, istərsə də öz vəsaiti he­sabına maliyyələşmə bazar iqtisadiyyatı şəraitində mürəkkəb bir məsələ olub, hər bir müəssisənin fəaliyyətində həlledici amilə malikdir. Planlı təsə­r­rüfata nisbətən, bazar münasibətləri şəraitində müəssisə­lərin maliyyələşmə xü­susiyyətlərinə uyğun olaraq cəlb olunan vəsaitin mənbəyi, kredit faizi, kre­­ditin şərtləri və s. məsələlər daha ciddi əhəmiyyətə malikdir. Ona görə ki, planlı təsərrüfatçılıq prinsiplərinə əsaslanan inzibati amirlik sistemində ma­liy­yələşmə yuxari təşkilat tərəfindən həyata kecirildiyi üçün, bu göstə­ri­ci­lərin müəssisə səviyyəsində müəyyənləşdirilməsi zəruri hesab edilmirdi. Müasir bazar iqtisadiyyatı şəraitində isə, bütün bu məsələlərin məsuliyyəti müəssi­sə­nin öz üzərinə düşür. Belə ki, müəssisə zəruri maliyyə ehtiyacını təmin et­məkdə, eləcə də cəlb olunmuş vəsaitlərdən istifadə olunmasında müstəqildir və bütün məsuliyyət təsərrüfat subyektinə aiddir. Bu baxımdan da, müasir şə­raitdə müəssisə maliyyə­sinin təşkili istiqamətlərinin araşdırılması, mövcud və perspektiv maliyyə resurslarının səmərəli idarə edilməsinə dair müvafiq təklif və tövsiyələrin işlənib hazırlanması, bu sahədə müasir durumu təhlil edərək müvafiq ümumiləşdirmələr aparılması olduqca mühüm əhəmiyyət kəsb edir. Buraxılış işində də, yuxarıda qeyd edilən məsələlərə baxıldığı üçün xüsusi aktuallıq kəsb edir.



Yüklə 233,47 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin