Lab. İŞİ n-5 (proqram təRTİBİ)



Yüklə 72 Kb.
səhifə1/2
tarix29.05.2022
ölçüsü72 Kb.
#59946
  1   2
LAB-5 (MPD)
İngilis dili, İngilis dili, bitki mühafizəsi sərbəst iş, 4 və 5 saylı sərbəst iş

LAB. İŞİ N-5 (PROQRAM TƏRTİBİ)
ETS-də qiymətləndirmə hissəsindəki sıra N-nizdən asılı olaraq məsələlərin seçimi aşağıdakı cədvəldə verilmişdir.

1

1 ,15, 25, 35

2

2, 16, 26, 36

3

3, 17, 27, 37

4

4, 18, 28, 38

5

5, 19, 29, 39

6

6, 20, 30, 40

7

7, 21, 31, 41

8

8, 22, 32, 42

9

9, 23, 33, 43

10

10, 24, 34, 44

11

11, 25, 35, 45

12

12, 26, 36, 46

13

13, 27, 37, 47

14

14, 28, 38, 48

15

2, 10, 20, 30

16

3, 11, 21, 31

17

4, 12, 22, 32

18

5, 13, 23, 33

19

6, 14, 24, 34

20

7, 15, 35,50

21

8, 16,34,49

22

9, 17, 33, 47

23

10, 18, 32, 46

24

11, 19, 31, 45

25

12, 20, 29, 44



  1. Tam ədədi verilmişdir. Onun cüt olduğunu müəyyən edin.

  2. X, Y (Y ≠ X) iki həqiqi ədəd verilmişdir. Ədədlərin kiçiyini həmin ədədlərin cəminin yarısı ilə, böyüyünü isə bu ədədlərin iki misli ilə əvəz edin.

  3. Üçrəqəmli natural ədəd verilib. Onun Armstronq ədədi olub-olmadığını müəyyən edin. (Armstronq ədədində rəqəmlərin 3-cü qüvvətinin cəmi həmin ədədə bərabərdir. Məsələn, 153 ədədi Armstronq ədədidir, çünki 153 = 13+53+33).

  4. 4 rəqəmli natural ədəd verilmişdir. Onun palindrom ədəd olduğunu təyin edin.
    Qeyd edək ki, tam ədəd o zaman palindrom sayılır ki, soldan - sağa və əksinə eyni cür oxunur, məs, 2332 ədədi palindrom sayılır.

  5. Beşrəqəmli natural ədəd verilmişdir. Ən solda yerləşən rəqəmdən başlayaraq bütün rəqəmlərin artma sırası ilə yerləşdiyini müəyyən etmək lazımdır. Məsələn, 15689 ədədində bütün rəqəmlər artma sırası ilə yerləşir.

  6. 4-rəqəmli tam müsbət ədəd verilmişdir. Bu ədədin öz rəqəmlə­rin hamısı­na bölün­düyünü təyin edin.

  7. 4-rəqəmli natural ədədi verilmişdir. Bu ədədin yazılışından cüt rəqəmləri silin (0 - cüt rəqəm kimi qəbul edin).

  8. Dördrəqəmli natural ədəd verilib. Onun rəqəmlərinin bir birindən fərqli olduğunu müəyyən edin. Əgər fərqlidirsə, "YES" çıxışa verin, əks halda - "NO".

  9. Üç tam ədəd verilib. Onların arasında eyni olduqlarının sayını müəyyən edin. Əgər üçü də eynidirsə, çıxışa 3 rəqəmi, ikisi eynidirsə - 2, ədədlər fərqlidirsə 0 rəqəmi verin.

  10. N natural ədədi verilmişdir. Ədədin rəqəmlərinin cəmini və hasilini tapın.

  11. N natural ədədi verilmişdir. Bu ədədin 2-nin qüvvəti olduğunu yoxlayın. Əgər 2-nin qüvvətidirsə, "YES", əks halda "NO" çıxarın.

  12. N natural ədədi verilmişdir. Rəqəmləri əks ardıcıllığı ilə yerləşən yeni M ədədi alın. Məsələn, əgər 123456 ədədi verilibsə, nəticədə 654321 ədədi alınmalıdır.

  13. N natural ədədi verilmişdir. Bu ədədin yazılışında bütün 1 və 5 rəqəmləri silib, rəqəmlərin ardıcıllığını əvvəlki kimi saxlamaq lazımdır. Məsələn, 527012 ədədi 2702 ədədə çevriləcəkdir.

  14. N natural ədədi verilmişdir. Onun polindrom olub olmamasını müəyyən edin. Polindrom olduqda "YES" , əks halda "NO" çıxışa verin.

  15. N natural ədədi verilmişdir. Ədəddə maksimal rəqəmi çıxışa verin.

  16. N natural ədədi verilmişdir. Bu ədəddə onun maksimal rəqəmi neçə dəfə iştirak etdiyini müəyyən edin. Məsələn, 673757 ədədində maksimal rəqəm 7 ədəddə 3 dəfə iştirak edir.

  17. Bütün üçrəqəmli Armstronq ədədləri tapın. Məsələn, Armstronq ədədi

  18. Verilən N ədədən böyük olmayan və rəqəmləri artan ardıcıllığı ilə düzülən bütün natural ədədləri çıxışa verin.

  19. N natural ədədi verilmişdir. Həmin ədəddə tək rəqəmlərin sayını tapın. (0 tək ədəd sayılmır)

  20. k-rəqəmli Armstronq ədədləri tapın (2

  21. N natural ədədi verilmişdir. Həmin ədəddən cüt rəqəmləri silin.

  22. N natural ədədi verilmişdir. Onun bölənlərini artma ardıcıllığı ilə ekrana çıxarın.

  23. N natural ədədi verilmişdir. Onun sadə ədəd olduğunu yoxlayın.

  24. N natural ədədi verilmişdir. N ədəddən kiçik olan sadə ədədləri çıxışa verin.

  25. Düzbucaqlı üçbucaq katetlərinin qiymətlərini klaviaturadan ayrı sətirdə yazmaqla daxil edin. Üçbucağın sahəsini hesablayan proqram yazın.

  26. Üçrəqəmli natural ədəd verilib. Bu ədədin rəqəmləri arasına boşluq simvolu qoymaqla çıxışa verin.

  27. İkirəqəmli tam müsbət ədəd verilib. Bu ədədin rəqəmlərinin yerini dəyişməklə çıxışa verin.

  28. Üçrəqəmli tam ədəd verilib. Bu ədədin rəqəmlərini sağdan sola oxuduqda alınan ədədi çıxışa verin.

  29. Üçrəqəmli tam ədəd verilib. Onun soldan birinci rəqəmini pozub ədədin sağına yazdılar. Alınan ədədi çıxışa verin.

  30. Üçrəqəmli tam ədəd verilib. Bu ədədin yüzlüklərinin və onluqlarının yerini dəyişməklə alınan ədədi çıxışa verin. 

  31. 999-dan böyük tam ədəd verilib. Bir qalıqsız bölmə (
    Yüklə 72 Kb.

    Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə