Lboratoriya iŞİ №1 Kafedra: İnformasiya texnologiyaları və proqramlaşdırma Fakültə



Yüklə 45 Kb.
səhifə1/6
tarix02.01.2022
ölçüsü45 Kb.
#40245
  1   2   3   4   5   6
Tural Abbasov Laboratotiya-1 (1)


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN TEXNİKİ UNİVERSİTETİ


İntellektual texnologiyalar

LBORATORİYA İŞİ № 1



Kafedra: İnformasiya texnologiyaları və proqramlaşdırma
Fakültə: İnformasiya və Telekomunikasiya Texnologiyaları
İxtisas: İnformasiya Texnologiyaları
Qrup: 2688A
Tələbə: Tural Abbasov
Müəllim: Rafael Əhmədov

Laboratoriya işi N1

İşin adı: Biliklərin təsviri

İşin məqsədi : Tələbələri biliklərin təşkili struktur ilətanış etmək və biliklərin təşkili vərdişlərinin aşılanması
Bilik anlayışı
Bilik kəlməsi proqramlaşdırmada məlum olan verilənlə bağlıdır.

Biliklər məlumatlara əsaslanır, lakin insanın əqli fəaliyyət nəticəlini ümumiləşdirir, müəyyən əlamətlər üzrə sintezləşdirir, sistemləşdirir, təkrarlamanı aradan qaldırır.



Məlumatlarpredmet sahəsində obyektləri, prosesləri, hadisələri, həmçinin onların əlaqə və xassələrini əks etdirən ayrı-ayrı informasiya elementləridir.

Məlumatlar kompüterdə emal edilərkən şərti olaraq aşağıdakı mərhələləri keçərək transformasiya olunur: ölçü və müşahidə nəticələri; elektron informasiya daşıyıcılarında diaqram, qrafik, funksiya və mətnlər; cədvəllər və soraqçalar; kompüterdə təsvir dili; məlumat bazaları və s.

Biliklər– müəyyən predmet sahəsində məsələlərin həllini təmin edən faktlar, prinsiplər, metodlar, qanunlardır və s.

Biliklər məlumatlar kimi kompüterdə mərhələlərlə transformasiya olunur: insan təfəkkürü kimi sistemləşdirilmiş formada; maddi daşıyıcılar (dərslik, metodiki vəsait, elmi və istehsalat xarakterli əsərlər) formasında; biliklərin təqdimedilmə dilində (semantik şəbəkələr, freymlər və s.); bilik bazaları.

Biliklər – optimal strukturlaşdırılmış, sistemləşdirilmiş məlumatlardır (metaməlumat), verilənlər barədə verilənlərdir.

Məlumat bazaları məlumatları mühafizə etmək üçün yaradılır. Burada informasiyanın böyük həcmi və nisbətən az dəyəri xarakterikdir. Biliklər isə bilik bazalarında mühafizə olunur. Burada isə informasiya kütləsi az və mənəvi dəyərlidir. Bilik bazası istənilən tip intellektual sistemin əsasıdır.




Yüklə 45 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə