Makroiqtisadiyyat Mövzu 12 Büdcə vergi siyasətinin iqtisadi proseslərə təsiri. İqtisadi artımın nəzəri modelləri



Yüklə 31,38 Kb.
səhifə1/7
tarix22.05.2022
ölçüsü31,38 Kb.
#58995
  1   2   3   4   5   6   7
Makroiqtisadiyyat Mövzu 12


Makroiqtisadiyyat Mövzu 12
Büdcə vergi siyasətinin iqtisadi proseslərə təsiri. İqtisadi artımın nəzəri modelləri.


  1. Büdcə vergi siyasəti və onun məqsədləri və vəzifələri

  2. Büdcənin balanslaşdırılması metodu.

  3. Dövlət borcunun əsas modelləri və onların iqtisadiyyata təsiri. Büdcə vergi siyasətini səmərəliliyi.

  4. İqtisadi artımın modelləşdirilməsi. Neoklassik modeli. Salaonun iqtisadi artım modeli.

  5. İqtisadi artımın Neokeynisçi modeli.


Büdcə vergi siyasətinin mahiyyəti.
Büdcə - dövlətin xəzinəsidir. Büdcə vergi siyasəti iqtisadiyyatın vergilər və dövlət xərcləri vasitəsilə dövlət tərəfindən tənzimlənməsidir. Bundan yaxşı tənzimlənmə vasitəsi ola bilməz. Çünki bütün təsərrüfat subyektlərinin hamısı dövlətə vergi ödəməlidir.
Artan gəlirlərin vergiyə cəlb olunması və yaxud proporsional qaydada cəlb olunması və yaxuddaki daha az qazananlara az vergi tətbiq edilməsi çox qazananlara isə çox tətbiq edilməsi. Dolayı vergilər birbaşa vergilər hamısı var və həmin sxem üzrə vəsaitlərin dövlət tərəfindən idarə olunması büdcə vergi siyasətinin qurulması və onun vasitəsi ilə milli iqtisadiyyatın tənzimlənməsi başa düşülür.
Fiskal siyasət.
Belə siyasəti bəzən isə fiskal siyasət adlandırırlar. Ona görəki dövlət subyektlərdən, əhalidən vergi tutanda onun əvəzini ödəmək prinsipini etmir heç vaxt. Birbaşa əvəvzi ödəmək sistemindən istifadə etmir. Yəni əhalidən əlində əmələ gələn gəlirlərin bir hissəsini dövlət tərəfinfən qanuniləşdirilərək əlindən alınması deməkdir. Yəni əhalini bütün təbəqələrindən ümumi xalq ümumdövlət məqsədləri üçün istifadə etməyə o pulları yığır. Daha çox həmin pulları xərcliyərkən dövlət xərcləri adı altında xərclənir bu pullar. Yəni dövlət fiskal siyasətdə bir əliylə alır, bir əliylə isə verir. Müəyyən məbləğlərdə vergi alır o pulları yığır. Sonra isə o pulları dövlət xərcləri istiqamətində xərcləyir. Yəni:

  1. İstehsal istiqamətində.

  2. Qeyri istehsal (maarif, mədəniyyət, səhiyyə və.s) istiqamətində.

  3. Əhalinin sosial müdafiəsi istiqamətində.

  4. Müəyyən ehtiyat fondlarının yaradılması istiqamətində.

Və sonradaki xərcləmələrdə qanuniləşdirilməlidir fiskal siyasət baxımından. Ki, bu pullar özbaşına xərclənməsin.
Maksimum dərəcədə dövlətin bu iqtisadi idarəetmə aparatı bütün o vəsaitlərdən səmərəli formada istifadə etməyi əsaslandırmalıdır. Dövlətin pullarını xərcləməsi baxımından nə əsaslıdır nə əsaslı deyil. Sən yalannan əsaslandıra bilməzsənki filan istiqamətdə filan qədər xərclədim. Artıq qanuniləşdirilmiş bəndlər əsasında dövlət xərcləri həyata keçiriməlidir. O bəndlər isə həmişə büdcə xərclərinin və gləirlərinin yerinə yetirilməsinə nəzarət edə biləcəyi formada düzəldilir.


Yüklə 31,38 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin