Makroiqtisadiyyat Mövzu 12 Büdcə vergi siyasətinin iqtisadi proseslərə təsiri. İqtisadi artımın nəzəri modelləri



Yüklə 31,38 Kb.
səhifə4/7
tarix22.05.2022
ölçüsü31,38 Kb.
#58995
1   2   3   4   5   6   7
Makroiqtisadiyyat Mövzu 12

Dövlət borcu – dövlətin xərclərinin gəlirlərinin üstələməsi.
Daxili imkanlar hesabına onu örtmək üçün gərək öz banklarından özsahibkarlarının öz xüsusi banklarından və ümumiyyətlə banklarda olan rezerv vəsaitlərindən cəlb olunsun. Amma bu büdcə defsiti müəyyən məbləğlərdə qeydə alınır, sonra isə müvafiq hesablaşmalar aparılır və gələcəkdə dövlətin borcunun həcmi dəyişilə bilər. Amma daxili borcu o qədərdə dövləti çox narahat etmir. Yəni öz sahibkarlarının öz bankirlərindən alınmış borcdur. Və ona həmişə müəyyən şəkildə cavab vermək mümkündür. Dövlət öz daxili büdcə xərclərinin nisbətlərinin dəyişməklə vəsait ala bilər amma xarici borclar artsa onda dövlət ya vergiləri artırmalıdır yada ki bütün əmək sahiblərini daxili məqsədlər üçün səmərəli xərcləmək əvəzinə xarici borcları ödəməyə xərcləməlidir. Xarici borc belədir ki, borc verənlərin qarşısında öhdəlik götürmək deməkdir. Onlar daha daxili qanunlarla tənzimlənmir. Beynəlxalq formada tənzimlənmiş borc alıb vermə qanunları ilə tənzimlənir. İqtisadçılar belə hesab edirlər ki, xarici borclar ÜDM -un 20 faizindən çox olarsa, bu artıq təhlükəli hesab olunur. Düzdür inkişaf etmiş ölkələrin kredit maliyyə bazarı o qədər genişdirki, müvəqqəti sərbəst qalmış pullar böyük sürətlə artır. Ona görə də belə olanda onlardan borc alınaraq istifadə olunması daha məqsədə uyğundur, nəinki onların banklarda yatması. Banklarda yatan pullar sadəcə sandıq puluna çevirilir.
İE=LM bərabərlik şərtinə görə mütləq pul əgər xərclənmirsə sandıq puluna çevrilir və iqtisadi problemlərin həllinə xidmət etmir. Ona görədə desifitlərə yol vermək daha məqsədə uyğundur, nəinki pul artıqlığına ardıcıl yol vermək. Amma bazar iqtisadiyyatı daima risklərlə müşayiət olunur. Ona görədə sahibkarlar özləri risk edib bu pulları borc alıb xərcləməkdə ehtiyatla davranırlar. Keynisçi nəzəriyyədə həmin nəhəng məbləğlərdə toplanmış pulları xərcləmək üçün riskləri dövlətin üzərinə,dövlətin sərəncamına keçirilməsi əks olunur. Dövlət öz üzərinə götürürsə, dövlət vergilər, cərimələr, ehtiyat fondları, dövlət əmlakının satılması vasitəsilə büdcəyə daxil olan vəsaitlərdir.
Ona görədə dövlətin ümumi gəlirləri ayrı-ayrı sahibkarların gəlirlərinnən əlbəttə xeyli çox ola bilər. Amma bununda həddi var. Xarici borcun 20 faizdən çox olması artıq o deməkdir ki, növbəti illərdən başlayaraq dövlət əldə etdiyi bütün gəlirlərin ən azı 20 fazini xarici borclara ödəməlidir. Azərbaycan hökümətində real vəziyyət belədirki, bu dəyqə biz xarici borcları idarə eliyərkən onların azaldılması istiqamətinə üstünlük vermişik. 18 milyarddan bu il prezidentin çıxışında dediyi kimi 12 milyard yarıma düşmüşdür. Azalmışdır. Ona görə ki, iqtisadiyyat nazirləri belə nəticəyə gəliblərki o borcların artması neft gəlirlərinin azalması ilə müşayiət olunurdu. Və digər sahələr isə o büdcə defisitinin yerini doldurmağa hazır olmadığı üçün yaxşısı budur ki, o xarici borcları artırmayaq. Daxili borclar arta bilər. Kimlərinsə bankında sərbəst qalan işlənmiyən pulları işə salaq. Dövlət qarantiya verirki, onsuzda qaytarılacaq onların pulu. Amma xarici borclarda belə risk etmək məqsədə uyğun deyil. Borc alınıb istifadə olunmursa, bu pulların sandıq puluna çevrilməsidir. Amma biri var sənin pulun sandıq puluna çevrilir. Biri də var, xarici mənbələrdən toplanmış pul. Bizə nə varki Avropanın dünya bankında, və yaxud Avropa rekonstruksiya və inkişaf bankında və yaxud İslam inkişaf bankında çoxlu pullar toplanıb boş qalır. Bunlara biz cavabdeh deyilikki. Xeyiridə ziyanıda onlara aiddir. Amma biz onlarda istifadə edə bilərik. Eliyib etməmək isə bizim qazanclarımızın onlara nə qədər mütənasib olması ilə öçülməlidir. Nə qədərki neft pulları sürətlə artırdı , biz xaricdəndə daha çox borc alıb istifadə edə bilirdik. Amma indi o qədərdə çox artmadığı üçün məhdudlaşdırdıq.
Bütün bunların hamısı pul bazarının idarə edilməsində büdcə vergi mexanizmindən istifadə edilməsinin ümumi qədəridir. Daima bunların arasında bir birini tamamlayan nəticələri müsbət istiqamətdə yönəldən fəaliyyət istiqamətlərinə üstünlük verir.
İqtisadiyyatın əsas quruluşu səmərəlilik və ədalətlilikdir.”
Amma ədalətli olması üçündə ondan da əvvəl səmərəli olmalıdır. Daha çox gəlir = Daha səmərəli iqtisadiyyat = Daha yüksək nəticələr
2-ci. Sosial problemlərin daha səmərəli sürətdə həll edilməsi. Pensiyaların, təqaüdlərin, minimal əmək haqqı, minimal işsizlik səviyyəsi, minimum yaşayış səviyyəsi və.s .

3-cü. Əmtəə və xidmətlərin alınması vasitəsilə investisiya tələbinin artırılması. Yəni əhalinin gəlirləri bütün istiqamətlərdə artırlırsa, yəni əməkhaqqı həm mənfəət, sahibkarların gəlirləri həm də sosial ödənişlər hesabına əhalinin gəlirləri arta bilər. Və artırsa əgər belə imkan varsa əgər satışa daxil olan əmtəə və xidmətlərin keyfiyyəti kəmiyyəti elə olmalıdırki, bu pulların müqabilində onları reallaşdırmaq mümkün olur, hamı öz ünvanına çatır, yəni xərcləmələr təyinatına görə olur. Və belə imkanların əmtəə bazarları pul bazarlarınının mütənasibliyi deməkdir.

Amma hərhalda biz desək ki, bizdə bütün xərcləmələr bizdə çox səmərəlidir, bunuda iddia eləmək çətindir. Çünki bəzən büdcə vəsaitlərinin də havayı yerə göyə sovrulması baş verə bilir.



Yüklə 31,38 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin