Мцяллиф адлы кимйяви реаксийалар



Yüklə 297,45 Kb.
Pdf görüntüsü
səhifə1/8
tarix28.04.2022
ölçüsü297,45 Kb.
#56594
  1   2   3   4   5   6   7   8
07 NuriyevaM
Fiziki-və-kolloid-kimya-2, C fakepathMühazir toplusu-1,2,3, (1), 11 SUS DEKORATIV MATERIALLAR, 58 iag3fvw1nv, 58 iag3fvw1nv, Office party planning, 2.-Metodichka-po-GIM 2015


4(60)2017 

 

 



48 

ORTA MƏKTƏB IX SİNİF KİMYA KURSUNDA ŞAGİRDLƏRİN 

XLORİD TURŞUSU İSTEHSALATI İLƏ TANIŞ EDİLMƏSI İMKANLARI 

YOLLARI 

 

M.S.Nuriyeva, A.Z. Məmmədova 

Azərbaycan Dövlət Pedaqoji Universiteti 

 

 

Məqalədə  məqsəd  şagirdlərə  qeyri-üzvi  maddələrin  istehsalatı  ilə  bağlı 



bilikləri 

daha 

dərindən 

mənimsətmək, 

kimya 

istehsalatına 

maraq 

yaratmaq,şagirdlərin bu mövzuda  qazandıqları bilik  və bacarıqları məharətlə 

təcrübəyə  tətbiq  etmələrinə  nail  olmaqdır.  Qeyri-üzvi  maddələrin  istehsalatının 

öyrədilməsi prosesinin sistemləşdirilmiş qruplar üzrə şagirdlərə mənimsədilməsi 

qeyd edilmişdir. Şagirdlərin xlorid turşusu istehsalatının texnoloji prosesləri və 

texnoloji  sxemləri  ilə  əyani  şəkildə  tanış  edilməsi,  həmçinin  bu  mövzuda  Orta 

Təhsil Müəssisələrində kimya fənnindən sinifdənxaric dərslərinin təşkili zamanı 

müəyyən  zavod  və  fabriklərə  ekskursiyaların  təşkil  olunması  istiqamətində 

müəyyən tədbirlərin həyata keçirilməsi ön plana çəkilmişdir

 

 



İstehsalat  xarakterli  mövzuların  tədrisində  məlum  olan  anlayışlarla  yeni 

anlayışları  əlaqələndirərək  şagirdlərdə  kimya  istehsalatının  ümumi  anlayışlar 

sistemi  haqqında  təsəvvürlər  inkişaf  etdirilir.  Qeyd  etmək  lazımdır  ki,  hazırki 

dövrdə digər ölkələrlə yanaşı kimya respublikası adlanan Azərbaycanda da kimya 

elmi  sürətlə  inkişaf  edərək  son  dərəcə  yüksək  nailiyyətlər  əldə  etmişdir.  Kimya 

elmi  və  onun  nailiyyətlərinin  istehsalata  tətbiqi  nəticəsində  yaradılan  kimya 

sənayesinin inkişafı  məktəblərdə bir dərs predmeti kimi öyrədilir ki, bu da kimya 

istehsalatının müasir dövrümüzdə daha da təkmilləşdirilməsinə şərait yaradır. 

Hər bir maddənin  istehsalına aid kimya dərsi təxminən aşağıdakı plan üzrə 

aparıla bilər:[1] 

a)  maddənin xassəsinin qısa təkrarı 

b) maddənin mühüm birləşmələri 

c)  bu birləşmələrdən elementin çıxarılması 

d) maddəni istehsal etmək üçün laborator qurğusu 

e)  maddənin laboratoriyada istehsalı 

f)  maddənin sənayedə alınması 

g) maddələrin tətbiqi (yalnız proqram çərçivəsində tanış edilir). 

Biz  şagirdlərə  istehsalatla  bağlı  mövzuları  tədris  etdiyimiz    zaman  təkcə 

sintetik vasitələrin deyil, təbii proseslərin də  kimyanın məhsulu olduğunu  qeyd 

etməli,  bu  istiqamətdə  şagirdlərin  maraq  və  meylinin  artırılması  məqsədilə 

istehsalat prosesini gündəlik həyatla əlaqələndirməli, bu mövzuyla bağlı müəyyən 

tədbirlər    həyata  keçirməliyik.  Bununla  əlaqədar  olaraq  ali  məktəblər  orta 




Kimya məktəbdə 

 

49



 

ümumtəhsil  məktəbləri  ilə  əməkdaşlıq  etməli,  onları  hamiliyə  götürməli  və  bu 

istiqamətdə  məktəb  müəssisəsində  şagirdlərin  peşə  tərbiyəsini  həyata  keçirən 

birliklər  yaradılmalıdır.  Çünki,  istehsalat  xarakterli  mövzuların  tədrisi  zamanı 

şagirdlərin  hadisələri  xüsusilə  təcrübi  yol  ilə  izləmələri  və  çıxara  bildikləri 

nəticələrin  elmi  uzaqgörənliyinin  fəaliyyət  prosesində  idraka  təsirindən 

formalaşdırılan  mühakimələrin  dərinləşdirliməsi  istehsalat  xarakterli  mövzuların 

dəyər  və  elmiliyinin  şagirdlər  tərəfindən  yüksək  səviyyədə  mənimsənilməsinə 

xidmət  edir.  [2]  Qeyd  etdiyimiz  prosesin  əsasını  məhz  kimya  dərslərində  vacib 

əməliyyatlardan biri olan müşahidə təşkil edir. Orta təhsil müəssisələrinin kimya 

fənnindən  sinifdənxaric  dərslərinin  təşkili  zamanı  müəyyən  zavod  və  fabriklərə 

ekskursiyaların  təşkil  olunması,  şagirdlərin  istehsalatın  texnoloji  prosesləri  ilə 

əyani  olaraq tanış edilməsinə geniş  imkanlar  yaradır. Bu zaman şagirdlərə əyani 

şəkildə göstərilir ki, reaksiyaya daxil olan maddələrin qarışdırılma üsulundan asılı 

olaraq kimya istehsalatında texnoloji proseslər 3 qrupa bölünür:[5] 

1)  Düz  axınlı  proseslər  –  Bu  zaman  reaksiyaya  daxil  olan  maddələr  bir 

istiqamətdə hərəkət edir 

2) Əks axınlı proseslər – Reaksiyaya daxil olan maddələr bir-birinin əksinə 

hərəkət edir. 

3)  Çarpaz  axınlı  proseslər  –  Maddələrdən  biri  digərinə  nəzərən  müəyyən 

bucaq altında hərəkət edir. 

Artıq  burada  lazımi  zavodlara  təşkil  etdiyimiz  ekskursiyalar  nəticəsində 

şagirdlərdə  əks  axınlı  proseslərin  kimya  sənayesinin  müasir  texnoloji 

sistemlərində  geniş  istifadəsi  haqqında  müəyyən  səviyyədə  təsəvvürlər 

formalaşmış  olur.  Çünki,  müşahidə  nəticəsində  aydın  olur  ki,  düz  axınlı  ilə 

müqayisədə əks axınlı proseslərdə hazır məhsulun çıxımı daha çox olur. Məsələn, 

xlorid  turşusunun  istehsalı,sulfat  turşusunun  nitroz  üsulu  ilə  istehsalı  əks  axınlı 

proses üzrə həyata keçirilir. 

Şagirdlərin  kimya  istehsalatı  ilə  tanış  edilməsinin  ümumi  prinsipləri 

aşağıdakılardır [1]: 

Nümayiş təcrübələrini zavod qurğularındakı üsula yaxınlaşdırırlar: 

  Hər  hansı  maddəni:  məsələn,  duzu  istehsal  edərkən  əvvəla  praktiki  həyatda 

böyük  əhəmiyyətə  malik  olan  duzun  şagirdlər  tərəfindən  proqram 

çərçivəsində istehsalına nail olurlar və onların necə və hansı normada istifadə 

edildiyini də öyrənirlər. 

İstehsalatla bağlı mövzuların tədrisində müəllimin qarşısında duran başlıca 

vəzifə:Dərs  zamanı  keçirilən  mövzuları  bilavasitə  praktikayla  əlaqələndirmək, 

laboratoriyada  sınaq  şüşələrində,  kimya  stəkanlarında  və  ya  kolbalarda  kiçik 

miqyasda  nümayiş  etdirilən  təcrübələrin  kimya  istehsalatında  geniş  miqyasda 

tətbiq  olunduğunu  şagirdlərə  başa  salmaq,  laborator  şəraitində  istehsal  edilən  və 

xassələri  öyrənilən  hər  hansı  elementin  və  ya  maddənin  həyatda,  istehsalatda  və 




Yüklə 297,45 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə