MəKTƏBDƏn başlayan sağlamliq!



Yüklə 33,13 Kb.
tarix02.01.2022
ölçüsü33,13 Kb.
#45211
Təhsil mühəndisiliyi Strukturlu



Ümumi məlumat
MƏKTƏBDƏN BAŞLAYAN SAĞLAMLIQ!

Təhsil prosesinin əsas hədəfi şəxsiyyətin hərtərəfli, sağlam formalaşdırılması və vətəndaş hazırlığıdır. Bu prosesdə fərdlər dövrün tələb etdiyi kompetensiya və təcrübələrə yiyələnərkən həmçinin sosiallaşaraq yaşadıqları müasir cəmiyyətin və bütövlükdə dünyanın bir üzvünə çevrilirlər.




Mövcud vəziyyət/problem və fəsadları

Mövcud vəziyyət

Təhsil mühəndisliyi prinsiplərinin nəzərə alınmadan qurulan təlim|tədris prosesi mövcud dünya təhsil sistemində bir çox qlobal problem və məktəb xəstəliklərinə səbəb olur:



  • Məktəblilərin sağlamlıq vəziyyətinin məktəbdaxili mühitdən və tədris formasından yüksək dərəcədə asılılığı son illərin gigiyenik müayinələrində təsdiqini tapmışdır.

  • İnsanın sağlamlığı orqan və toxumaların oksigen və qida maddələri ilə təminatından asılıdır. Orqanlara oksigen və qida maddələrini qan çatdırır. İnsan oturan kimi qan dövranın sürəti təxminən 4 dəfə azalır və 200-dən artıq əzələ daha az işləyir.

  • Məktəbyaşlı uşaqlar oyaq vaxtının 25%-ni sinifdə keçirir. Mövcud dünya təhsil texnologiyaları və sinif otaqlarının təchizatını şərtləndirən amillər həmin müddət ərzində uşaqların sinifdə oturaq vəziyyətdə olmasını tələb edir.

  • Beləliklə, uşaqlar 11 il ərzində sinifdə oturaq vəziyyətdə olduğundan qan dövranının sürəti orta hesabla 4 dəfə azalır, 200-dən artıq əzələsi isə daha az işləyir. Ayaq üstə işləməyə vərdiş edən uşaqlarda isə qan dövranı normal, əzələ fəallığı yüksək olur. Deməli, ayaq üstə işləməyə vərdiş edən uşaqların daha sağlam olması və normaya uyğun fiziki inkişafda olması aksiomadır.

  • Ümumi təhsilini başa vuran yeniyetmələrdə hərəkət məhdudiyyəti fiziki inkişaf, qamət, görmə və digər sağlamlıq ilə əlaqədar problemlərin yaranmasının əsas səbəblərindən sayılır. Elmi araşdırmalar göstərir ki, bəzi hallarda məktəbi bitirənlərin yalnız 3-4%-i tam sağlam olur.

Təəssüflər olsun ki, bu kimi qlobal problemlər və məktəb xəstəlikləri ilə ölkəmizdə də qarşılaşırıq. Azərbaycan Respublikası Statistika Komitəsinin 2009-2014-cü illər üçün verdiyi 14-17 yaşlı yeniyetmələrin xəstələnmə hallarının müqayisəli təhlili göstərir ki, bu illər ərzində həmin göstərici 1,7 dəfə artmışdır. Xüsusilə də, aşağıda qeyd edilən xəstəliklərdə daha çox artım qeyd edilir:



  • göz və gözün əlavə aparatı – 3 dəfə

  • həzm sistemi – 2,8 dəfə

  • sümük-əzələ sistemi və birləşdirici toxuma – 3,7 dəfə

  • qan dövranı sistemi – 1,9 dəfə

  • sinir sistemi xəstəlikləri – 2,1 dəfə

  • psixi pozğunluqlar və davranış pozğunluqları – 1,5 dəfə

  • ibtidai siniflərdə şagirdlərin 29%-nin görmə problemləri olduğu halda, məktəbi bitirənlərin artıq 45%-də belə problem var;

  • Yuxarı sinif şagirdlərinin 41%-də qamət problemləri aşkar edilmişdir;

  • Oğlanlar arasında normal fiziki inkişaf pozuntusu olan uşaqların sayı birinci sinifdə 19%-i təşkil etdiyi halda, beşinci sinifdə bu göstərici 33%-ə, məktəbi bitirəndə isə 40%-ə çatır. Qızlarda eyni problemə oğlanlardan orta hesabla iki dəfə az rast gəlinir.


Məsələlərin həlli, suallar



  • Məsələnin həllinə müasir elmi yanaşma necədi?

  • Alimlər və ekspertlər nəyi məsləhət görür?

  • Qabaqçıl ölkələrin təcrübəsi nədir?



Həll yolu

Mərkəzində insanın təhsili, tərbiyəsi və inkişafı kimi həyati əhəmiyyəti olan bu böyük və mütəşəkkil prosesin istər planlanması və təşkili, istər iştirakçılarının (şagird, müəllim, valideyn, cəmiyyət) prosesə cəlb olunması, istərsə də idarə edilməsi baxımından elmi əsaslarla, hərtərəfli və olduqca həssas formada bir mühəndis kimi həyata keçirilməsi tələb olunur. Bu da öz növbəsində insanı və prosesləri tanımağa, idarə etməyə, inkişaf etdirməyə imkan verən psixologiya, anatomiya, fiziologiya, sosialogiya, pedaqogika, fəlsəfə, idarəetmə və s. elmlərin əsasında prosesin qurulmasında zəruri hala gətirir. Təhsil Mühəndisliyi anlayışı təhsil prosesinin bu əsaslarla planlanması və qurulmasıdır.



Təhsil prosesinin hədəfinə uğurla çatması üçün təhsilin mühəndisləri olan təhsil işiçiləri, təhsil idarəçiləri və ən əsası da müəllimlər tərəfindən diqqətlə və məsuliyyətlə icra olunması labüddür. Riyaziyyat, fizika və kimya qanunlarının tələblərini nəzərə almayan mühəndis yaxşı körpü qura bilmədiyi, binalar inşa edə bilmədiyi kimi, pedaqoji prosesləri qurarkən təhsilalanların fərdi fizioloji, psixoloji, sosioloji və s. tələblərinin nəzərə alınması Sağlam və proqressiv Azərbaycan vətəndaşının formalaşmasında əsas şərtlərdir.


Əsas və konkret Çağırış mesajı


  1. ...................................... edilməsi


Yüklə 33,13 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin