MƏMMƏdov qəRİb xəLİlov mahmud


 Yeni sivilizasiyanın mədəniyyəti və əxlaqı



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə71/75
tarix04.05.2017
ölçüsü4,78 Mb.
1   ...   67   68   69   70   71   72   73   74   75

21.3. Yeni sivilizasiyanın mədəniyyəti və əxlaqı 

XXI əsrin başlanğıcında bəşəriyyət görünməmiş miqyasda kəskinləşdiyi vəziyyətə düşmüşdür. Bu problemlər 

fonunda nəinki Yerin geofiziki vəhdəti, bizim sivilizasiyanın dəyərləri sisteminin, mədəniyyətin vahidliyi real şə-

kildə dərk edilməyə başlamışdır. 

Mədəniyyət insanların həyat tərzinin təşkili və adaptasiyası kimi onların bir-birinə və təbii mühitə münasibə-

tinin vacib göstəricisidir. Məzmunundan və istiqamətindən asılı olaraq o, xalqları bir-birinə yaxınlaşdıra və ayı-

ra bilər. Bizim zəmanəmizdə bəşəriyyətin sağ qalması, özünəməxsus milli mədəniyyətləri ümumbəşəri dəyərlər-

lə birləşdirən vahid dünya mədəniyyətinin yaranmasından asılıdır. 

Müasir dünyanın mürəkkəb problemləri şəxsiyyətin intellektual və humanist keyfiyyətləri haqqında məsələni 

kəskin şəkildə ortaya qoyur. Aşkar olur ki, fərdin formalaşması milli ilə yanaşı, dünya mədəniyyətinin təsiri al-

tında getməlidir. Bu iki ölçünün uyğunluğu insanın sosial və  ətraf mühitlə münasibətlərindəki birtərəflilikdən 

yayınmağa imkan verər. 

Dünya mədəniyyətinin təşəkkül tapmasını çox vaxt yalnız mədəniyyətin avropalaşması ilə eyniləşdirirlər. 

Dünya mədəniyyəti bütün dünya xalqlarının mədəniyyətinin nailiyyətlərini özündə birləşdirməklə, onların müs-

təqilliyini qoruyub saxlayır. Bəşəriyyətin vahid mədəniyyəti ayrı-ayrı xalqların mədəniyyətini əvəz etmir, onları 

zənginləşdirir, onlara müasir dövrün problemlərinin həllində köməklik göstərir. Başqa sözlə, mədəniyyət insan-

ların həyat fəaliyyətinin milli səviyyədə sadə təcrübəsi kimi deyil, çoxölçülü, qlobal proseslərlə əlaqədar hadisə 

kimi qarşımızda durur. 

Həm milli, həm də dünyəvi inkişafın əsasını insanla təbiətin harmoniyası təşkil etməlidir. İqtisadiyyatın inki-

şafına istiqamətlənmiş əvvəlki strategiyanın yerinə mərkəzində insanın durduğu strategiya gəlməlidir. İnsanların 

müasir həyat tərzi və onların məqsədi sənaye cəmiyyəti dövründə formalaşdığına görə əsaslı şəkildə dəyişməli-

dir. Ona görə də təkcə mədəni ənənələr deyil, yeni ekoloji mədəniyyətin məqsədyönlü inkişafı da zəruridir. 

Ekoloji mədəniyyət insanın təbiətlə onu dərindən dərk edilməklə birləşməsinin, barışmasının yeni üsuludur. 

Ekoloji mədəniyyətin ən vacib əlaməti sadəlövh antroposentrizmdən imtina edilməsi və biosferosentrik ba-

xışların qurulduğu baxışlara keçilməsidir. Bu o deməkdir ki, indi istənilən problemin həllində üstünlük sosial-iq-

tisadi amillərə deyil, təbii amillərə verilməlidir. 

Belə yanaşmanın son məqsədi də, bilavasitə olmasa da, onun mövcud olduğu təbii mühiti saxlamaqla yenə 

də insandır. Ekoloji mədəniyyətin ölçüsü kimi ekoloji etika çıxış edir. Ekoloji etikaya əxlaq münasibətləri sfera-

sında «insan-insan», «insan-cəmiyyət» ənənəvi münasibətləri ilə yanaşı «insan-təbiət» münasibətlərinin bir sıra 

cəhətləri daxil edilmişdir. 


 

412


Ekoloji etikaya məxsus olan əsas xassələr içərisində aparıcı xüsusiyyəti gələcək nəsillərin yaşayacağı  təbii 

mühitə olan qayğı təşkil edir. Ekoloji etikanı onun ənənəvi istiqamətlərindən fərqləndirən onun üzünü gələcəyə çe-

virməklə, indinin qayğısına qalmasıdır. 

 

Ekoloji etikanın vəziyyəti artıq indi aşağıdakı tələbləri təklif etməyə imkan verir: gələcək nəsillərin yaşaması 



imkanını pozan istənilən hərəkətdən imtina etmək; təbii mühitin vəziyətinə təsir göstərən qərarların qəbulunda 

gələcək nəsillər qarşısındakı məsuliyyət ölçüsü aparıcı olmalıdır; indiki nəsillərin mənafeyinə görə gələcək nə-

sillərə ziyan vurulmasına yol verilməməlidir. 

 

İnsanla təbiət arasında qarşılıqlı münasibətlərin harmoniyasının təmin edilməsinə xidmət edən ekoloji etika-



nın müddəaları o zaman reallaşa bilər ki, o, insan fəaliyyətinin bütün sahələrini (təhsil, tərbiyə, siyasət və s.) 

əhatə etsin. Yalnız bu halda ekoloji məzmunla dolmuş etik normalar xoş arzular kimi qalmayıb, yeni ekoloji cə-

miyyəti yaxşılaşdıra bilər. 

 

Sivilizasiyanın sonrakı inkişafı üçün insanların həyat fəaliyyəti, onların təşkili qaydası tənzimlənməlidir. Mil-



li mədəniyyət dəyərlərini tamamlayan ümumbəşəri dəyərlərin zəruriliyi aşkar olur. Birləşdirici humanist müd-

dəalar ekoloji etika sayəsində inkişaf edir. Bu mədəniyyətlərin dialoqu, millət və xalqların qarşılıqlı anlaşması 

üçün əsas verir. Ekoloji etika əsasında təbiətə yeni münasibət, ondan şüurlu, düşüncəli istifadə mədəniyyəti for-

malaşır. 

 

21.4. Siyasi ekologiya 

Siyasi ekologiya təbii mühitin vəziyyətinin siyasi proseslərə təsirini, ekoloji problemlərin həllinin vəziyyətini 

öyrənir. 

Siyasət (yun. politike – dövləti idarəetmə bacarığı) – təşəkkül tapmış ictimai qaydaları cəmiyyətdə qorumaq 

məqsədilə müxtəlif sosial qruplar və siniflər arasındakı münasibətləri tənzimləyən xüsusi fəaliyyət formasıdır. 

Siyəsət tarixən özünün əsas məqsədini müəyyən hakimiyyətin reallaşdırılmasından ötrü əlverişli şəraitin yaradıl-

masında görmüşdür. 

Cəmiyyətin iqtisadi maraqları son nəticədə siyasi hərəkətlərin əsas səbəbi kimi çıxış edir. Lakin siyasət də öz 

növbəsində iqtisadiyyatın inkişafına əks təsir göstərir, bəzən isə yeni iqtisadiyyatın yaranmasına səbəb olur. 

Müəyyən siyasətin həyata keçirilməsi uyğun siyasi hakimiyyətsiz mümkün deyildir. Bura dövlət aparatı, si-

yasi partiyalar, həmkarlar ittifaqı və başqa siyasi təşkilatlar daxildir. 

Mövcud hakimiyyətin saxlanması ikitərəfli, həm daxili, həm də xarici siyasətin yeridilməsini nəzərdə tutur. 

Əgər birinci ölkə daxilində sosial-iqtisadi və başqa proseslərə nəzarət və idarə etmək üçündürsə, ikincisi bu mə-

sələlərin yerinə yetirilməsi üçün əlverişli dövlətlərarası münasibətlər yaratmalıdır. 

Siyasət elmi məlumatlara əsaslanmalı, əxlaqın yüksək kriterilərinə uyğun gəlməlidir. Bu gün məlum olmuş-

dur ki, siyasət insanların təkcə sosial, mədəni, iqtisadi tələblərini deyil, həm də ekoloji tələblərini də nəzərə al-

malıdır. Əgər hava ilə nəfəs almaq, suyu içmək, qidanı yemək mümkün deyilsə, onda bütün siyasi problemlər öz 

gücünü itirir. 

Təbii mühitin vəziyyəti problemi planetin praktiki olaraq bütün regionlarının əhalisində böyük maraq və hə-

yəcan hissi yaradır. İnkişaf etmiş ölkələrdə ekoloji məsələlər milli problemlər siyahısında birinci yerdə durur. 

Yaşama şəraitinin keyfiyyətcə pisləşməsi sosial ziddiyyətlərin kəskinləşməsinə, sosial sahədə gərginliyin art-

masına gətirib çıxarır. Ekoloji ziddiyyətlər müasir cəmiyyətdə çox vaxt sosial ədalətsizliyin dərinləşməsinə sə-

bəb olur. «Ekoloji cəhətdən təmiz mühitdən»  istifadə əsasən inkişaf etmiş ölkələrin və varlı təbəqələrin imka-

nında olur. 

Belə  vəziyyət ekoloji məsələlərə siyasi partiyaların yüksək maraq göstərməsini müəyyən edir. Belə ki, bu 

gün heç bir partiya əhalinin ekoloji tələblərini nəzərə almadan seçkilərdə qələbəyə ümid bəsləyə bilməz. Siyasi 

partiyaların proqram sənədlərində onların ekoloji məsələlərə dair mövqeyi əks olunmuşdur. 

Siyasi ekologiya ictimai həyatın demokratikləşdirilməsinə, söz azadlığına, ekoloji informasiyanın aşkarlığına 

xüsusi  əhəmiyyət verir. Bu, ekoloji problemlərin həlli üçün vacib şərtdir. Demokratikləşmə, cəmiyyətin idarə 

edilməsində inzibati metodlardan imtina edilməsi, təbii mühitin vəziyyətinə dair informasiyaya məhdudiyyətlə-

rin qoyulmaması təbiətin mənimsənilməsinin, onun ehtiyatlarından optimal istifadənin alternativ yollarının se-

çilməsi üçün real zəmin yaradır. 

Əhalinin geniş təbəqələri tərəfindən ekoloji istehlakın zəruriliyinin dərk edilməsi və ekoloji biliklərin popul-

yarlaşdırılması kütləvi ekoloji hərəkatların yaranmasını şərtləndirmişdir. Hazırkı vaxtda bu hərəkatların ideyala-

rının yayılması dünyadıkı siyasi prosesləri bir çox cəhətdən müəyyən edir, dövlət təşkilatlarının, ənənəvi siyasi 

partiyaların və həmkarlar təşkilatlarının fəaliyyətinə təsir göstərir. 

Müasir ekoloji hərəkat təşkilati cəhətdən formalaşaraq sürətlə siyasiləşir. «Yaşıllar» partiyaları əksər inkişaf 

etmiş ölkələrdə mövcuddur, onların nümayəndələri isə bir çox milli parlamentlərin tərkibinə daxildir. 

«Yaşıllar» partiyası üçün az və ya çox ümumi olan əsas siyasi prinsiplər aşağıdakılardır: 


 

413


-

 

əsas diqqətin ekoloji problemlərin səbəb və konkret təzahürlərinə verilməsi; 



-

 

dünyada möhkəm sülhə nail olunması və ümumi tərk-silah; 



-

 

ictimai həyatın müxtəlif sahələrində demokratik inkişaf yollarının müdafiə edilməsi; 



-

 

ekoloji etika və mədəniyyətin təbliği; 



-

 

ekoloji iqtisadiyyatın, energetikanın və texnologiyanın alternativ növlərinin inkişafına köməklik göstər-



mək. 

«Yaşıllar»ın beynəlxalq təşkilatlara birləşməsi baş verir. «Qrinpis» ekoloji təşkilatının fəaliyyəti hamıya yax-

şı məlumdur. 

Biosfer ehtiyatlarının tükənməsi, təbii mühitdə müxtəlif tip çirklənmələrin toplanması və bununla əlaqədar 

xəstəliklərin və ölümün artması siyasətçilər qarşısında ayrı-ayrı dövlətlərin və bəşəriyyətin bütövlükdə təhlükə-

sizliyi problemini qoymuşdur. 

Bir çox ölkələrdə milli təhlükəsizlik konsepsiyasına ekoloji amil mütləq nəzərə alınmaqla baxılır. 

Beynəlxalq siyasətdə  də ekoloji amil güclü rol oynamağa başlamışdır. Bu, dünya ictimaiyyətinin ekoloji 

problemlərinin həm qlobal, həm də regional təzahürlərinin həllində əməkdaşlığının zəruriliyindən irəli gəlir. 

Siyasi ekologiyada mərkəzi yeri dövlətlərarası ziddiyyət və konfliktlər tutur. Onların səbəbləri: 

1) çirkləndirici maddələrin dövlətlərarası daşınması (hava və su yolları və s. vasitələrlə); 

2) qonşu ölkələrin təbii mühitinə ziyan vuran sənaye qəzaları; 

3) bütün bəşəriyyətə məxsus olan ehtiyatlardan (Yaxın Kosmos, Dünya okeanı, Antraktida və s.) istifadə

4) hərbi fəaliyyət ilə (silahların sınaqdan keçirilməsi, hərbi əməliyyatlar və s.). 



Ekoloji ziddiyyətlərin dərinləşməsi yerlərdə insanların gələcək üçün məsuliyyətini artırır, onların siyasi qə-

rarların qəbulunda iştirakına təsir göstərir. Bu özünü konkret olaraq ekoloji hərəkat və təşkilatların formalaş-

masında biruzə verir. Onlar yeni həyat formalarının təşkilinin tapılması ilə çıxış edən alternativ hərəkatlara aid 

edilir. Son onilliklərdə ekoloji hərəkatlar ayrı-ayrı ölkələrin siyasətinə xeyli təsir göstərmişlər. Bir çox ənənəvi 

partiyalar da «yaşılların»şüarlarını qəbul etmişlər. Ekoloji təhlükəsizliyin təmin edilməsi milli və dünya siyasə-

tinin tərkib hissəsi olmuşdur. 

 

21.5. Ekoloji hüquq 

Davamlı inkişafa keçid yalnız hərtərəfli əsaslandırılmış qanunun aliliyi və icra edilməsi təmin edilən, insa-

nın və ekosistemin hüquqi müdafiəsi mövcud olan hüquqi dövlət şəraitində mümkündür. 

Hüquq – cəmiyyətdə insanların münasibətini tənzimləyən, müəyyən mənada dövlət tərəfindən müəyyən edi-

lən və qorunan normaların məcmusudur. Hüquqi dövlətin yaranması kimi cəmiyyətin mövcudluğu sivilizasiya 

formasına keçid ilə əlaqədar yaranmışdır. İbtidai icma cəmiyyətində insanlar arasında münasibətlər normalarla 

həyata keçirilirdi, yəni təbii zəruriliyə əsaslanan adətlər vasitəsilə tənzimlənirdi. Sivilizasiyanın hələ ilk mərhə-

lələrində bu normaları dəqiq formalaşdıran və ciddi şəkildə gözləyən qanunlara ehtiyac yarandı. 

Uzun müddət hüquq qanunlar şəklində dövlət hakimiyyətinin əlavəsi, davamı kimi mövcud olmuşdur. Qa-

nunları dövlət müəyyənləşdirir, onların həyata keçirilməsini təmin edirdi. 

Hüquq tam inkişafına və öz rolunun həyata keçirilməsinə yalnız demokratiya şəraitində çatır. Hüququn alili-

yi təsdiq edilir, o dövlət hakimiyyəti üzərində yüksəlir, yəni hüquqi dövlət yaranır. 

Hüquq demokratik cəmiyyət şəraitində: 

-

 



dövlət hakimiyyətini əlaqələndirir və özünə tabe etdirir; 

-

 



dərin əsaslanmalar əldə edir və ölkə konstitusiyasında möhkəmlənir; 

-

 



müstəqil və güclü olan məhkəmə ilə birləşir. 

Hüquq dövlət haqqında təsadüfi təsəvvürlərin formalaşmasına Qədim Yunan və Romanın hüquqi ideyaları, 

antik demokratiyanın təcrübəsi xeyli təsir göstərmişdir. 

Antik aləmdə ədalətli dövlət hakimiyyəti kimi simvolik olaraq hüquq və qüvvənin birləşməsini təmsil edən 

ilahə obrazı qanun və hüquqi qaydada Femidada ifadə edilmişdir (gözlərdə sarğı, qılınc və ədalət tərəzisi ilə:) 

hamı üçün zəruri olan bərabər ölçüdə qanunçuluq ilahə tərəfindən mühafizə olunur. 

«Hüquqi dövlət» termininin özü (almanca Rechtsstaat) XIX əsrin birinci üçdə bir hissəsində ədəbiyyatda təs-

diq edilmişdir. 

Lakin hüquqi dövləti tərənnüm edən müxtəlif təlimlər Yeni dövrdə formalaşmağa başlamışdır. Onlar feodal 

özbaşınalığının tənqidi, humanizm ideyaları və insan hüquqları məcrasında inkişaf edirdi. 



Hüquqi dövlətin ən vacib fərqləndirici əlamətlərinə qanunun aliliyi, fərdlərin hüquq və azadlığının reallığı, 

suveren dövlət hakimiyyətinin qanunvericilik, icra və məhkəməyə bölünməsi əsasında təşkili və fəaliyyəti daxil-

dir. 

Hüquq insan üçün əlverişli təbii şəraitin təmin edilməsində müəyyən rol oynaya bilər. Hüquqi dövlət şəraitində 

o, «cəmiyyət - təbiət» münasibətlərinə normativ, vacib səciyyə yetirə bilər.  

Ekoloji münasibətlərin (o cümlədən ictimai) hüquq vasitəsilə tənzimlənməsi yeni əsaslandırılmış qanunların 

qəbulu ilə başlamalıdır. Qanunçuluğun əsasını ölkə konstitusiyası təşkil edir. Beynəlxalq normalara uyğun ola-

raq, konstitusiya ekoloji münasibətlərin tənzimlənməsində dövlətin ümumi yanaşmasını müəyyənləşdirir. Belə 



 

414


ki, dünyanın  əksər ölkələrinin konstitusiyası BMT tərəfindən 1948-ci ildə  qəbul edilmiş  «İnsan hüquqlarının 

ümumi Bəyannaməsi» və insan hüquqlarına dair başqa beynəlxalq sənədlərin ideyalarını özündə ifadə edir. 

İnsanın vətəndaşlıq və siyasi hüquqlarına dair BMT-nin 1976-cı ildə qəbul etdiyi Paktın mərkəzi yerini hər 

bir insanın inkişafı, ətraf mühitin sağlam və ekoloji cəhətdən tənzimlənmiş şəraiti, sülh şəraitində yaşamaq və 

bəşəriyyətin ümumi irsinə olan hüquqlar tutur. Həmin hüquqlar ayrı-ayrı ölkələrin konstitusiyasında dəyişiklik-

lərin edilməsinə təsir göstərir. Bu hüquqlar əsasında vətəndaşların ekoloji hüquqları, təbii mühitin mühafizəsi, 

təbii ehtiyatlardan səmərəli istifadə haqqında konkret qanunçuluq təkmilləşdirilir. 

 

 



Şəkil 21.1. Ekoloji hüququn əsasları  

(Nuriyev, Əsgərov, Əhmədov, 2003) 

 

Şəxsiyyətin ekoloji hüququnda ona bir tərəfdən təsərrüfat fəaliyyətinin subyekti, təbii mühitə təsir göstərən, 



ona görə  məsuliyyət daşıyan, digər tərəfdən belə təsirin obyekti, ekoloji ziyanın qarşısını almaq, bərpa etmək 

hüququna malik kimi baxılır. Bu zaman vətəndaşların ətraf mühitə olan hüququ iki əsas vəziyyət ilə müəyyən 

olunur: ekoloji tərbiyə və təhsillə, ekoloji hüquqların dövlət təminatı ilə. Mövcud vəziyyət onunla şərtlənir ki, 

hər bir vətəndaş (ixtisasından asılı olmayaraq) ekoloji biliklərin əsasını bilməlidir və işçiləri bu və ya digər vəzi-

fəyə qoyduqda onun ekoloji hazırlığının səviyyəsini nəzərə almaq lazımdır. 

Vətəndaşların ekoloji hüquqlarının dövlət təminatına vətəndaşların sığortası, dövlət və ictimai fondların ya-

radılması, təbii mühit üzərində nəzarət, müşahidə və s. daxildir. 

Vətəndaşların ekoloji hüquqları aşağıdakılardır: 

– təbii mühitin vəziyyəti və onun mühafizəsi tədbirləri haqqında düzgün informasiyanın verilməsi haqqında 

sorğu etmək; 

– ekoloji cəhətdən ziyanlı obyektlərin yerləşdirilməsi, tikintisi, istismarı haqqında qərarların ləğv edilməsini 

tələb etmək; 

 

ekoloji qanun pozuntularına görə məsul və günahkar şəxslərin məsuliyyətə cəlb edilməsini tələb etmək. 



Ekoloji qanunların yerinə yetirilməsi bütün dövlət orqanları sistemi, ekoloji ekspertiza təşkilatları, qorunan 

ərazi və obyektlərin təşkili vasitəsilə həyata keçirilir. Sonuncular ərazi-qoruq fondunu əmələ gətirir, bunlar bios-

fer qoruqları, yasaqlıqlar, milli təbii parklar, təbiət abidələri, «Qırmızı kitaba» daxil edilmiş nadir və nəsli kəsil-

məkdə olan bitki və heyvan növlərindən ibarətdir. 

Beynəlxalq səviyyədə insanın  əlverişli  ətraf mühitə olan hüququnun təmin edilməsində BMT-nin müxtəlif 

qurumlarının böyük rolu vardır. Onlar tərəfindən  ətraf mühitin vəziyyətinin yaxşılaşdırılması üçün çoxsaylı 

proqramlar işlənmişdir: ÜST (Ümumdünya Səhiyyə Təşkilatı) – «Ətraf mühitin gigiyenası»; ƏKTT (Ərzaq və 

Kənd Təsərrüfatı Təşkilatı) – «Kənd təsərrüfatı kimyəvi maddələri və tullantılar»; YUNİDO (sənaye əməkdaşlı-

ğı üzrə BMT təşkilatı) – «İstehsal mühiti»; YUNESKO (BMT təhsil, elm və mədəniyyət məsələləri üzrə) – «İn-

san və biosfer». Nəzərdə tutulmuş proqramların həyata keçirilməsinə YUNEP (ətraf mühit üzrə proqram) 1972-

ci ildən rəhbərlik edir. 

BMT-nin ətraf muhit və inkişaf üzrə Beynəlxalq komissiyası (MKOSR) tərəfindən bütün ölkələrə ətraf mü-

hitin mühafizəsi və davamlı inkişafın prinsiplərinin hüquqi toplusu təklif edilmişdir:  

İnsanın əsas hüququ 


 

415


 Bütün insanlar onların sağlamlığı üçün əlverişli olan ətraf mühitə əsas hüquqa malikdirlər. 

Nəsillər arası bərabərlik 

Dövlətlər ətraf mühiti və təbii ehtiyatları indiki və gələcək nəsillərin marağına uyğun olaraq qoruyur və isti-

fadə edir. 

Ekosistemlərin qorunması və onlardan davamlı istifadə 

Biosferin fəaliyyətindən ötrü vacib ekosistem və ekoloji proseslər, bioloji müxtəliflik dövlətlər tərəfindən qo-

runur və canlı  təbii sərvətlərdən və ekosistemlərdən istifadə zamanı optimal davamlı  məhsuldarlığın alınması 

prinsipi gözlənilir. 



Ekoloji normalar və monitorinq 

Dövlətlər ətraf mühitin mühafizəsinin uyğun normalarını müəyyən edir, ətraf mühitin keyfiyyətində dəyişik-

liklər və sərvətlərindən istifadə üzərində monitorinq tətbiq edir, həmçinin əldə edilmiş məlumatları nəşr etdirir. 

Dövlətlər qabaqcadan ekoloji qiymətləndirməni hazırlayır, yaxud təklif olunan fəaliyyət növü ilə  əlaqədar 

onları həyata keçirir bu da öz növbəsində xeyli miqdarda ətraf mühitə təsir göstərə bilər, yaxud hər hansı bir tə-

bii sərvət növündən istifadə edə bilər. 



İlkin xəbərdarlıq 

Planlaşdırılmış fəaliyyətin müəyyən dərəcədə toxunduğu bütün şəxslərə dövlət tərəfindən əvvəlcədən xəbər-

darlıq edilir, onların inzibati və məhkəmə məsələlərində hüquqları qorunur. 

Davamlı inkişaf və kömək 

Dövlətlər ətraf mühitin qorunmasının planlaşdırmanın tərkib hissəsi kimi baxıldığı şəraiti təmin edir, başqa 

ölkələrə, xüsusən də inkişaf etməkdə olan ölkələrə ətraf mühitin qorunması və davamlı inkişafın təmin edilmə-

sində köməklik göstərirlər. 



Ümumi əməkdaşlıq borcu 

Dövlətlər yuxarıdakı hüquq və vəzifələrin həyata keçirilməsi üçün başqa dövlətlərlə əməkdaşlığa çalışırlar. 

Hüquqi dövlətdə insanlar arasında münasibət hüquq normasını ifadə edən və hamı üçün məcburi olan qanun-

ların köməyi ilə  tənzimlənir. İnsanların təbiəti yenidən dəyişdirici fəaliyyəti nisbətən yaxın vaxtlarda hüquqla 

qaydaya salınmışdır. Sağlam ətraf mühit hüququ yeni hüquq nəslinə məxsusdur. Onun ayrı-ayrı ölkələrin konsti-

tusiyasına daxil edilməsi bütün dövlətləri düşünülməmiş ekoloji hərəkətlərə görə məsuliyyət daşımağa məcbur 

edir. 

C. Q. Nuriyev, Ə. T. Əsgərov, Z.V.Əhmədov (2003) «Ekologiya hüququ» haqqında yazdıqları  dərslikdə 

respublikamızda ekologiya ilə bağlı bütün hüquqi məsələlərin şərhi verilmişdir. Kitabda ekologiya hüququnun 

əsas mənbəyi – səlahiyyətli dövlət orqanları tərəfindən qəbul edilən normativ hüquqi aktlar (qanunlar, qərarlar, 

təlimatlar və s.) olduğu göstərilir. Ekoloji hüququn mənbələrinə aşağıdakılar aid edilir: Azərbaycan Respublika-

sının tərəfdar çıxdığı Beynəlxalq müqavilələr, AR Konstitusiyası, AR-nın Milli Məclisinin qəbul etdiyi qanun-

lar, məcəllələr, qərarlar, AR Prezidentinin qərarları, AR Nazirlər Kabinetinin qərarları, müxtəlif nazirliklərin və 

Baş idarələrin təlimatları və digər normativ aktlar, İcra Hakimiyyəti orqanlarının qanun quvvəli normativ hüquqi 

aktları. Onların arasında hər şeydən əvvəl AR –ın Konstitusiyasını və ekoloji münasibətləri tənzimləyən ən mü-

hüm normativ hüquqi aktları ayırmaq lazımdır. Belə normativ hüquqi aktlar içərisində baza rolunu oynayan 

«Ətraf mühitin mühafizəsi haqqında» Azərbaycan Respublikasının Qanunudur. Bu qanun ətraf mühitin keyfiy-

yətinin yaxşılaşdırılması, təbii ehtiyatların səmərəli istifadəsi və bərpası, ətraf mühitin mühafizəsi sahəsində qa-

nunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi məqsədilə cəmiyyətlə təbiətin qarşılıqlı əlaqəsini tən-

zimləyir. Böyük qrup normativ hüquqi aktları təbii komplekslərin – torpaq, meşə, su, yerin təki, xüsusi mühafi-

zə olunan təbiət əraziləri və s., həmçinin təbii ehtiyatların ayrı-ayrı növlərinin hüquqi rejimini nizama salan qa-

nunlar təşkil edir. (Nuriyev, Əsgərov, Əhmədov, 2003, səh- 17). 

Təbii ehtiyatlara mülkiyyət hüququ AR-in Konstitusiyası, Mülki Məcəlləsi və ekoloji qanunvericiliyin aktları 

ilə tənzimlənir. O, təbii ehtiyatların mənsubiyyətini möhkəmlədən hüquqi normaların məcmusu olub, onların əl-

də edilməsi şərtlərini tənzimləyir, onlarla sahibkarlıq, istifadə və idarəetmə qaydalarını həyata keçirir.  



 

21.6. Ekoloji təhsil 

Ekoloji mədəniyyətin formalaşmasında əsas vasitələrdən biri məqsədyönlü ekoloji təhsil olmalıdır. 

Ekoloji təhsilə ehtiyac insan həyatı üçün əlverişli mühitin təmin edilməsinə olan zərurətdən yaranmışdır. Ət-

raf mühitin keyfiyyəti, sağlamlığı – insanın əsas hüququnu və sivilizasiyanın inkişafının əsas məqsədini müəy-

yən edir. İnsanın mövcudluğu və inkişafı üçün zəruri olan təbii zəminsiz bütün sosial məsələlər öz əhəmiyyətini 

itirir. Ona görə də ekoloji təhsil təkcə təhsil sisteminə daxil olmaqla kifayətlənməməli, onun əsas hissəsinə çev-

rilməlidir.  Əgər  ədəbiyyat və tarix mədəni dəyərlərin, təbiətşünaslıq təbii qanunauyğunluğun mənimsənilməsi 

üçün lazımdırsa, ekoloji təhsil təbiətə həqiqi insani münasibətin formasındın ötrüdür, spesifik sosial-təbii qanu-

nauyğunluqları və davranışların normativlərini mənimsəmək üçündür. Bununla da gələcəkdə insanın  mövcudlu-

ğu və inkişafı mümükündür. 

 

Müəlliflər ekologiya hüququna aşağıdakı hüquq sahələrini daxil edir. 


 

416


  

Ekologiya 

hüququ 

 

 



 

 

 



 

Təbii ehtiyatlar hüququ                  Təbiəti mühafizə hüququ      

(Təbii sərvətlərdən səmərəli   

 

 



         istifadə etmək)  

 

Ətraf mühitin 



sağlamlaş - 

 

 



 

 

 



dırılması 

 

Torpaq 



hüququ 

  Təbiətin qorunması 

 

 

Su hüququ 



 

 

Meşə hüququ 



 

Dağ və mədən hüququ 

 

 

Ekoloji münasibətlər sisteminin deformasiyası, gələcək qarşısında məsuliyyət hissinin olmaması ekoloji böh-



ranların mənbəyidir. Ali və orta məktəb məzunlarında və bütövlükdə əhalidə təbiətə istehlak münasibəti möv-

cuddur;  əhali arasında  ətraf mühiti öyrənmək, onun yaxşılaşdırılmasında iştirak etmək tələbi də öz inkişafını 

tapmamışdır. Ona görə də ekoloji təhsilin məqsədi təbiətə məsuliyyət münasibətinin formalaşdırılmasıdır. 

Ekoloji təhsil dedikdə ümumi ekoloji mədəniyyətin, hər planet sakinində ekoloji məsuliyyətin formalaşması-

na yönəlmiş fasiləsiz təhsil, tərbiyə və inkişaf prosesi, planetimizin hər sakininin ekoloji məsuliyyəti başa düşü-

lür. 


Mütəxəssislər məsuliyyətə şəxsiyyət və cəmiyyətin qarşılıqlı asılılıq və universal əlaqə forması kimi baxır. Şəx-

siyyətin formalaşması ölkənin və yaxın adamların, doğma diyarın və bütün palnetin taleyi üçün məsuliyyət hissi-

nin tərbiyə edilməsi ilə bağlıdır. 

Ekoloji məsuliyyət özünənəzarət, özünün hərəkətlərinin  ətraf mühitə  təsirinin yaxın və uzaq nəticələrini 

görmək qabiliyyəti, özünə və başqalarına tənqidi yanaşmaq və s. ilə bağlıdır. Təbiətə münasibətlə əlaqədar əxla-

qi tələblərə riayət edilməsi mümkün cəzaya görə qorxu və ətraf mühit tərəfindən məzəmmət deyil, möhkəm eti-

qadın inkişafını göstərir. 

Öz fəaliyyətlərilə təbii mühitə və insanların sağlamlığına zərərli təsir göstərənlər zəruri ekoloji hazırlıqdan 

keçməlidirlər, belə ki, bunu onları vəzifəyə təyin edən zaman, həmçinin attestasiya zamanı nəzərə almaq lazım-

dır. Belə hazırlığa malik olmayan şəxslər işə buraxılmamalıdır. Əgər nəzərə alınsa ki, insanın istənilən bütün fə-

aliyyəti qeyri-səmərəli olduqda onun təşkili ətraf mühit üçün təhlükəli ola bilər, onda aydın olur ki, praktiki ola-

raq hər bir işçi dövlət hakimiyyətində və idarədə müvafiq ümumi və professional ekoloji hazırlığa ehtiyac du-

yur. 

Bununla əlaqədar olaraq, pedoqoji işçilərin beynəlxalq ekoloji təhsili ümumtəhsil sistemində aparıcı istiqa-



mət kimi tanıyır, dövlət və hökumətlərə qlobal ekoloji böhran şəraitində təhsil sahəsində uyğun siyasət hazırla-

mağı məsləhət görürlər. 

Ekoloji təhsil ilə təhsil sisteminin ekologiyalaşdırılması bir-birindən fərqlənir. Onlar qarşılıqlı əlaqədə olsa-

lar da, müxtəlif xarakterli və səviyyəli ekoloji biliklərin bilavasitə mənimsənilməsidir. 

Ekoloji təhsilin iki əsas istiqaməti ayrılır: ətraf mühitin və insanın mühafizəsinin ümumi ideyaları ruhunda 

tərbiyə, təbii və antropogen ekosistemlərin varlığının ümumi qanunauyğunluqları haqqında xüsusi peşəkar bilik-

lərin əldə edilməsi. Hər iki istiqamət qarşılıqlı əlaqədədir, çünki onların arasında ekoloji qanunauyğunluqların 

dərk edilməsi, yanaşması prinsipləri durur. 

Təhsil sisteminin ekologiyalaşdırılması – ekoloji ideyaların, anlayış, prinsip, yanaşmaların başqa təlimlərə 

nüfuz etməsini, həmçinin ekoloji cəhətdən bilikli müxtəlif sahə mütəxəssislərinin hazırlanmasını nəzərdə tutur. 



Təhsil sistemi elmi tədqiqatlardan həmişə geri qalır. Çox vaxt həlli operativlik tələb edən ekoloji problemlərin 

xüsusiyyətini nəzərə alsaq, bu cür gerilik minimuma endirilməlidir. Ekoloji təhsil sisteminin bağlayıcı, onun əsas 

inkişaf amillərindən biri olmalıdır. 

 

21.7. Ekoloji informatika 



 

417


İnformasiya amilinin ekologiyada xüsusi əhəmiyyəti vardır. İnformasiya alınmasının səmərəli sistemi olma-

dan müasir cəmiyyətin ekoloji ziddiyyətlərinin həlli mümkün deyildir. İnformasiya dairəsi fəaliyyətin elə sahə-

sidir ki, yalnız onun vasitəsilə ekoloji ziddiyyətlərin qapalı dairəsini qırmaq mümkündür. 

İnformatika (fr. İnformation – informasiya və automatique - avtomatika) – elmi-texniki fəaliyyət sahəsi olub, 

informasiyanın (informasiya texnologiyası)alınması xüsusiyyətlərini, ötürülmə texnologiyasını təhlil və saxlan-

masını öyrənir. 

İnformasiya maddələr və enerji ilə yanaşı ümumi xarakter daşıyır. Ekoloji problem müvafiq olaraq mövcud 

informasiya aspektinə malikdir. Bura aşağıdakı bir çox məsələlər daxildir: 

– təbii mühitin dəyişdirilməsinin informasiya səbəblərinin öyrənilməsi, biosfer hadisə və proseslərində infor-

masiya səbəblərinin pozulması; 

– təbii mühitin vəziyyəti, ona antropogen təsir, mühitin çirklənməsi, ehtiyatların tükənməsi və s. haqqında 

informasiyanın alınması; 

– cəmiyyətin davamlı inkişafını təmin etmək üçün yeni elmi və texnoloji informasiyanın axtarılması və i.a. 

Sadalanan məsələlər bütövlükdə ekoloji informatikanın predmet  sahəsini müəyyən edir. Ekoinformatikada 

geoekoinformatika və sosioekoinformatika bir-birindən fərqləndirilir. 

Geoekoinformatika təbiətdən istifadənin səmərəliyini artırmaq və təbii mühitin vəziyyətinə nəzarət məqsədi-

lə biosfer və ekoloji tədqiqatların informasiya təminatını yerinə yetirir. 

Hazırda biosferə dair informasiyanın böyük hissəsi Yerin süni peykləri vasitəsilə alınır. Bu halda landşaftın 

elementləri, bitki örtüyü, çirklənmiş ərazilər və s. daha aydın görünür. 

Lakin peyk məlumatları Yerdəki müşahidələri tamamlamalıdır. Yerdə müşahidələrin inkişafı üçün stasionar 

və ekspedisiya tədqiqatları vacibdir. Bundan ötrü bütün ölkə daxilində təbii mühitin vəziyyətini müşahidə edən, 

analiz və proqnozunu verən xüsusi informasiya sistemi, yəni milli monitorinq sistemi təşkil edilməlidir. 

Qlobal səviyyədə təbii mühitin vəziyyəti üzərində nəzarət BMT strukturları vasitəsilə həyata keçirilir. BMT-

nin ətraf mühitə dair proqramına – YUNEP – uyğun olaraq üç əsas bölmə – ətraf mühitin monitorinqinin qlobal 

sistemi (ƏMMQS), potensial toksiki kimyəvi maddələrin Beynəlxalq registri (PTKMBR) və ətraf mühitə dair 

beynəlxalq informasiya sistemi – (İNFOTERRA) müəyyən edilmişdir. 

Cəmiyyətin təbii mühitlə ekoloji qarşılıqlı əlaqəsinin məzmun və forması təbiət haqqında əldə edilmiş bilik-

lər və  təbiətdən praktiki istifadə ilə müəyyən edilir. Bütün bunlar sosioekoinformatikanın məzmununu təşkil 

edir. Bura elmi informasiyanın inkişaf problemləri də daxil edilir. Belə ki, son nəticədə elmin əsas funksiyası 

cəmiyyətin həyat fəaliyyətinin müxtəlif tərəflərini təmin etmək üçün lazım olan informasiyanı əldə etməkdir. 

Müxtəlif biliklər məcmusu bəşəriyyətin tarixi təcrübəsinin və elmi-texniki biliklərin toplandığı inkişafda olan 

informasiya sisteminin əsasını təşkil edir. Elmin sürətli inkişafı  nəticəsində bu informasiyanın həcmi fasiləsiz 

olaraq artır. 

Lakin bununla belə, yeni informasiyanın alınması çətinlikləri də çoxalır. 

Onlar ilk növbədə insanın informasiyanı qəbulu və analiz etmək kimi təbii imkanlarının məhdudluğundan; 

Yer şəraitində mikro-və meqadünya haqqında informasiya əldə etmək üçün şəraitin olmamasından irəli gəlir. 

Təbiətşünaslığın predmetinin makrodünya hüdudlarından kənara çıxması nəticəsində yeni elmi informasiya-

nın alınması üçün iri sənaye müəssisələrinin ölçülərinə bərabər eksperimental qurğuların tikilməsi tələb olunur. 

Belə ki, elementar hissəciklər fizikası sahəsində fundamental nailiyyətlər  elementar hissəciklərin nəhəng sürət-

ləndiricilərsiz, astrofizika sahəsində isə radio və optik teleskoplarsız mümkün deyildir. Digər tərəfdən, elmi eks-

perimentlər texnikasının inkişafına baxmayaraq, bir çox tədqiqatların Yer şəraitində aparılması qeyri-mümkün-

dür, ona görə də elmi laboratoriyaların kosmos şəraitində genişləndirilməsinə ehtiyac yaranır. 

XX əsrdə elmi işçilərin sayı, elmi tədqiqatlara çəkilən xərclər eksponensial əyri üzrə artmışdır. Bu, cəmiyyə-

tin həyatında elmin əhəmiyyətinin artmasını göstərir. Lakin həmin əyri elmi informasiyanın əldə edilməsinin çə-

tinləşdiyini göstərir, buna az diqqət yetirilir. 

Mövcud vəziyyətdən çıxış yolu elmi fəaliyyətin geniş informatizasiyalaşdırılması, informasiya texnologiya-

sının elmi tədqiqatların bütün mərhələlərində tətbiq edilməsidir. 

Elektrik hesablama maşınları olmadan, kompüterlərsiz elmin bir çox istiqamətləri, məsələn, elementar hissə-

ciklər fizikası, kosmik tədqiqatlar və s. ağılasığmazdır. 

Müasir elmi və sosial problemlərin həllində informasiyanın əhəmiyyətinin dərk edilməsi postindustrial, in-

formasiya cəmiyyəti anlayışının yaranmasına gətirib çıxarmışdır. İnformasiya və bilik strateji ehtiyata çevrilə-

rək, cəmiyyətdə xeyli sosial dəyişikliklərə səbəb olur. Əgər aqrar cəmiyyətdə iqtisadi fəaliyyət kifayət qədər qi-

da istehsalı ilə bağlıdırsa, burada məhdudlaşdırıcı amil münbit torpaqdırsa, sənaye cəmiyyətində – əmtəə isteh-

salı ilə bağlı olub, məhdudlaşdırıcı amil isə kapitaldırsa, informasiya cəmiyyətində iqtisadi fəaliyyət – informa-

siyanın alınması və insanların həyatının keyfiyyətini və istehsalın başqa formalarının effektliyini artırmaq məq-

sədilə tətbiqidir. Məhdudlaşdırıcı amil burada biliklərdir. 

İnformasiya texnologiyasının kütləvi tətbiqi ilə cəmiyyətlə təbiət arasında qarşılıqlı münasibətlərin ekstensiv 

tipindən intensiv tipinə keçid üçün real imkanlar yaranır. Bu zaman ictimai istehsala cəlb olunmuş təbii ehtiyat-



 

418


lardan səmərəli istifadə edilməsi, az enerji və metal tutumlu texnikanın, alternativ texnologiyanın yaradılması və 

ətraf mühitə atılan tullantıların azaldılması nəzərdə tutulur. 

Lazımlı geoekoinformasiyanın vaxtında alınması ekoloji monitorinqin funksiyasını, müşahidə sistemini, ana-

liz və proqnozu özündə birləşdirən ekoloji xidmət həddinə  qədər genişləndirməyə imkan verir. Bütün bunlar 

şübhəsiz ki, cəmiyyətin təhlükəsiz inkişafını təmin edəcək, insanların həyat səviyyəsini və keyfiyyətini yüksəl-

dəcəkdir. İnformasiya cəmiyyəti bu halda, informasiya-ekoloji cəmiyyət cizgiləri əldə edir. 



İnformasiyalaşdırma cəmiyyətin təkcə sosial, mədəni və iqtisadi deyil, onun mövcudluğunun ekoloji zəminini 

də dəyişir. İnformasiya texnologiyasının insan fəaliyyətinin müxtəlif sahələrində sürətlə tətbiqi təbiətdən istifa-

dənin intensiv tipinə keçidi şərtləndirmişdir. Bu, bizə informasiya -ekoloji dövrün artıq başlandığını söyləməyə 

imkan verir. 

 

21.8. İqtisadi ekologiyalaşdırma 

Ekonomika (iqtisadiyyat) və ekologiya sözləri arasındakı dərin əlaqə elə adlarından da görünür. Ekologiya 

yunancadan hərfi tərcümədə – ev, iqtisadiyyat (yun. oikonomike) isə ev təsərrüfatının idarəedilməsi mənasını 

bildirir. 

İqtisadiyyat müasir anlamaya görə istehsal şəraitini və onun formalarını,  əmtəə mübadiləsini, o cümlədən 

onun paylanmasını əhatə edir. 

İstənilən ölkənin iqtisadiyyatı çox böyük sistem olub, müxtəlif sahələrdən ibarətdir və bunların hər birində 

nəsə istehsal olunur. İqtisadiyyatın hər bir halqası, sistemin komponenti kimi başqalarından nə isə almaqla möv-

cud ola bilər. 

İlk baxışda iqtisadiyyatın ekologiya ilə heç bir əlaqəsi olmadığı görünür. Tarixi baxımdan da iqtisadiyyat 

ümumekoloji göstəricilərdən nisbətən sərbəst inkişaf etmişdir. Lakin cəmiyyət həmişə təbii ehtiyatlardan və bi-

osferin vəziyyətindən asılı olmuşdur. Sadəcə olaraq bu asılılıq iqtisadi sistemlərdə nəzərə alınmamışdır. 

İqtisadiyyatla ekologiya arasındakı dərin əlaqə insanın dəyişdirdiyi təbiətin insana, onun təsərrüfatına əks tə-

siri üzə çıxandan sonra dərk edilməyə başlanmışdır. 


Kataloq: upl -> books -> pdf
pdf -> XƏZƏR 2014, №2 bu sayda güMÜŞ DÖVRÜN ŞAİRLƏRİ
pdf -> Əbdülrəhmanlı N. Qurban. Yüzilin “Əli və Nino” əfsanəsi. Poman-xronika. Bakı, Qanun, 2014, 604 səh. Redaktor: Tapdıq Yolçu Korrektor: Ceyran Abbasova
pdf -> Hamiləlik haqqında hər şey: Qadın və Gələcək uşaq
pdf -> Dərslik (əlavə olunmuş və redaktə edilmiş ikinci nəşri)
pdf -> Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfındən təsdiq edilmişdir
pdf -> Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 27 sentyabr 2012-ci il tarixli
pdf -> M Ə h ə m m ə d t a ğ I s I d q I 1 5 0 MƏHƏMMƏd tagi siDQİ Ə s ə r L ə r I
pdf -> Тофиг щаъыйев
pdf -> AZƏrb ay can miLLİ elmlər akademiy asi folklor institutu
pdf -> Azərbaycan dilinə tərcümə olunmuş əsərlərin kataloqu a

Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə