SCETCHUP
PROQRAMI
Fəzada(x,y,z oxlarında) şəkillərin təsvirinə 3D qrafika deyilir. 3D şəkillərin hazırlanması üçün ən sadə
proqramlardan biri-SketchUP proqramıdır. Sketchup proqramınımn pəncərəsi
menyu zolağı, alətlər
zolağı, modelləşdirmə pəncərəsi, status zolağndan ibarətdir. Modelləşdirmə pəncərəsi
redaktorla iş
sahəsi adlanır. Burada fəza oxları-
qırmızı, sarı , yaşıl rəngdə və
adam fiquru olur. Modelləşdirmə
pəncərəsində obyektləri hazırlamaq üçün
Alətlər zolağından istifadə olunur.
Qarfik redaktorlarda
rəsm əmliyyatı -qrafik primitivlərdən istifadəyə əsaslanır. Qrafik primitivlər dedikdə-düz xətt, əyri ,
düzbucaqlı, oval, çoxbucaqlı, dəyirmi düzbucaqlılar nəzərdə tutulur. Sketchup proqramının 4 primitivi
var:
Line(Xətt), Restangle(düzbucaqlı), Cricle(dairə) çəkmək üçün istifadə olunur.
Sketchup-da ikiölçülü fiqurdan üçölçülü fiqurun yaradılmasına
dartma deyilir. İkiölçülü
fiquru
yaradaraq menyu zolağından
Push/Pull əmrini kilikləməklə fiqura həcm vermək olar. Sketchup
proqramında bütün modellərin əsasını tıllər və üzlər təşkil edir. Tillər həmişə düz olur. Tillərin
qalınlığı olmur. Tillərin görülməməsi onların yoxluğu deyil. Tillərsiz üz olmur.
Üzlər həmşə müstəvi
şəklində olur. Üzlərin də qalınlığı olmur.