MƏRKƏZİ Əliyeva Fatimə Elmar qızı



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə1/7
tarix20.07.2020
ölçüsü1,57 Mb.
#32215
  1   2   3   4   5   6   7
Fatim-liyeva


 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ 

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ 

BEYNƏLXALQ    MAGİSTRATURA  VƏ DOKTURANTURA 

MƏRKƏZİ 

 

Əliyeva Fatimə Elmar qızı 

“Müasir qlobal problemlər və onların həllinin hüquqi aspektləri”  

MÖVZUSUNDA 



MAGİSTR DİSSERTASİYASI 

 

İstiqamətin şifri və adı:                                  050404 – “İqtisadiyyat” 

İxtisaslaşma:                                                 “İqtisadiyyatın hüquqi tənzimlənməsi” 

Elmi rəhbər:                                                 Magistr proqramının rəhbəri: 

h.ü.f.d.,dos.M.G.Zeynalov                               h.ü.f.d.,b/m.S.Z.Səbzəliyeva 

 

 

KAFEDRA MÜDİRİ:    



i.e.d.,prof.M.A.Əhmədov                                      

Bakı 2018 

 

 

 

 



 

MÜNDƏRİCAT 

GİRİŞ ............................................................................................................................ 3 

I  FƏSİL.  MÜASİR  QLOBAL  PROBLEMLƏR  VƏ  ONLARIN  HƏLLİNDƏ 

HÜQUQUN ROLU ..................................................................................................... 7 

1.1.Müasir qlobal problemlərin ümumi xarakteristikası və onların təsnifatı ................ 7 

1.2.Qlobal problemlərin əsas yaranma səbəbləri ........................................................ 19 

1.3.Qlobal  problemlərin  hüquqi  mexanizmləri  və  beynəlxalq  tənzimləyici 

institutlar ...................................................................................................................... 23 

II FƏSİL.QLOBAL PROBLEMLƏRİN İQTİSADİ ASPEKTLƏRİ .................. 29 

2.1 Dünya ərzaq problemi və onu həlli mexanizmləri ................................................ 29 

2.2 Ekosistemdəki ziyanla əlaqədar dünya iqtisadiyyatında itkilər ............................ 37 

2.3  Müasir  elmi-texniki  problemlər  və  onların  aradan  qaldırılmasının  hüquqi 

təminatı ........................................................................................................................ 45 

III  FƏSİL.  MÜASİR  QLOBAL  PROBLEMLƏRİN  HƏLLİNİN  HÜQUQİ 

TƏMİNATININ TƏKMİLLƏŞDİRİLMƏSİNİN İSTİQAMƏTLƏRİ ............... 55 

3.1.Qlobal xarakterli problemlərə milli-hüquqi çərçivədə müdaxilə .......................... 55 

3.2.Dünya  dövlətlərinin  qlobal  problemlərlə  birgə  mübarizəsinin  beynəlxalq 

hüquqi dəstəklənməsi .................................................................................................. 65 

3.3.Azərbaycan  Respublikasının  qlobal  problemlərin  həllinə  yönəldilmiş 

inteqrasiya prosesində iştirakı ..................................................................................... 71 



NƏTİCƏ ..................................................................................................................... 86 

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT ................................................................... 89 

 

 



 

 



GİRİŞ 

Mövzunun aktuallığı. “Qlobal problemlər” termini (les problems globaux 

fransız, Globale Probleme alman, global problems-ingilis, los problemas globa-



les -ispan, problemy globalne - polşa)

 

müxtəlif  dillərdə  səs  bənzərliyini  göstərir. 



Təəsüf  ki,  bu  oxşarlıq  bununla  bitmir.  Səs-adların  oxşarlığı  onların  semantik 

sahəsini müəyyənləşdirən məzmuna çevrilmir. 

Öz təbiətinə görə, qlobal problemlər heç bir sərhəd tanımırlar. Onlar dövlətin 

beynəlxalq hüququn ən vacib subyekti olaraq onun tərkibinə daxil olan məsələlərin 

kataloq-diapazonunun  birləşməsinə  əlverişli  şərait  yaradan  prosedurların 

başlanmasına  görə  məsuliyyət  daşımasını  tələb  edirlər.  Onlar  həm  də    müasir 

beynəlxalq hüquqda məcburi olan normalar əsasında dövlətin digər hüquq alətləri 

(siyasi,  iqtisadi,  sosial)  ilə  birlikdə  onların  həllini  asanlaşdıracaq  belə  hüquqi 

alətlər yaratmasını tələb edirlər. 

Qlobal  problemlərin  mövcudluğunun  dərk  edilməsi  60-ci  illərin  axırı  70-ci 

illərin əvvəllərində yarandı. Şübhəsiz buna, BMT-nin Baş katibi U Tanın 1969-ci il 

tarixli  ekoloji  məruzəsi,  həmçinin  1972-ci  ildə  daimi  yeri  Nayrobi  olan  dünya 

miqyaslı ekoloji müəssisə olan ətraf mühitin mühafizəsi proqramı -UNEP-in təsis 

olunması  ilə  bağlı  Stokholmda  təşkil  olunan  konfrans  oldu.  UNEP  qərarların 

icrasını  ixtisaslaşmış  müəssisələr,  məsələn,  UNDP,  daimi  inkişaf  üçün  xüsusi 

yaradılmış Komissiya (Comission on Sustainable Development) təqib edirlər. 

60-cı  illərin  sonunda  qanunvericilikdə  ətraf  mühitin  qorunması  üzrə  dövlət 

proqramlarının  əsası  qoyuldu.  Əvvəlcə  Amerika  Birləşmiş  Ştatları  1969-cu  ildə 

ekoloji  qanunlar  (National Environmental Protection Act)  qəbul  etdi.  1971-ci  ildə 

ətraf  mühitin  qorunması  üzrə  vahid  dövlət  proqramını  qəbul  edən  növbəti  ölkə 

Almaniya Federativ Respublikası oldu.  

Qlobal  məsələlərə  olan  maraq  müntəzəm  konfranslarla  güclənir,  nəticədə, 

istixana  effektinin  qarşısının  alınması  və  “istixana  qazlarının  emissiyasının” 

məhdudlaşdırılması  üçün  beynəlxalq  konvensiyalar,  eləcə  də  Yer  kürəsində 

yaşayan flora və faunanın qorunması üçün konvensiya yaranır. 


 

 



Müasir qlobal problemlər və beynəlxalq hüquq münasibətləri problemi həm 

beynəlxalq  hüquq  doktrinasında,  həm  də  müvafiq  təcrübədə  həll  edilən  ən  vacib 

problemlərdən biridir. 

Qlobal  problemlərin  mövzusu,  şübhəsiz  ki,  fəlsəfi  və  sosial  müstəvidə 

normativ aspektə nisbətən daha əvvəl ortaya çıxmışdır. Beynəlxalq münasibətlərdə 

nadir hallarda ortaya çıxan bu vəziyyət, insanlığa təhdid edən təhlükə anlayışının 

dərəcəsi  ilə  beynəlxalq  hüquq  subyektləri  tərəfindən  bu  problemlərə  praktiki  həll 

yollarının olmaması arasında bir uyğunsuzluqun səviyyəsini azaltmaq və ya aradan 

qaldırmaq üçün müəyyən bir fəaliyyət tələb edirdi.  

Qlobal  problemlərin  xarakterik  xüsusiyyətləri  onların  sosial  inkişaf  üçün 

əhəmiyyətlilik  ölçüsüdür.  Bu,  sosial  və  s.  münaqişələrin  həllində  ekoloji  və 

təhlükəsizlik  problemlərinə  də  aiddir.  Ətraf  mühitin  optimallaşdırılması  sosial 

inkişaf üçün ön şərtdir. Bundan əlavə, təbiətin qanunlarını öyrənmədən və istifadə 

etmədən cəmiyyətin inkişaf qanunlarını bilmək mümkün deyil, hər hansı bir qlobal 

prosesə müdaxilə bir çox sahəyə yayılmış zəncir reaksiyalarına səbəb olur. 

Qlobal ziddiyyətlərin digər xarakteristik xüsusiyyətləri onların mənbələrinin 

əsasən müsbət olmasıdır, yəni artan istehsal və insanların rifahı ilə əlaqələndirilir. 

Qlobal  problemləri  xarakterizə  etmək  üçün  beynəlxalq  təşkilatların  qəbul 

etdiyi təsnifatdan istifadə etmək mümkündür. 

1. Bəşəriyyətin əsas sosial-iqtisadi və siyasi vəzifələri ilə bağlı problemlər: 

  dünya müharibəsinin qarşısının alınması; 

  Kosmosun qeyri-militarizasiyası; 

  silahlanma və silahsızlaşdırma yarışının qarşısının alınması; 

  dünyanın  sosial  inkişafı  üçün  əhəmiyyətli  mühitin  yaradılmağı,  az  inkişaf 

etmiş ölkələrin inkişafındakı geriliyi aradan qaldırmaq. 

2. İnsan, cəmiyyət və elmi-texniki əlaqələrinə aid kompleks problemlər: 

  Elmi- texniki inqilabın nailiyyətlərindən səmərəli istifadə; 

  demoqrafik siyasəti həyata keçirmək; 

  təhsil sisteminin təkmilləşdirilməsi; 

  texnologiyanın insanlara mənfi təsirinin aradan qaldırılması. 



 

 



3. Sosial-iqtisadi proseslər və ətraf mühitlə bağlı problemlər: 

  xammal, enerji və ərzaq problemlərinin həlli; 

  Kosmosun sülh yolu ilə inkişafı və Dünya Okeanının zənginliyi; 

  demokratiya defistinin aradan qaldırılması və repressiyalara qarşı mübarizə. 

Bu  təsnifat  dünya  ictimaiyyətinin  qarşısında  duran  prioritet  vəzifələri 

vurğulayır. 

Bütün  bunları  nəzərə  alaraq,  müasir  qlobal  problemlərin  həllinin  hüquqi 

aspektlərinin öyrənilməsinin aktuallıq kəsb etdiyini söyləmək olar. 



Tədqiqatın  predmeti  və  obyekti.  Tədqiqatın  obyekti  müasir  dövrdə 

mövcud  olan  qlobal  problemlərdir,  bu  problemlərin  həllinin  hüquqi  aspektlərinin 

öyrənilməsi tədqiqatın predmetini təşkil etməkdədir. 

Tədqiqatın  məqsəd  və  vəzifələri.  Müasir  qlobal  problemlərin  həllinin 

hüquqi aspektlərinin tədqiqi tədqiqatın məqsədini təşkil edir. Bu məqsədə çatmaq 

üçün aşağıda göstərilən vəzifələrin yerinə yetirilməyi lazım gəlir: 

  Qlobal problemlərin ümumi xarakteristikası və təsnifatını vermək 

  Qlobal problemlərin tədqiqi: nəticələr və təcrübi tövsiyyələrə nəzər salmaq 

  Qlobal problemlərin iqtisadi aspektlərini müəyyənləşdirmək 

  Dünya dövlətlərinin antiböhran tədbirlərini tədqiq etmək 

  Mübahisələrin  həlli  üzrə  beynəlxalq  təşkilatların  müasir  sülhməramlı 

fəaliyyətinin təkamülü və tendensiyalarını göstərmək 

  Qlobal xarakterli problemlərin dövlətdaxili həllini müəyyən etmək. 



Tədqiqatın informasiya bazası. Tədqiqat işinin yazılmasında iqtisadiyyata 

dair  dərsliklərdən,  xarici  və  yerli  tədqiqatçıların  bu  sahədəki  tədqiqat  işlərindən 

bəhrələnmişdir.  

Dissertasiya  işinin  metodu.  İşin  yazılmasının  metodoloji  əsasında  elmi 

metodlar  dayanır.  Bu  metodlar  müəssisələrdə  qlobal  problemlərin  obyektiv  və 

hərtərəfli  təhlilinin  tələblərinə  əsaslanır.  Tədqiqat  metodların  məcmusu  və  elmi 

idrak  üsullarının  tətbiqi  ilə  aparılmışdır.  Abstrakt-məntiqi  metod  qlobal 

problemlərin  nəzəri  aspektlərini  açmağa  və  hüquqi  aspektləri  müəyyən  etməyə 

imkan vermişdir.  



 

 



İşdə  induksiya  ilə  deduksiya  üsullarından  da  istifadə  edilmişdir.  İnduksiya 

metodu ilə qlobal problemlərin hüquqi aspektləri ilə bağlı məlumatlar toplanılaraq 

sistemləşdirilmiş  və  tədqiq  edilmişdir.  İş  yazılarkən  normativ-hüquqi  bazanın 

öyrənilməsi  elmi  tədqiqat  metodundan  da  istifadə  edilmişdir.  Bu  toplanmış 

məlumatlar  əsasında  deduksiya  metodunun  köməyilə  nəticə  və  tövsiyyələr 

işlənmişdir.

 

Tədqiqatın  elmi  yeniliyi.  Tədqiqat  işinin  elmi  yeniliyi  aşağıdakılar  hesab 

oluna bilər: 

  Qlobal  problemlərin  tədqiqi:  nəticələr  və  təcrübi  tövsiyyələrə  nəzər 

salınmışdır 

  Qlobal problemlərin iqtisadi aspektləri müəyyənləşdirilmişdir 

  Dünya dövlətlərinin antiböhran tədbirlərini tədqiq edilmişdir 

  Mübahisələrin  həlli  üzrə  beynəlxalq  təşkilatların  müasir  sülhməramlı 

fəaliyyətinin təkamülü və tendensiyaları göstərilmişdir 

  Qlobal xarakterli problemlərin dövlətdaxili həlli müəyyən edilmişdir. 

Tədqiqatın praktiki  əhəmiyyəti.  İşin  praktiki  əhəmiyyəti  bundan  ibarətdir 

ki,  onun mühim nəzəri müddəaları, nəticələri, işlənib hazırlanmış təkliflər Qlobal 

problemlərin  müəyyən  edilməsində  faydalı  töhfələr  təmin  etməyə  imkan  yarada 

bilər.  Tədqiqatın  nəticələri  ali  təhsil  müəssisələrində  tələbələrə  tədris  edilən 

iqtisadi  fənnlərin  tədris  edilməsində,  buraxılış  və  kurs  işlərinin  yerinə 

yetirilməyində istifadə edilə bilər.  



İşin həcmi və strukturu. Dissertasiya işi giriş, 3 fəsil, 6 yarımfəsil, nəticə 

və təkliflər bölməsi ilə istifadə olunmuş ədəbiyyat siyahısından təşkil olunmuşdur. 

 

 

 



 

 

 



 

 

 



I FƏSİL. MÜASİR QLOBAL PROBLEMLƏR VƏ ONLARIN HƏLLİNDƏ 

HÜQUQUN ROLU 

1.1. Müasir qlobal problemlərin ümumi xarakteristikası və onların təsnifatı 

“Qloballaşma” anlayışı elmi dövriyyəyə yaхın vaхtlarda daхil edilmişdir. Bu 

cür  bir  fikir  vardır  ki,  ilk  dəfə  bu  termin  elmi  nəşrlərdə  1983-cü  ildə  istifadə 

edilmişdir. Bu terminin mənşəyi latın sözü “qlobus” (Yer, yer kürəsi) ilə bağlıdır. 

Bu  anlayış  haqqında  ədəbiyyat  aхını  fonunda  ciddi  elmi  təhlil  aparılan  fəlsəfi-

nəzəri  əsərlərin  qıtlığı  gözə  çarpır.  Sözü    gedən  fenomen  daha  çox  iqtisad  və 

sosiologiya elmləri tərəfindən tədqiq edilmişdir. 

Müasir bazar iqtisadiyyatı şəraitində Qloballaşan Dünyada ən aktual qlobal 

problemlərdən  biri  də  ardıcıl  iqtisadi  inkişafla  sıx  bağlı  olan  Yoxsulluq 

problemidir.Belə ki, ardıcıl inkişaf üzrə vacib tələblər, yoxsulluğun azaldılmağı və 

ya  aradan  qaldırılmağı  üçün  də  əsas  şərtdir.  Onlar  tarazlı  regional  inkişafı, 

resursların  ədalətli  bölgüsünü,  ətraf  mühitin  mühafizəsini  və  s.  tələb  etməkdədir. 

Ancaq, əsas diqqəti zəif inkişaf edən region, rayon, kənd yerləri ilə təcrid edilmiş 

ərazilərə  istiqamətləndirməklə,  yoxsulluğun  azaldılmağı  proqramlarının  ayrılmaz 

hissəsi  olaraq  bu  yerlərdə  ucuz  və  etibarlı,  sosial-iqtisadi  və  ekoloji  baxımdan 

əhəmiyyətli  və  keyfiyyətli  iqtisadi  və  enerji  resurslarından  istifadə  edilməsini  

təmin  etmək  bəs  edər.Həmçinin,  məlumdur  ki,  ölkəmizdə  əhalinin,  təxminən  48 

faizi  rayonlarda  ya    da  kəndlərdə  yaşayır.  Buna  görə  də  ölkədə  davamlı  inkişafın 

təmin  olunmasının  və  yoxsulluğun  aradan  qaldırılmağının  əsas  şərtlərindən  biri 

sayılan  tarazlı  regional  inkişafa  çatmaq  üçün  kənd  icmalarının  varlığı  mənbəyi 

sayılan  aqrar-sənaye müəssisələrinə ayrıca  diqqət yetirməklə, lazımi təlim, təhsil, 

peşələrin  öyrədilməsilə  kadrların  hazırlanmağı  hesabına  bölgələrdə  kiçik  və  orta 

sahibkarlığı inkişaf etdirmə məqsədəuyğun olardı. Ardıcıl inkişaf konsepsiyasının 

diqqət  mərkəzində  yoxsulluqla  mübarizə  dayanmaqdadır,  konsepsiyanın  başlıca 

məqsədi  adamların  normal  həyat  fəaliyyətinin  təmin  olunması  üçün  vacib  olan 

resurslara  minimum  tələblərin  ödənilməyi  və  həmin  resursların  dünya  əhalisi 

arasında  eyni  (ədalətli)  bölüşdürülməsidir.  Bütövlükdə  isə  davamlı  inkişaf 


 

 



konsepsiyası  iqtisadi  inkişaf  modelinin  dəyişilməyi  məsələləri,  sosial  siyasətin 

yaxşılaşdırılmağı,  dünyada  demoqrafiq  vəziyyət  dəyişiklikləri  və  s.  ilə  əhatə 

olunmuş  çoxaspektli  xarakter  daşımaqdadır.  Əlbəttə  ki,  davamlı  inkişaf 

səviyyəsini,  həmçinin  də  insan  sivilizasiyasını  təyin  etmiş  mühim  amillərdən  biri 

də  ətraf  mühitin  qorunmasıdır.  Buna  görə  ki,  davamlı  inkişaf  məfhumunun 

mahiyyətinin  öyrənilməyi  yönündə  aparılan  tədqiqatlardan  belə  nəticəyə  gəlmək 

olar ki, davamlı inkişafın təmin olunması ekosistemlə, təbii resurslardan istifadəylə 

və  s.  ekoloji  amillərlə  sıx  bağlıdır.  Ümumiyyətlə,  davamlı  inkişaf    barədə  bütün 

yanaşmalar  bu  cür  deməyə  imkan  verir  ki,  davamlı  inkişaf  konsepsiyasının 

mahiyyəti  yoxsulluqla  mübarizə,  cəmiyyətdə  yoxsulluğun  azaldılmağını  təşkil 

etməkdədir.    Bu  isə  o  bu  mənanı  verir  ki,  davamlı  inkişaf  ilə  yoxsulluğun 

azaldılmağı bir-biri ilə bağlı, daha dəqiqi, bir-birini tamamlamış problemlərdir. Bir 

sözlə  desək,  davamlı  inkişafın  təmin  olunması,  elə  yoxsulluğun  aradan 

qaldırılmağı, onun yüksək şəkildə azaldılmağı deməkdir. [3, s.181]  

İndiki dövrdə bir çox dünya dövlətlərinin üzləşdiyi ən böyük qlobal məsələ 

olan  yoxsulluğun  aradan  qaldırılmağı,  inkişaf  etməkdə  olan  dövlətlər  üçün  əsas 

tələb olmaqla bərabər, həm də davamlı inkişafın təmin olunması üçün vacib şərtdir. 

Regionlarda  yoxsulluğun  azaldılmağı  ilə  davamlı  inkişafın  təmin  edilməsinə 

yoxsulluq  içərisində  yaşayanların  kənd  təsərrüfatı  resurslarından  istifadə 

imkanlarını genişləndirməklə nail olmaq mümkündür. [5, s.91] Həm də regionlarda 

yoxsulluq  səviyyəsi,  mərkəzi  şəhərlərə  nisbətən,  daha  yüksək  olduğu  üçün  kənd 

təsərrüfatı  və  rayon  yerlərinin  davamlı  inkişafına  yardım  göstərilməsi,  artıq 

zərurətə çevrilmişdir. Bu məqsədlə sıradan çıxmış və ya tələbata cavab verməyən 

regional infrastrukturların bərpa edilməsi, konkret regionun iqtisadi və təbii resurs 

potensialından  istifadə  edərək  yeni  müəssisələrin  yaradılması,  regionun  yoxsul 

əhalisi üçün, onların torpaqlardan istifadə imkanlarını genişləndirmək üçün, kredit 

vəsaitlərindən istifadə imkanlarının genişləndirilməsi, regionların satış bazarlarına 

çıxış  imkanlarının  artırılması,  bu  məqsədlə  nəqliyyat  sisteminin  və  xidmətlərinin 

təkmilləşdirilməsi və s. vacib əhəmiyyət kəsb etməkdədir. Təbii ki, yalnız yuxarıda 


 

 



qeyd  edilənlərin  həyata  keçirilməsi  yoxsulluğun  azaldılmağı  və  davamlı  inkişaf 

problemlərini qismən həll etsə də, əlavə tədbirlərin görülməsi də vacibdir 

Hazırki  dövrdə  dünya  sivilizasiyası  cəmiyyət,  insan  ilə  təbiət  arasında 

qarşılıqlı  əlaqələrin  lap  da  inkişafı  ilə  səciyyələnməkdədir.  Bununla  bərabər 

hazırda  ictimai  tərəqqi  eyni  zamanda  da  bir  sıra  qlobal,  ümumbəşəri  problemlər 

yaradır ki, dünya sivilizasiyasının taleyi, bəşəriyyətin bu günü ilə gələcəyi onların 

həllindən  çox  bağlıdır.  Həmin  qlobal  problemlər  hansıdır?  Göstərmək  olar  ki, 

bəzən onların tərkibinə hal-hazırda qarşıda duran bütün təbii - elmi, elmi-texniki və 

sosial problemləri aid edirlər. Belə yanaşdıqda qlobal problemlər bəşəriyyətin həll 

edəxəyi bütün vəzifələri yox, onun taleyi ilə əlaqəli olan ən mühim vəzifələri əhatə 

etməkdədir. Hər  şeydən  öncə, onlar  öz  mahiyyəti  baxımından  bütün  bəşəriyyətin 

mənafeyini ifadə  edən, perspektivdə is onun  gələcəyini  aşkar  edəcək ümumbəşəri 

xarakterli problemlər sayılır. Digər yöndən, buraya elə problemlər daxildir ki, onlar 

sözün əsl mənasında bölgələrdə cəmiyyətin inkişafının obyektiv amili olaraq çıxış 

edir. Sonra, onlar  elə  problemlərdir  ki,  onların  zamanında  həll  edilməməsi 

bəşəriyyətin  gələcəyinə  ciddi  təhlükə  törətməkdədir,  belə  ki,  cəmiyyətin  gələcək 

tərəqqisi sayəsində onlar gecikmədən həll edilməlidir. Beləliklə,qlobal problemlərə 

elə təbii, elmi-texniki, sosial-siyasi problemlər aiddir ki, onları bütün bəşəriyyətin 

gərgin, ümumi əməyi ilə birgə səyləri sayəsində həll etmək olar. Onlar bir dövlətin 

və dövlətn gücü ilə, yerli ya da regional miqyasda həll edilən bilməz [7, s.121]. 

Yuxarıda göstərilmiş əlamətlər əsasında indiki dövrün qlobal problemlərinin 

aşağıda göstərilən növlərini qeyd etmək olar. 

-  xalqlar  arasında  həyati  mənafelərə  əsasən  razılıq,  qarşılıqlı  etimad  ilə 

ümumbəşəri  həmrəylik  əsasında  sosail  tərəqqinin  dinc,  sülh  üsulu  ilə  inkişafının 

təmin olunması; 

-  inkişaf  etmiş  qərb  ilə  zəif  inkişaf etmiş Asiya, Afrika  və  Latın  Amerikası 

dövlətləri  arasında  iqtisadi  v  mədəni  inkişaf  səviyyəsindəki  çoxaltmaqda  olan 

fərqin aradan götürülməsi; 



 

10 


 

-  bəşəriyyətin  inkişafı  üçün  vacib  olan  təbii  ehtiyatlar  ilə  xammala  (bərpa 

edilən və bərpa edilməyən ehtiyatlara), eyni zamanda kifayət qədər və keyfiyyətli 

ərzaq malları ilə enerjiyə artmaqda olan tələbatının ödənilməyi; 

- insanın biosferaya geniş şəkildə müdaxilə etməyinin faciəli nəticəsi sayılan 

ekoloji böhranın, ətraf mühitin (atmosferin, torpaq ilə su hövzələrinin) sənaye ilə 

kənd təsərrüfatı tullantıları ilə  hədsiz şəkildə çirklənməyinin qarşısının alınmağı; 

- inkişaf etməkdə olan dövlətlərdə böyük miqyasda sosial-iqtisadi çətinliklər 

yaradan  əhalinin  surtəli  artmının,  demoqrafik  partlayışın  məhdudlaşdırılmağı  və 

inkişaf etmiş dövlətlərdə doğumun əhali artışının normal həddindən aşağı olmağı 

sayəsində  yaranan  təkrar  istehsalının  təmin  olunması  ilə  əhalinin  nisbi 

qocalmağının qarşısının alınmağı; 

-  elmi-texniki  inqilabın  əmələ  gətirdiyi  arzu  olunmaz  nəticəlri  irəliləcədən 

görmək  və  aradan  götürmək,  onun  yaratdığı  misilsiz  şəraitlərdən  bütövlükdə 

cəmiyyətin ilə şəxsiyyətin mənafeyi naminə istifadə olunması; 

-  əhalinin  sağlamlığının  qorunmağı  ilə  bağlı  səhiyyənin  qarşısında  durmuş 

vəzifələrin yerinə yetirilməyi (Spidə, narkomaniyaya və başqa dəhşətli xəstəliklərə 

qarşı  əhəmiyyətli  mübarizə  aparılmağı),  təhsil  ilə  ictimai  təminatın 

yaxşılaşdırılmağı,  keçmişin  mədəni  irsi  ilə  əxlaqi  dəyərlərə  münasibətilə  əlaqəli 

məsələlərin həll olunması. 

Əlbəttə, bu problemlərin bir çox hissəsi əvvəllərdə mövcud olubdur. Ancaq 

hazırki  dövrdə  onlar  kəskin  forma  almışdır. Qlobal  problemlərinin  həll  yollarını 

işləyib  hazırlamaq  ilə  gerçəkləşdirmək  üçün  ilk  olaraq  onların  mahiyyəti  ilə 

yaranma  səbəbləri  araşdırılmalıdır.  Bir  sıra  qlobalist  nəzəriyyələr  həmin 

problemləri 

fatalist 

mövqedən 

izah 


etməklə, 

onların 


labüdlüyünü, 

qarşısıalınmazlığını  sübuta  yetirməyə  çalışırlar.  Onların  fikrinə  görə  həmin 

problemlər  labüd  şəkildə  və  avtomatik  surətdə  faciəli  sonluqlara  gətirib 

çıxarmalıdır.  Həmin  mövqe  doğru  sayılmır.  İstər  hazırki  şəraitdə  mövcud  olan, 

istərsə  də  gələcəkdə  əmələ  gələ  biləcək  qlobal  problemləri  mütərəqqi  ictimai 

qüvvələrin  fəaliyyətini,  baxış  və  məqsədlərinin  birləşdirmək  sayəsində  tam  həll 

etmək olar. 


 

11 


 

Bəşəriyyətin  bütün  tarixi  ərzində  tədricən  yaranmış  və  indiki  dövrdə  isə 

kəskin formada çıxış edən qlobal problemlərin əmələ gəlməsi aşağıdakı iki üsul ilə 

baş veribdir. Onlar bir yöndən insan ilə onun şüurlu fəaliyyətinin inkişafı, insanla 

təbiət  arasındakı  əlaqələrin  təkmilləşməyi  nəticəsidir.  Həmin  əmək  alətlərinin 

təkmilləşməyində,  cəmiyyətin  maddi  mədəniyyəti  ilə  istehsalın  inkişafında  ifadə 

edilir.  Digər  yöndən,qlobal  problemlərin  yaranmağı,  dərinləşməsy,  bəşəriyyətin 

gələcəyi  üçün  təhlükəyə  çevrilməyi  xeyli  şəkildə    sosial  tərəqqinin  ziddiyyətli 

təbiəti ilə izah edilir. 

Qlobal  problemlər  öz  mənşəyi  ilə  təbiəti  üzrə  ikitərəfli  xarakter 

daşımaqdadır.  Onlarda  təbii  və  sosial  tərəfi  bir-birindən  ayırmaq 

mümkünsüzdür.Həqiqətən  də  insanla  təbiət  arasında  özünü  göstərmiş  qlobal 

problemləri təkcə müəyyən sosial əlaqələr şəraitində həll etmək mümkündür. Digər 

yöndən müharibə ilə sülh problemi, və ya inkişaf etməkdə olan dövlətlərin geriliyi 

sosial  sferada  yaranmağına  baxmayaraq  doğal  tərəfə,  yəni  “insan-təbiət” 

əlaqələrinə güclü təsir edir. [4, s.84] 

Yuxarıdakılardan ortaya çıxır ki, qlobal problemləri həll etmək üzrə iki qrup 

müəyyən  şərtlər  yaratmaq  tələb  edilir.  Bunlardan  ilki,  elmi-texniki  tərəqqini 

həyatın  irəli  sürdüyü  məsələlərə  cavab  verə  biləcək  şəkildə  inkişaf  etdirmək, 

ikincisi  isə  bu  problemləri  faktiki  olaraq  həll  etməyə  şərait  yaradan  sosial-siyasi 

mühitin yaradılmağıdır. 

Hazırki  dövrün  qlobal  problemlərinin  hamısı    bir-birilə  sıx  vəhdətdə  çıxış 

edir və qarşılıqlı şəkildə biri digərini şərtləndirir. 

Deyilənlər  sübuta  yetirir  ki, qlobal  problemlər  bir-birilə  sıx  qarşılıqlı  əlaqə 

və  asılılıqda  çıxış  edir, onların  hər  biri  qlobal  problemlər  kompleksinin  digər 

tərəflərinə  güclü  təsir  edir.  Bunu  başqa  qlobal  problemlərin  nümunəsində  də 

görmək olar. 

Hazırda insanın fəaliyyəti ekoloji cəhətdən xeyli dərəcədə təhlükəli vəziyyət 

yaradır: atmosferə atılan karbon qazı və digər kimyəvi qazlar və tullantılar çoxalır, 

nəticədə  “turşu  yağışları”  havanı  zəhərləyir,  ozon  təbəqəsi  tükənməyə  başlayır. 

Təkcə  hava  yox,  həm  də  çaylar  və  okeanlar  çirklənir,  bir  çox  yerlərdə  bitki  ilə 


 

12 


 

heyvan  növlərinin  nəsli  kəsilir.  İçməli  su  ehtiyatları  sürətlə  azalır.  Yer  kürəsində 

600-700 milyon nəfər adam yaşayan ərazinin səhraya çevrilmək qorxusu durmadan 

artır. 


Sivilizasiyalı  kapitalist  ölkələri  ilə  keçmiş  müstəmləkə  zülmündən  azad 

olmuş  ölkələrin  inkişaf  səviyyəsi  arasında  fərqin  dərinləşməsi  də  hazırda  ciddi 

təhlükə  mənbəyidir.  BMT-nin  məlumatına  görə  hazırda  inkişaf  etmiş  dövlətlərlə 

inkişaf etməkdə olan dövlətlər arasında milli məhsula görə fərq 12:1 nisbətindədir. 

Hesablamalar göstərir ki, bu nisbət yaxın illərdə demək olar ki, dəyişilməyəcəkdir. 

Hazırda  dünya  üzrə  təbii  ehtiyatların  60  faizi,  kənd  təsərrüfatı  üzrə  yararlı  əkin 

sahəsinin  70  faizi  və  əmək  qabiliyyəti  əhalinin  2/3  hissəsi  inkişaf  etməkdə  olan 

dövlətlərin  payına  düşür.  Lakin  onların  xüsusi  çəkisi  dünya  sənaye  məhsulunda 

cəmi 7 faizi, kənd təsərrüfatı məhsulu üzrə 1/3-ə qədər və milli gəlir üzrə də 1/3-

dən  azı  təşkil  edir.  Bu  ölkələrdə  1815  milyon  yoxsul  vəziyətdə,  o  cümlədən  706 

milyon nəfər mütləq mənada dilənçi vəziyyətində yaşayır. İnkişaf etmiş kapitalist 

ölkələri ilə müstəmləkə ölkələrinin səviyyəsi arasında fərq çoxaldıqca, milyonlarla 

adamın aclıq, yoxsulluq və xəstəlikdən ölməsi ehtimalı da çoxalır. Qeyd olunan hal 

bir  çox  sosial  münaqişələr,  təhlükəli  toqquşmalar,  yeni  müharibələr  törədə  bilir. 

Beləliklə, beynəlxalq münasibətlər sisteminə sarsıdıcı zərbə vurur. [6, s.224] 

         Buna görə də təsadüfi deyildir ki, hazırda qlobal probemlərin təhlilinə maraq 

durmadan  artır.  Müxtəlif  futurologiya  nəzəriyyələrin  nümayəndələr  onlara  həsr 

olunmuş çoxlu əsərlər yazmışlar. Doğrudur onlar çox vaxt bəşəriyyətin qarşısında 

duran  qlobal  problemləri  həddən  artıq  şişirdərək  pessimist  nəticələrə  gəlib  çıxır, 

göstərirlər ki, bəşəriyyətin gələcəyini fəlakət gözləyir. Yer kürəsində əhalinin sayı 

sürətlə artır, təbi  sərvətlər, xüsusən də ərzaq ehtiyatlar isə tükənmək üzrədir. Lakin 

nəzərdə tutulmalıdır ki, müasir sivilizasiya inkişaf etdikcə onun iqtisadi və mənəvi 

potensialı  da  artır,  qlobal  problemlərin  həllinə  yönələn  fəaliyyət  də 

güclənir. Dünyada  qərarlaşmış  olan  indiki  vəziyyyəti  düzgün  əks  etdirən  yeni 

siyasi  təfəkkür  sivilizasiyanı  keyfiyyətcə  yeni  səviyəyə  qaldırmağa  yönəlir.  Bu 

təfəkkür  öyrədir  ki,  müasir  inkişafın  dialektikası  dünya  yönəlir.  Miqyasında 

ölkələrin  əməkdaşlığı  və  qarşılıqlı  asılılığı  meylinin  artmasına  ifadə  olunur.  Belə 


 

13 


 

şəraitdə  ümumbəşəri  sərvətlər  bu  və  ya  başqa  dövlətlərin  və  ya  siniflərin 

mənafeyindən yüksəkdə durur. 

Dünya  ölkələrinin  artmaqda  olan  birliyi,  vəhdəti  ölkələr  və  xalqlar 

arasındakı münasibətlərin ideolojiləşdirilməsinin ardan qaldırılmasını, sinfi mənafe 

ilə  müqayisədə  ümumbəşəri  mənafelərin  ön  plana  çəkilməsini  zəruri  etməkdədir. 

Beləliklə, indiki dövrdə ictimai tərəqqinin başlıca istiqamətini bu vəya digər sinfin, 

ictimai qrupun, millətin mənafeyi deyil, məhz ümumbəşəri mənafelər təşkil etdiyi 

getdikcə daha aydın görünməkdədir. 

Qeyd olunmalıdır ki, qlobal problemlər həll olunmur. Bu yolda obyektiv və 

subyektiv  xarakterli  çətinliklər  özünü  göstərir. Birinci  qəbildən  olan  çətinliklər 

aşağıdakılardır:  qlobal  problemlər  təbitən  bütün  bəşəriyyətə  aiddir,  onları  həll 

etmək  üçün  dünya  miqyasında  birgə  fəaliyyət  göstərilməsi  tələb  olunur.  Sonra, 

onların  həll  elmi-texniki  və  texnoloji  cəhətdən  çox  mürəkkəbdir.  Buna  görə  də 

cəmiyyətlə elmi-texniki inkişafın səviyyəsi, bəzən onları həll etmək kifayət etmir. 

Həm  də  qlobal  problemlər  sürətlə  çoxalır,  özü  də  bir  sıra  çətinliklər  (xüsusən  də 

insan-təbiət  münasibətlərinin  tənzim  edilməsində)  yaradır.  Göstərilən  obyektiv 

çətinliklərlə  yanaşı  subyektiv  xarakterli  çətinliklər  də  özünü  göstərir.  Məsələn, 

mühüm elmi-texniki və iqtisadi tədbirlər hazırlanarkən bəzən onların ətraf mühitə 

göstərəcəyi mənfi təsirlər yetərincə nəzərə alınmır. Bir sıra hallarda tullantılardan 

istifadə  olunması,  torpağın  bərpa  olunması,  istifadə  olunmuş  suyun  bioloji 

tənzimlənməsi məsələlərinə lazımı diqqət yetirilmir. Bu məsələlərdə ətalət, ənənəvi 

stereotiplərdən  ləng  əl  çəkilməsi,  şüurun  yeniləşməsi  prosesinin  zəif  getməsi  və 

sair də özünü göstərir. [3, s.94] 

Müasir  dünyanın  inkişafının  ən  vacib  əlamətlərindən  biri  də  bütövlükdə 

beynəlxalq  münasibətlər  sisteminə  təsir  edən  qlobal  xarakterli  problemlərin 

yaranmasıdır.  

Bir  çox  sorğu  materiallarında  belə  məsələlərin  əhatə  dairəsi  sonsuz 

genişlənir,  digərlərində  isə  əksinə  anlayışın  sərhədləri  daralır  və  daha  vacib 

məsələlər  ortaya  çıxır.  Birinci  halda  lokal  xarakterli  bir  çox  sosial,  elmi-texniki 

problemlər  qlobal  problemlərə  bərabər  tutulur,  hərçənd  onlar  ayrı-ayrı  regionlara 


 

14 


 

aiddirlər  və  dünyada  gedən  sosial,  siyasi  və  ya  elmi-texniki  proseslərlə  heç  bir 

əlaqəyə malik deyillər.  

Bu halda “müasir dövrün qlobal problemləri” termini dəyərsizləşir, mənasını 

itirir  və  insanın  bütün  problemlərinə  sinonim  olur.  Əks  halda  qlobal  məsələlərin 

dairəsini daraltmaq meyli özünü göstərir.  

Bunun  üçün  müasir  dövrün  qlobal  problemlərinə  xas  olan  meyar  və  ya 

xarakterik xüsusiyyətləri müəyyən etmək lazımdır. 

Bu xüsusiyyətlərə və meyarlar sırasına daxildir: 

1.  Maraqları  ilə,  bəzən  də  bütün  bəşəriyyətin  gələcəyi  ilə  sıx  bağlı  olan 

problemlər 

2.  dünyanın  bir  çox  bölgələrində  və  ya  hər  yerində  özünü  göstərən 

problemlər 

3. Əgər həll edilməzsə bəşəriyyətin inkişafına və ya yaşamasına təhdid edən 

problemlər. 

4.  Həll  edilməsi  üçün  bütün  dövlətlərin  birləşmiş  səylərini    tələb  edən 

problemlər [18, s.15]. 

Bu  xarakteristikalar  əsasən  “müasir  dövrün  qlobal  problemləri”  anlayışının 

müəyyən edilməsi üçün bir sıra əlamətlər ayırd etmək olar: ümumbəşəri xarakteri, 

miqyaslılığı, fövqəladə təcili olması, kollektiv həllin vacibliyi [19, s.28]. 

Yuxarıda  sadalananları  nəzərə  alaraq,  müasir  dövrün  qlobal  problemlərini 

dünyəvi  əhəmiyyət  daşıyan  və qlobal  miqyasa  malik  olan,  həll  olunmadığı  halda 

bəşəriyyətə  təhlükə  törədən  və    həllində  birgə  səylər  tələb  edən  məsələlər  kimi 

müəyyən etmək olar. 

Bu problemlərə, hər şeydən əvvəl, ekologiya, demoqrafiya, xammal təhcizatı 

və mineral resursların məhdudluğu problemi, beynəlxalq terrorizm, nüvə təhlükəsi, 

sülh  problemi  və  silahsızlaşdırma,  “Şimal  və  Cənub”  arasında  qarşıdurma, 

yoxsulluq problemlərini aid etmək lazımdır [20, s.47]. 

İnsanlıq qarşısında duran bütün qlobal problemləri dörd əsas qrupa bölmək 

olar: siyasi, iqtisadi, ekoloji, sosial (sxem 1) 



 

15 


 

 


Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin