-
ölkənin daxili bazarında yerli istehsal hesabına məhsul bolluğunun
yaradılması;
-
əhalinin ərzaq məhsulları ilə alıcılıq qabiliyyətini təmin etmək;
-
ekoloji təmiz və təhlükəsiz ərzaq məhsulları ilə əhalinin təlabatmın
təminatı;
-
daxili ərzaq bazarının idxal məhsullarının zərərli təsirindən qorunması.
Ərzaq müstəqilliyinin təmin edilməsi, yerli istehsalın artırılması aqrar
siyasətin dayanıqlı inkişafı ilə bilavasitə bağlıdır. Kənd təsərrüfatı milli
iqtisadiyyatın effektli tərkib hissəsi olmaqla eyni zamanda ölkənin ərzaq
təhlükəsizliyini təmin edən maddi istehsaldır. Ərzaq təhlükəsizliyi yeyinti
məhsullarının istehsalı, əhalinin pul gəlirlərinin həcmi, daxili bazarın qorunması ilə
sıx bağlı olsa da, problemin ağırlıq mərkəzini kənd təsərrüfatı məhsulları təşkil
edir.
83
Respublika əhalisinin yarıya qədəri kənd yerlərində yaşayır. ÜDM-nin
5,7%-i, əmək ehtiyatlarının isə 40%-ə qədəri isə kənd təsərrüfatının payına
düşməkdədir (2008-ci il). Kənd yerlərində əhalinin 90%-dən çoxu bilavasitə kənd
təsərrüfatı mallarının istehsalı ilə məşğuldur.
Müasir iqtisadi inkişaf mərhələsində respublikanın ərzaq müstəqilliyi
trasformasiya yönümlü dəyişikliklərin təsiri altında formalaşmaqdadır. Aqrar
siyasətin birinci mərhələsində ərzaq məhsullarının inkişafı idxal kanallarının
təsirinə məruz qalırdısa da, 2000-ci ildən başlayaraq daxili bazarda ərzaq
məhsullarının artım meyilləri özünü göstərmişdir.
Ərzaq balansında mühüm yer tutan tərəvəz ehtiyatlarının 85%-i, kartof-58%-
i, ət və ət məhsullarının 93,6%-i, quş ətinin 69,1%-i, süd və süd məhsulları
ehtiyatlarının 78,2%-i, balıq və balıq məhsullarının 60,4%-i ölkədaxili istehsal
hesabına formalaşmışdır.
Respublikada ərzaq müstəqilliyinin yaradılması və idarə edilməsi
baxımından kənd təsərrüfatının mövcud potensialından faydalı istifadə etməklə
yanaşı, kənd təsərrüfatı məhsulları emalı sənayesinin dayanıqlı inkişafına da nail
olmaq lazımdır. Problemin reallaşdırılması dayanıqlı aqro sənaye məhsulları
istehsalının optimal səviyyəsini yüksəltməklə yanaşı, ölkənin ərzaq müstəqilliyinin
təmin edilməsində əhəmiyyətli rol oynaya bilər.
Ərzaq müstəqilliyi siyasətinin başlıca məqsədlərindən biri rəqabətqabilliyətli
məhsulların artırılması, ayrıca da onun beynəlxalq iqtisadi sistemə inteqrasiya
edilməsini nəzərdə tutur. Buna nail olmaq üçün aşağıda göstərilən əsas
istiqamətlərin inkişafına diqqət yetirilməsi məqsədəuyğundur:
iqtisadi təhlükəsizliyi ilə bağlı ərzaq müstəqilliyinin dayanıqlı idarəetmə
mexanizmlərinin təkmilləşdirilməsi;
ölkə daxili rəqabətədavamlı istehsal sahələrinin inkişaf etdirilməsi;
rəqabətədavamlı
aqrar sənaye sahələrinin dayanıqlı inkişafına
investisiyaların cəlb edilməsi.
84
Ölkənin iqtisadi konsepsiyasına əsasən ərzaq müstəqilliyinin qorunması
sistemində digər amillərlə yanaşı, resurs təminatından balanslaşdınlmış formada
istifadə edilməsi iqtisadi cəhətdən səmərəli olmalıdır. Bu isə resurslardan ərzaq
məhsulları üçün təkrar istifadə, tullantıların emalı, yeni istehlak daxili bazarın
formalaşdınlmasma şərait yaradır.
2009-cu ildən başlayaraq ölkəmiz donorluq fəaliyyətini həyata keçirmək
üçün Ümumdünya Ərzaq Proqramının büdcəsinə hər il 100 min ABŞ dolları
köçürür.Həmin məbləğ təşkilatın ayrı-ayrı ehtiyacları üçün xərclənir. Azərbaycan
BMT–nin Ümumdünya Ərzaq Proqramı çərçivəsində yalnız öz vətəndaşlarına
yardım edir. Həmin qərar indilik öz həllini tapmayan Dağlıq Qarabağ münaqişəsi
ilə bağlıdır.
Azərbaycan eyni zamanda qlobal miqyasda ərzaq təhlükəsizliyi və qıtlıqla
mübarizə üçün tədbirlərin maliyyələşdirilməyində donor ölkəyə çevrilməkdədir.
2012-ci ilin aprelində Bakıda BMT-nin Ərzaq ilə Kənd Təsərrüfatı Təşkilatının
(FAO) Avropa üzrə 28-ci regional konfransı ilə Kənd Təsərrüfatı üzrə Avropa
Komissiyasının 37-ci sessiyası keçirilmişdi. Eyni zamanda keçirilmiş konfrans ilə
sessiya 53 dövlətdən rekord sayda iştirakçı toplamışdı.
İndi ölkəmizdə ərzaq mallarının təhlükəsizliyini tənzimləmiş mükəmməl və
beynəlxalq tələblərə cavab vermiş xüsusi bir qanun yoxdur. Həmin məsələ bir neçə
fərqli qanunlarla tənzimlənir ki, o da çağdaş tələblər ilə çağırışlara adekvat
deyildir. Belə ki, “Ərzaq məhsullarının təhlükəsizliyi haqqında” yeni qanunun
qəbul olunmasına böyük ehtiyac vardır. Məlumat kimi qeyd etmək vacibdir ki,
FAO-nun
“Ərzaq
məhsullarının
təhlükəsizliyi
sahəsində
imkanların
gücləndirilməsi üzrə texniki yardım” layihəsi ətrafında, beynəlxalq ekspertlərin
iştirakı ilə Avropa İttifaqının ərzağa aid qanunvericiliyinin təhlili sayəsində əldə
olunan biliklər ilə təcrübələrə əsaslanaraq bu cür bir mükəmməl qanun layihəsi
hazırlanmaqla, razılaşdırılmaq məqsədilə Kənd Təsərrüfatı Nazirliyi vasitəsilə
aidiyyəti dövlət orqanlarına göndərilibdir. Ancaq təəssüflər olsun ki, bu qanun
layihəsi müəyyən dövlət orqanları vasitəsilə müsbət qarşılanmayıbdır. [32]
85
Qeyd edilməlidir ki, yeni bazar iqtisadiyyatlı ölkələrdə milli ərzaq
təhlükəsizliyinə iqtisadi qloballaşma amillərinin təsiri güclüdür. Müasir
qloballaşma prosesləri nəticəsində ölkələrarası inteqrasiya dünya aqrar-ərzaq
sisteminin formalaşmasına gətirib çıxarır. Bu, özlüyündə yeni bazar iqtisadiyyatlı
ölkələrdə ərzaq probleminin həlli üçün xeyli imkanlar açır. Ərzaq məhsulları
bazarının, həmçinin, ərzaq texnologiyaları və investisiyalar bazarının qloballaşması
əhalinin ərzaq təminatında ölkənin özünün aqrar-sənaye bölməsinin potensialının
məhdudluğu ilə bağlı yaranan çətinliklərin aradan qaldırılmasına, ərzaq
kompleksinə xarici investi- siyaların geniş cəlb edilməsinə və təşkilati-texnoloji
transformasiyalar
əsasmda milli aqrar-ərzaq sisteminin səmərəliliyinin
yüksəldilməsinə əlverişli zəminlər yaradır. Bu zəminlərin reallaşdırılması üçün
ölkənin ərzaq təsərrüfatının dünya aqrar-ərzaq sisteminə səmərəli inteqrasiyası
mexanizmləri yaradılmalıdır.
Hazırda Azərbaycan Respublikasının ərzaq bölməsinin qlobal iqtisadiyyata
inteqrasiyası xeyli dərəcədə geniş, lakin birtərəflidir. Bu sahədə əlaqə əsasən dünya
bazarından ərzaq idxalı xətti üzrə daha sıxdır. Milli ərzaq təhlükəsizliyinin təmin
olunması baxımından İsə ölkənin aqrar- ərzaq bölməsinin qlobal texnologiya və
investisiya bazarlarına inteqrasiyasının gücləndirilməsi strateji önəmliyə malikdir.
Bu sahədə ciddi irəlüəyişİərin təmin edilməsinin ərzaq probleminin һөШ yolunda
öncül vəzifələr kimi dəyərləndirilməsi vacibdir.
Diqqət yetirməsi tələb olunan digər vacib məsələ yeni bazar iqtisadiyyatlı
ölkələrdə milli ərzaq təhlükəsizliyinin formalaşmasına iqtisadi qloballaşmanın
təsirində ziddiyyətli cəhətlərin olmasıdır. Qloballaşma dünya əhalisinin ərzaq
təminatının səviyyəsi və səmərəliliyinin yüksəldilməsinə şərait yaratmaqla yanaşı,
dünya ərzaq bazarındakı rəqabət şərtlərinin daxili bazara nüfiız etməsinə və
ölkənin ərzaq istehsalçılarının bununla bağlı yaranan çətinliklərlə üz-üzə
qalmalarına gətirib çıxarır. İnvestisiyalar bazarının qloballaşması nəticəsində
ölkəyə xarici kapitalın ахш milli aqrar-ərzaq sisteminin möhkəmləndirilməsi üçün
imkanların genişləndirilməsi ilə bərabər, milli ərzaq istehsalı şirkətlərinin xarici
86
şirkətlər, o cümlədən, bir çox hallarda transmilli korporasiyalar təmrindən
udulması, yerli ərzaq bazarının xarici firmalar tərəfindən inhisarlaşdırılması
təhlükəsi yarada bilir. Belə təhlükə son dövrlərdə transmilli korporasiyaların
fəaliyyət sferasında inhisarlaşmanm güclənməsi, ауrı-ауrı ərzaq məhsulları
növlərinin istehsalı və satışının daha güclü milletlerarası konqlomeratların
nəzarətinə keçməsi ilə bağlı, xüsusilə artmaqdadır. Digər mühüm cəhət aqrar-ərzaq
kompleksində elmi-texniki tərəqqinin siiratlandirilmnsinin ziddiyyətləri ilə
əlaqədar qloballaşmanın gedişində xarici texnologiyaların geniş tətbiqinin ərzaq
məhsullarının və ətraf mühitin təhlükəsizliyi problemlərinin kəskinləşməsilə
nəticələnə bilməsidir. Başqa sözlə, qloballaşma keçid iqtisadiyyatı şəraitində milli
ərzaq təhlükəsizliyinin təmin edilməsi imkanlarım genişləndirməklə yanaşı, bu
sahədə xeyli mürəkkəb məsələlər də doğurur.
NƏTİCƏ
70-ci illərin ortalarından etibarən qlobal problemlər iqtisadçıların,
politoloqların və filosofların araşdırma mövzusu olmuşdur. Bu problemlər daha az
dərəcədə, hüquqşünasları narahat edir, çünki getdikcə daha çox müasir beynəlxalq
münasibətlərə təsir edir. Bu disporporsiya aydın deyil, çünki dövlətlərin sayının
artması və bu səbəbdən də beynəlxalq əlaqələrdə maraqların, ehtiyacların və
məqsədlərin müxtəlifliyinin artması, bir tərəfdən, ziddiyyətlər və münaqişələrin
yaranması üçün potensial və faktiki imkanlar, digər tərəfdən, oxşar və ya hətta eyni
məqsədlər deməkdir.
Qeyd edək ki, keçmişin ən xarakterik xüsusiyyəti xalqların azadlığı və öz
müqəddəratını təyin etməsidir. Buna baxmayaraq, dövlətlər bir çox problemləri
özləri həll edə bilmirlər.
87
Dünyadakı problemlərin yaranmasının səbəbləri üzərində düşünən elm
adamları, ilk növbədə, ortaya çıxmış dünya ictimaiyyətinin birliyinə, ilk növbədə
dərin iqtisadi əlaqələri, güclənən siyasi, mədəni əlaqələri və yeni kütləvi ünsiyyət
vasitələrini təmin edən müasir dünyanın bütövlüyünü göstərirlər. Planetin
insanlığın tək bir evinə çevrilməsi şəraitində bir çox ziddiyyətlər, münaqişələr,
problemlər lokal çərçivələri inkişaf etdirə və qlobal qlobal xarakter ala bilər.
Aydındır ki, bu problemlərin həlli yalnız kompleks şəkildə mümkündür.
Təsvir etdiyimiz qlobal problemlərin hər biri - ekoloji, ərzaq problemləri və
nəhayət, elmi texniki problemlərin kompleksi bütün insanlarla sıx bağlıdır, insan
fəaliyyətinin bütün sahələrinə təsir göstərir.
Onların qarşılıqlı əlaqələrinin nümunələri, eləcə də baş verən proseslərin
ümumi və xüsusi nümunələri hələ də öyrənilməlidir. Hal-hazırda iqtisadiyyat, eləcə
də bir sıra əlaqəli elmlər seriyası inkişaf edir. Yeni fənlər yaranır, dəqiq elmlərin
metodologiyası fəal şəkildə tətbiq olunur, müxtəlif iqtisadi məktəblərin dialoqu və
konsolidasiyası davam edir. Cari iqtisadi böhranın qarşısını almaq mümkün
olmadı, lakin dünya və milli iqtisadiyyatlar üçün onun nəticəsi elə də fəlakətli
olmadı. Bu, iqtisadi nəzəriyyənin inkişafı ilə mümkün oldu.
Bundan əlavə, dünya ictimaiyyətinin inteqrasiyaya ehtiyacı inkar edilə
bilməz hala gəlir. Struktur əlaqələrə əlavə olaraq qlobal problemlər qlobal
səviyyədədir. Yəni, onların həlli bütün dünya miqyasında və istisnasız bütün
dövlətlərin iştirakı ilə mümkündür. Biz dünya təşkilatlarının əhəmiyyətinin
artıdığını, Dünya ictimaiyyətinin fəaliyyətinin koordinasiyasının gücləndiyini
müşahidə edirik. Bu proseslər daha da güclənəcəkdir.
Lakin dünya iqtisadiyyatının inteqrasiya prosesi müəyyən çətinliklərlə
üzləşməyə davam edəcək. Müxtəlif ölkələrin milli iqtisadiyyatları öz
xüsusiyyətlərinə malikdir. Dövlətlərin öz maraqları var və şübhəsiz ki, onları
müdafiə etməyə davam edəcəkdir. Aydındır ki, kifayət qədər təcrid edilmiş alt
sistemlərin inteqrasiya prosesi və tək bir supersistemə çevrilməsi uzun və olduqca
problemli bir prosesdir.
88
Dünyanın bütün problemləri iqtisadi cəhətdən bir-birilə bağlıdır. Belə ki,
ekoloji problemlərin həlli iqtisadi məsələlər həll olmadan mümkünsüzdür, bu da
qismən ərzaq problemində əks olunur. Ərzaq problemi, öz növbəsində, coğrafi
ərazilərdə sosial gərginlik daşıyır. "Üçüncü dünya" ölkələrinin iqtisadi cəhətdən
geri qalması onlarda əhalinin kəskin artması ilə bağlıdır, bununla yanaşı iqtisadi
problemlərin kəskinləşməsi də ekoloji problemdə əks olunan silahlanma yarışına,
təsir edir. Əlbəttə ki, bu problemlərin həlli birlikdə və kompleks şəkildə həll
olunmalıdır.
Yuxarıda
göstərilmiş əlamətlər əsasında müasir dövrün qlobal
problemlərinin aşağıda göstərilən növlərini göstərmək mümkündür.
-xalqlar arasında həyati mənafelərə əsasən razılıq, qarşılıqlı etimad ilə
ümumbəşəri həmrəyliyə əsaslanaraq sosail tərəqqinin dinc, sülh üsulu ilə
inkişafının təmin olunması;
- inkişaf etmiş qərb ölkələri ilə zəif inkişaf etmiş Asiya, Afrika və Latın
Amerikası dövlətləri arasında iqtisadi v mədəni inkişaf səviyyəsindəki çoxalmaqda
olan fərqin aradan qaldırılmağı;
- bəşəriyyətin inkişafı üzrə vacib olan təbii ehtiyatlar ilə xammala (bərpa
olunan və bərpa olunmayan ehtiyatlara), eyni zamanda lazımi miqdarda və
keyfiyyətli ərzaq malları ilə enerjiyə çoxalmaqda olan tələbatının ödənilməyi;
-insanın biosferaya geniş şəkildə müdaxilə etməsinin faciəli nəticəsi kimi
ekoloji böhranın, ətraf mühitin (atmosferin, torpaq ilə su hövzələrinin) sənaye və
kənd təsərrüfatı tullantıları ilə hədsiz şəkildə çirklənməyinin qarşısının alınmağı;
- inkişaf etməkdə olan dövlətlərdə böyük şəkildə sosial-iqtisadi çətinliklər
yaradan əhalinin surtəli artşının, demoqrafik partlayışın məhdudlaşdırılmağı və
inkişaf etmiş dövlətlərdə doğumun əhali artışının normal həddindən aşağı olmağı
sayəsində yaranmış təkrar istehsalının təmin olunması və əhalinin nisbi
qocalmağının qarşısının alınmağı;
89
-elmi-texniki inqilabın yaratdığı arzu olunmaz nəticəəlri irəliləcədən
görmək və aradan götürmək, onun yaratdığı misilsiz imkanlardan bütünlükdə
cəmiyyət ilə şəxsiyyətin mənafeyi naminə istifadə olunması;
- əhalinin sağlamlığının qorunmağı ilə bağlı səhiyyənin qarşısında duran
vəzifələrin yerinə yetirilməyi (Spidə, narkomaniyaya və başqa dəhşətli xəstəliklərə
qarşı faydalı mübarizə aparılmağı), təhsil ilə ictimai təminatın yaxşılaşdırılmağı,
keçmişin mədəni irsinə və əxlaqi dəyərlərə münasibətilə əlaqəli məsələlərin həll
olunması.
Əlbəttə, bu problemlərin bir çox hissəsi əvvəllərdə mövcud olubdur. Ancaq
hazırki şəraitdə onlar kəskin şəkil alıbdır. Qlobal problemlərinin həll yollarını
işləyib hazırlamaq və reallaşdırmaq üçün ilk olaraq onların mahiyyəti ilə yaranma
səbəbləri araşdırılmalıdır. Müəyyən qlobalist nəzəriyyələr sözügedən problemləri
fatalist mövqedən izah etməklə, onların labüdlüyünü, qarşısıalınmazlığını sübut
etməyə çalışırlar. Onların fikrinə görə həmin problemlər labüd şəkildə və
avtomatik surətdə faciəli sonluqlara gətirib çıxarmalıdır. Bu mövqe düzgün
sayılmır. İstər indiki dövrdə var olan, istərsə də gələcəkdə əmələ gələ biləcək
qlobal problemləri mütərəqqi ictimai qüvvələrin fəaliyyətini, baxış və
məqsədlərinin birləşdirməyə əsaslanaraq tamamilə həll etmək olar.
İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT
1. Abbasbəyli A.N.. Beynəlxalq münaqişələr: nəzəri və konseptual yanaşmalar.
B.,2006.
2. Azərbaycanın xarici iqtisadi əlaqələri: problemlər və perspektivlər. Bakı,
2015, 332 s.
3. Əliyev A., Şəkərəliyev A., Dadaşov İ. Dünya iqtisadiyyatı: müasir dövrün
problemləri . (Monoqrafiya).Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2003.- 455
səh.
4. Əliyev E.Ə.. Beynəlxalq iqtisadi hüquq. Bakı, 2012. 650 s.
5. Xropanyuk V.N “Dövlət və hüquq nəzəriyyəsi” Bakı-2009 (tərcümə)
90
6. Kərimov C. , Orucov A., İsrafilov H. Dünya iqtisadiyyatı, Dərslik, Bakı,
“Nurlan”, 2007,728 s.
7. Qafarov Ş.S. Müasir iqtisadi sistem və qloballaşma. Bakı: CBS, 2005, 632 s.
8. Lomakin V.K. Dünya iqtisadiyyatı. Bakı, “Zərdabi LTD”, 2015, 736 səh.
9.
Mehdiyev R. “İctimai və humanitar elmlər: zaman kontekstində baxış”,
Azərbaycan qəzeti, 8 dekabr, 2009-cu il.
10. Mehdiyev R. “Vətəndaş cəmiyyətinə yol açan ideyalar”. Bakı 2006, səh. 435
11. Məmmədov A.S.. Beynəlxalq konfliktlər. B.,2000.
12. Məmmədov A.S.. Beynəlxalq münasibətlər. B.,2002.
13. Rəcəbli H.M. BMT-nin ixtisaslaşmış qurumları. Bakı: Azərbaycan, 2003,
256 s.
14. Sadıqov Ə.İ. Beynəlxalq iqtisadi hüquq. Dərslik. Bakı: “Bakı Universiteti”
nəşriyyatı, 2008, 396s.
15. Şəkərəliyev A.Ş. Dünya iqtisadiyyatı və beynəlxalq iqtisadi münasibət-
lər. B., 1999
16. Tunkin G.I., Pravo i sila v mezhdunarodnoy sisteme, M., 1983
17. Lukashuk I.I., Mezhdunarodno-pravovoye regulirovaniye mezhdunarodnykh
otnosheniy (sistemnyy podkhod), M., 1975.
18. Zagladin V.V., Frolov I.T. Global'nyye problemy sovremennosti: nauchnyy i
sotsial'nyy aspekty. M.: Mezhdunarodnyye otnosheniya, 2012
19. Miller Tayler. Zhizn' v okruzhayushchey srede. M.: Progress. Pangeya,
2010.
20. Nizhnikov S.A. Global'nyye problemy sovremennosti. Filosofiya: kurs
lektsiy. M.: Ekzame, 2011
21. Stepanchenko
A.A.
Ponyatiye
i
stanovleniye
deyatel'nosti
po
postkonfliktnomu mirostroitel'stvu. // Zhurnal «Vestnik Moskovskogo
universiteta MVD Rossii», № 1, 2016
22. Radionova I.A. Global'nyye problemy chelovechestva. M.: Prosveshcheniye,
2010
91
23. Globalnyye
problemy
i
puti
ikh
resheniya
2013
g.
URL:
http://www.wikipedia.org
24. Doklad General'nogo sekretarya o rabote organizatsii za 1998 god. Dok.
OON
A/53/1.
URL:
http://daccess-dds-ny.un.org/
doc/UNDOC/GEN/N98/251/11/PDF/N9825111.pdf?OpenElement
(data
obrashcheniya: 01.11.2016 g.)
25. Zapiska predsedatelya Soveta Bezopasnosti OON. Dok. OON S/23500.
URL:
http://daccess-dds-ny.un.org/doc/
UNDOC/GEN/N92/043/36/IMG/N9204336.pdf?OpenElement
(data
obrashcheniya: 01.11.2016 g.)
26. Itogovyy dokument Vsemirnogo sammita 2005 g. Rezolyutsiya General'noy
Assamblei
ot
16.09.2005
g.
A/RES/60/1.
URL:
http://www.un.org/ru/documents/decl_conv/declarations/ outcome2005 (data
obrashcheniya: 11.11.2016 g.)
27. Rezolyutsiya General'noy Assamblei OON ot 20.12.2005 g. Dok. OON
A/RES/60/180.
URL:
http://daccess-dds-
ny.un.org/doc/UNDOC/GEN/N05/498/42/PDF/N0549842.
pdf?OpenElement (data obrashcheniya: 09.11.2015 g.)
28. Rezolyutsiya So¬veta Bezopasnosti OON 1645 (2005) ot 20.12.2005 g.
Dok.
OON
S/
RES/1645
(2005).
URL:
http://daccess-dds-
ny.un.org/doc/UNDOC/
GEN/N05/654/19/PDF/N0565419.pdf?OpenElement (data obrashche¬niya:
09.11.2015 g.)
29. Povestka dnya dlya mira. Dok. OON A/47/277 – S/24111 ot 02.07.1992 g.
URL:
http://daccess-dds-ny.un.org/doc/UNDOC/
GEN/N92/289/17/IMG/N9228917.pdf?OpenElement (data obra¬shcheniya:
01.11.2016 g.)
30. Kagarlitskiy, B.YU. Itogi Kopengagenskoy konferentsii / B.YU.
Kagarlitskiy // http://igso.ru/articles.php?article_id=289
92
31. Pakhomova,
N.V.
Sotsial'no-ekologicheskaya
otvetstvennost'
i
konkurentosposobnost' biznesa: vozmozhen li sinergeticheskiy effekt? /
N.V. Pakhomova, G.B. Malyshkov // Problemy sovremennoy ekonomiki,
2008, № 2(26)
32.
www.prezident.az
33.
www.azerbaijan-news.az
34. https://news.milli.az/interest/581920.html
Xülasə
Müasir qlobal problemlər və beynəlxalq hüquq münasibətləri problemi həm
beynəlxalq hüquq doktrinasında, həm də müvafiq təcrübədə həll edilən ən vacib
problemlərdən biridir.
Qlobal problemlərin mövzusu, şübhəsiz ki, fəlsəfi və sosial müstəvidə
normativ aspektə nisbətən daha əvvəl ortaya çıxmışdır. Beynəlxalq münasibətlərdə
nadir hallarda ortaya çıxan bu vəziyyət, insanlığa təhdid edən təhlükə anlayışının
dərəcəsi ilə beynəlxalq hüquq subyektləri tərəfindən bu problemlərə praktiki həll
yollarının olmaması arasında bir uyğunsuzluqun səviyyəsini azaltmaq və ya aradan
qaldırmaq üçün müəyyən bir fəaliyyət tələb edirdi.
93
70-ci illərin ortalarından etibarən qlobal problemlər iqtisadçıların,
politoloqların və filosofların araşdırma mövzusu olmuşdur. Bu problemlər daha az
dərəcədə, hüquqşünasları narahat edir, çünki getdikcə daha çox müasir beynəlxalq
münasibətlərə təsir edir. Bu disporporsiya aydın deyil, çünki dövlətlərin sayının
artması və bu səbəbdən də beynəlxalq əlaqələrdə maraqların, ehtiyacların və
məqsədlərin müxtəlifliyinin artması, bir tərəfdən, ziddiyyətlər və münaqişələrin
yaranması üçün potensial və faktiki imkanlar, digər tərəfdən, oxşar və ya hətta eyni
məqsədlər deməkdir.
Əlbəttə, qlobal problemlərin bir çox hissəsi əvvəllərdə mövcud olmuşdur.
Ancaq hazırki şəraitdə onlar kəskin şəkil almışdır. Qlobal problemlərinin həll
yollarını işləyib hazırlamaq və reallaşdırmaq üçün ilk olaraq onların mahiyyəti ilə
yaranma səbəbləri araşdırılmalıdır. Müəyyən qlobalist nəzəriyyələr sözügedən
problemləri
fatalist
mövqedən
izah
etməklə,
onların
labüdlüyünü,
qarşısıalınmazlığını sübut etməyə çalışırlar. Onların fikrinə görə həmin problemlər
labüd şəkildə və avtomatik surətdə faciəli sonluqlara gətirib çıxarmalıdır. Bu
mövqe düzgün sayılmır. İstər indiki dövrdə var olan, istərsə də gələcəkdə əmələ
gələ biləcək qlobal problemləri mütərəqqi ictimai qüvvələrin fəaliyyətini, baxış və
məqsədlərinin birləşdirməyə əsaslanaraq tamamilə həll etmək olar.
Dostları ilə paylaş: |