Microsoft Word esasss doc



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə1/3
tarix02.01.2022
ölçüsü0,96 Mb.
#39720
  1   2   3
Kubra



 
 
1
KÜBRA QULİYEVA 
 
 
 
 
 
 
 
 
 
BƏDİİ ƏDƏBİYYATDA 
DİALEKTİZMLƏR 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
"Elm və təhsil" 
Bakı  - 2019 


 
 
2
Azərbaycan Milli  Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu Elmi 
Şurasının 26 dekabr 2018-ci il tarixli iclasının №- 9-li protokoluna  
əsasən çap olunur 
 
Tərtib edən və  
ön sözün müəllifi:         Kübra Quliyeva 
filologiya üzrə fəlsəfə  doktoru,  dosent 
 
Redaktorlar:       
   Fikrət Qoca 
AYB-nin I katibi, Azərbaycanın xalq   
şairi, Azərbaycan Respublikasının                             
Dövlət mükafatı laureatı 
 
   Kifayət İmamquliyeva 
   filologiya üzrə fəlsəfə doktoru, dosent 
 
Rəyçilər: 
 
   Məhərrəm Məmmədli 
    
 
 
filologiya elmləri doktoru, professor 
 
    
 
 
Binnətova Güntəkin 
 
                           filologiya üzrə fəlsəfə doktoru, dosent 
 
    
 
 
Qəmbərova Güdsiyyə 
    
 
 
filologiya üzrə fəlsəfə doktoru, dosent 
 
Kübra Quliyeva. Bədii ədəbiyyatda dialektizmlər.  
Bakı, Elm və təhsil”, 2019, 288 səh. 
 
Lüğətdə müxtəlif dialekt və şivə daşıyıcısı olan  yazıçı və şairlərin 
əsərlərindən Azərbaycan ədəbi dilində işlənməyən, yalnız danışıq dilində   –  
dialekt və şivələrdə təsadüf olunan 2200-dən çox söz və ifadə toplanmışdır.  
 
Lüğət dil tarixinin öyrənilməsi, bir sıra qədim söz köklərinin 
araşdırılması, etimoloji tədqiqat və etimoloji lüğətlərin tərtibi, eləcə də 
dialektoloji lüğətlərin, dilin leksik bazasının zənginləşdirilməsi üçün əhəmiy-
yətlidir. 
 
ISBN 978-9952-8305-2-1                                   © «Elm və təhsil», 2019 


 
 
3
 
 
ÖN SÖZ 
 
ər bir xalqın dili onun tarix yaddaşıdır. Xalqın 
minillikləri əhatə edən mədəniyyəti, həyatı, yaşam 
tərzi dilində öz əksini tapır. Ana dili millətin başlıca zahiri 
əlamətidir.  Xalqın milli psixologiyası, xarakteri, təfəkkür tərzi, 
bədii yaradıcılığı, dini, məişəti və digər bütün mənəvi, özünə xas 
keyfiyyətləri dil vasitəsilə meydana çıxır və dillə ifadə edilir. 
Dünya dilləri arasında kamilliyi, zənginliyi ilə seçilən türk 
dilləri, o cümlədən Azərbaycan dili, Tanrının bu xalqa bəxş 
etdiyi ən gözəl hədiyyəsidir.  
Azərbaycan dili qədim və zəngin tarixə, ənənəyə, 
rəngarəng dil faktlarına, inkişaf etmiş fonetik, leksik və 
qrammatik sistemə, çoxcəhətli və əhatəli üslublara malikdir. Bu 
dil Böyük Azərbaycanda eramızın ilk əsrlərində formalaşaraq 
zamanla xalqın ümummilli dilinə çevrilmişdir.  
Bu bir həqiqətdir ki, Azərbaycan dili uzun əsrlik forma-
laşma dövründə siyasi, mədəni və qohumluq münasibətlərində 
olduğu xalqların dillərindən bəhrələndiyi kimi, ayrı-ayrı tarixi 
mərhələlərdə bir sıra dillərə də önəmli təsir göstərmişdir. 
M.Y.Lermontov bununla bağlı müşahidələrində “Azərbaycan 
dili Qafqazda, ümumilikdə Asiyada, fransız dilinin Avropada 
oynadığı rol qədər zəruri bir dildir” deyə yazırdı. 
Dünya dilləri içərisində türk dillərinin öz zənginliyinə 
görə öndə gələn dillərdən biri olması görkəmli Avropa və rus 
dilçiləri tərəfindən təsdiq edilmişdir. Bu mənada çox  qədim bir 
dilin qolu olan Azərbaycan dilini xüsusi qeyd etmək lazımdır. 
Azərbaycan dili öz etnik kaloritini, qədimliyini əsrlər 
boyu saxlamış  bir dildir. Bunu Ulu Öndər H.Əliyev də dil 
haqqındakı fikirlərini ifadə edərkən “Dilimiz çox zəngin və 
ahəngdar dildir, dərin tarixi köklərə malikdir” deyə xüsusi qeyd 
etmişdir.  



 
 
4
Azərbaycan dilinin digər türk dillərindən fərqləndirən 
başlıca cəhət onun digər türk dillərinə nəzərən mühafizəkar 
olmasıdır. Belə ki, Azərbaycan dilinin lüğət tərkibində olan və 
sonradan alınan sözlər əsrlər boyunca dildə mühafizə olunaraq 
qalmış, bu gün də xalqın dilində, bədii yaradıcılığında işlənərək 
öz mövqeyini mühafizə edir. 
 
“Bədii ədəbiyyatda dialektizmlər” lüğəti də məhz bu 
məqsədlə tərtib olunmuşdur. Kitabda Azərbaycanın müxtəlif  
bölgələrini təmsil edən yazıçı və şairlərin əsərlərində işlənmiş 
dialekt və şivə sözləri, eləcə də ifadələr toplanılaraq,  mətnə görə 
mənaları, izahları verilmişdir.  
Lüğətə 2200-dən çox söz və ifadə daxildir. Dialekt 
faktları 1987-1992-ci illərdə  “Azərbaycan”  və “Ulduz” jurnal-
larında çap olunmuş bədii əsərlərdən toplanılmışdır ki, həmin 
dövr də Azərbaycanın Rusiyanın tərkibindən çıxma ərəfəsi və 
müstəqillik dövrünə təsadüf edir. Elə buna görədir ki, həmin 
əsərlərdə milli özünəqayıdış və milli kalorit bariz şəkildə özünü 
göstərir.  
Maraqlı cəhətlərdən biri lüğətdə toplanılmış yüzlərcə sö-
zün bu vaxta qədər çap olunmuş istər məhəlli, istərsə də ümimi 
xarakter daşıyan dialektoloji lüğətlərdə öz əksini tapmamasıdır. 
Ümid edirik ki, gələcəkdə çap olunacaq, bütöv Azərbaycanı əks 
etdirəcək yeni sözlüklərin tərtibində bu kitabın da rolu olacaq. 
Bu arada “Bədii ədəbiyyatda dialektizmlər” lüğətinin 
ərsəyə gəlməsində yaxından kömək göstərən, dəyərli vaxtını sərf 
edən insanlara  –  Azərbaycan Yazarlar Birliyinin I katibi, xalq 
şairi Fikrət Qocaya, Yazıçılar Birliyinin Qarabağ bölgəsinin 
sədri Ənvər Əhmədə, Yazıçılar Birliyinin Qazax bölgəsinin 
sədri Barat Vüsala, yazıçı Vidadi Babanlıya, Rahid Uluselə, 
Miraslan Bəkirliyə, Əli Əmirliyə, Mənzər Niyarlıya, Seyran 
Səxavətə, Bahar Bərdəliyə, Babək Göyüşə, Sadıq Elcanlıya, 
Elçin Hüseynbəyliyə, Azad Qaradərəliyə, Aydın Murovdağlıya, 
Ələviyyə Babayevanın bacısı Aida Feyzullayevaya, yazıçı 
İsmayıl Qarayevin qızları Xanım İsmayıl qızı və Vəsimə 


 
 
5
xanıma, yazıçı Eyvaz Əlləzoğlunun oğlu Oğuz Ayvaza, AMEA-
nın Tətbiqi Dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru, 
prof. İsmayıl Məmmədova, Laçınlı ağsaqqal, qocaman müəllim 
Paşa Əvəzzadəyə, Azərbaycan Dialektologiyası şöbəsinin bütün 
əməkdaşlarına minnətdarlıq və təşəkkür borcumu da ifadə edir, 
kitabın ideya müəllifi, uzun illər AMEA Nəsimi adına Dilçilik 
İnstitutunun Azərbaycan Dialektologiyası şöbəsinə rəhbərlik 
etmiş, tanınmış dialektoloq, mərhum professor Musa İslamova 
Allahdan rəhmət diləyirəm 
 
KÜBRA  QULİYEVA 
filologiya üzrə fəlsəfə doktoru, dosent 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
 
6
DİLİMİZİ, ƏDƏBİYYATIMIZI YAŞADAN KİTAB 
 
Çox uzaq keçmişə dayanan köklərimiz oğuz-səlcuq 
dilləri zəminində yaransa da, zaman keçdikcə tarixin inkişafıyla 
bağlı dağınıq məhəlli-qəbilə, tayfa dilləri səviyyəsindən ümum-
milli dil səviyyəsinə yüksələrək dünyanın ən zəngin söz xəzinə-
sinə sahib Türk  –  Azərbaycan dilini ortaya çıxarmışdır. Bu gün 
əminliklə deyə bilərik ki, dilimiz öz leksik bazasının zənginliyi, 
sözlərin semantik rəngarəngliyi, fərqli çalarlılığı baxımından 
dilinin zənginliyi ilə fəxr edən xalqlarla eyni səviyyədə durur.  
Dil hər bir xalqın, hər bir millətin, hətta hər bir etnosun 
coğrafi məkanını, sərhəddini “Vətən” olaraq müəyyənləşdirən 
başlıca meyardır və hər bir milləti dünyaya tanıtdıran da ilk 
nöbbədə onun dili və coğrafi ərazisidir. Bu mənada Tanrı 
Azərbaycan xalqına qarşı çox comərd davranaraq bəşər üçün 
gərəkən bütün estetik gözəllikləri ona bəxş etmişdir. Azərbaycan 
ərazisinin təbii gözəlliyi, sərvətlərinin zənginliyi xalqının düşün-
cə tərzinin də zənginləşməsinə təsir göstərmiş, formalaşmasında 
mühüm rol oynamışdır. Başqa deyişlə, zəngin təbiət zəngin 
düşüncəli Azərbaycan xalqını yaratmışdır. Məhz həmin cəhətidir 
ki, bu gün Azərbaycan xalqını ümumilikdə “şair düşüncəli, şair 
qəlbli xalq” adlandırmamıza imkan verir. Bu gün yazıb-yaradan 
hər bir şəxs torpağının, yaşadığı coğrafi ərazinin suyundan, 
havasından, əsrlər boyunca işlədilən və ya miras qoyub gedən 
babalarımızın dilindən bəhrələnərək xalqımızın mənəviyyatını 
əks etdirən bədii əsərlərini ortaya qoyur. Həmin əsərlərdə 
işlənən sözlərin yaşadılması isə xüsusi diqqət, gərgin fəaliyyət 
və böyük zəhmət tələb edir. Əsərlərin cümləbəcümlə oxunub, 
dialekt və şivələrimizə məxsus qədim, məişətlə, xalqımızın 
dünyagörüşü, düşüncələri, adət-ənənələri və s. ilə bağlı sözlərin 
bir-bir toplanılmasının özü böyük məharətdir. Bu mənada 
filologiya üzrə fəlsəfə doktoru, dosent Kübra Quliyevanın 
redaktoru olduğum “Bədii ədəbiyyatda dialektizmlər” adlı lüğəti 
də ağır zəhmətin, gərgin işgüzarlığın dadlı, gözəl bir bəhrəsi 


 
 
7
olmaqla yanaşı, yazar və şairlərimizin yaradıcılığına, eləcə də 
dilimizə verilən yüksək qiymətdir. Müəllifin bədii ədəbiyyatda  
(1987-1992-ci illərdə çap olunmuş “Azərbaycan” və “Ulduz” 
jurnalları) gedən, məhz canlı danışıq, xalq dilinə, başqa cür 
desək, dialekt və şivələrə xas sözləri bir-bir toplayaraq, onları 
elm aləminə çatdırması çox yüksək şəkildə dəyərləndirilməlidir. 
Çünki bu kitabın ortaya çıxması dilimizin zənginliyini ortaya 
qoymaqla yanaşı, həm də ədəbi dildə məlum olmayan, 
lüğətlərdə belə əksini tapmayan yüzlərcə sözün yaşaması, 
gələcək tədqiqat əsərləri üçün baza rolu oynaması deməkdir. 
Kübra Quliyevanın tərtib etdiyi lüğətdə 2200-dən artıq 
söz toplanıb və məni sevindirən odur ki, lüğətin xəzinəsini 
Azərbaycanın müxtəlif bölgələrini təmsil edən yazıçılarımızın 
əsərləri təşkil edir.  
Məlumdur ki, dil də canlıdır, dildə sözlər yaşayır, inkişaf 
edir və ya müəyyən bir mərhələdə aktivliyini itirir, zaman-za-
man unudulur. Dosent Kübra Quliyevanın bu əsəri məhz bu pro-
sesi əngəlləmək və ya qarşısına keçmək məqsədi daşıdığından 
onu yüksək qiymətləndirir, alimlərimizin gələcəkdə də bu möv-
zuya qayıdacaqlarına, yenidən müraciət edəcəklərinə ümid 
edirəm.  
Lüğətdə bu qədər sözün toplanması alqışa layiqdir. Bu-
rada söhbət 1987-1992-ci illər ərzində “Azərbaycan” və “Ulduz” 
jurnallarında çap olunmuş bədii əsərlərdən alınmış sözlərdən 
gedir ki, qeyd olunan dönəm artıq müstəqilliyə gedən yolun 
başlanğıcı və müstəqillik dövrünə təsadüf edir. Əsərlərin dilində 
dialekt sözlərinin bol işlədilməsi də bununla əlaqədardır. Fəqət 
postsovet məkanında əsərlər üzərində Azərbaycan dilini yaxşı 
bilməyən bəzi senzur məmurların olması, mənasını başa düşmə-
diyi sözlərin əsərlərdən çıxarılmasının özü də dilimizə zərbə idi. 
Təbii ki, belə vəziyyətdə xalq sözləri ədəbiyyata gələ bilmirdi. 
Belə əsərlərin çoxu senzurasız dövrdə çap üzü gördü, məhz 
Kübra Quliyevanın əsərinin əhatə etdiyi dövrdə, yəni 1987-
1992-ci illərdə çap olunmağa başladı.  


 
 
8
“Unudulmuş köhnə moda ən yaxşı yeni modadır” deyir-
lər. Mən bu ifadəyə öz sözlərimi əlavə edərək deyirəm: 
“Kübra xanım, unudulmuş köhnə sözlərimizi lüğətiniz 
vasitəsilə yenidən dilə gətirdiyiniz üçün sizə təşəkkür edirəm”. 
 
Fikrət Qoca 
 Azərbaycanın xalq şairi,  
Azərbaycan Yazarlar Birliyinin I katibi,  
   Azərbaycan 
Respublikasının 
Dövlət 
Mükafatı Laureatı 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
 
9
 
LÜĞƏTİN QURULUŞU VƏ TƏRTİB ÜSULU 
 
1. Lüğətdə baş sözlər əlifba sırası ilə verilir. 
2. Dialektoloji lüğət dialekt və şivələrdə işlənən, ədəbi dildə 
təsadüf olunmayan sözləri əhatə edir; məs.: 
Ağırtaxta  –  ağıryana, vüqarlı. 
Alacankeş  –  yarıcan, birtəhər. 
Badalamaq  –  təpık atmaq, təpikləmək 
Höləkə-Höləkə  –  acgözlüklə, görməmiş kimi. 
3. Omonimlər ayrılıqda baş söz kimi verilir, onlardan sonra Rum 
rəqəmləri  (I, II, III) qoyulur; məs.: 
Cığan I  –  lotu, avara, oğru.  
Cığan II  –  çoxlu, xeyli, bir dəstə. 
Kürə I  –  uzun qulaqlı qoyun.  
Kürə II  –  böyük soba, yer manqalı. 
4. Sözün fonetik variantları baş söz kimi verilir. Əlifba sırası ilə 
birinci sözün qarşısında mənası izah olunur, sonra gələn sözlər 
isə birinciyə baxdırılır; məs.: 
Bir qınnaq  –   bir damcı, bir az.  
Bir qınnəx'  –  bax: bir qınnaq. 
Anışdırmaq  –  başa düşmək. 
Anşırmaq  –  bax: anışdırmaq. 
5. Sabit söz birləşmələri, frazeoloji ifadələr, eləcə də köməkçi 
feillərlə düzələn birləşmələr aşağıdakı şəkildə verilir: 
a) məcazi məna daşıyan soz birləşmələri  (frazeoloji birləşmələr 
və ya idiomatik ifadələr) baş söz kimi verilir, lakin qarşısında  
romb  (◊) işarəsi qoyulur; məs.: 
◊ Alımını vermək  –  abrını vermək, biabır etmək, abrını 
ətəyinə bükmək.  
◊ Ağız burmaq  –  saymamazlıq etmək. 
b) əgər tərkibdəki dialekt sözünün müstəqil mənası varsa, həmin 
söz baş söz kimi götürülür, izah edilir. Bundan sonra  romb  (□) 
işarəsi qoyulur, birləşmə və ya tərkib yazılır, izah edilir; məs.: 


 
 
10
Ağnağaz  –  ehtiyac üçün üyüdülən taxıl. □ Ağnağaz eləmək  –  
ehtiyac üçün bir miqdar taxıl üyütmək. 
Alışma  –  mal, mülk və s. bölüşdürülməsi. □ Alışma eləmək  –  
bölüşdürmək. 
Ayan  –  məlum, aşkar. □ Ayan olmaq  –  aydın, aşkar, məlum 
olmaq. 
6. Baş söz məcazi mənada işlənirsə, izahdan əvvəl  məcaz sözü 
yazılır; məs.: 
Buruntaxlamaq   –  məc. mənada: evləndirmək, əl-ayağını bir 
yerə yığmaq. 
Xalta  –  məc. mənada: qalstuk. 
Ağzıbir  –  məc. mənada: həbsxana. 
7. Baş sözün leksik izahı verilərkən, əlavə məlumat bucaq  
(<...>) içərisində qeyd olunur, məs.: 
Ambır  –  axmaq, gic
Atlama   –  ovduq sərinləşdirici içki>. 
Alaşa  –  zəif, arıq .   
8. Lüğətdə hər bir baş sözə aid misal  –  cümlə verilir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
 
11
AZƏRBAYCAN ƏLİFBASI 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
 
12
- A - 
 
ABIŞKA  –  pəncərə.  –  Sabah durannan bəri qaçır abışkanın 
qavağına, sən tərəfə boylanır (V.Babanlı. Ömürlük cəza. Azərb. 
jurnalı, 1991, №2, səh. 70). 
ADAXLAMAQ   –  yenicə addım atmağa başlamaq, addımla-
maq. – Yenə də and içibmiş təki birinci olaraq söz keçmiş muz-
dur, yenicə ayaq tutub adaxlayan kꞌolxozun, artelin, birliyin  – 
siftələr bu adların hər birini işlətmək olardı  – k'olxozun zirək 
üzvü, şəriki Rəğib Qayaburundan düşdü  (S.Əhmədov. Yasaq 
edilmiş oyun. Azərb. jurnalı, 1987, №5, səh. 67). 
ADDAMAC // ADDAMAŞ – çaydan, arxdan, bir yerdən başqa 
yerə adlamaq üçün keçid.  – İti-iti addamacdan keçib, sonra da 
onun necə yüngüllüklə çaydan keçməsinə tamaşa etdim  (Ş.Hə-
sənoğlu. Qapalı dünyalar. Azərb. jurnalı, 1991, №1, səh. 65).  –  
Heç kəsin xəbəri olmadı ki, çöldən qayıdan Çil Yusifin özü ad-
damaşdan keçəndə büdrəyib (V.Nəsib. Addan ada. Azərb. jur-
nalı, 1992, №11-12, səh. 16).  –  İkimərtəbəli evlər böyük şə-
hərlərlə kəndlər arasındakı addamaşlara oxşayırdı  (V.Nəsib. 
Yeddi leylək. Ulduz, 1988, №11, səh. 23). 
ADNA // ADINA I – cümə axşamı. –  Simaric göndərmişdi ki, 
adna axşamına kimi gəlməsən, aparıb Şəkərin qalasına qatacaq 
(V.Nəsib. Addan ada. Azərb. jurnalı, 1992, №11-12, səh. 21).  –  
Oyunun oynandığı illərdə indiki təki bazar günlərində yox, adı-
nadan  –  indiki cuma axşamı  –  sonrakı gün toplanırdı, elə cu-
ma günündə  (S.Əhmədov. Yasaq edilmiş oyun. Azərb. jurnalı, 
1987, №5, səh. 45).  
ADNA II  –  cümə.  –  Aşağı başa adnaya gedirmiş (S.Nəziro-
va. Tale damğası. Azərb. jurnalı, 1991, №7, s. 34). 
□ AFİYƏT OLSUN –  “sağlam ol” mənasında.  – Belə rayon 
olar, şəhərin bir başında asxırırsan, bu başında sənə “afiyət ol-
sun” deyirlər (F.Qoca. Kələfin ucu. Azərb. jurnalı, 1987, № 10, 
səh. 41). 


 
 
13
□ AĞ ELƏMƏK  –  həddini aşmaq. –  Görüb ki, lap ağ eləyir-
sən, lap həddini aşmısan  (N.Mirzəxanov. Təmiz hava. Azərb. 
jurnalı, 1987, №9, səh. 117). 
AĞAC İMƏCİSİ  –  ağac əkməyə kömək.  –  Elə buradaca iki 
yerə bölünüb, bir neçəsi ağac iməcisinə də qoşulardı  (S. Əhmə-
dov. Gülmalı kişinin axırı. Azərb. jurnalı, 1988, №3, səh. 31). 
AĞARIŞDANMAQ  –  ağarmaq, açılmaq.  –  Dan atırdı, üfüq-
də zeh ağarışdanırdı  (Ə.Mustafayev. Novruzgülü açmamış. 
Azərb. jurnalı, 1987, №7, səh. 57). 
AĞARIŞMAQ  –  bax: ağarışdanmaq. –  Hava yavaş-yavaş 
ağarışırdı  (A.Mustafazadə. Qaraçuxa nağılı. Ulduz, 1987, №4, 
səh. 31). 
AĞINDIRMAQ  – acından öldürmək. – Nəə, acından ağındır-
dın məni, ay oğul?  (Q.Əlismayıllı. Yelqıran. Ulduz, 1990, №1, 
səh. 11). 
AĞIRIXÇI   – camaat yaylağa köçərkən kənddə qalan gözətçi.  
– Sonra da obanın başçıları kənddəki ağır şeyləri qorumaq üçün 
ağırıxçı danışıb, haqqını kəsdilər  (F.Eyvazlı. Bir kisə qızıl. 
Ulduz, 1991, №3, səh. 65). 
AĞIRTAXTA I  –  ağıryana, vüqarla.  –   İndi onun belə ağır-
taxta oturması, ədası onu şübhəyə saldı  (E.Əlləzoğlu. Ağsaq-
qal. Azərb. jurnalı, 1987, №9, səh. 123). 
AĞIRTAXTA II  – ağır oturub, batman gələn, ciddi, təvazökar, 
özünü aparmağı bilən . – Göydə buludlar da ağırtaxta 
xanımlar tək sallana-sallana süzürdülər  (S.Nəzirova. Tale dam-
ğası. Azərb. jurnalı, 1991, №7, səh. 28). 
◊ AĞIZ BURMAQ  –  ağız büzmək, saymamazlıq, bəyənmə-
məzlik etmək.  –  Qaynatası öz adına ona “Volqa” almaq istə-
mədiyi gündən boynundan kiçiklik boyunduruğunu atıb, Murad-
xan kişiyə ağız burmuşdu  (V.Nəsib. Köhnə hamam içində. 
Azərb. jurnalı, 1987, № 6, səh. 27). 
AĞNAĞAZ  – ehtiyac üçün üyüdülmüş taxıl.  –  Bir xoruza, bir 
çuval olmasın, bir dağarcıq ağnağaza, pendirə, bir cam kərəyə 
nə söz  (S.Əhmədov. Yasaq edilmiş oyun. Azərb. jurnalı, 1987, 


 
 
14
№5, səh. 13).  –  Bu ağnağazdır, dolu çuval hələ dəc durur  
(Ə.Əzimzadə. Cehiz. Ulduz, 1990, №5, səh. 38).  
AĞNAMAQ – uçub tökülmək.  –  Suvağı ağnayıb tökülmüş di-
varda, yatağın başında cızılıb divara yaxılmış ağcaqanad meyit-
ləri qalmışdı  (Ə.Həsənov. Bağ evi. Ulduz, 1988, №6, səh. 12). 
AĞNATMAQ  –  yıxmaq, uçurmaq, sökmək.  –  Gedib, lom ilə 
ərinin başdaşını yerə ağnatsınmı? (T.Nüsrətoğlu. Başdaşı. 
Ulduz, 1991, №6, səh. 32). 
□ AĞNAVAZ ELƏMƏK  – ehtiyac üçün taxıl üyütmək.  –  
Kimi buğdadan, kimi arpadan ağnavaz elədi  (F.Eyvazlı. Bir 
kisə qızıl. Ulduz, 1991, №3, səh. 65). 
AĞRINMAQ  – sızlamaq, şikayət etmək.  –  Camal müəllim 
hey ağrınırdı  (S. Əhmədov. Gülmalı kişinin axırı. Azərb. jur-
nalı, 1988, №3, səh. 28). 
□ AĞROY OLMAQ – özündən getmək, halbahal olmaq, halı 
xarablaşmaq.
 
–  Aya, a qıldıqsız, bu niyə ağroy oldu, bu xoşu?  
(M.Süleymanlı. Səs. Azərb. jurnalı, 1988, № 2, səh. 23). 
AĞSOĞLAĞI  –  sarımsaqlı qatıqla ərinmiş yağın qarışığından 
ibarət yemək. –  O, ağsoğlağı hazırlamışdı  (Ə.Babayeva. Ana-
dil ağlayırdı. Azərb. jurnalı, 1986, №4, səh. 67). 
AĞYALMAQ  –  ağappaq.  –  Elə geyindirilmişdi, elə sarışın, 
ağyalmaq idi ki, deyirdin bəs, nemes uşağıdır, bura uşağı deyil  
(Ş.Həsənoğlu. Qapalı dünyalar. Azərb. jurnalı, 1991, №1, səh. 
72). 
 
AĞZIBİR  –  tövlə, məc.mənada: həbsxana. –  İndi Mikayıl da 
ağzıbirdə yatmazdı  (Ə.Hacızadə. Dünyanı tanı. Azərb. jurnalı, 
1989, №3, səh. 87). 
◊ AĞZINI ARAMAQ –  fikrini bilmək, öyrənmək.  –  Hə, ağ-
zını ara, gör nə deyir  (E.Əlləzoğlu. Ağsaqqal. Azərb. jurnalı, 
1987, №9, səh. 125). 
◊ AĞZINI BOZA VERMƏK  –  aldatmaq, yanıltmaq, fikrini 
azdırmaq, fikrini yanlış yola döndərmək, yönləndirmək. –  Mə-
nim ağzımı boza vermə  (Ə.Mustafayev. Novruzgülü açmamış. 
Azərb. jurnalı, 1987, №7, səh. 49). 


 
 
15
AĞZIYÜMŞƏKLİ  – yaşmaqlı. –  Yoxsa ağzıyümşəkli gəlin ki-
mi prezidümdə oturub, lazımi dəqiqələrdə robot kimi əl qaldır-
malıdır?  (Ş.Qarabulaq. Elçi. Ulduz, 1991, №11-12, səh. 70). 
AHIL   – yaşlı, qoca. –  Ahıl zurnaçı pülədiyi zurnanın ucu ilə 
Gülsabahın ümidinə qalmış, kirəmidləri tökülmüş damlarına, 
köhnəlib, əyilmiş çəpərlərinə baxırdı  (N.Mirzəxanov. Təmiz ha-
va. Azərb. jurnalı, 1987, №9, səh. 113). 
AXIR BAŞ  –  axırda, sonunda.  –  Xalqın dar günündən nəf 
umanların; Qisməti axır baş yasdır, yaraqdır  (Ç.Əlioğlu. Millə-
tin yalançı qəhrəmanları. Azərb. jurnalı, 1989, №9, səh. 42).  
AXMAZ –  gölməçə, kiçik göl.  –  Özüm öz gözlərimlə kərən-
kərən görmüşdüm ki, ilin bu vaxtında bax bu yolun sağında-
solunda gölməçələrdə, qarasu duracaqlarında, axmazlarda 
ördək-qaz sürü-sürü üzüşərdi  (B.Bayramov. Üzlü-astarlı günlər. 
Azərb. jurnalı, 1989, №11, səh. 58). 
□ AXMUR ELƏMƏK  –  məzəmmət eləmək, danlamaq. – Elə 
axmur eləyirəm özümü ki, elə iyrənirəm hərəkətlərimdən ki, son-
ra gecələr ilan vuran yatır, mən yata bilmirəm  (Y.Həsənbəy. 
Adi suyun şəfası. Ulduz, 1991, №9-10, səh. 80). 
AJAN  – məmur. – Bir qədər sonra meşə bığlı, yaraqlı-yasaqlı 
bir ajan içəri girdi  (F.Eyvazlı. Bir kisə qızıl. Ulduz, 1991, №3, 
səh. 68). 
AL  –  yalan, hiylə.  –  Al dillə tovlayıb gətirmişdi  (S. Əhmə-
dov. Gülmalı kişinin axırı. Azərb. jurnalı, 1988, №3, səh. 19). 
ALACANKEŞ  – birtəhər, zor-güc, güc-bəla ilə, canını dişinə 
tutaraq.  –  Şakir görmüşdü ki, özünü xəstəliyə vurmanın xeyri 
yoxdu, gəlib alacankeş halda qapının ağzında durmuşdu  
(S.Tağızadə. Təqib. Ulduz, 1989, №9, səh. 24). 
ALAFLAMAQ   – ot vermək, yemləmək. – Hay-küyə pəyədə 
malı alaflayan Həsən bir göz qırpımında çölə çıxdı  (Q.Əlisma-
yıllı. Yelqıran.Ulduz, 1990, №1, səh. 12). 
ALAQURŞAQ  –  alabəzək kağıza bükülmüş konfet. – Cibini 
qurdalayıb alaqurşaq çıxartdı  (İ.İsmayılov. Ocaq daşı. Ulduz, 
1991, №4, səh. 85). 


 
 
16
ALAMANÇI  –  acgöz, görməmiş, qarətçi.  –  Yoxsa sizin kimi 
gözüdoymaz, alamançı!  (S.Nəzirova. Tale damğası. Azərb. 
jurnalı, 1991, №7, səh. 31). 
ALASƏY I  –  gic, dəli, başdan xarab, ağılsız, gicbəsər. –  
Əlipaşaya qoşulub vağzala gələn, indi özünü dartan kişinin böy-
ründə burnunu çəkən o biri yeniyetmə də rayon mərkəzinə bitişik 
Ağpapaq kəndində hamının “alasəy” dediyi Temi idi  (V.Nəsib. 
Yeddi leylək. Ulduz, 1988, №11, səh. 18). 
ALASƏY II  – aradabir, arabir, ara-sıra, gahbir. – Hatəmxan də-
yirmanından savayı, Yarəhmədli bağlarının ayağında bir dəyir-
man da vardı, alasəy işləyirdi, oraya bel bağlamırdılar  (S.Əh-
mədov. Yasaq edilmiş oyun. Azərb. jurnalı, 1987, №5, səh. 9). 
ALAŞA  –  zəif, arıq .  –  Heç eybi yoxdur, dılğır 
alaşa  (V.Babanlı. Ömürlük cəza. Azərb. jurnalı, 1991, №2, səh. 
66). 
ALAYI   – başqa, digər, özgə. –  Alayı adam bilməsə yaxşıdı  
(R.Əliyev. Bütövlənməyən borc. Ulduz, 1991, №7, səh. 70).  – 
Təqaüdə çıxmaq alayı şeydir  (N.Rəsulzadə. Bəd xəbər. Ulduz, 
1988, №2, səh. 10). 
ALAZLAMAQ  –  kül vermək. – Ziba arvad qızının başına 
alazladı  (Ə.Cəfərzadə. Qorxulu həqiqət. Azərb. jurnalı, 1992, 
№7-8, səh. 81). 
◊ ALIĞINI AŞIRMAQ  – çulunu yerə sərmək, yerə çırpmaq, 
yerə vurmaq. – Qalxıb dedi: Alığını aşırram bu xırçanın  (M.Sü-
leymanlı. Səs. Azərb. jurnalı, 1988, №2, səh. 35). 
◊ ALIMINI VERMƏK  –  abrını vermək, biabır etmək, abrını 
ətəyinə bükmək. –  Səlcuq bir ürəyindən keçirdi ki, Şakirin alı-
mını versin  (S.Tağızadə. Təqib. Ulduz, 1989, №9, səh. 9). 
□ ALIŞMA ELƏMƏK  – bir neçə şəxs arasında bölüşdürmək, 
hissə-hissə paylamaq.  –  Kimin olacaq, kişinin sağlığında gəlib 
evlərini camaata alışma eləyib, özünə də “kapitalizm qalığı” 
deyən Mansırın  (V.Nəsib. Bir atımlıq barıt. Ulduz, 1987, №10, 
səh. 13).  – Dedi ki, bu inəyi ya sat, ya da kəs, alışma eylə, mə-
lərtisinin əlindən qulağımız quta gəldi  (H.Qasımlı. Gürzalı 


 
 
17
qohumunu axtarır. Ulduz, 1991, №7, səh. 26).  – O məlum ar-
panı bölə bilməzdi; Alışma edərdi vəzifələri  (M.Hüseynzadə. 
Bir katib var idi. Ulduz, 1990, №1, səh. 32). 
AMBIR  –  axmaq, gic .  –  Başına iş qəhətdi ambır 
oğlunun  –  deyə düşündülər  (S. Aran. Təmizlik kağızı. Ulduz, 
1991, №9-10, səh. 95). 
ANALAŞMAQ –  özünə gəlmək.  –  Fatmanın canındakı so-
yuqluq yox olur, çəkəşə qalmış əsəbləri yumşalır, analaşırdı ana  
(M.Bəkirli. Günah. Ulduz, 1990, №3, səh. 7). 
ANARI  –  o tərəfə, o yana. –  Mənim yanımda tərifləyir kişini, 
anarı gedən kimi də göz-qaş eləyir  (S.Tağızadə. Təqib. Ulduz, 
1989, №9, səh. 10). 
ANAŞ  –  qartımış, qartlaşmış .  –  Anaş dəllaldan belə 
yüksək qiymət almağım canıma sarı yağ kimi yayıldı  (Ə.Əzim-
zadə. Cehiz. Ulduz, 1990, №5, səh. 21). 
ANDIR  – zəhrimar, yiyəsiz, zəhrimara qalmış, yiyəsiz qalmış, 
sahibsiz. –  Başım andır daşa dəydi, şişdi  (Ç.Ələkbərzadə. Gecə 
quşları. Ulduz, 1989, №7, səh. 48).  –  Andır bıçax məndən ağız 
istəyir  (Ə.Əmirov. Tapanca. Ulduz, 1988, №8, səh. 25).  –  Yox, 
ay mama, andır, bu ayaqqabımın dabanı pisdir  (Ş.Həsənoğlu. 
Qapalı dünyalar. Azərb. jurnalı, 1991, №1, səh. 62). 
ANIŞDIRMAQ I – müəyyənləşdirmək.  –  Özümü necə itir-
dimsə, nə baş verdiyini anışdıra bilmədim  (A.Abdullayev. Ocaq 
sönmür. Ulduz, 1988, №2, səh. 37).  –  Məmməd bəy özünü 
itirdiyindən bir müddət nə hadisə  baş verdiyini anışdıra bulmə-
di  (A.Abdulla. Batmanqılınc. Ulduz, 1988, №1, səh. 14). 
ANIŞDIRMAQ II  – ayırd etmək. – Dinlədi, ünlədi, bir şey 
anışdıra bilmədi  (H.Zeynaloğlu. Torpağı sanı yaşa. Ulduz, 
1989, №4, səh. 17).  – Bu baxmağın onun əlindəkinə bir işarəmi 
olduğunu, ya ikilikdə özlərinin həsb-halı təki ortaya çıxdığını 
Gülmalı kişi anışdırmadı  (S.Əhmədov. Gülmalı kişinin axırı. 
Azərb. jurnalı, 1988, №3, səh. 37). 


 
 
18
ANIŞDIRMAQ III  –  başa düşmək, anlamaq.  –  Gülbiçənin 
içində boğulan hıçqırıqlarını anışdırdım  (Ə.Müstafayev. İçin-
dən asılmış adam. Ulduz, 1989, №2, səh. 16). 
ANIŞDIRMAQ IV –  seçmək. –  Boy, sənin ağrın alım, unama-
dım, anışdırmadım  (Ə.Mustafayev. Novruzgülü açmamış. 
Azərb. jurnalı, 1987, №7, səh. 23).  –  Kim olduqlarını anışdıra-
madım  (Ş.Süleymanov. Qisas. Ulduz, 1988, №4, səh. 7). 
ANIŞDIRMAQ V –  başa salmaq. – Bu küçədə yaşayanlar da 
kişiyə anışdırmırlar ki, belə məsələ var  (S.Nəzirova. Ümid ul-
duzu. Ulduz, 1990, №12, səh. 61). 
ANQUT  – həddindən artıqarıq, arıqlıqdan ayaq üstə güclə da-
yanan . – Get iynəni özünə vurdur, anqut, ayaq üstə güc-
lə durursan, bəlkə düzələsən, sıyılcım  (M.Süleymanlı. Səs. 
Azərb. jurnalı, 1988, №2, səh. 36). 
ANRI  –  bax: anarı.  – O üzdə –  əlini dağın anrı tərəfinə uzatdı  
(M.Süleymanlı. Səs. Azərb. jurnalı, 1988, №2, səh. 47).  –  Məni 
evimizə yola salmayınca ayağını anrı basmayacağını elə bildirdi 
ki, heç təşəkkür, sağolumu da eyninə almadı  (S.Nəzirova. Ümid 
ulduzu. Ulduz, 1990, №12, səh. 63).  –  Vallah ona “anrı dur” 
demək olmur  (N.Qənbər. Babamın son nağılı. Ulduz, 1988, 
№12, səh. 26).  – O Qarqaların anrı ətəyindən, gecənin qərib 
çağında loxma kəsdiyimiz adamlar yağı olub üstümüzə cuma-
caqdı  (H.Zeynaloğlu. Torpağı sanı yaşa. Ulduz, 1989, №4, səh. 
18).  – Bundan bir az anrıda  bitən qara kərtdəş gövdəli, alça çi-
çəyi kimi ağappaq libaslı armud ağacının altında dizə çıxmış 
yamyaşıl otun içində gizlədib qayıtdı evinə  (Ə.Mustafayev. 
İçindən asılmış adam. Ulduz, 1989, №2, səh. 18). 
ANŞIRMAQ I  –  bax: anışdırmaq I.  –  Beyninin içindəki uğul-
tunun nədən törədiyini anşırammadı  (V. Babanlı. Ömürlük cə-
za. Azərb. jurnalı, 1991, № 2, səh. 66).  –  Elə bil nə vaxtsa gör-
düyün yuxu qəfilcə yadına düşür
, anşırammırsan ancaq yuxuda 
olub bu, yoxsa həqiqətdə  (S.Budaqlı. Fevral. Ulduz, 1987, №4, 
səh. 4).  


 
 
19
ANŞIRMAQ II  –  bax: anışdırmaq II.  –  Harda olduğunu an-
şırda bilmirdi  (Z.Ağbabalı. Səbrlə başlanan gün. Ulduz, 1990, 
№ 9, səh. 2). 
ANŞIRMAQ III –  bax: anışdırmaq III. –  Anşırdı ki, kişi hansı 
simə ilmə çalır   (F.Eyvazlı. Düyünlü günlər. Ulduz, 1989, №8, 
səh. 7).  
ARAYAT  –  gündüz dincəlib gecə hərəkətdə olmaq.  –  Arayatı 
ilə, yəni gündüz yatıb gecə apardıqları bir bölük heyvanı arxa-
dan yelləyən Məhərrəm əlində kükrəyən beşaçılanını təzədən yə-
hərdən başı aşağı asdı  (A.Mustafazadə. Qaraçuxa nağılı. 
Ulduz, 1987, №4, səh. 31). 
ARBANA –  dəvə.  –  Quraqsamış bir arbana misilli kişi idi  (S. 
Əhmədov. Gülmalı kişinin axırı. Azərb. jurnalı, 1988, №3, səh. 
47). 
ARDOY I  –  qulyabanı.  –  Tüklənəcəksən sən, ardoy kimi tük 
gətirəcəksən, günah tükü!  (M.Süleymanlı. Səs. Azərb. jurnalı, 
1988, №2, səh. 49).  –  Özünə də yalvararam bir elə dua yazar 
ki, arvad tayfası onun gözünə ardoy kimi görünər  (S.Tağızadə. 
Təqib. Ulduz, 1989, №9, səh. 10). 
ARĞAZ   – nə arıq, nə kök . – Badamı gözləri olan, 
yumrusifət, arğaz qız gülümsədi  (N.Qənbər. Başsız meyit. 
Azərb. jurnalı, 1989, №6, səh. 164). 
ARXAC –  ilin isti fəsillərində sürü və naxırın açıq havada sax-
landığı yer.  –  Istəyir birinin bir sürü qoyununu arxacdan çıxa-
rıb aparsın, istəyir evin yağmalasın, qızını qaçırsın  (S. Əhmə-
dov. Yasaq edilmiş oyun. Azərb. jurnalı, 1987, №5, səh. 86). 
ARXALIQ –  kişilər üçün milli üst geyimi. –  Görürdün bir 
ehtiyatlı, yığımcıl ağbirçək, ağsaqqal çuxanın, arxalığın 
cibindən, çarqatın altından tək bir alma çıxartdı  (S.Əhmədov. 
Yasaq edilmiş oyun. Azərb. jurnalı, 1987, №5, səh. 44). 
◊ ARXASI QATDA ÇIXMAQ  –  kürəyi yerə gəlmək, arxası 
yerə gəlmək .  –  Gördünmü o arxası qatda çıxmışı?  
(Ə.Əmirov. Tapanca. Ulduz, 1988, №8, səh. 24). 


 
 
20
ARIQANAQ  – arıq, ordları batmış, cansız. – Hacı İskəndərin 
arıqanaq, uzunsov, bozumtul sifətini görən kimi başını aşağı 
saldı  (M.Süleymanlı. Səs. Azərb. jurnalı, 1988, №2, səh. 3). 
ARTIRMA  –  eyvan. –  Bayaqdan artırmanın qabağında 
yatışmış qoyunları Ələm tövləyə saldı (İ.Məlikzadə. Qırmızı 
yağış. Azərb. jurnalı, 1987, №1, səh. 9). 
AŞDƏNİ  –  qədimdə aşın üstünə ruzi simvolu olaraq qoyulan 
sikkə.  –  Soltan ağanın dəsmalı qoz-fındıqla, iydəylə, peçenye 
ilə dolu olardı, içində də aşdəni kimi bir dəmir manat  
(R.Tağızadə. Köhnə həyət. Ulduz, 1991, №7, səh. 23). 
AŞIRMAQ  – yemək, ötürmək.  –  Bu gədələrsə gözləşə-gözlə-
şə Ümü arvadın xarlamış mürəbbələrindən aşırıb, dibçəkdəki 
ağacın limonlarını saymaqdaydı (H.Zeynaloğlu. Torpağı sanı 
yaşa. Ulduz, 1989, №4, səh. 31). 
◊ AŞQAR ÇƏKMƏK  –  cövhər çəkmək. –  Qaraman övladı 
Əhmədli obasının yal-yamacına düşür, bulaq başından, güney-
quzeh yamaclarından ot-ələf, bir-bitki toplayır, dərman düzəldir, 
aşqar çəkir  (S.Əhmədov. Yasaq edilmiş oyun. Azərb. jurnalı, 
1987, №5, səh. 52). 
AŞMALAMAQ  –  bax: aşırmaq.  –  “Qayadan düşdü” adıyla 
birini də özün aşmalayacaqsan  (İ.Qarayev. Bir kəndin uşaqları. 
Azərb. jurnalı, 1990, №10, səh. 95). 
ATDÖŞÜ  –  həbs olunaraq və ya tutularaq atın qabağına qatılıb 
aparılan . –  Qabaqda milislərin atı, atdöşü üç qaçaq, 
bir addım geridən kəhər at və göy madyan narın-nazlı yerişlə 
Çinar meydanına çatanda, bir ayağı yalın, tayçarıq kişi başını 
qovzayıb, meydanı altına almış çinara, kəhrizin üstdə dayanmış 
üç kişiyə  –  Xəlilə, Cəmşidə və Mürşüdə baxdı  (S.Əhmədov. 
Yasaq edilmiş oyun. Azərb. jurnalı, 1987, № 5, səh. 43). 
ATILAMAQ  –  çalxalamaq.  –  Qarı sevindi, bərnidən kasaya 
bir-iki qaşıq qatıq töküb, çaldı, üstünə su əlavə edib, yenə atıladı  
(T.Hüseynov. Yanıq Abdullanın yuxuları. Azərb. jurnalı, 1991, 
№4, səh. 98). 


 
 
21
ATQULAĞI  – yan-yana, yanaşı, müvazi, qoşa. – Qabaqda kə-
hər atın üstündə Kamıyev, onunla yanaşı atqulağı Məmmədli 
yoldaş göy madyanın belində, onlardan geridə altı süvari ge-
dirdi  (S.Əhmədov. Yasaq edilmiş oyun. Azərb. jurnalı, 1987, 
№5, səh. 42). 
ATLAMA  –  ovduq rinləşdirici içki>.  – Həm də atlamadan-zaddan çalıb, içək  
(T.Hüseynov. Gecə məhkəməsinin hökmü. Azərb. jurnalı, 1988, 
№5, səh. 66).  –  Atlama elə, görək keçəcəkmi boğazımdan?  
(T.Hüseynov. Yanıq Abdullanın yuxuları. Azərb. jurnalı, 1991, 
№4, səh. 98). 
AVAL  –  ağırlıq, dərd-sər, qayğı.  –  Evin avalı binəva Zahidin 
boynuna düşüb  (T.Hüseyn. Sarıqamış. Ulduz, 1988, №12, səh. 
56). 
□ AYAN OLMAQ  –  aydın, aşkar, məlum olmaq.  –  İdman 
oyunu başlayandan buradək başvermiş, ŞKM-də törənmiş bütün 
“yüngülləşmə” qarğaşası Gər Xəlilin Mürşüdə və onun sağdışı 
Cəmşidə büsbütün ayandı  (S.Əhmədov. Yasaq edilmiş oyun. 
Azərb. jurnalı, 1987, №5, səh. 72). 
AYĞIR  –  döllük erkək at.  –  Ayğır həm buruntaxlanmış, həm 
də keçi qılından toxunmuş uzun irişmə ilə hörüklənmişdi  (V.Ba-
banlı. Ömürlük cəza. Azərb. jurnalı, 1991, №2, səh. 24). 
AYIŞDIRMAQ   – acışdırmaq, yandırmaq. –  O qazanların 
tüstüsü nədənsə toy qazanlarının altından çıxan tüstüdən daha 
acıydı, adamın gözünü ayışdırırdı  (E.Əlləzoğlu. Gününüz 
kösöyə dönsün. Azərb. jurnalı, 1990, №2, səh. 143). 
AYLANMAQ  –  hərlənmək, gəzib-dolanmaq, gəzmək. –  Ge-
din aylanın, ə, mehriban olun  (S.Aran. Təmizlik kağızı. Ulduz, 
1991, №9-10, səh. 91). 
AYMALAMAQ  –  basmarlamaq, boğuşmaq.  –  Dərələrlə da-
nışdıqlarına sevinən uşaqlar atılıb-düşür, bir-birilərini qovur
papaqla vurur, kimin əli kimə, kimin gücü kimə çatdı aymalayır-
dılar  (M.Mirzəyev. Bir payız günü. Ulduz, 1991, №4, səh. 12). 


 
 
22
AYNA  –  bax: anarı. –  Bir az aralanın ayna  (S.Səxavət. Qızıl 
teşt. Ulduz, 1987, №7, səh. 18). 
◊ AYNASI AÇILMAQ  –  qaş-qabağı açılmaq, əhvalı-ruhiyyə-
si düzəlmək. –  İndi gedək dənizin qırağında bir az gəzək ayna-
mız açılsın  (S.Səxavət. Sanatoriya. Azərb. jurnalı, 1989, №3, 
səh. 29). 
AYOR  –  yığnaq, yarmarka, camaatın toplaşdığı, alver elədiyi 
yer.  –  Sabah Ayazmada ayordu  (A.Mustafazadə. Qaraçuxa na-
ğılı. Ulduz, 1987, №4, səh. 33). 
AZADDAMA  –  kəbinin geri oxunması.  –  Bir molla-zad da 
qalmayıb ki, azaddama oxuya  (Ə.Cəfərzadə. Qorxulu həqiqət. 
Azərb. jurnalı, 1992, №7-8, səh. 89). 
AZAYLANMAQ I –  öz-özünə deyinmək, şikayətlənmək, zıq-
qıldamaq, zarımaq.  –  Növbədə azaylanan gəlinə yaman dedi o 
skelet qoca  (Ə.Əzimzadə. Cehiz. Ulduz, 1990, №5, səh. 17).  –  
Söz ağzımdan çıxan kimi azaylanırdı  (Ə.Əzimzadə. Cehiz. 
Ulduz, 1990, №5, səh. 32). 
AZAYLANMAQ II  –  alış-verişi kəsilmək, canlanması azal-
maq, ölgünləşmək.  –  Bu yandan da hamı görürdü ki, Cuma gü-
nü, suyu sovulmuş dəyirman təki azaylanan bazarın ayağında üç 
kişi dayanıb  (S.Əhmədov. Yasaq edilmiş oyun. Azərb. jurnalı, 
1987, №5, səh. 49). 
AZITMAQ  –  azdırmaq. –  Azıt bunu deyirəm!  (Ə.Rüstəmov. 
Qoca ovçu. Ulduz, 1988, №5, səh. 38). 
AZMAN  –  böyük, nəhəng, iri. –  O, Raziyyəyə çox azman 
görünürdü  (Qabil. Ömür həbləri. Azərb. jurnalı, 1988, №11, 
səh. 22).  –  Yanlarındaca axan Arazın həkiri, azman dişləri ye-
rin yeddi qatına işləyən kotanların çevirdiyi çaybasar torpağın 
dərindən qalxan nəfəsi aran istisinə tabsız Qozduları apardı 
huşa  (S.Əhmədov. Gülmalı kişinin axırı. Azərb. jurnalı, 1988, 
№3, səh. 22). 
 


 
 
23
- B- 
BAB  –  uyğun, münasib. – İçmə, içkinin yaşına bab vaxtı deyil  
(Ə.Mustafayev. Novruzgülü açmamış. Azərb. jurnalı, 1987, №7, 
səh. 50). 
BADALAMAQ I –  təpık atmaq, təpikləmək, təpik vurmaq, 
ayağı ilə vurmaq.  –  Sonra uşağın badalamağından hövsələm 
daraldı  (S.Nəzirova. Tale damğası. Azərb. jurnalı, 1991, №7, 
səh. 19). 
BADALAMAQ II  –  vurub atmaq, tullamaq.  –  Səni miniyə 
qoyub yavaş-yavaş eşiyimizin eşiyinə badalayacağam  
(S.Nəzirova. Ümid ulduzu. Ulduz, 1990, №12, səh. 63). 
BADALAYA-BADALAYA –  özünü zorla çəkə-çəkə, yanlarını 
basa-basa, qaz yerişi ilə, ləngərləyə-ləngərləyə. –  O tos-tos-
malaq badalaya-badalaya küçəni keçincə mən tində itərəm  
(S.Nəzirova. Ümid ulduzu. Ulduz, 1990, №12, səh. 58). 
BAFA   – dərzdən bir az kiçik taxıl və ya ot bağlaması.  –  
Kəhildəyir, hökgüldəyir, biçib bağlayır, çəngədən pəncəyə, 
pəncədən dərzə, dərzdən bafaya keçirdi  (S.Əhmədov. Yasaq 
edilmiş oyun. Azərb. jurnalı, 1987, №5, səh. 86). 
BAĞA  –  atın topuğunda əmələ gələn xəstəlik.  –  Ayaqları ba-
ğa gətirən atın ayağına bağayarpağı qoyub bağlardı  (Q.Əlis-
mayıllı. Yelqıran. Ulduz, 1990, №1, səh. 11). 
BAĞANAQ  – pətənək. –  Toyuq qaz yerişi yerisə bağanağı 

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin