Monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən məlumatların Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə



Yüklə 123,58 Kb.
Pdf görüntüsü
tarix02.01.2022
ölçüsü123,58 Kb.
#1175
növüQaydalar


«Monitorinq iştirakçıları və monitorinqdə iştirak edən 

digər şəxslər tərəfindən məlumatların Azərbaycan 

Respublikasının Mərkəzi Bankı yanında Maliyyə 

Monitorinqi Xidmətinə təqdim olunması Qaydaları»na 

Əlavə № 4 

 

Əməliyyatların təsnifat kodlarının 

S İ Y A H I S I 

 

Kod 

Əməliyyatın təsnifatı 

101 


Qeyd: Bu kod yalnız 

monitorinq iştirakçıları 

tərəfindən formaya daxil 

edilə bilər. 



Cari  əməliyyat  –  20`000  manata  bərabər  və  ya  20`000  manatdan 

artıq məbləğdə nağd şəkildə həyata keçirilən əməliyyat 

201 

 

Şübhəli  əməliyyat  –  əməliyyatın  məbləğindən  asılı  olmayaraq,  pul 



vəsaitlərinin və ya digər əmlakın cinayət yolu ilə əldə edilməsi və ya 

terrorçuluğun  maliyyələşdirilməsi  ilə  bağlı  olmasına  şübhə  və  ya 

belə  şübhə  üçün  kifayət  qədər  əsaslar  yaradan  halların  mövcud 

olması 


301 

Şübhəli əməliyyat – cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və 

ya 


digər 

əmlakın 


leqallaşdırılmasında, 

terrorçuluğun 

maliyyələşdirilməsində,  transmilli  mütəşəkkil  cinayətkarlığı,  habelə 

silahlı  separatizmi,  ekstremizmi  və  muzdluluğu  dəstəkləməsində, 

narkotik  vasitələrin  və  ya  psixotrop  maddələrin  qanunsuz 

dövriyyəsində  iştirakı  ehtimal  olunan,  maliyyə  əməliyyatlarının 

aparılması  zamanı  eyniləşdirmə  məlumatlarının  açıqlanması  tələb 

olunmayan dövlətlərin vətəndaşları ilə, qeydiyyat, yaşayış və ya əsas 

fəaliyyət  yeri  həmin  dövlətdə  (ərazidə)  olan  şəxslərlə,  eləcə  də 

göstərilən  dövlətlərdə  (ərazilərdə)  qeydiyyatdan  keçmiş  bankda 

hesaba  malik  olan  şəxslərlə  əlaqədar  pul  vəsaitləri  və  ya  digər 

əmlakla,  məbləğindən  asılı  olmayaraq,  hər  hansı  şübhəli 

əməliyyatların həyata keçirilməsi 

401 


Şübhəli əməliyyat – məbləğindən asılı olmayaraq, xarici dövlətlərin 

siyasi  xadimlərinin  bank  hesablarından  əməliyyatların  həyata 

keçirilməsi 

501 


Şübhəli  əməliyyat  –  məbləğindən  asılı  olmayaraq,  Azərbaycan 

Respublikasının  yurisdiksiyasından kənardakı  anonim hesabdan pul 

vəsaitlərinin  daxil  olması  və  ya  Azərbaycan  Respublikasının 

yurisdiksiyasından  kənara  anonim  hesaba  pul  vəsaitlərinin 

köçürülməsi 



601 

Şübhəli  əməliyyat  –  Birləşmiş  Millətlər  Təşkilatının  Təhlükəsizlik 

Şurasının 

aidiyyəti 

qətnamələrinə, 

habelə 

Azərbaycan 

Respublikasının  qanunvericiliyinə  və  tərəfdar  çıxdığı  beynəlxalq 

müqavilələrə  əsasən  siyahısı  təsdiq  edilmiş  barələrində  sanksiyalar 

tətbiq edilməli olan şəxslərlə əməliyyatların həyata keçirilməsi 

701 


Şübhəli  əməliyyat  –  əməliyyatın  məbləğindən  asılı  olmayaraq, 

müştəri  və  ya  benefisiarla  bağlı  əvvəllər  təqdim  edilmiş 

eyniləşdirmə məlumatlarının doğru olmamasının aşkarlanması 

801 


Şübhəli  əməliyyat  –  əməliyyatın  məbləğindən  asılı  olmayaraq, 

müştərinin öz adından fəaliyyət  göstərməməsi  və  ya üçüncü şəxsin 

adından  çıxış  etməsi  barədə  şübhə  üçün  kifayət  qədər  əsas 

yaranması 



 

Yüklə 123,58 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin