1. 2003-2021-ci illərdə Azərbaycanda sosial-iqtisadi inkişaf. 2. Azərbaycan Respublikasının xarici siyasəti. 3. 2003-2021-ci illərdə ictimai-mədəni tərəqqi.
“İnsanların həyat şəraitini yaxşılaşdırmaq qarşıda duran ən böyük vəzifələrdən biridir. Bunu etmək üçün bizim hər cür imkanımız və yetərincə möhkəm iradəmiz var.Əminəm ki, Azərbaycan iqtisadi cəhətdən güclü ölkəyə çevriləcək və digər ölkələrə nümunə olacaqdır. Mən Azərbaycanı belə görmək istəyirəm!”İlham Əliyev
Sağlam və etibarlı təməl üzərində qurulan hər bir dövlət uzun müddətli inkişaf prespektivi qazanmış olur. Bu baxımdan Azərbaycan dövlətinin də gələcəyi sağlam və etibarlı təməl üzərində qurulmuşdur. Bu təməllərin də əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Bu amillər dövlətin moderinləşməsi, güclənməsi və iqtisadiyyatımızın inkişafına şərait yaratmışdır. Ulu öndərin bu siyasəti onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən davam etdirilir. 1994-cü ildə əsası qoyulan iqtisadi və geopolitik sahənin inkişafı bu gün də neft strategiyasının inkişafında mühüm yer tutur. Son 16 il ərzində neft-qaz sektoruna 30 milyard dollardan artıq sərmayə qoyulmuş, geniş ixrac infrastrukturu yaradılmış və nəticədə ölkəmiz regionun ən mühüm tranzit mərkəzinə çevrilmişdir. Buna misal olaraq Bakı - Tbilisi - Ceyhan, Bakı - Supsa, Bakı - Novorossiysk neft və Bakı - Tbilisi - Ərzurum qaz kəmərlərini göstərmək lazımdır. Dövlət Neft Fondunun valyuta ehtiyatları hesabına müxtəlif sosial yönümlü layihələr reallaşdırılır. Azərbaycanda həyata keçirilən iqtisadi siyasətin məqsədiölkənin tərəqqisinə, regionlararası əlaqələrin inkişafına nail olmaqdır. Bu da ölkəni xammal ixrac edən ölkədən sənaye məhsulu ixrac edən dövlətə çevirməyə xidmət edir.“Azərbaycan Respublikasında regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)” adlı ilk fərman da məhz regionlararası iqtisadi inkişafa xidmət edirdi. Məqsəd və vəzifələrin coxcəhətliliyi ilə diqqəti cəlb edən bu fərmanda regionların iqtisadi və sosial inkişaf sahələri öz əksini tapmışdır.İlham Əliyevin apardığı siyasət nəticəsində təhsil və səhiyyə sahələri nəinki paytaxtda, eyni zamanda ətraf bölgələrdə də sürətlə inkişaf etmişdir. Bununla əlaqədar olaraq paytaxtla yanaşı ətraf bölgələrdə də müasir idman obyektləri istifadəyə verilmişdir. Prezident İlham Əliyev tərəfindən məqsədyönlü dövlət siyasətinin həyata keçirilməsi, dövrün tələblərinə uyğun sistemli islahatların aparılması, ictimai-siyasi, sosial-iqtisadi həyatda mütərəqqi dəyişikliklərin edilməsinə şərait yaratmışdır. Həyata keçirilən uğurlu siyasət və idarəçilik təhlükəsizliyin və sabitliyin gücləndirilməsinə, müstəqiliyimizin möhkəmləndirilməsinə, dövlətimizin qüdrətinin artmasına və xalqımızın rifahının yüksəlməsinə xidmət edir.Dövlət başçısının rəhbərliyi ilə qəbul edilmiş Dövlət proqramlarının və “Strateji yol xəritələri”nin dəqiqliklə icra olunması inkişafı sürətləndirməklə yanaşı onun əhatə dairəsini də genişləndirmişdir. Yaxın 17 il ərzində əhəmiyyət daşıyan inkişaf proqramlarının hazırlanması və həyata keçirilməsi, müxtəlif sahələrin inkişaf etməsinə şərait yaratmışdır. Respublikanın qeyri-neft sektorunun inkişafı ilə əlaqədar olaraq regionların balanslı və davamlı inkişafı sürətlənmiş, bu da eyni zamanda əhalinin sosial-rifahının yaxşılaşmasına şərait yaratmışdır. Qeyri-neft sektorunun inkişafı iqtisadi sahələrin inkişafına müsbət təsir göstərməklə yanaşı insanların sosial rifahının yaxşılaşdırılmasına da şərait yaratmışıdr. Ölkə başçısının həyata keçirdiyi uğurlu iqtisasdi və siyasi islahatlar Azərbaycanın iqtisadi rəqabət qabiliyyətini və dayanıqlığını artırmışdır. Xüsusilə İlham Əliyevin 2016-cı il mart ayının 16-da imzaladığı sərəncam ölkədə həyata keçirilən iqtisadi islahatların daha da dərinləşməsinə və sistemli xarakter almasına xidmət edir.Ölkə başçısının tapşırığı ilə hazırlanan və həyata keçirilən iqtisadiyyatın yeni inkişaf strategiyasını zəruri edən səbəbləri aşağıdakı qaydada sıralamaq olar: