Mövzu :1 Azərbaycan dili haqqında məlumat.Heydər Əliyevin natiqlik məharəti.
Plan:
1.Heydər Əliyevin Azərbaycan dilinin inkişafında rolu.
2.Heydər Əliyevin Azərbaycan dili haqqında verdiyi sərəncam və qərarlar.
3.Heydər Əliyev bir natiq kimi
4.Heydər Əliyevin ana dilinə aid kəlamları
Nitq mədəniyyəti ümumi mədəniyyətin tərkib hissələrindən biridir.Azərbacyan
dili dövlətimizin rəsmi dilidir. Qrammatik quruluşuna
görə türk dilləri ailəsinin
oğuz qrupuna aiddir. Sovet hakimiyyəti dövründə sıxışdırılır,dövlət dili kimi formal
xarakter daşıyırdı,rəsmi tədbirlərdə rus dili işlədilirdi.Belə bir vaxtda H.Əliyev çox
fədakar addım atdı. 1978-i ildə qəbul olunan Azərbaycan SSRİ konstitusiyasının
73-
cü maddəsində qəbul olundu ki,Azərbayan dili Azərbaycan Respublikasının
dövlət dilidir.
Heydər Əliyevin 2-ci böyük xidməti gənclərin Azərbaycan dilində təhsil alması
üçün gözəl şərait yaratması idi. Respublikamız müstəqillik qazandıqdan sonra ana
dilimiz həqiqi dövlət dili hüququnu qazandı. Müstəqil Azərbaycan 1995-ci ildə yeni
konstitusiyasında Azərbaycan dili dövlət dili kimi öz layiqli statusunu aldı.
Konstitusiyanın 21-ci maddəsində göstərilir: “Azərbaycan
dili Azərbaycan
Respublikasının dövlət dilidir və Azərbaycan Respublikası
Azərbaycan dilinin
inkişafını təmin edir”.
H. Əliyev Azərbaycan dilinin inkişafının tətbiqinin
genişlənməsinə xüsusi
qayğı göstərmiş, 18 iyun 2001-ci ildə Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi
haqqında fərman verildi.Burada dil sahəsindəki qüsurlar və onların
aradan
qaldırılması göstərilirdi. Avqustun 1-də Respublikada latın qrafikalı Azərbaycan
əlifbasına keçid haqqında qərar verildi.
2 yanvar 2003-cü ildə "Azərbaycan Respublikasının Dövlət dili haqqında"
fərman verildi. Bu da dilə olan böyük qayğının nəticəsi idi. H.
Əliyev Azərbaycan
dilini çox sevirdi və bu dildə danışmağı ilə fəxr edirdi. O deyirdi :"Azərbaycan dilini
bilməmək, Azərbaycan dilini qiymətləndirməmək şüphəsiz ki, xalq qarşısında
böyük qəbahətdir”.