Kütlə qarşısında, auditoriyada çıxış edən nitqinin aydın olması üçün
aşağıdakılara əməl etməlidir:
1) Danışılacaq mövzu ətrafında əvvəlcə düşünmək, lazımi material və faktlar
toplamaq;
2) Həmin materialı sistemləşdirmək;
3) Mətn yazılıdırsa, dönədönə oxumaq, oradakı əsas fikri ifadə edən sözləri
(məntiqi vurğulu sözləri) aydın və nəzərəçarpacaq dərəcədə tələffüz etməyə nail
olmaq;
4) Söz və qrammatik formaları düzgün və aydın tələffüz etmək;
5) Məzmuna uyğun intonasiya seçə bilmək;
6) Mətndə qarşıya çıxa biləcək mənası çətin sözləri (alınma sözləri, terminləri,
neologizmləri, köhnəlmiş sözləri və s. izah etmək;
7) İstinad olunan mənbəni (əsər, məqalə, radio və televiziya verilişləri və s.)
göstərmək;
8) Fikri, çıxarılan nəticəni misallarla əsaslandırmaq;
9) Auditoriya ilə (eləcə də müsahiblə) əks əlaqəni yaratmaq – sual vermək, cavab
almaqla deyilənlərin başa düşüldüyünü, mənimsənildiyini müəyyənləşdirmək,
lazım gələrsə əlavə şərh vermək;
10) Dinləyicilərin mənafe uyğunluğu, şəxsi maralarını nəzərə alınmaq.
Nitqin aydınlığını yaradan amillərdən biri də diksiyadır. Diksiya latınca dictio
sözündən alınmışdır, mənası sözlərin düzgün, səslərin öz məxrəcinə uyğun şəkildə
tələffüz olunması deməkdir. Aydın və oxunaqlı xətt yazılı nitqin asan anlaşılmasına
nə dərəcədə şərait yaradırsa, düzgün diksiya da şifahi nitqin başa düşülməsi,
qavranılmasını o dərəcədə təmin edir.
Diksiyanın pozulması səbəblərindən biri danışıq və ya oxu zamanı nəfəsin
düzgün tənzim olunmamasıdır. Bəzən danışanlar tələffüz zamanı nəfəslərini lazımi
ölçüdə sərt etmədiklərindən cümlənin sonuna yaxın hava ehtiyatı tükənir, danışan
sanki boğulur, səsin gücü aşağı düşür.
Dostları ilə paylaş: