1. Heydər Əliyevin Azərbaycan dilinin inkişafında rolu. Heydər Əliyevin Azərbaycan dili haqqında verdiyi sərəncam və qərarlar



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə7/62
tarix07.01.2024
ölçüsü5,01 Kb.
#202965
1   2   3   4   5   6   7   8   9   10   ...   62
Azərbaycan dili və nitq mədəniyyəti (Mühazirələr)

 Nitqin yığcamlığı
. Nitqin yığcamlığı geniş anlayışdır. Burada yığcamlıq dedikdə 
müxtəsərlik, fikrin qısa və aydın, lakonik şəkildə ifadə olunması nəzərdə tutulur. 
Böyük sənətkarlar yığcamlığın istedadla bağlı olduğunu göstərirlər. Kamil adamlar 
həmişə deyəcəklərini ölçüb-biçmiş, geniş mətləbləri yığcam şəkildə ifadə etməyə, 


başqalarının vaxtını almamağa, onları yormamağa çalışmışlar. Klassiklərimiz nitqin 
yığcamlığına yüksək səviyyədə yanaşmışlar.
Hələ vaxtilə böyük Nizami yazırdı: 
Sözün çoxsa əgər çalış az olsun, 
Yüz sözün yerində bir kəlmə qalsın. 
Sədi Şirazi də nitqin yığcamlığını vacib amil hesab etmişdir:
Düşünüb, sonra de sözü müxtəsər
O qədər danışma “bəsdir” desinlər. 
Nitq həm də dəqiq olmalıdır. Bu, nitqdə yığcamlığı yaradır. Bunun üçün 
danışanın, yazanın nitqin predmetinə yaxşı bələd olması, fikrə uyğun münasib 
sözlər, ifadələr işlədə bilməsi, çoxmənalı sözlər, omonim, sinonim, antonimlərdən 
yerində istifadə etməsi əsas şərtdir. 
Yığcamlıq fikrin ən zəruri sözlərlə, söz birləşmələri və cümlələrlə ifadə 
olunmasıdır. Bu, nitqdə sözçülüyə, uzunçuluğa qarşı qoyulan bir anlayışdır. 
Sözçülük, əsasən, iki formada özünü göstərir: a) nitqdə artıq, lüzumsuz sözlərin
ifadələrin işlənməsi, fikrin təkrarı, eyni bir mətləbin ayrı-ayrı cümlələrlə bir neçə 
dəfə ifadə olunması; b) çox danışmaq, uzunçuluq, çərənçilik. “Çox yeməkdən, çox
danışmaqdan və çox yatmaqdan uzaqlaşmalıyıq ” ( İslamın prinsiplərindən) 
Sözlərin, ifadələrin lüzumsuz işlənməsi hallarına həm yazılı, həm də şifahi 
nitqdə təsadüf etmək mümkündür. Qədim Yunanıstanda nitqin yığcamlığına 
xüsusi əhəmiyyət verilirdi. Plutarx nitqin gücündən danışarkən demişdir: “Nitqin 
gücü az sözlə çox şey söyləmək bacarığıdır”. Spartada yeniyetmələrə bir neçə 
sözlə çox şeyi ifadə etmək, cavablarda dəqiq və müxtəsər olmaq öyrədilirdi ki
buna 
“lakonik nitq
” deyilirdi. Dövrün əfsanəvi qanunvericisi sayılan Likurq söz 
sikkəsini pul sikkəsindən üstün tuturdu. O, istəyirdi ki, bir neçə sadə sözlə çox 
dərin məna ifadə olunsun. Likurqa görə uşaqlar uzun müddət dinməz dayanmağı 
öyrənsələr, dərin mənalı cavab verməyə alışarlar. Nitqin yığcamlığı ilə bağlı Qədim 
Yunanıstanda “lakonik danışıq” anlayışı da yarandı. 
Yığcam danışa bilmək insanda çox vacib keyfiyyətlərdəndir. Hər kəs özünün və 
başqasının danışığına (eləcə də yazısına) bu cəhətdən tənqidi münasibət 
bəsləməli, imkan daxilində yığcam, həm də məntiqi danışmağı bacarmalıdır. Nitqin 
yığcamlığı, lakonikliyi natiqlik praktikasında xüsusi rol oynayır. Natiq “sözə sıxlıq, 


fikirlərə genişlik” prinsipini əsas götürərək geniş mətləbləri yığcam şəkildə, həyati 
faktlar, nümunələr əsasında ən zəruri söz və ifadələr işlətməklə dinləyicilərə 
çatdırmağı bacarmalıdır. 



Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin