1. Heydər Əliyevin Azərbaycan dilinin inkişafında rolu. Heydər Əliyevin Azərbaycan dili haqqında verdiyi sərəncam və qərarlar


Dil fikri o zaman daha yaxşı ifadə edə bilir ki, onu öz ahənginə uyğunlaşdıra



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə4/62
tarix07.01.2024
ölçüsü5,01 Kb.
#202965
1   2   3   4   5   6   7   8   9   ...   62
Azərbaycan dili və nitq mədəniyyəti (Mühazirələr)

Dil fikri o zaman daha yaxşı ifadə edə bilir ki, onu öz ahənginə uyğunlaşdıra 
bilir. 
(Əbu Turxan)
 
Dil insanı dəyərləndirmək üçün vasitədir. 
(Mühəmməd peyğəmbər (SƏS) 
Dil mədəniyyətlə birgə boy atır. 
(А.N.Tolstoy)
 
Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun 
dilidir. 
(Heydər Əliyev) 
 
 
 
 
 
 


Mövzu:3
Nitq mədəniyyətinin tədqiqi,inkişafı və təbliği haqqında
 
Plan: 
1.Antik Yunanıstanda natiqlik 
2.Aristotelin”Ritorika əsəri” 
3.Qədim Romada natiqlik sənəti 
4.Şərqdə natiqlik sənəti 
Tarixi qaynaqlardan məlum olur ki, lap qədim zamanlardan məzmunlu, obrazlı, 
aydın, yığcam, təsirli nitqə malik olan adamlar cəmiyyət tərəfindən həmişə yüksək 
qiymətləndirilmişdir. Nitqin gözəlliyi və ona sahib olmağın yolları, vasitələri böyük 
şəxsiyyətlərin daima diqqəti mərkəzində olmuşdur. Miladdan əvvəl Qədim 
Misirdə, Hindistanda, Çində, Babilistanda, Ərəbistanda və digər bir sıra yerlərdə 
görkəmli natiqlər yetişmişdir. Lakin natiqlik sənətinin, gözəl nitqin, fəsahətli və 
bəlağətli danışığın, nitq mədəniyyətinin əsl vətəni qədim Yunanıstan olmuşdur.
Natiqlik də bir elm kimi Yunanıstanda meydana gəlmiş, inkişaf etmişdir. 
Qədim Yunanıstanın ictimai-siyasi həyatındakı mübarizələr, iqtisadiyyatda baş 
verən irəliləyiş, elmi tərəqqi və s. ilə bağlı Afina şəhər dövlətində natiqlik sənəti 
inkişaf etməyə, yüksəlməyə başlayır. Ölkəni idarə edənlər ideyalarını müdafiə 
etmək, məqsədlərini kütlələrə çatdırmaq, onları öz arxasınca aparmaq məqsədilə 
sözdən, natiqlik sənətindən təsirli və kəsərli silah kimi istifadə etməyə çalışırdılar. 
Eramızdan əvvəl VII-IV əsrlərdə fəaliyyət göstərən yunan natiqlik məktəbi 
Aristotel, Antifont, Andokid, Lisiy Kvintilian, Demosfen, Esxil, və b. görkəmli natiql 
yetirmişdir. Həmin məktəblərdə dərs deyən görkəmli natiqlər bu sənəti həm 
nəzəri, həm də praktik şəkildə öyrənənlərə aşılamışlar. Bu dövrdə natiqlik 
sənətinin nəzəriyyəsindən bəhs edən “Ritorika” elmi də yaranır və kamil bir 
şəkildə inkişaf edir. Dövrün tarixi şəraitindən qaynaqlanan natiqlik sənəti bizim 
eradan əvvə V və IV əsrlərdə özünün çiçəklənmə dövrünü keçirir. Həmin dövrün 
görkəmli şəxsiyyətləri, alimləri, ən başlıcası isə natiqləri, bu sənətin nəzəriyyəsini, 
təlimini qurmuş və sistemini yaratmışlar. Antik yunan natiqlik sənətinin yaranması 
və inkişafında Aristotelin xüsusi rolu olmuşdur. . Aristotel 335-ci ildə “Ritorika” 
adlı əsərini yazıb natiqlik sənətinin elmi əsaslarını vermiş, sənəti insan 
fəaliyyətinin xüsusi növü kimi qiymətləndirmiş, natiq nitqinin quruluşunu
üslubunu, orfoepiyasını, ifadəlilik vasitələrini və s. geniş şəkildə izah etmişdir.


“Ritorika” əsəri üç hissədən ibarətdir: 
a) Nitqin tərtibi prinsipi;
b) Natiq üçün lazım olan şəxsi keyfiyyət və qabiliyyət;
c) Nitqin texnikası, vasitələri və priyomları. 
Aristotel nitqin üsluba, məqsədə və şəraitə uyğun qurulmasına daha çox fikir 
verir və göstərirdi ki, üslubun əsas mahiyyəti onun aydınlığı ilə bağlıdır. Üslub 
nitqin predmetinə uyğun olmalıdır. Aristotel natiqin məharətinin beş cəhətini 
xüsusi qeyd edirdi. 
1. Materialın icadı və onun hazırlanması. 
2. Planın tərtibi. Materialın plan üzrə müvafiq formaya salınması.
3. Həmin materialın öyrənilməsi və yadda saxlanılması. 
4. Materialın şifahi şərhinin ədəbi-üslubi cəhətdən işlənməsi. 
5. Nitqin söylənilməsi, orfoepiya (ədəbi tələffüz), intonasiya, emosiya və s. 
məsələlərin nəzərə alınması və onlara əməl olunması .
Qədim Yunanıstanda natiqlik sənətinin inkişafına güclü təsir göstərən 
səbəblərdən biri də Solon qanunları olmuşdur. Bu qanunlara görə hər bir afinalı 
məhkəmədə öz hüququnu müdafiə etməyi bacarmalı idi . Belə bir tələb əsasında 
afinalılar hüquqi biliklərə yiyələnməyə, həm də öz hüquqlarını müdafiə etmək 
üçün aydın, təsirli, məntiqli, sübutlu, rabitəli danışa bilməyə xüsusi səy 
göstərirdilər. Afinada məhkəmə proseslərini 501 nəfər münsiflər heyətindən 
ibarət olan vətəndaş aparırdı. Kimin müqəssir olub-olmaması əksəriyyətin səs 
verməsi yolu ilə müəyyənləşdirilirdi. O zaman məhkəmədə vəkillər fəaliyyət 
göstərmədiyindən vətəndaşlara loqoqraflar kömək edirdilər. Loqoqraflar hüquqi 
təhsil almış adamlar idilər, onlar xüsusi muzdla məhkəmədə baxılacaq işin 
məzmun və mahiyyəti ilə bağlı nitqlər yazırdılar. İşi məhkəməyə düşən afinalı 
həmin nitqi əzbərləyir və məhkəmə prosesində özünü müdafiə edirdi. Lisi, 
Esxin,Demosfen öz dövrlərinin görkəmli loqoqrafları, natiqləri olmuşlar. Bunlardan 
Demosfen antik natiqliyin yaranması və inkişafında xüsusi rol oynamışdır. Onun 
natiqlik sənətinə yiyələnməsi heç də asan yolla olmamışdır. Nitq orqanları qüsurlu 
olan Demosfen uzunmüddətli məşqlərdən natiqlik sənətinin zirvəsinə yüksəltdi. 
Siseron onun haqqında demişdir: “Kim Demosfen olmaq istəmirsə, o natiq deyil”. 
Demosfen natiqlik sənəti nəzəriyyəçilərindən biri idi. O, ritorika ilə bağlı bir sıra 
əsərlər yazmış, bu elmi nəzəri və praktik cəhətdən şərh etmiş, faydalı fikirlər, 
mülahizələr söyləmişdir. Demosfen nitqlərində Afinanın satqın və fəaliyyətsiz 
hakimlərini ifşa edir,onları ədalətli olmağa ,düzgün siyasət yeritməyə çalışırdı. 
Yunan natiqliyinin tənəzzülündən sonra onun mərkəzi qədim Romaya köçür. 


Qədim dünyanın bu dövləti natiqlik sənətinə bir sıra görkəmli şəxsiyyətlər bəxş 
etmişdir. Katon , Antoni Mark ,Sisseron kimi söz ustaları Roma natiqlik məktəbinin 
yetişdirmələri olmuşlar. Bunların içərisində bir natiq kimi dünya şöhrəti qazanmış 
görkəmli dövlət xadimi, Siseron xüsusilə fərqlənirdi . Siseron natiqlik sənəti ilə 
bağlı “Natiqlik haqqında”, “Brut, yaxud məşhur natiqlik haqqında” və “Natiq” 
traktatlarını yazmışdır. Qədim Roma natiqlik məktəbinin nümayəndələrindən biri 
də Kvintilian olmuşdur. O, natiqlik nəzəriyyəçisi kimi tanınmışdır. Acdığı ritorika 
məktəbi ona şöhrət gətirmişdi. Kvintilian “Natiqlik təhsili” adlı 12 kitabdan ibarət 
əsər yazmışdı. Kvintilian natiqlik sənətinə yiyələnməyi təhsilin zirvəsi hesab edirdi. 
O, bunu obrazlı şəkildə belə ifadə edirdi: “Şair doğulurlar, natiq isə olurlar. Natiqlik 
sənətinə isə təlimin köməyi ilə yiyələnmək mümkündür” Respublikanın 
süqutundan sonra natiqlik sənəti tənəzzülə doğru gedir. Natiqlik sənətinə qədim 
mədəniyyət tarixi olan Şərqdə də maraq yaranmış, ritorika elminə insan 
fəaliyyətinin xüsusi növü kimi yüksək qiymət verilmişdir. Filosof, siyasətçi, 
qanunşünas, böyük islahatçı, cəsur sərkərdə, islam dininin banisi Məhəmməd 
Peyğəmbər (ə.s.) ədəb, əxlaq, iffət, vicdan, təvazökarlıq, təmizlik, namuslu olmaq 
və s. insani keyfiyyətlər sırasında natiqlik məharətinə xüsusi əhəmiyyət vermişdir. 
İnsanın gözəlliyindən biri də onun aydın və gözəl danışmasıdır. İslamın ikinci böyük 
şəxsiyyəti olan Həzrət Əlinin zəngin irsində təlimtərbiyə məsələləri ilə yanaşı, 
danışıq, onun etik qaydaları barədə ibrətamiz fikirlər söylənmişdir: 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin