Mövzu 2 Multikulturalizm etnik-mədəni müxtəlifliklərin tənzimlənməsinin siyasət modeli kimi. Multikulturalizmin sosial hadisə kimi formalaşmasına təsir edən faktorlar. Multikulturalizm – etnik-mədəni müxtəlifliklərin tənzimlənməsinin siyasət modeli



Yüklə 19,26 Kb.
səhifə1/4
tarix26.04.2022
ölçüsü19,26 Kb.
#56432
  1   2   3   4
Mövzu 2


Mövzu 2

Multikulturalizm etnik-mədəni müxtəlifliklərin tənzimlənməsinin

siyasət modeli kimi.


Multikulturalizmin sosial hadisə kimi formalaşmasına təsir edən faktorlar. Multikulturalizm – etnik-mədəni müxtəlifliklərin tənzimlənməsinin siyasət modeli kimi. Multikulturalizmin assimilyasiya, izolyasiya və aparteid siyasətlərindən fərqli cəhətləri. Multikulturalizmin zəif (weak) və güclü (strong) formaları.
Müasir dövrdə dünya dövlətlərinin əksəriyyətində tarixi prosesin inkişafının nəticəsi olan və buna görə də obyektiv xarakter daşıyan etnik, irqi, dini və mədəni müxtəlifliklər mövcuddur. Bu müxtəlifliklərin tənzimlənməsinin mümkün vasitələrindən biri multikulturalizmdir.

Sosial hadisə kimi formalaşan multikulturalizm digər sosial hadisələrə (siyasətə, iqtisadiyyata, mədəniyyətə, mənəviyyata, ictimai şüurun müxtəlif formalarına və s.) təsir göstərir, onlarla qarşılıqlı münasibətdə olur.Bundan başqa, multikulturalizm bir sosial hadisə kimi əhəmiyyətinə görə sosial ədalət, imkanların bərabərliyi, demokratiya kimi anlayışların sırasına daxildir.Belə ki, hər bir etnik, irqi, dini mədəni qrupun hüquq və azadlıqlarının qorunması, onların qanun qarşısmda bərabər olmalarının təmin edilməsi həm sosial ədalətin tələblərinə, həm də demokratik cəmiyyətin normalarına uyğun gəlir.

Multikulturalizmin bir sosial hadisə kimi formalaşmasına aşağıdakı faktorlar təsir göstərir:


  1. Eyni ərazidə uzun illərdən bəri müxtəlif xalqların birgə yaşamaları. Məsələn, Azərbaycanda müşahidə olunan çoxmədəniyyətlilik üçün bu səbəb səciyyəvidir. Məlum olduğu kimi, ölkəmizin ərazisində qədim dövrlərdən bəri müxtəlif xalqların nümayəndələri əmin-amanlıq şəraitində birgə yaşayırlar.

  2. Ölkənin coğrafi mövqeyi. Söhbət müxtəlif mədəniyyətlərin və sivilizasiyaların qovuşduğu ərazilərdən gedir. Belə ərazilərdə yerləşən ölkələrin xalqları müxtəlif etnik, irqi, dini və mədəni qrupların nümayəndələri ilə qarşılaşaraq onlarla iqtisadi-ticarət və mədəni əlaqələrini inkişaf etdirmişlər. Bu isə öz növbəsində belə ərazilərdə multikultural mühitin formalaşması üçün əlverişli şərait yaratmışdır. Coğrafi faktor da Azərbaycanda müşahidə olunan çoxmədəniyyətlilik üçün səciyyəvidir. Məlum olduğu kimi, Azərbaycanın ərazisi müxtəlif sivilizasiyaların, mədəniyyətlərin və dinlərin kəsişməsində yerləşir. Buradan qədim İpək Yolu keçmiş, ölkəmizin bu əlverişli coğrafi mövqeyi onun etnik-mədəni müxtəlifliyə malik olan bir cəmiyyət kimi formalaşmasında və inkişafında müsbət rol oynamışdır;

  3. Sosial və iqtisadi səbəblərdən iqtisadi cəhətdən inkişaf etmiş ölkələrə xalqların axını. Müasir dövrdə Qərb dövlətlərində müşahidə olunan çoxmədəniyyətliliyin əsas səbəbi iqtisadi miqrasiya hesab olunur. Lakin son dövrdə bu axının xarakteri əhəmiyyətli dərəcədə dəyişmişdir. Belə ki, Suriya, İraq, Əfqanıstan və digər Yaxın Şərq və Afrika ölkələrini bürümüş hərbi münaqişələr bu ölkələrdən inkişaf etmiş Avropa ölkələrinə insan axınını kütləvi və idarəolunmaz edərək, onu siyasi miqrasiyaya çevirmişdir;

  4. İmperiyalar tərəfindən həyata keçirilən xalqların köçürülməsi siyasəti. Ermənilərin rus imperiyası tərəfindən Yaxın Şərqdən Cənubi Qafqaza köçürülməsi siyasətin bariz nümunəsidir;

  5. Hərbi münaqişələr nəticəsində xalqların yaşadıqları ölkələri tərk edərək başqa ölkələrə köçmələri. Müasir dövrdə bir sıra Yaxın və Orta Şərq ölkələrində (Suriya, İraq, Əfqanıstan) davam edən hərbi münaqişələr burada yaşayan müxtəlif etnik və dini qrupların nümayəndələrinin Avropanın bir sıra ölkələrində sığınacaq axtarmalarına səbəb olmuşdur: Bu isə öz növbəsində qaçqınların pənah gətirdikləri dövlətlərdə etnik-mədəni müxtəlifliyin artması ilə müşayiət olunur.



Yüklə 19,26 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin