Mövzu aqrar sahəNĠn formalaġmasi və ĠNKĠġafi. Aqrar sahənin əhəmiyyəti, strukturu, digər sahələrlə əlaqəsi



Yüklə 31,4 Kb.
səhifə1/4
tarix02.01.2022
ölçüsü31,4 Kb.
#46435
  1   2   3   4
qeyri-neft 4


MÖVZU 7. AQRAR SAHƏNĠN FORMALAġMASI VƏ ĠNKĠġAFI.

1. Aqrar sahənin əhəmiyyəti, strukturu, digər sahələrlə əlaqəsi.

2. Aqrar – emal sənayesinin formalaĢması və inkiĢafı.

3. Aqrar sektorun istehsal vasitələri ilə təmin edilməsində “Aqrolizinq” ASC-nin rolu.

4. Aqrar sahəsinin qeyri-neft sənaye sahələrinin inkiĢafına təsiri.

5. Aqrar sahənin əhəmiyyəti, strukturu, digər sahələrlə əlaqəsi.

Aqrar sənaye kompleksi (ASK) ölkə iqtisadiyyatının bir çox istehsal və xidmət sahələrini özündə birləşdirən mürəkkəb sosial – iqtisadi sistem olmaqla əsas məqsədi – kənd təsərrüfatı üzrə xammalların istehsalı, onların emal edilməsi nəticəsində əldə edilən çoxçeşidli ərzaq məhsullarının istehlakçılara çatdırılmasından ibarətdir. ASK-nin tərkibində kənd təsərrüfatı aparıcı rol oynayır.

Kənd təsərrüfatı - bitki və heyvan mənşəli məhsulların istehsal olunması, bunların keyfiyyət və səmərələliyinin yüksəldilməsi, bu məhsulların uyğun şərtlərdə mühafızəsi, işlənib qiymətləndirilməsi və satışa çıxarılmasına deyilir.

Kənd təsərrüfatı, iki təməl istehsal budağından meydana gəlir. Bunlar bitki mənşəli istehsal və heyvan mənşəlı istehsaldır. Bu iki təməl Kənd təsərrüfatı istehsal budağı və hətta tərifləri arasındakı tək ауrıseçkilik, istifadə etdikləri materialın birində bitki, о birində isə heyvan materialı olmuşdur.

Kənd təsərrüfatı insan fəaliyyətinin ən başlıca və qədim sahəsidir. Dünyada elə bir ölkə yoxdur ki, orada kənd təsərrüfatı və ona yaxın olan meşə təsərrüfatı, ovçuluq, balıqçılıqla məşğul olmasıdır. Dünya əhalisinin 1 milyard nəfəri, yəni iqtisadi fəal əhalinin yarıya qədəri bu sahələrdə çalışır.

Azərbaycanda kənd təsərrüfatını inkişaf etdirmək üçün əlverişli torpaq - iqlim şəraiti mövcuddur.

Ölkədə adambaşına 0,2 hektar torpaq sahəsi düşür Azərbaycanın kənd təsərrüfatında bitkiçilik heyvandarlıqdan üstün inkişaf edib. Kənd təsərrüfatı məhsulunun 61%-ni bitkiçilik, 39%-ni isə heyvandarlıq verib, lakin son illərdə bu nisbət dəyişilmiş və 2015–ci ildə heyvandarlıq məhsullarının xüsusi çəkisi 51% bitkiçilik məhsulları isə - 49% təşkil etmişdir. Göründüyü kimi həmin sahələr ölkənin kənd təsərrüfatının əsasını təşkil edir.

Azərbaycanın əlverişli iqlim şəraiti, torpaq örtüyü əkin sahələrində müxtəlif növ bitkilərin becərilməsinə: imkan verir. Xüsusilə pambıqçılıq, tərəvəzçilik, tütünçülük və üzümçülük Azərbaycanın kənd təsərrüfatının ixtisaslaşmış sahələri hesab olunur. ASK – ya adətən aşağıdakı 4 müstəqil sahəni aid edirlər:

- kənd təsərrüfatı;

- kənd təsərrüfatını maddi-texniki baza ilə təmin edən istehsal sahələri;

- kənd təsərrüfatı üzrə xammalın emalı sahəsi;
- infrastruktur bloku: kənd təsərrüfatı məhsullarının daşıması, tədarükü və ticarəti, sahənin kadrlarla təmin edilməsi, kənd təsərrüfatı yönümlü infrastruktur və tikinti sahələri.

ASK-nın maddi texniki bazasını təmin edən bir çox iqtisadi fəaliyyət sahələri ilə sıx əlaqədədir. Onlar: qaz və neft emalı, kimya və neft - kimya, maşınqayırma və elektrotexnika, yüngül və yeyinti sənayesi, tikinti, nəqliyyat, ticarət və iaşə ali və orta ixtisas məktəbləri, logistika və sairə daxildir. Tarixən Azərbaycanda ixtisaslaşdırılmış heyvandarlıq, quşçuluq, pambıqçılıq, taxılçılıq, baramaçılıq, arıçılıq, meyvəçilik və tərəvəzçilik, son illərdə isə - tütünçülük sahələri inkişaf etdirilmişdir. ASK-nın xammal bazası ölkə əhalisinin tələbatını və ərzaq təhlükəsizliyini təmin edən çoxçeşidli məhsul istehsalına imkan yaratmışdır.

Qeyd edildiyi kimi Azərbaycanın kənd təsərrüfatında bitkiçilik və heyvandarlığın xüsusi çəkisi getdikcə yeniləşir. Əkinə yararlı torpaq sahələrinin geniş yayılması, yüksək temperaturlu günlərin üstünlük təşkil etməsi həmin sahələrin inkişafına təminat yaratmışdır.

Azərbaycanda ixtisaslaşdırma dərəcəsinə görə bir-birindən fərqlənən üç qrup kənd təsərrüfatı rayonu mövcuddur. Onlara:

- suvarılan kənd təsərrüfatı rayonları (Kür – Araz, Lənkəran, Samur - Dəvəçi ovlaqları, Naxçıvanın Arazboyu düzənlikləri);

- dəmyə kənd təsərrüfatı rayonları (dağətəyi və orta dağlıq əraziləri);

- otlaq və heyvandarlıq rayonlar.
Azərbaycanda kənd təsərrüfatının ixtisaslaşan sahələrinə pambıqçılıq, meyvəçilik, üzümçülük, tərəvəzçilik, badamcıqlıq, arıçılıq, tütünçülük, çəltikçilik və digərləri daxildir.

Aqrar sənaye kompleksinin qeyd edilən istiqamətlər üzrə diqqəti çəkən inkişafı ilə yanaşı onun intensivləşdirilməsinin aşağıdakı prioritet istiqamətlərinə diqqət artırmalıdır:

- torpaq və su ehtiyatlarından səmərəli istifadənin təmini;

- kənd təsərrüfatının suvarma və meliorasiya təminatını bərpası;

- aqrar bölmənin maddi texniki bazasının möhkəmləndirilməsi;

- aqrar bölmənin xammal istehsalı və emalı sahələrinin əlaqəli inkişafının dəstəklənməsi;

- rəqabət qabiliyyətli məhsul istehsalının artırılmasının stimullaşdırılması;

- aqrar bölmənin maliyyə vəziyyətinin yaxşılaşdırılması;

- aqrar bölmənin hüquqi normativ bazasının təkmilləşdirilməsi;

- aqrar bölmənin elmi – metodiki təminatının və kadr hazırlığı sisteminin təkmilləşdirilməsi.



Yüklə 31,4 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin