Mövzu: Bağırsaq infeksiyaları. Baki – 2018 Plan



Yüklə 150 Kb.
səhifə1/16
tarix02.01.2022
ölçüsü150 Kb.
#37572
növüMühazirə
  1   2   3   4   5   6   7   8   9   ...   16
Bağırsaq infeksiyaları


AZƏRBAYCAN DÖVLƏT PEDAQOJI

UNİVERSİTETİ


Kafedra: “Mülki müdafiə və tibbi biliklərin əsasları”

Fənn: Mülki müdafiə və tibbi biliklərin əsasları

Mühazirə mətni

Mövzu: Bağırsaq infeksiyaları

.


BAKI – 2018

Plan:



  1. Qarın yatalağı

  2. Qida toksikoinfeksiyaları

  3. Botulizim

  4. Dizenteriya

  5. Hepatit



Bağırsaq infeksiyaları

Qarın yatalığı

Qarın yatalığı - ümumi kəskin infeksion xəstəlik olub, tskilik gediş, müəyyən temperatur əyrisi, ümumi intoksikasiya, bakteriemiya və nazik bağırsaqların limfatik aparatının zədələnməsi ilə xarakterizə olunur; infeksiya orqanizmə törədicinin mədə-bağırsaq traktına düşməsi zamanı nazik bağırsaqların limfatik aparatından daxil olur.

Xəstəliyin törədicisi təmiz kulturası 1884-cü ildə Qaffki tərəfindən alınmış qarın yatalağı bakteriyalarıdır; bunlar hərəkətli, qrammənfi, ucları dəyirmi və uzunluğu 3-3,5-ə qədər olan çöpşəkilli bakteriyalardır. Onlar bütün bədənlərini örtən çoxlu miqdarda qamçıcıqlar sayəsində fəal hərəkət edirlər. İstər xəstənin orqanizmində, istərsə süni qidalı mühitlərdə qarın yatalağı bakteriyalarının inkişafı üçün ən əlverişli mühit öd sayılır. Onlar baktoaqarmda, Endo və Ploskiryov mühitlərində yaxşı inkişaf edə bilir.

İnfeksiya mənbəyi xəstə insan, qarın yatalağından sağalan yaxud bakteriyagəzdirəndir. Bakteriyalar xəstələrin, rekonvalessentlərin, ya bakterigəzdirənlərin orqanizmindən xarici mühitə başlıca olaraq nəcis və qismən sidiklə ifraz olunur, bunun nəticəsində su, qida məhsulları və müxtəlif əşyalar yoluxa bilir.

İnsan qarın yatalağı bakteriyaları ilə ancaq ağızdan yoluxulur. Çox vaxt insanlar qarın yatalağı bakteriyaları ilə yoluxmuş su və qida məhsullarını, o cümlədən südü qəbul etdikdə yoluxurlar.

Xəstəliyin inkubasiya dövrünün müddəti orta hesabla 10 gündən 14 günə qədər olub, 7 günlə 23 gün arasmda tərəddüd edə bilir.

Qarın yatalağı olan xəstələrin çoxunda bəzən hüşun pozulması ilə keçən ümumi zəhərlənmə halı (intoksikasiya) müşahidə edilir; xəstəliyin başqa adı «tif»də buradan götürülmüşdür; bu, yunan sözü «tifos»dan alınıb tüstü, duman deməkdir.

Bir qayda olaraq xəstəlik tədricən, ümumi zəiflik əlamətləri, kefsizlik, bütün bədəndə əzginlik, baş ağrıları və iştahanın xeyli pisləşməsi ilə başlanır, bəzən udma zamanı ağrı hiss olunur. Xəstəliyin bu başlanğıc dövrü (prodrom) bir neçə saatdan 2 günə qədər davam edir, sonra xəstəliyin qızdırmalı dövrü başlanır.

Temperaturun tədricən pilləvari qalxması və xəstəliyin ancaq 5-7-ci gününə yaxın yüksək səviyyəyə (adətən 38, 8-39, 80 dairəsində olur) çatması bu dövrün ən erkən əlamətlərindən biri sayılır; temperatur bu səviyyədə 2 həftə ərzində və ya daha çox davam edir. Xəstələrin 30-35%-də qarm yatalağı kəskin başlanır.

Xəstəliyin birinci günündən başlayaraq ağır ümumi zəiflik, apatiya, bütün ətrafdakı şeylərə xəstənin laqeydliyi, adinamiya olur, iştaha itir və yuxu pozulur. Kəskin ümumi zəiflik tezliklə xəstəni yatağa düşməyə məcbur edir.

Xəstə adətən baş ağrısından, yuxusuzluqdan, iştahasızlıqdan, qəbizlikdən, bəzən də islahdan şikayət edir. Qeyd etmək vacibdir ki, qarın yatalağını keçirən xəstənin şikayəti ancaq yuxarıda deyilənlərlə qurtarır:

şikayətlər sayca az olur. Xəstənin xarici görkəmi xarakter olur: onun baxışı süst və laqeyddir; xarici örtükləri və görünən selikli qişaları olduqca avazımışdır. Xəstə ətrafdakılara adətən bir maraq göstərmir, sanki o «öz daxili aləminə qapılmışdır». Bəzən xəstələrdə huşun itməsi, qarabasma (halyusinasiya) və sayıqlama ola bilər. Orqanizmin intoksikasiyası günbəgündən şiddətlənir.

Qarın yatalağı zamanı nəfəs orqanları tez-tez zədələnir (diffuz bronxitlər, bəzən isə ağ ciyərlərin aşağı paylarında ocaqlı pnevmoniyalar). Odur ki, diaqnoz qoyarkən xəstədə adi ocaqlı pnevmoniyanınını və ya pnevmonik proseslə bərabər qarın yatalağı olması məsələsinin qabaqcadan adətən həll edilməsi mümkündür. Xəstəliyin şiddətli dövründə adətən nəbzin tezliyi temperaturun səviyyəsindən geri qalır (nisbi bradikardiya). Məsələn, temperatur 39° olduğu zaman nəbz vurğusu bir dəqiqə ancaq 96-98 ola bilir. Bəzən nəbz iki dalğalı (dikrotik) xarakter daşıyır ki, nəbzi ehmalca əlləməklə bunu asan aşkar etmək olur. Qan təzyiqi enir, bəzən ürək zirvəsindən üfləyici sistolik küy eşidilir.

Xəstəliyin birinci 6-7 günündə dilin görkəmi xarakter olur: o böyüyür, şişir, qalınlaşır və ağız boşluğuna çətinliklə yerləşir, çox vaxt kənarlarında dişlərin izi görünür, üzəri çox qalın çirkli boz ərplə örtülür, lakin kənarları və ucu təmiz olub qırmızımtıl rəngdə qalır. Sonralar dil quruyur, ərp qəhvəyi rəngə çalır, dilin selikli qişasında qanayan çatlamış yarıqlar əmələ gələ bilir.

Bağırsaqlarda çoxlu miqdarda qazın əmələ gəlməsi nəticəsində qarın çox köpmüş olur, çox vaxt ileosekal nahiyəni əllədikdə qazın kor bağırsaqdan yoğun bağırsağa keçməsi nəticəsində gurultu hiss edilir. Bir qayda olaraq xəstələrdə qəbizlik olur və o, uzun müddət davam edir. Çox az təsadüflərdə qəbizlik olur və o, uzun müddət davam edir. Çox az təsadüflərdə noxud şorbasını xatırladan duru nəcisli ishal müşahidə edilir. Hazırda ishala çox az təsadüf edilir. Xəstəliyin 4-5-ci və bəzən daha sonrakı günlərindən böyümüş dalaq əllənməyə başlayır, daha sonralar isə qara ciyərin də böyüməsini təyin etmək olur.

Qarın yatalağı xəstələrinin dərisində səpgilər adətən çox olmur, xəstəliyin 8-9-cu günündən başlayaraq qarnın dərisi üzərində, seyrək təsadüflərdə döşdə və kürəkdə tək-tək, diametri 3-3,5 mm və düzgün dairəvi formalı çəhrayı ləkələr (rozeolalar) meydana çıxır. Rozeolaların ətraf dəridən kəskin ayrılması (məhdudlanması) xarakterdir.

Müasir müalicə dərmanlarının (sintomisin ya levomisetin) tətbiq edildiyi təsadüflərdə xəstəliyin qızdırmalı dövrü 3 həftədən 4-5 həftəyə qədər davam edir. Temperatur əyrisi bütün patoloji prosesin artmasını, şiddətlənməsini və sönməsini olduqca dəqiq əks etdirir. Xəstəliyin dalğavarı

gedişi çox vaxt temperatur əyrisindən əks olunur, bunu hələ keçən əsrin 60-cı illərində böyük rus klinisisti S.P.Botkin göstərmişdir. Vunderlixin trapezəoxşar tipli temperatur əyrisinə az təsadüf edilir. Qızdırmalı dövrün axırlarmda temperatur litik şəkildə 4-5 gün ərzində enir. Çox vaxt ancaq simptomatik müalicə olunan xəstələrdə müşahidə edilən və bəzən 4-7 günə qədər davam edən amfıbolik dövr olur. Bu dövrdə temperatur pilləvarı surətdə enir, lakin səhər və axşam temperaturlarının fərqi 2-3° olur.

Temperatur normaya endikdən sonra sağalma (rekonvalessensiya) dövrü başlanır. Orqanizmin bütün pozulmuş funksiyaları bu dövrdə tədricən bərpa olunur, iştaha, yuxu yaxşılaşrr, xəstənin çəkisi artır, temperatur normaya endikdən 8-9 gün sonra xəstəyə yatağından qalxmaq üçün icazə vermək olar. Qarın yatalağını keçirən şəxslərdə davamlı immunitet yaranır. Xəstəliyin birinci 2-3 günündə qanda çox yüksək olmayan leykositoz müşahidə edilir, sonra bu, qarın yatalağı üçün xarakter leykopeniya (1 mm3 qanda leykositlər 4000-3000-ə qədər olur), aneozinofiliya, formulanın sola meylliyi ilə keçən neytropeniya, eləcə də nisbi limfositozla (limfositlər 35-60% olur) əvəz olunur. Bəzən leykositoz ola bilər.

7-8 yaşa qədər olan uşaqlarda qarın yatalağı bir sıra xüsusiyyətlərlə fərqlənir; xəstəlik adətən kəskin, yüksək intoksikasiya, xəstəliyin artıq 3-4 gününə qədər yüksək rəqəmlərə tez qalxan temperatur əyrisi ilə başlanır, sonralar qısa müddətli remissiyalarla keçir. Nisbi bradikardiya və nəbzin dikrotiyası əksərən olmur. Çox vaxt qusma və ishal müşahidə edilir. Hemoqramma ax xarakter olur. Leykositozun olması, qanda eozinofillərin qalması mümkündür.




Yüklə 150 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin