1
Mövzu 8. İtaliyada beynəlxalq turizmin coğrafiyası
PLAN:
İtaliyanı turizm-rekreasiya potensialı.
İtaliyada beynəlxalq turizmin müasir vəziyyəti və inkişaf xüsusiyyətləri.
İtaliyada turist axınlarının dinamikası.
İtaliyanın əsas turizm bölgələri və mərkəzləri.
Cənubi Avropada, Apennin yarımadasında yerləşmiş İtaliya şimalda Avstriya və İsveçrə, şimal-qərbdə
Fransa, şərqdə Sloveniya ilə həmsərhəddir. Aralıq
dənizində yerləşmiş Sardiniya, Siciliya, Elba və bir sıra
kiçik adalar da İtaliyaya məxsusdur. İtaliya sahilləri cənubdan və qərbdən Aralıq,
şərqdən Adriatik dənizinin
suları ilə əhatə olunur. Ölkənin sahillərində əla çimərliklər və mənzərəli buxtalar vardır. Əlverişli iqlim şəraiti,
tarixi-memarlıq abidələrinin çoxluğu, inkişaf etmiş maddi-texniki bazanın olması İtaliyada
xarici və daxili
turizmin intensiv inkişafı üçün mühüm zəmin yaradır.
İtaliyanın hüdudlarında 2 mikrodövlət: Avropanın ən qədim dövlətlərindən olan San-Marino knyazlığı
və dünyanın ən kiçik dövləti, katolik kilsəsinin başçısı olan Roma papasının iqamətgahı – Vatikan yerləşir.
İtaliya dağlıq ölkədir. Bir çox Alp yamacları dağ-xizəkçilik trasları kimi istifadə olunur. Buzlaqlar və
onlara yaxın yamacların istifadə olunması dağ-xizəkçilik mövsümünü yay aylarına qədər uzatmaq imkanı
verir. Monblan zirvəsi yaxınlığında Fransa və İtaliyanın dağ-xizəkçilik trasları toqquşur, Şamoni (Fransa)
və Kurmayor (İtaliya) dağ-xizək kurortları arasında isə avtomobil tuneli mövcuddur.
İtaliya ərazisinin əksər hissəsi subtropik iqlim qurşağına aiddir. Günəş işığının bolluğu,
yüksək
temperatur və havanın rütubəti baxımdan istirahət və müalicə üçün ən yaxşı iqlim adriatik dənizi iqlimi
hesab olunur. Lakin kurortların əksər hissəsi İtaliyanın şimal-qərb və qərb sahillərində yerləşir. Belə ki,
havanın və suyun temperaturu burada adətən daha yüksək olur.
İtaliyanın çayları əsasən qısadır. Ən uzun çayı olan Po çayı (670 km.) – Padan düzənliyindən axır. Çay
kifayət qədər uzun məsafədə gəmiçiliyə yararlıdır, lakin suyunun bulanıqlığı
üzündən kruizlər və sahildə
istirahət üçün cəlbedici deyil. İtaliyanın ən məhşur çayı – Romanın üzərində yerləşdiyi Tibr çayıdır.
İtaliyada çoxlu xırda və nisbətən iri (400 m
2
-ə qədər) göl vardır. Dağ gölləri çox mənzərəli olub,
geniş
şəkildə rekreasiya zonaları kimi istifadə olunur.
İtaliya – klassik turizm ölkəsidir. Orta əsrlərdən etibarən gənclər, Avropanın qabaqcıl insanları,
incəsənət adamları İtaliyaya təhsil-mədəni məqsədlərlə səyahət edirdi. Bu səyahətlərin içərisində “Qrand-
turlar” özünəməxsus yer tuturdu. İtaliyada turizm sənayesinin inkişaf tarixi 100 ildən artıq bir dövrü əhatə
edir. Bu müddət ərzində ölkə, dünyanın aparıcı turizm mərkəzlərindən birinə çevrilmişdir.
Ölkədə turizm sənayesinin və mehmanxana xidmətinin inkişafı məqsədi ilə 1983-cü ildə turizmin inkişafı və
təkmilləşdirilməsi üzrə əsas Qanun qəbul edildi. Həmin qanunda regional səviyyədə turizmin idarə olunması və
fəaliyyət qaydaları da öz əksini tapdı. Ölkənin mehmanxana təsərrüfatının təyinatı və dərəcələnməsi, nəqliyyat
və
turizm müəssisələrinin, ictimai cəmiyyətlərin turizm fəaliyyəti ilə məşğul olmasına icazə verilməsi
şərtləri, dövlət tərəfindən turizm fəaliyyətinin müdafiə olunması və s. müəyyənləşdirildi.
Hal-hazırda İtaliya beynəlxalq turizmdə lider ölkələrdən biridir. İtaliya 2015-ci ildə 50.7 mln.nəfər
turist
qəbul etmiş, turizmdən əldə etdiyi gəlir isə 39,4 mlrd. ABŞ dolları təşkil etmişdir. İtaliyaya gələn
turistlərin yarıdan çoxunu – almanlar, amerikalılar, ingilislər, fransızlar, isveçrəlilər və avstriyalılar
təşkil
edir.
İtaliyanın əsas turizm bölgələri: Roma və Mərkəzi İtaliya, Neapol və Cənubi İtaliya, Florensiya və Şimali
İtaliya, Lombardiya, ölkənin şimal-qərb və şimal-şərq hissələridir.