Mövzu: Nizami Gəncəvi Haqqında Hazırladı: Əzizov Teymur



Yüklə 1,59 Mb.
səhifə1/5
tarix02.01.2022
ölçüsü1,59 Mb.
#46552
  1   2   3   4   5
nizami


Mövzu: Nizami Gəncəvi Haqqında

Hazırladı: Əzizov Teymur

Fakultə: Mühəndislik Fakultəsi

İxtisas: Qida Mühəndisliyi

Qrup: 764

Azərbaycanın dahi şairi Nizami Gəncəvi 1141-ci ildə Gəncədə anadan olub. O, Gəncədə doğulub böyüdüyünə görə Gəncəli mənasında Nizami Gəncəvi adıyla tanınıb. Şairin əsl adı İlyasdır. Nizami hələ uşaq ikən atasını, sonra da anasını itirib. Onun tərbiyə və təhsilini dayısı Xacə Ömər öz üzərinə götürüb, böyüdüb. Böyük şair "Leyli və Məcnun" poemasının müqəddiməsində atası ilə anasını, sonra da dayısını itirməsindən kədərlər içərisində bəhs edir.

Nizami Gəncəvi dayısının himayəsində tək deyil, öz qardaşı Qivami Mütərrizi ilə birlikdə yaşayıb. Bu gənc qardaşlar, uğradıqları fəlakətə baxmayaraq, öz zamanlarına görə yüksək təhsil alıb, yaxşı yetişiblər. Nizaminin yüksək təhsil alması ona "müdrik" ləqəbinin verilməsindən aydın olur. Onun müdrikliyini, islam alimləri ilə yanaşı, tanınmış yunan filosoflarını "İsgəndərnamə"də danışdırması, onların dünyanın yaradılışı haqqındakı fikir sistemlərini özünəməxsus şeir dili ilə xülasə etməsi təsdiq edir. Bundan əlavə, şair öz şeirlərində tarixə, müqəddəs dinə, hikmətə, riyaziyyata, astronomiyaya dair geniş məlumata sahib olduğunu göstərib.

Şairin musiqi aləmində geniş biliyə sahib olduğunu Barbədin Xosrov-Pərvizə çaldığı otuz mahnının hərəsini ustalıqla bir beytlə təsvir etdiyindən görürük. Ədəbiyyat sahəsində olan dərin məlumatını "Kəlilə və Dimnə"nin təmsillərinin qırxını qırx beytə sığışdıra bilməsindən anlayırıq. Astronomiya sahəsində böyük mütəxəssis olduğunu isə Məcnunun ulduzlara öz vəziyyətini şərh etməsindən öyrənirik

Nizaminin əsərlərinə yazdığı müqəddimələrdən çıxan məlumatlardan onun qədim dillərdən pəhləvi, nəsturi, yəhudi dillərini də bildiyini öyrənirik. O öz poemaları üçün topladığı materialları adi və geniş yayılan sadə mənbələrdən deyil, qeyd edilən qədim dillərdəki məxəzlərdən dəqiq tədqiqatlar vasitəsilə əldə etdiyini anlatmışdır


Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin