Mövzu —Sual Lentli nəqletdiricilərin əsas elementləri: Lentlər, İntiqal qurğuları və barabanlar Lentlər



Yüklə 36,68 Kb.
səhifə1/2
tarix17.04.2023
ölçüsü36,68 Kb.
#99055
  1   2
Mövzu 7 Sual 2-3


Mövzu 7—Sual 1 Lentli nəqletdiricilərin əsas elementləri:Lentlər, İntiqal qurğuları və barabanlar
Lentlər. Lentli nəqletdiricilərin əsas elementi, rezinləşdirilmiş parça lentidir ki, DÜİST 20 – 62 – ə əsasən hazırlanır və eyni zamanda dartıcı və aparıcı üzvüdür. Rezinləşdirilmiş lent rezin kleylə birləşdirilmiş parça qatlardan ibarətdir ki, səthinə rezin qatı çəkilmişdir.

Lentə təsir edən qüvvə aralıq qatlar tərəfindən qəbul edilir, rezinləşdirilmiş qat isə lenti mexaniki, kimyəvi təsirlərdən və nəmlikdən qoruyur Lentdəki parça qatları pambıq lifərindən təşkil olunub və beltinq adlanan sadə toxunmadan ibarətdir. Lentin möhkəmliyini artırmaq məqsədi ilə, son zamanlar sintetik liflərdən təşkil olan parçalar tətbiq edilir. lentin əsas parametrləri onun enliyi B və qatların sayıdır. Zn. Lazım olan qatın sayı aşağıdakı ifadədən tapılır.





Burada Smax - lentin gərginliyidir, dan ( kqs).


B – lentin enidir, sm, Pr – enliyi 1 sm olan lentin bir qatının qırıjı qüvvəsidir, dan/sm; nl - ehtiyat möhkəmlikdir. Lentin eni 300, 400, 500, 650, 800, 1000, 1200, 1400, 1600, 1800 və 2000 mm, qatların sayı isə Zn = 3  12 olur. Qatın materialından asılı olaraq Beltinq B – 820 – üçün Pr = 60  300 dan/sm. ( kapron, lavsan ) qəbul edilir. qatlar arasında qüvvələr qeyri – bərabər paylandığı üçün nl=10 qəbul edilir.
« B » enlikli lentin 1 metrinin çəkisi DÜİST – ləridə verilir və ya aşağıdakı empirik formula ilə təyin etmək olar.


dan/m

Burada b lentin qatlarla birlikdə qalınlığıdır, mm.


Çox böyük dartqı qüvvəsi olduqda, möhkəmliyi artırmaq məqsədi ilə uzununa polad kanatla ormirləşmiş lentlər tətbiq edilir.
İri dənəvər, qaynar və yapışqan materialları nəqletdirmək üçün polad lentlər tətbiq edilir. Bu lentləri yüksək karbonlu və yaxud paslanmayan polddan hazırlayırlar. Lentin qalınlığı 0,6  1,2 mm enliyi isə 350  800 mm olur. Polad lentli nəqletdiricilər böyük diametrli barabanların tətbiq edilməsini tələb edir. Yükləri uzaq məsafəyə nəql etdirildikdə lentli – kanatlı nəqletdiricilər tətbiq edirlər. Bu nəql etdiricilərdə lenta ancaq yük aparıcı üzv olur, dartqı qüvvəsi isə lentin kənarında yerləşən kanat olur.
İntiqal qurğuları və barabanlar. Nəqletdiricinin intiqalı elektrik mühərrikindən, reduktordan və barabandan ibarətdir. Şəkil 9.2

Yığjam (kompleks) intiqal tələb olunduqda, elektrik mühərriki və ötürüjü mexanizmi barabanın içərisində yerləşən elektrobarabanlardan istifadə edilir.



İntiqal barabanın uzunluğu toxunmuş lentdən istifadə etdikdə lentin enliyindən 100  200 mm çox, polad lent olduqda isə 100 mm çox qəbul edilir. Lentin barabanla ilişmə qüvvəsini artırmaq üçün, barabanın səthini rezinlə, ağac lövhələrlə və ya aliminium vərəqlə örtürlər. Çuqun və ya polad barabanlar üçün sürtünmə əmsalını , yük çox nəm olduqda 0,1, quru olduqda isə 0,3 qəbul edilir.
Gərginlik və əyici barabanların diametri Dnat, Dotk intiqal barabanının diametrindən asılı olaraq aşağıdakı kimi seçilir.




İntiqal barabanının dövrlər sayını nb və intiqalın ötürmə ədədini aşağıdakı formulalarla təyin edirik.





Burada – lentin sürətidir, m/san. - elektrik mühərrikinin valının fırlanma tezliyidir, dövr/dəq.


Lentin ən böyük və ən kiçik gərginliyinə və həmçinin dartqı qüvvəsinə intiqalın yerləşməsi yeri böyük təsir göstərir. Mürəkkəb yolu olmayan nəqletdiricilərdə intiqal, yük boşaldılan yerdə sonuncu barabanda yerləşir. Ümumi halda, intiqalın yeri, onun müxtəlif yerlərdə yerləşdirilməsi zamanı lentdə alınan ən böyük və ən kiçik gərginliklərin müqayisə edilməsinə əsaslanan variantlardan seçilir.

Yüklə 36,68 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin