MS PowerPoint ilə iş
Microsoft PowerPoint (tam adı — Microsoft Office PowerPoint) — təqdimat yaratmaq üçün istifadə olunan Microsoft Office proqramıdır, Microsoft Windows və Mac OS əməliyyat sistemlərində istifadə olunur.
Microsoft PowerPoint proqramı vasitəsilə slaydlar yaradılır və onları bir-birinin ardınca istənilən qaydada düzməklə təqdimat təşkil olunur. Təqdimat vasitəsilə qeydlər, çıxış tezisləri, reklamlar, dissertasiya, hesabat və s. məlumatlar dinləyicilərə gözəl tərtibatda çatdırılır. Təqdimatlarda qrafik redaktorların məhzullarından və multimediya vasitələrindən geniş istifadə etmək mümkündür.
MS PowerPoint proqramında təqdimatları üç üsulla yaratmaq olar: Master, Şablon və Boş Təqdimat.
Masterlərin köməyilə MS PowerPoint proqramında təqdimat yaradarkən bu işə 10 dəqiqə sərf olunur, qalan vaxt isə strukturun yaranmasına sərf olunur. Pis və ya zövqsüz işlənmiş təqdimatlar auditoriyanı tərəfindən soyuq qarşılanacaq. Baxmayaraq ki, orada rəngarəng illüstrasiyalardan, videokliplərdən, hiperistinadlardan və s. istifadə edilmişdir. Digər tərəfdən yaxşı düşünülmüş və sadə təqdimatlar dinləyicilərin marağına səbəb ola bilər.
düyməsini basdıqda köməkçi siyahı açılır. Burada əmrlərin tam siyahısı verilmişdir. Əsas əmrlər aşağıda göstərilmişdir:
Bir slayddan digərinə keçmək üçün:
a.Slayd üzərində mausun sol düyməsi basılır;
b."Enter" düyməsi basılır;
c."N" düyməsi basılır;
d.SPACE və ya üzərində ox işarəsi olan düymə basılır;
e.kontekst menyusundan Далее əmri seçilir.
Əvvəlki slayda qayıtmaq üçün:
f."P" düyməsi basılır;
g."PageUp" düyməsi basılır;
h.üzərində ox işarəsi olan düymə basılır;
i.kontekst menyusundan Назад əmri seçilir.
Təqdimatnın göstərilməsi rejimindən çıxmaq üçün:
"Esc" düyməsi basılır;
"B" – slaydlar arasında qara ekran görünür.
"W" – slaydlar arasında ağ ekran görünür.
"Tab" – slaydda yerləşdirilmiş istinadlar üzərində gəzmək üçün.
"Home" – Təqdimatnın birinci slaydına keçmək üçün.
"End" – Təqdimatnın axırıncı slaydına keçmək üçün.
Tam yüklənmiş təqdimat slaydı 6 hissədən ibarətdir:
Başlıq – sənədin yuxarı hissəsində yerləşir.
Slaydın mətni – nömrələnmiş və ya markirovka olunmuş siyahı şəklində olur.
Qrafik obyekt – şəkillər, videokliplər.
Tarix – slaytda adətən sol aşağı küncdə yerləşdirilir.
Slaydın nömrəsi – bütün slaytlarda aşağıda yerləşdirilir.
PowerPoint proqramında yaradılmış fayllar 3 tip genişləndiricilərə malikdirlər:
Təqdimat (.ppt)
Şablon (.pot)
Demonstrasiya (.pps)
PowerPoint-də slayd yaratmaq üçün əvvəlcə “Start” düyməsindən “PowerPoint”-i axtarışa veririk (Masaüstü “Desktop”-da varsa buradan da aça bilərik) və çıxan simgəyə mausun sol düyməsi ilə klik edirik.
Proqram açıldıqdan sonra ilk olaraq qarışımıza bir çox şablonlar çıxır, biz əvvəlcə buradan istədiyimiz növ şablonu seçirik, əgər istəd
Dostları ilə paylaş: |