Müasir Diskurs Nəzəriyyələri



Yüklə 299,5 Kb.
səhifə1/16
tarix02.01.2022
ölçüsü299,5 Kb.
#43601
  1   2   3   4   5   6   7   8   9   ...   16
text and discourse studies1
Aytan Baylarova. Bedii dilde uslubi fiqurlar, Linqvokulturoloji kontekstdə konnotativ məna

Müasir Diskurs Nəzəriyyələri

Mündəricat
Önsöz
Hissə 1. Mətn və diskurs

1.1 Mətnin linqvistik təhlili

1.2 Mətnin semiotik təhlili

1.3 Mətn və kontekst

Hissə 2. Diskurs və cəmiyyət

2. 1 Diskurs tipləri və janrları

2.2 Diskursa sosio-koqnitiv yanaşma

Hissə 3. Diskursda biliyin reprezentasiya yolları

3.1. Diskursda biliyin linqvistik reprezentasiyaları

3.2 Diskursda biliyin ritorik reprezentasiyaları

Mənbələr

İndeks


Önsöz

Tədqiqat AMEA-nın Dilçilik İnstitutunun sifarişi ilə yerinə yetirilmişdir. Bu sifarişə görə İnstitutun rəhbərliyinə təşəkkür edirəm. Əslində belə bir iş yazmağı çoxdan planlaşdırsam da məhz Dilçilik İnstitutunun bu təşəbbüsü məni ruhlandırdı. Bir neçə il bundan öncə həmkarım M. Məmmədovla birgə Diskurs təhlilinin koqnitiv perspektivləri adlanan kiçik bir monoqrafiya yazmışdım. Kitabın nəşrindən sonra bizə çoxsaylı müraciətlər edilmiş, dəyərli tövsiyələr, məsləhətlər verilmiş, iradlar bildirilmişdir. Kitabdakı ayrı-ayrı müddəaların tədqiqatçılarımız tərəfindən fərqli şərhi ümumilikdə əsərə maraqla izah oluna bilərdi. Və mən bu çox ciddi problemin Azərbaycan dilində daha geniş işıqlandırılmasına ehtiyac hiss edirdim.

Beləliklə, bütün yuxarıda sadalanan amillər məni Diskurs Tədqiqi adlı bu əsəri yazmağa sövq etdi. Bu işdə mənə yardım etmiş professor F. Veysəlliyə və dosent M. Məmmədova dərin təşəkkürümü bildirirəm. Mən bütün mümkün tövsiyə və iradlara açığam.

Önsöz
Humanitar və sosial elmlər sahəsində 20-ci əsrin sonlarında diskurs, onun mahiyyəti, fərd, bilik və cəmiyyətlə əlaqəsi, eləcədə praqmatik və koqnitiv xüsusiyyətləri haqqında çoxsaylı tədqiqatlar işıq üzü görmüşdür (J. Derrida, M.Fuko, R. Bart, U.Eko, M.A.K.Hallidey, T.van Deyk, R. de Boqrand, N.Enkvist və digərləri). Əslində sosial praktika kimi müəyyənləşdirilmiş diskursa müraciət etməklə adını çəkdiyimiz və çəkmədiyimiz bir çox filosoflar, sosioloqlar, psixoloqlar, dilçilər, semiotiklər özləri də hiss etmədən çox mühüm bir missiya yerinə yetirmişlər. Belə ki, həmin tədqiqatçılar diskurs araşdırmaları sayəsində hər bir yuxarıda göstərilən elm sahəsinin özünün gələcək inkişafının çox mühüm aspektlərini təmin etməyi bacarmış və beləliklə də, hətta Diskurs Təhlili (T. van Deyk və digərləri) və bir qədər sonra Tənqidi Diskurs Təhlili (N. Feəklou, R. Uodak və digərləri) adlanan yeni bir fənnin əsası qoyulmuşdur.

Eyni zamanda, 20-ci əsrin sonuna doğru koqnitiv elmlər adlanan fənlərarası digər yeni bir humanitar sahə də tədricən təşəkkül tapmağa başladı. Burada isə artıq bilik və onun strukturları diqqət mərkəzinə gətirildi. Qeyd etmək lazımdır ki, M. Fukonun hələ keçən əsrin 60-cı illərində diskursla bilik arasındakı əlaqə haqqında fikirləri (Foucault, 1969) və bu fikirlərin T. van Deyk və digər tədqiqatçılar tərəfindən inkişaf etdirilməsi belə demək mümkündürsə yeni diskursiv-koqnitiv paradiqmanı meydana gətirdi (van Dijk, 2008, van Dijk, 2009 və digər əsərlər). Müasir Diskurs Təhlilinin koqnitiv perspektivləri isə, ilk növbədə, koqnitiv elmin əsas obyeki olan biliyin reprezentasiya yollarının araşdırılmasını nəzərdə tutur (Musolff, 2004, Semino, 2008, Hart, 2011 və digər əsərlər).

Beləliklə, qarşımıza çox çətin bir məqsəd qoymuşuq: fənlərarası yanaşma obyekti olan diskursu təhlil etmək. Təbii ki, mən dilçiyəm və məsələnin linqvistik aspekti mənim üçün prioritetdir. Bu mənada L. de Sössürün (F. de Sössürün nəslindən olan bir dilçidir) qaldırdığı belə bir sual maraq doğurur (de Sossure, 2007: 188): “...diskursun abstrakt strukturunun, onun tiplərinin, onun daxili quruluşunun tədqiqi bizim verbal kommunikasiyanı daha yaxşı başa düşməyimizə yardım edəcəkmi ”?

Lakin, eyni zamanda, tələbələrimə də həmişə dediyim kimi, diskursa yalnız sırf linqvistik mahiyyətli hadisə kimi baxmaq mümkün deyil və mən bu amili işdə nəzərə almağa çalışmışam. Ümid edirəm ki, bu dərslik yalnız dilçilik deyil, digər humanitar və sosial elmlər sahəsində fəaliyyət göstərən tələbə və tədqiqatçılar üçün də diskursun praqmatik, psixoloji, sosioloji və semiotik aspektlərini başa düşməyə yardım edəcək.

Ümumi məqsədə çatmaq üçün bir neçə vəzifəni yerinə yetirmək lazımdır və bu vəzifələr müvafiq hissələrin başlıqlarında öz əksini tapmışdır. Birinci hissənin əvvəlində diqqət mərkəzində diskursun formalaşmasında çox mühüm rol oynayan mətn, onun linqvistik və semiotik təhlili, eləcə də digər mühüm amil olan kontekstdir. Bunu, biz, bir çox tədqiqatçıların da vurğuladığı kimi (Enkvist, 1989, van Dijk, 2008, van Dijk, 2009, Wodak, 2009 və digərləri), diskursun mətn və kontekstsiz təsəvvür etməyin mümkün olmadığı ilə izah edirik. İkinci hissədə isə diskursiv-koqnitiv paradiqma çərçivəsində diskurs anlayışının humanitar və sosial elmlərdə yeri məsələsi ön plana çıxır. Burada diskurs tipləri və janrları məsələsi, eləcə də diskursa sosio-koqnitiv yanaşma araşdırılır. Üçüncü hissədə isə diskursun bilik ilə əlaqəsi, biliyin linqvistik (qrammatik və leksik) və ritorik (metafor, metonimiya və s.) reprezentasiyaları ilə bağlı məsələlər işıqlandırılır.

Bütün bu məsələlərin həlli faktiki dil materialının təhlilini tələb edir. Bu məqsədlə yalnız Azərbaycan dilini deyil, digər dilləri və müxtəlif mətn tiplərini və janrlarını əhatə edən korpuslara müraciət etmişik. Belə bir yanaşma diskursun mahiyyətini daha yaxşı başa düşməyə yardım edə bilər.

İşin yazılmasında mənə yardım etmiş dosent M. Məmmədova və elmi redaktor olmağa razılıq vermiş professor F. Veysəlliyə dərin təşəkkürümü bildirirəm. Mən bütün mümkün tövsiyə və iradlara açığam.

I

Mətn və diskurs



1.1 Mətnin linqvistik təhlili

Diskursla bağlı fikir və araşdırmalar tarixini şərti olaraq iki dövrə bölmək olar. 1-ci dövr F. de Sössürün 20-ci əsrin əvvəlində nəşr olunmuş Ümumi dilçilik kursu əsərində dil və nitq dixotomiyasını təqdim etməsindən başlayaraq M. Fukonun 1969-cu ildə nəşr olunmuş Biliyin Arxeologiyası adlı kitabındakı (Foucault, 1969) diskurs haqqında fikirlərinə qədər olan müddəti əhatə edir. İkinci dövr isə M. Fukonun bu fikirləri ilə başlamış və hələ də davam edir.

1-ci dövr, ilk növbədə, məşhur isveçrəlinin davamçıları olan həm fransızdilli (Ş. Balli, E. Benvenist və s.) və həm də ingilisdilli (Z. Hərris və s.) alimlərin əsərləri ilə səciyyələnir. Fransızdilli strukturalist ənənədə (bura bəzi J. Derrida kimi filosofları da əlavə etmək olar) diskurs (discours) “parole” ilə yanaşı nitqi adlandırmaq üçün işlənmişdir. İngilisdilli ənənədə isə yanaşma bir qədər fərqli idi. İngilis dilini bilən diqqətli oxucumuz mətn dilçiliyi və diskurs təhlili sahələrində aparılan bir sıra tədqiqatlarla tanış olduqdan sonra mətn (text) və diskurs (discourse) terminlərindən eyni anlayışı adlandırmaq üçün istifadə olunduğu qənaətinə gələ bilər. Əslində, bəzi ingilisdilli tədqiqatlarda belə bir hal müşahidə olunmuşdur. Məsələn, Diskurs Təhlili adlı məqalə nəşr etdirmiş Z. Hərris bu əsərdə, əslində bizim, intuitiv olaraq, mətn adlandırdığımız iki və daha çox cümlədən ibarət əlaqəli dil parçasını diskurs adlandırır (Harris, 1952). İngilisdilli dilçilikdə bu meyl bəzi istisnalarla keçən əsrin 80-ci illərinin sonu 90-cı illərinin əvvəlinədək davam etmişdir (Warner, 1985 və digər əsərlər).

Ümumiyyətlə, diskurs tədqiqatlarında mətnin nə dərəcədə vacib olduğu məsələsinə münasibətdə fərqlər olsa da bu sahəni araşdıran hətta filosoflar, sosioloqlar, psixoloqlar belə mətnin (linqvistik və daha geniş semiotik anlamlarda) diskursun mühüm hissəsi olduğu qənaətindədirlər. Sırf mətn dilçiliyində isə mətn ilə diskurs arasındakı termin qarışıqlığına son nöqtəni N. Enkvist 1989-cu ildə yazdığı Mətn dilçiliyində baza terminlər adlı məqaləsi ilə qoydu (Enkvist, 1989). Əsərdə o, diskursun klassik tərifini vermişdir (Enkvist, 1989: 372):




Yüklə 299,5 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə