Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Azərbaycan Dövlət Turizm və Menecment Universiteti
Ad: Xədicə
Soyad: Əsgərova
Fakültə: Sosial menecment
İxtisas: Muzey,arxiv işi və abidələrin qorunması
Qrup: MD2202
Müəllim: Tili Rəhimova
Fənn: İxtisasa giriş
Mövzu: Memar Əcəmi yaradıcılığı
Bakı 2023
Mündəricat
Memar Əcəmi
Həyat və yaradıcılığı
Memar Əcəminin inşa etdiyi abidələr
Təklif
Nəticə
Ədəbiyyat
Memar Əcəmi
Memar Əcəmi XI - XII əsrlər Azərbaycan intibahının çiçəklənmə dövrləridir. Şəhərlər böyüyür, saraylar tikilir, məscidlər, müdafiə tikililəri inşa edilirdi. Sənət aləmində də inkişaf baş qaldırmışdı. Bəhmənyar əl - Azərbaycani, Xətib Təbrizi, Qətran Təbrizi, Nizami Gəncəvi, Xəqani Şirvani, Məhsəti Gəncəvi, Əbülüla Gəncəvi və s. şəxsiyyətlər məhz bu dövrdə yaşayıb - yaratmışlar.
Bu şəxsiyyətlərdən biri də Əcəmi Naxçıvanidir. Əcəmi Naxçıvani 1120 - ci ildə Naxçıvanda dünyaya gəlmişdir. Mənşəcə Azərbaycan türklərindən olan Əcəmi Naxçıvani indiki Fıslele məktəbinin banisi və bir çox memarlıq əsərlərinin müəllifidir. Əcəmi İbn Əbubəkr Naxçıvani ömrünü İraq Sultanlığında - Azərbaycan Atabəylər dövlətinin ərazisində yaşamışdır. Dövlətin mərkəz şəhərlərindən biri də Naxçıvan idi.
O yalnız Şərqdə deyil, Qərb dünyasında da yaxşı tanınan sənətkarlardan biri idi. Azərbaycanın dahi memarı kimi orta əsrlərdə böyük şöhrət qazanmışdır.
Sənətşünas Ə.V.Salamzadə onun haqqında belə yazırdı: "Yaxın Şərqin bir çox memarlarının yaradıcılığında onun təsirini görmək o qədər də çətin deyil". Onun yaratdığı bənzərsiz arxitektura əsərləri əsrlər keçməsinə baxmayaraq böyük estetik həzz kimi sənətkarın yaradıcı dühasından xəbər verir. Yenidən doğulmuş bu sənət abidələri belə bir fikirə gəlməyə əsas verir ki, Əcəmi Naxçıvani dövründə tayı - bərabəri olmayan sənətkarlardan olub. XIII əsr mənbələri onun " şeyxül - mühəndisin" ( mühəndislər başçısı ) rütbəsi daşıdığından xəbər verir.
Tarix öz qoynunda Əcəminin həyatı haqda onun ölməz əsərlərindən, xatirələrindən başqa heçnə saxlamayıb. Memar Əcəmi bunu qabaqcadan görmüş olmalıdır ki, şah əsərinin - Şəmsəddin Eldəniz bəyin xanımı Möminə Xatun türbəsi üzərində belə yazmışdır.
Biz gedəriyik. Dünya əbədi qalandır.
Biz gedəcəyik, dünya qalacaq.
Biz ölərik - bu , bizdən xatirə qalar.
İlahi, bəd nəzərdən uzaq elə.
Müsəlman şərqində yalnız bir neçə memarlıq abidələri məşhurdu. Buna Səmərqəndin, İsfahanın memarlıq abidələrini, Tac - Mahalı göstərmək olar. Orta əsrlərin dahi memarı olan Memar Əcəmi İbn Əbubəkr Naxçıvaninin layihəsi əsasında Naxçıvanda bu abidələrdən heç də geri qalmayan arxitektura kompleksi tikilmişdir. Böyük bir ərazidə Eldənizlər Sarayı, Cümə məscidi, Xatirə abidələri, mədrəsələr, karvansara və digər hökumət tikililəri qurulmuşdur.
O zamanın mənbələrinə əsaslanaraq, Əcəmi dövründə Naxçıvanda 250 min əhalinin yaşadığını deyə bilərik. Xatırlanan meydandan dövrümüzə gəlib çıxmış tikililər arasında ən qədimi Yusif Küseyir oğlu türbəsidir. Türbənin məzar hissəsi yerin altındadır. Yerüstü qülləvari hissə piramida formalı səkkizguşəli çadır şəklində işlənmişdir. Məqbərənin çölə baxan hissəsi kərpic bloklarla hörülüb, naxışlarla bəzədilmişdir.
Azərbaycanda möhtəşəm bir məqbərə isə Möminə Xatunun şərəfinə salınmış xatirə abidəsidir. Bu məqbərədə yeraltı və yerüstü hissələrdən ibarətdir. Birinci hissəyə Xatunun məzarı, ikinci hissəyə isə xatirə abidəsi daxildir. Məqbərə formasına görə kəsik onbucaqlını xatırladır. Giriş üçün nəzərdə tutulmuş fasadı çıxmaq şərti ilə qalan bucaqların hamısı eyni cür işlənmiş və naxışlarla bəzədilmişdir. Məqbərənin üzərində kufi xətti ilə Qurandan ayələr yazılmış haşiyə yerləşdirilmişdir. Bu yazı minalanmış kərpiclə işlənmiş, uzunluğu təqribən bir metrdir və məqbərənin bəzəyi sayılır. 25 metr hündürlüyünə və monumentallığına baxmayaraq abidə çox zərif və dikdir. Bu da onun qadın şərəfinə ucaldığını göstərir.
Bu meydanda yerləşən tikililərdən biri də hansısa möhtəşəm bir memarlıq abidəsinin qoşa minarəli piştağıdır. Həmin abidə XIX əsrdə dağıdılmışdır, lakin şəkilləri və təsvirləri qalmışdır. Abidə dağıdılmamışdan öncə üzərində " Memar Əcəmi İbn Əbubəkr Naxçıvaninin əsəridir " sözləri aydın oxunurmuş. Piştağ 1187 - ci ildə Möminə Xatun türbəsindən bir il sonra tikilmişdir. Qoşa minarəli portal kompazisiya ilk dəfə Əcəmi tərəfindən tətbiq edilmişdir. Sonralar müsəlman dünyasının bir çox ölkələrində bu kompazisiyaya tez - tez rast gəlinir.
Əcəminin tikililərinin kompleksinə nəhəng Cümə məscidi də daxildir. Bu məscidin təsviri fransız səyyahları Tavernye və Delafruanın qeydlərində ki , şəkillərdə verilmişdir. XIX əsrin ortalarında V. Engelqart " Qafqaz " qəzetində bu məscid haqqında belə yazırdı:
Bu - yonulmuş daşlardan tikilmiş və tağları olan nəhəng bir binadır. İçəridə hələ də gözəl relyefli oymaların izləri qalmaqdadır. Məscidin bir hissəsi artıq dağılıb , o biri hissəsi isə dağılmaq üzrədir. Məsciddən 50 sajen aralıda, hündürlüyü 20 sajen olan qoşa minarəli darvaza yerləşir. Darvazada həmin kompleksə daxildir. Əvvəllər məscidlə darvaza arasında müxtəlif tikililər olub , lakin onlar indi yoxdu və adama elə gəlir ki, darvaza bir qədər yaxınlığındakı tənha qalaya aiddir.
Əcəminin yaradıcılığı uzun əsrlər boyunca Azərbaycanın və digər ölkələrin memarları üçün ilham və təqlid mənbəyi olmuşdur. Hətta Əcəmidən 300 il sonra yaşamış Türkiyə memarı Memar Sinanın əsərlərində də tədqiqatçılar dahi ustadın təsirini qeyd edirlər. İndiki və bundan sonrakı memarlarda ustad Əcəmi İbn Əbubəkr Naxçıvaninin sözlərini unutmasınlar: Biz öləcəyik, bu əsərlər isə xatirə kimi qalacaq.
Dostları ilə paylaş: |