MÜNDƏRİcat fond haqqinda əsas göSTƏRİCİLƏR İdarəetmə VƏ ŞƏffafliq



Yüklə 307,56 Kb.
səhifə4/5
tarix29.11.2016
ölçüsü307,56 Kb.
#435
1   2   3   4   5

5.3. Neft Fondunun gəlirliliyi
Gəlirliliyin hesablanması metodologiyası. Dövlət Neft Fondunun aktivlərinin hesablanması 2009-cu il tarixli 5 nömrəli sərəncam ilə təsdiq olunmuş “Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitlərinin və investisiya portfelinin tərkib hissələri olan sub-portfellərin gəlirliliyinin hesablanması Metodologiyası”na müvafiq qaydada həyata keçirilir. Sözügedən metodologiyada qeyd edildiyi kimi, ümumi investisiya portfeli üzrə gəlirliliyin hesablanması baza valyutası Azərbaycan manatı, ABŞ dolları və ya Avro seçilməklə, eyni zamanda baza valyutasının məzənnə təsiri nəzərə alınmadan aparılır. Sub-portfellər üzrə gəlirliliyin hesablanması bu portfellər üzrə müvafiq valyutada (lokal valyuta) və ABŞ dolları baza valyutası seçilməklə (valyuta məzənnə təsiri nəzərə alınmaqla) həyata keçirilir.

Neft Fondunun 2013-cü ildə gəlirliliyi. 2013-cü ildə Neft Fondunun investisiya portfelinin ümumi gəlirliliyi 1,8% təşkil etmişdir. 2006-cı ildən etibarən son səkkiz il üzrə orta illik gəlirlilik göstəricisi 2,7% həcmində müəyyən edilmişdir. Müvafiq zaman intervalı üçün hesablanmış rəqəm göstəriciləri Qrafik 5.3.1-də əks olunmuşdur.

Fond portfelinin aylıq kumulyativ gəlir göstəricisində artan trend müşahidə olunmuşdur.



2013-cü il üzrə ümumi gəlirliliyin artımında sabit gəlirli qiymətli kağız və səhm maliyyə alətlərinin çəkisi daha yüksək olmuşdur. Müxtəlif maliyyə alətlərinin ümumi gəlirlilikdə payı Qrafik 5.3.3.-də göstərilmişdir.



Sabit gəlirli qiymətli kağızlar portfeli üzrə kumulyativ aylıq gəlir il ərzində mütəmadi olaraq artmışdır və nəticədə 2013-cü il üçün gəlirlilik 1,03% təşkil etmişdir.

Aparıcı ölkələrin səhm bazarlarında müşahidə olunan yüksək gəlirlilik nəticəsində səhm portfeli tərtib olunduğu müddət ərzində ən yüksək gəlir göstəricisi səviyyəsinə çatmışdır. Səhm portfelinin gəlirləri 2013-cü ildə 33,25 % təşkil etmişdir.


Cari portfelin bençmarka nisbətində qeydə alınmış fərqləri özündə əks etdirən kənarlaşma kəmiyyəti Fondun tarixən müşahidə olunan gəlirliliyinin və risklərinin qiymətləndirilməsində istifadə olunan digər bir ölçü meyarıdır. Xarici menecer qismində fəaliyyət göstərən UBS Global Asset Management” və State Street Global Advisors” (SSgA) tərəfindən idarə olunan səhm portfelləri üçün kənarlaşma kəmiyyəti həddi illik olaraq 30 baza dərəcəsi (bps) həcmində öncədən müəyyən olunmuşdur. UBS və SSGA portfelləri üzrə 2013-cü ilin son gününə olan kənarlaşma kəmiyyəti müvafiq olaraq 11və 6 baza dərəcələri təşkil etmişdir.
Səhm portfeli üzrə kumulyativ aylıq gəlirlilik Qrafik 5.3.5.-də əks olunmuşdur.

5.4. Risklərin idarə edilməsi

Risklərin idarə edilməsi Neft Fondunun fəaliyyətinin mühüm tərkib hissəsidir. Səlis hazırlanmış risk hesabatları fərqli biznes qurumlarından, ölkələrdən, müxtəlif maliyyə mövqelərindən və risk amillərindən irəli gələn bazar risklərinin mahiyyətini anlamağa yardımçı olur və böhran hallarının qarşısının alınmasına və ya effektiv idarə olunmasına xidmət edir. Bu məxsusi məsələnin həllində Dövlət Neft Fondunda müsbət beynəlxalq rəy qazanmış və müasir model, prosedur və indikatorlardan istifadə olunur.

Fondun təfsilatlı bazar riski mühitini əks etdirmək üçün müxtəlif ölçü və təhlillərdən istifadə edilir.

Fondun bazar riski mühiti onun investisiyalarının strukturu ilə yanaşı sabit gəlirli qiymətli kağız və səhm alətlərinin qiymətinin, faiz dərəcələrinin, valyuta məzənnələrinin, əmtəələrin qiymətlərinin və kredit riski mükafatlarının (premium) dəyişməsi ilə müəyyən olunur.

Fondun bazar riski mühitinin qiymətləndirilməsi üçün riskə məruz dəyər (RMD), stress test, kənarlaşma kəmiyyəti, ssenarilər üzrə təhlil kimi metodlar tətbiq edilir.

Daxili risklərin idarə edilməsi prosesində ümumi riskin göstəricisi kimi geniş tətbiq olunan RMD yararlı və dəyərli kəmiyyətdir. Fond daxilində portfelin RMD-sini hesablamaq üçün Monte Karlo və tarixi göstəricilərə əsaslanan simulyasiya metodlarından istifadə edilir. Fondun 31.12.2013-cü il tarixinə hesablanmış 20 günlük, 95% etibarlılıq intervalında RMD-si 172 milyon ABŞ dolları təşkil etmişdir, belə ki, 133 milyon ABŞ dolları səhm portfeli üçün hesablanmış RMD-nin payına, 37 milyon ABŞ dolları isə sabit gəlirli qiymətli kağız portfeli üçün hesablanmış RMD-nin payına düşmüşdür.

Maliyyə alətləri üzrə riskdəki pay Qrafik 5.4.1. göstərilmişdir.

Sabit gəlirli qiymətli kağızlar portfeli üzrə RMD-nin tərkib valyutalara əsasən bölgüsü Qrafik 5.4.2.-də göstərilmişdir.





VTB Bankın səhmlərinə edilmiş investisiya ümumi səhm portfelinin qiymət dəyişkənliyinə nəzərəçarpan təsir göstərmişdir.

Fond daxilində stres test və ssenari üzrə təhlil metodlarından böyük miqyaslı işsizlik, müharibələr, siyasi qeyri-stabillik, təbii fəlakətlər və yaxud valyutalara edilən möhtəkir xarakterli hücumlar, gəlirlilik proqnozlarında və investorların riskə münasibətində dəyişikliklər nəticəsində yaranan aşağı ehtimallı böhranların tədqiq olunmasında istifadə olunur. Metodların tətbiqi vasitəsilə risk amillərinin fərziyyələrə əsaslanmış ifrat dəyişməsi nəticəsində potensial iqtisadi zərər hesablanaraq qeyri-normal bazar şəraitində yarana biləcək risklər qiymətləndirilir. Hesablamalarda sadə, tarixi göstəricilərə əsaslanan və proqnoz xarakterli portfel ssenariləri üzrə stres test metodlarından istifadə edilir.



6. DÖVLƏT NEFT FONDUNUN 2013-CÜ İL BÜDCƏSİNİN İCRASI
Neft Fondunun 2013-cü il üçün büdcəsi Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2012-ci il tarixli 803 nömrəli Fərmanı ilə təsdiq edilmişdir. 2013-cü ildə Samur-Abşeron Suvarma sisteminin yenidən qurulması layihəsinin vaxtında icrasını təmin etmək məqsədilə, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 3 oktyabr tarixli 999 nömrəli Fərmanı ilə Neft Fondunun büdcəsinə dəyişikliklər edilmişdir. Dəyişikliklərə əsasən Neft Fondunun büdcə xərclərinin ümumi həcmini dəyişməz saxlamaqla, Samur-Abşeron Suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi ilə bağlı xərc maddəsi 107 438,0 min manatdan 173 938,0 min manata qədər artırıldı, Bakı-Tbilisi-Qars layihəsinin maliyyələşdirilməsi ilə bağlı xərc maddəsi 138 274,5 min manatdan 71 774,5 min manata qədər azaldıldı.
Gəlirlər
2013-cü ildə Neft Fondunun gəlirlərinin ümumi həcmi 13 600,4 milyon manat təşkil etmişdir ki, bu da büdcədə nəzərdə tutulana nisbətən (11 482,0 milyon manat) 118,5% səviyyəsində yerinə yetirilmişdir. 2013-cü ildə valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq üzrə Fondun büdcədənkənar gəlirləri 42,9 milyon manat təşkil etmişdir. O cümlədən, ABŞ dolları, Avro, İngilis funt sterlinqi və digər valyutalarının dəyişməsindən yaranan fərq üzrə Fondun büdcədənkənar gəlirləri 286,1 milyon manat təşkil etmişdir, qızılın qiymətinin dəyişməsindən yaranan fərq üzrə Fondun büdcədənkənar xərcləri 243,2 milyon manat təşkil etmişdir. Gəlirlərin strukturu aşağıdakı kimi olmuşdur:
Mənfəət neftinin və qazın satışından əldə edilən gəlirlər. 2013-cü il ərzində Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından Neft Fonduna 13 108,0 milyon manat və ya 16 707,7 milyon ABŞ dolları daxil olmuş və bu gəlirlər Fondun büdcəsində nəzərdə tutulmuş (11 171,1 milyon manat) gəlir maddəsinə nisbətən 117,3% yerinə yetirilmişdir. Mənfəət neftinin və qazın satışı ilə bağlı Fondun gəlirlərinin büdcədə nəzərdə tutulana nisbətən 17,3% daha çox icra olunması 2013-cü il ərzində Azəri-Çıraq-Günəşli (AÇG) yatağında xam neft hasilatının, eləcə də ixrac qiymətlərinin Fondun büdcəsində nəzərdə tutulana nisbətən daha çox olması ilə izah olunur. Belə ki, 2013-cü il büdcəsində AÇG yatağı üzrə xam neftin hasilatı pessimist yanaşma ilə 30,6 milyon ton və yaxud 223 milyon barel nəzərdə tutulduğu təqdirdə, 2013-cü ildə bu yataq üzrə hasilatın faktiki həcmi 239,3 milyon barel təşkil etmişdir.
Neft Fondunun büdcəsində xam neftin ixrac qiyməti 100 ABŞ dolları götürüldüyü halda, il ərzində satılmış mənfəət neftinin ortaçəkili satış qiyməti 109,1 ABŞ dolları, xalis daxilolma qiyməti isə 101,1 ABŞ dolları təşkil etmişdir ki, xam neftin hasilatı və qiyməti ilə bağlı fərq mənfəət neftinin satışından 1 936,9 milyon manat əlavə gəlirlərin daxil olmasına şərait yaratmışdır.

Karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar sərmayəçilər tərəfindən müqavilə sahəsindən istifadə üçün ödənilən akrhesabı ödənişlər. 2013-cü ildə karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar xarici sərmayəçilər tərəfindən müqavilə sahəsindən istifadə üçün Neft Fonduna köçürülmüş akrhesabı ödənişlər 1 831,9 min manat və yaxud 2,3 milyon ABŞ dolları təşkil etmişdir.
Belə ki, Xəzər dənizinin Azərbaycan sektorunda Şəfəq-Asiman dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə BP Eksploreyşn (Azərbaycan) Limited və ARDNŞ-nin ortaq neft şirkəti arasındakı sazişin 28.2-ci maddəsinin icrasına uyğun olaraq 2,1 milyon ABŞ dolları, Xəzər dənizinin Azərbaycan sektorunda Bahar yatağının və Qum-Dəniz yatağının daxil olduğu blokun kəşfiyyatı, bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Dövlət Neft Şirkəti, Bahar Enerji limited və ARDNŞ-nin ortaq neft şirkəti arasındakı sazişin 31.2-ci maddəsinin icrasına uyğun olaraq 0,2 milyon ABŞ dolları həcmində ödəniş həyata keçirilmişdir. Akrhesabı ödənişlər ilə bağlı gəlir maddəsi Fondun büdcəsində nəzərdə tutulana (1 833,1 min manat) nisbətən təqribən 100,0% səviyyəsində icra olunmuşdur.
Neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər. 2013-cü ildə neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər (tranzit haqqı) 8 063,8 min manat və yaxud 10,3 milyon ABŞ dolları təşkil etmişdir. Tranzit haqları ilə bağlı daxilolmalar Fondun büdcəsində nəzərdə tutulmuş məbləğə (9 224,0 min manat) nisbətən 87,4% səviyyəsində yerinə yetirilmişdir. 2013-cü ildə Bakı-Supsa ixrac boru kəməri ilə daha az neftin nəql olunması səbəbindən bu gəlir maddəsi proqnoza nisbətən 12,6% aşağı yerinə yetirilmişdir.
Neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı sərmayəçilər tərəfindən ödənilən bonuslar. 2013-cü ildə Neft Fonduna ödənilən bonuslar ümumilikdə 1 850,1 min manat və yaxud 2,4 milyon ABŞ dolları təşkil etmişdir, o cümlədən yataqlar üzrə:


  • 15,7 min ABŞ dolları - 2012-ci ildə Şahdəniz Sazişinin BTC Satış müqaviləsi üzrə satılan kondensat və ya qazın həcmləri nəzərdə tutulan həcmlərdən artıq olması səbəbindən yaranan öhdəlik üzrə;

  • 343,1 min ABŞ dolları - Şahdəniz yatağı üzrə Sazişin 5-ci əlavəsinin 3.1.3 bəndinə əsasən ilkin bonus ödənişi;

  • 2,0 milyon ABŞ dolları - “Azərbaycan Respublikasında Balaxanı-Sabunçu-Ramana və Kürdəxanı neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş”in 30.1 (b) bəndinə uyğun olaraq.

Şahdəniz Hasilatın Pay Bölgüsü Sazişi üzrə Kommersiya hasilatının başlanması 2014-cü ilə keçdiyindən, 2013-cü il büdcəsində bu yataq üzrə ödənilməsi proqnozlaşdırılan bonus ödənişi 2014-cü ildə həyata keçirilmişdir. Bu səbəbdən 2013-cü ildə bonus ödənişləri ilə bağlı Fondun büdcəsinin gəlir maddəsi proqnozda nəzərdə tutulana (11 963,4 min manat) nisbətən 15,5% səviyyəsində yerinə yetirilmişdir.


Dövlət Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə edilən gəlirlər. 2013-cü ildə Dövlət Neft Fondunun vəsaitlərinin idarə edilməsindən əldə edilən gəlirlər  480,6 milyon manat və ya 606,4 milyon ABŞ dolları təşkil etmiş və bu mənbə üzrə gəlirlər Fondun 2013-cü il üzrə büdcəsində nəzərdə tutulmuş məbləğə nisbətən 67,2% daha çox yerinə yetirilmişdir. 2013-cü ildə Dövlət Neft Fondunun vəsaitlərinin idarə edilməsi ilə bağlı investisiya portfelinin gəlirliliyi 1,8% təşkil etmişdir.
Digər gəlirlər və daxilolmalar. 2013-cü ildə neft-qaz sazişləri çərçivəsində sərmayəçilər tərəfindən (xarici neft şirkətləri) verilən aktivlərin (köhnəlmiş və ya istifadə olunmayan metal qırıntıları, borular) satışı təşkil olunmuş və bu aktivlərin satışından Neft Fondunun daxilolmaları 78,4 min manat və ya 0,1 milyon ABŞ dolları təşkil etmişdir. Bu gəlir maddəsi üzrə icra Fondun 2013-cü il üçün büdcəsində nəzərdə tutulana (0,9 milyon manat) nisbətən 15,7% icra olunmuşdur.
Gəlirlərin icra səviyyəsi Cədvəl 6.1.-də əks etdirilir.


Cədvəl 6.1. Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2013-cü il üzrə gəlirləri




Gəlir mənbələri

Gəlirlərin məbləği

(milyon manat)

İcra faizi

təsdiq olunmuş

faktiki

1.

Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər (karbohidrogenlərin nəql edilməsi üzrə məsrəflər bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq və sığorta xərcləri çıxılmaq şərti ilə, habelə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayəçiləri, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlirlər istisna olmaqla)

11 171,1

13 108,0

117

2.

Karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar sərmayəçilər tərəfindən müqavilə sahəsindən istifadə üçün ödənilən akrhesabı ödənişlər

1,8


1,8



100

3.

Neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər

9,2

8,1

88

4.

Neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı sərmayəçilər tərəfindən ödənilən bonuslar (mükafatlar)

12,0

1,9

16

5.

Dövlət Neft Fondunun vəsaitlərinin idarə edilməsindən əldə edilən gəlirlər

287,4



480,6

167

6.

Digər gəlirlər və daxilolmalar

0,5

0,08

16




Cəmi gəlirlər

11 482,0

13 600,4

119



















Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq:













Büdcədənkənar gəlirlər (ABŞ dolları,Avro,İngilis funt sterlinqi və digər valyutalar üzrə)




286,1







Qızıl üzrə




( 243,2)







Büdcədənkənar gəlirlər




42,9




Yüklə 307,56 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin