MÜNDƏRİcat fond haqqinda əsas göSTƏRİCİLƏR İdarəetmə VƏ ŞƏffafliq



Yüklə 307,56 Kb.
səhifə5/5
tarix29.11.2016
ölçüsü307,56 Kb.
#435
1   2   3   4   5


Xərclər
Hesabat ili ərzində Fondun büdcə xərclərinin ümumi məbləği 12 302,7 milyon manat təşkil etməklə, büdcədə nəzərdə tutulana (13 403,1 milyon manat) nisbətən təqribən 94,5% səviyyəsində yerinə yetirilmişdir.
Qaçqınların və məcburi köçkünlərin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması tədbirlərinin maliyyələşdirilməsi. Neft Fondunun 2013-cü il büdcəsinin icrası çərçivəsində il ərzində bu tədbirlərin maliyyələşdirilməsinə ümumilikdə 300 milyon manat vəsait ayrılmışdır. Bu xərc maddəsi Fondun büdcəsində bu məqsəd üçün nəzərdə tutulmuş vəsaitə nisbətən 100% səviyyəsində icra olunmuşdur.

Azərbaycan Respublikasının 2013-cü il üzrə dövlət büdcəsinə transfert. 2013-cü ildə Neft Fondunun büdcə xərclərinin mühüm hissəsini (92,3%) dövlət büdcəsinə transfert ödənişləri təşkil etmişdir. 2013-cü ildə Dövlət Neft Fondundan dövlət büdcəsinə 11 350,0 milyon manat məbləğində vəsait köçürülmüşdür. Bu maddə üzrə xərclər Fondun 2013-cü il üzrə büdcəsində nəzərdə tutulana nisbətən 100,0% səviyyəsində icra edilmişdir.

Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi. 2013-cü ildə Neft Fondunun 173,9 milyon manat məbləğində vəsaiti Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsinə yönəldilmişdir və bu maddə üzrə Fondun xərcləri büdcədə nəzərdə tutulana nisbətən 100% səviyyəsində yerinə yetirilmişdir.
Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsi. 2013-cü ildə Neft Fondu tərəfindən 32,7 milyon ABŞ dolları və ya 25,7 milyon manat Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə yönəldilmiş və bu maddə üzrə Neft Fondunun xərcləri Fondun büdcəsində nəzərdə tutulana nisbətən (71 774,5 min manat) 35,8% səviyyəsində icra olunmuşdur.
2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsi. 2013-cü ildə Neft Fondu tərəfindən Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli 2090 nömrəli Sərəncamı ilə təsdiq edilmiş Dövlət proqramının maliyyələşdirilməsinə 33,0 milyon manat vəsait yönəldilmişdir. Bu maddə üzrə Neft Fondunun xərcləri Fondun büdcəsində nəzərdə tutulana nisbətən (34 056,0 min manat) 96,9% səviyyəsində icra olunmuşdur.

Türkiyə Respublikasında “STAR” neft emalı kompleksinin tikintisi layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi. 2013-cü ildə Neft Fondu tərəfindən 372,6 milyon manat və yaxud 475 milyon ABŞ dolları məbləğində vəsait “SOCAR Türkiyə Ege” Neft Emalı Zavodu layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsinə yönəldilmişdir.

Neft Fondunun bu maddə üzrə xərcləri Fondun 2013-cü il büdcəsində nəzərdə tutulana nisbətən (596,6 milyon manat) 62,5% səviyyəsində icra olunmuşdur. Neft Fondunun payına düşən məbləğin qalan 285 milyon ABŞ dolları (224,0 milyon manat) həcmində hissəsinin 2014-cü ildə ödənilməsi nəzərdə tutulur.


Xəzər dənizində yeni müasir üzən qazma qurğusunun tikintisi layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi. 2013-cü ildə Neft Fondu tərəfindən 215,6 milyon ABŞ dolları və yaxud 169,1 milyon manat vəsait bu layihədə iştirak payının (nizamnamə kapitalının) maliyyələşdirilməsinə yönəldilmişdir.
Hesabat ilində Neft Fondunun 2013-cü il büdcəsində nəzərdə tutulan Azərbaycan Respublikasında bütün yaşayış məntəqələrinə çıxış imkanı yaradan yüksək sürətli fiber-optik şəbəkənin qurulması, Neft-Qaz və Neftkimya Kompleksinin tikintisi, habelə TANAP layihələri üzrə işlərin icrasına başlanmadığından, Fond tərəfindən bu layihələrin maliyyələşdirilməsinə 2014-cü ildən etibarən başlanması nəzərdə tutulur.
Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərcləri. 2013-cü ildə Neft Fondunun idarə edilməsi ilə bağlı xərcləri Fondun təsdiq edilmiş smeta xərclərinə nisbətən (86,3 milyon manat) 55% yerinə yetirilərək 47,5 milyon manat təşkil etmişdir. Smeta xərclərinin büdcədə nəzərdə tutulana nisbətən aşağı faizlə yerinə yetirilməsi Fondun yeni inzibati binasının tikintisi, eləcə də xarici menecerlərin idarəetmə haqlarının ödənilməsi üçün ayrılan xərclərdən il ərzində aşağı səviyyədə istifadə olunması ilə izah edilir.
Cədvəl 6.2. Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2013-cü il üzrə xərc istiqamətləri





Xərc istiqamətləri

Xərclərin məbləği

(milyon manat)

İcra faizi

təsdiq olunmuş

faktiki

1.

Qaçqınların və məcburi köçkünlərin sosial məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi

300 ,0

300 ,0

100


2.

Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsinə transfert

11 350 ,0

11 350,0

100

3.

Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi

173,9

173,9

100

4.

Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsi

71 ,8

25,7

36

5.

2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının maliyyələşdirilməsi

34,1

33,0

97

6.

Azərbaycan Respublikasında bütün yaşayış məntəqələrinə çıxış imkanı yaradan yüksək sürətli fiber-optik şəbəkənin qurulması layihəsinin maliyyələşdirilməsi

103,6


0,0

0


7.

Neft-Qaz və Neftkimya Kompleksinin tikintisi layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi

211,9

0,0

0


8.

Türkiyə Respublikasında "Star" neft emalı kompleksinin tikintisi layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi

596,6

372,6

62


9.

TANAP layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi

86,4

0,0

0


10.

Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər

86,3

47,5

55




Cəmi xərclər

13 014,5

12 302,7

95






İnvestisiya layihələri










1.

Xəzər dənizində yeni müasir üzən qazma qurğusunun tikinti layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi

388,6

169,1

44

Yüklə 307,56 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin